SAVAŞ
Savaş Vətənin yolunda
Çoxun yoxsa azla savaş Savaş ruhunla, canınla Şərəflə, namusla savaş! Duy Vətənin dərdi nədir? İçində səni oyandır. Vallah silah bəhanədir İynə boyda bizlə savaş! Bu Vətəni sevəni sev! Səngər olsun ona hər ev! Can verməklə bitməz görəv Çörəyinlə,duzla savaş! Bir döndüyün halına bax! Yad ellərdən elinə bax! Tuzaq dolu yoluna bax! Buraxdığın izlə ,savaş. Çox olar can deyən sənə, Quru -quru qurban cana. Qalx odunla yana -yana Acıları gizlə savaş! Çoş ,dalğalan ümman kimi. Çök dağlara duman kimi. Dilarə Süleyman kimi Barı sən də sözlə savaş ! |