Əzizim
Bu alına yazılanlar qaradımı,ağdımı?
Ruh can üstə ,vücud belə ölüdümü,sağdımı? Sənlə aramızda olan dərədimi,dağdımı? Qərarsızam,əzizim! Həsrət sevgimin əkizi,var olduqca yox olmur, Günəşlə ay yer dəyişir,doğulur ya doğulmur, Fərqi yoxdu dünya belə dağılır ya dağılmır, Mən sənsizəm,əzizim! Sükuta həsrətdi könül susuram,dillənirəm, Yolda qalan gözlər kimi quruyur,göllənirəm, Nəm çəkmişəm həsrətimdən yanmadan küllənirəm, Səbirsizəm ,əzizim! Dilarənin ürəyində yerin dolumu,boşmu? Yoxluğa öyrəşənlərin qəlbi qayamı,daşmı? Yadında nə qaldı məndən,ayrılıqmı,görüşmü? Xəbərsizəm ,əzizim! |
Yüreğinizdeki sevda ateşinizi kutluyorum…
Kaleminiz daima hoş olsun…
..................................... Saygı ve selamlar..