GÖRÜNMÜRYerəmi batmısan,göyə çıxmısan? Nə səsin,sorağın,izin görünmür... Tutub qabağını yoxsa buludlar? Bəxtimin ulduzu,üzün görünmür... Güllərin yerinə kuləklər yağır, Durnalar köç edir,lələklər yağır. Mən elə bilirdim,çiçəklər yağır, Sən demə,qış imiş,yazın görünmür... Gəzdim,əlac gəzdim,gəzdim ölkələr, Ayağım altınnan qaçdı bölgələr. Gözümün önünnən keşdi kölgələr, Dağların əridi,düzün görünmür... Çılpaq qayalarda gül axtarırdın, Dumana bürünüb tül axtarırdın. Odumu söndürüb kül axtarırdın, Ellini yandıran közün görünmür... Eldar Elli |