HARDASAN?
Ürəyimi intizarda qoyanım,
Bu dünyanı görən gözüm hardasan? Mənsiz günlərini ömür sayanım, Dilimdəki sevgi sözüm, hardasan? Çöküb zülmət qaranlıqlar üstümə, Yanır qəlbim el yığılıb tüstümə. Bu sənsizlik yaman durub qəsdimə Məni oda yaxan közüm, hardasan? Daha aydınlanmır mənimçün səhər, Ruhum çöküb sürüyürəm birtəhər. Boğur məni içimdəki bu qəhər Köksümdəki ürək sızım, hardasan? İçimə çəkdiyim nəfəsim mənim, Bülbüləm oxumaq həvəsim mənim. Sənsiz dünya olub qəfəsim mənim Səsimdəki qəm avazım, hardasan? Yetmir sənə nə harayım, nə ünüm, İztirabla keçir sənsiz hər günüm. Qayıt gəl, nə olar başına dönüm Alnımdakı qara yazım, hardasan? AYPARA (14.08.2016.) |
Çok çok mutlu dileklerimle kutlarım…
Şiirinizi canı gönülden Beğendim…
………………………………. Saygı ve Selamlar…