Sanki ele...
Sanki belə,...
“Milliləşib”çox oyundan çıxmışıq, Olanları çaşıb vurub yıxmışıq, Rüşvət ilə haqqı elə sıxmışıq, Məhv etmişik,qalmayıbdı millilik, Sanki elə,olmayıbdı millilik. Var dövlətim başdan aşır xeyir yox, Qaz,nöyütdən artıq gəlmir gəlir yox, “İsraf”edib məmur yeyir,deyir yox, Belə zərbə almayıbdı millilik, Sanki elə,olmayıbdı millilik. Milli dedik, mil dayandıq şərlərə, Biganəyik çox milli dəyərlərə, Ləkə yaxıb haqq yolçusu ərlərə, Söyləmişik gah “ayıbdı”millilik, Sanki elə,olmayıbdı millilik. Avropalı dar tumanlı“yar”gəlir, El-obanın adətləri dar gəlir, Böyüklərin məsləhəti ar gəlir, Çaşan qəlbə dolmayıbdı millilik, Sanki elə,olmayıbdı millilik. İnanmışıq tamah rüşvət şöhrətə, Calamışıq rüşvət adı hörmətə, Bağlamışıq hər işi pul söhbətə, Haqqı haqsız saymayıbdı millilik, Sanki elə,olmayıbdı millilik. Zaman verir təbliğatla qiyməti, Məhv eyləyir susqun qalmış adəti, Şəhvət gücü yox edir şan-şöhrəti, Hayqanuşla gah cayıbdı millilik, Sanki elə,olmayıbdı millilik... 2016. |
Şiir şeklinde büyük düşünüşün yüreklere damla damla sızmaşı…
Kutlu dileklerimle.
Çok Beğendim.
…………………. Saygı ve Selamlar…