sevmirəm
Çiçəyi sevirəm,gülü sevirəm,
Qəlb oxşayan şirin dili sevirəm. Dostdan yaxın olan eli sevirəm Can deyib ,can yaxan kəsi sevmirəm! Acı olsa belə doğru deyəni, Sevirəm zor gündə qapım döyəni, Sevmirəm namərdə boyun əyəni, Şər yayan,ev yıxan kəsi sevmirəm. Sevmirəm haqq yeyib ,ahı almağı, Sevmirəm davetsiz qonaq olmağı, Sevirəm arayıb haqqı bulmağı Haqqa nankor baxan kəsi sevmirəm. Torpağın üstündə misafir bədən, Bir gün pişman olar haramı dadan, Özünü aldadar haqqı aldadan, Tövbəsindən qorxan kəsi sevmirəm. Dilara Suleyman aciz bir quldur, Həyatı enişli -yoxuşlu yoldur, Tanrım,yanlışımda haddimi bildir, Cızığından çıxan kəsi sevmirəm. |
Yürek sesinize tebriklerimi sunuyorum…
Anlamlı paylaşım olmuş…
..................................... Saygı ve selamlar..