Gözde gelib...
Gözdə gəlib...
Görüş həsrətli idim,yar demə ahəstə gəlib, Eşqinə sadiq olan həm xoş gülər üzdə gəlib. Sevdalı qismətim bu,yar ilə günüm keçəcək, Hiss edib yar qəlbimi,hissi ilə düz də gəlib... Baxışı canım alır,düşüncəmi anlayaraq, Könlümə həmdəm olan həm gülərüz sözdə gəlib. Eşqinin xəstəsiyəm loğmanı bu,gizli deyil, Bu eşqin şərqisinə yazaraq bir bəstə gəlib. Aya bənzər camalı öz qəlbimin şah əsəri, Könlümü oxşamağa sevdalı həvəsdə gəlib. Bayram yetdi istəyə,bu sevdadan yox gileyi, Sevincdən boşalmayıb, dolan bulud gözdə gəlib... 28.11.2015. |