Hakdan güc alır...
Haqqdan güc alır...
Ömür karvanının sürəti yüksək, Saxlaya bilməyir insan, qocalır, Gənclik xatirəsi qalır qəlbində, Insan kamilləşir, dağ tək ucalır... Hərdən gülümsəyir qarğı atına, Gah da dirə döymə düşür yadına, Məktəb illərində sevgi adına, Düşdüyü o gündən sanki öc alır. Bulud tək boşalır, gah da ki, dolur, Hərdən də kövrəlir bir uşaq olur, Qonşunun bağından meyvəni yolur, Şıltaq uşaqlıqdan hərdən bac alır, Gənclik illərinin eşq sınağını, Alışıb yanarkən dost qınağını, Sevdiyi gözəlin al yanağını, Aşiqlik qəlbində eşqə tac alır. Qəribə dövrandır, qəribə büsat, Şirindir hər kəsə bu qısa həyat, Qocalıq, müdrüklük insana qanad, Insanlar bunları heyif gec alır. Bayramda altmışı artıq keçibdir, Həyat bulağından az-çox içibdir, Gəldiyi, getdiyi yolu seçibdir, Allahın verdiyi haqqdan güc alır... 01.08.2014 1. Qarğı – qamış; 2. Dirə döymə – oyun; |
Gönüllerde akan güzel duyguların dizeler halinde şiirleşmesi…
Kutlu dileklerimle.
Çok Beğendim.
…………………. Saygı ve Selamlar…