Öcəşmə dünyanın ədalətiylə, Yıxılan mərtdir,gülən isə namərd. Dost kimi gedən,gəlir xəyanətlə, Torpaq qaradır üstüdə rəngarənk. Öcəşmə gəl sən,haqla haramla, Yan yana gezir çaqqal qurdla, Dostluq ölçülür yorumla,iltifatla, Sədaqət dəyərlənir,cibindəki pulla. Öcəşmə kasıbın saf duyğularıyla, Əlləri kirli olsa da alını təmizdir. Doldudur qursağı halal ruzquyla, Yuxusu şirindir,yatağısa sərtdir. Öcəşmə Borçalımın adıyla,sanıyla, Nə oğullar yetişib,aranında dağında. Qırmızı körpüsündən,Sarp qapısına, At sürüb,qoyun güdüb illər boyunca.