Yarım qalmış qədəh....
Yarım qalmış qədəh
........................................ Adını sən qoy...özlədiklərimin Xəbərin yox Makondonu “ heç özələmərəm demiştim” Qəhər dolu şəhəri Yoxmuş kimi küçəni Qaralarımı qıran qirmizi gələmdir o ev Xəbərim yox, nəsini özləmiştim Sürgün olduğum görültülü yalnızlıqlarımı Yoxsa, Yalnızlıqlarımın qəbirlərini Gece yatıb, səhər “eşşek” olmağımı Yoxsa, yabancılığın qancıq aylaqlığını Xəbərin yox Hələ bir gün “pis pisla” olub fəzlə dığırlatmıştım Xəbərim yox, nəsini özlemiştim Bəlkə oğuz olub, tanrı mağarasına getmeyimi Yoxsa, İçimdeki uşağı quyladığım o Bilməm, bəlkə o çuxuru özləmiştim İçimde quyladığım şeiirlerimi? Yoxsa, zəncirə vurulmuş xiyallarımı Bilməm, bəlkə o qapını özləmiştim Xəbərin yox Bir gün o qapıya, Duvarsız qapı demiştim O Gün “harunla” qaranlığın savaşına getmiştim Bilməm, bəlkə susğun şeiirler ölkəsi Tanrı mağarası Sevgi bağı Nifrət qaynağı, o sandıqxananı özləmiştim Xəbərin yox Orda yüzyıl səni sevmiştim Orda yalnızlığıml keçmiştim Yenədə sən.... Sən sekansi dəyiştirirsən Yenədə sən.... Sən şeiirlərimə terorist gəlirsən Bilməm, bəlkə səni özləmiştim Xəbərin yox Orda ayrılıqdan ölmüştüm Yalmızlığımı gömmüştüm Orda ölüb, başqa yerdə doğulmuştum Xəbərim yox Paradoksa özəm demiştim Bilməm, neyə qaranlığın savaşına getmiştim Xəyallarimin okeani, duzlu çöle çevrilince Orda yaşam denən çekdiklərimlə Silgəc olaram deyə hislənmiştim Bilməm, bəlkə silmiştim “Xətmşod” demiştim Hələ bit gün, tanrı ciğalliğini görüb Beş daşın sonunda tanrının əllərini “mən” qirtmiştim Dilimi dişimə tutub, mən tarnıyam deməyi susmuştum Xəbərin yox Duvardakı yüzərliyə namaz qilmiştim Sankı, Yağmur daşıdır quraqlığıma Sankı, təpə gözdür şeytanlığıma Hələ bir gün, dəli dumrul dolmuştu xəyallarima Xəbərin yox Mənə yatmasını gətirmiştir.... Acığımdan hikayəni tərsinə əzbərləyib Yüzerliyi topla vurub yerə sərmiştim Isyani dabanlarımda hiss etmiştim Orda, Ayrılığım zatini öyrənib Ayrılıq arısı məni sancır demiştim Xəbərim yox, nəsini özləmiştim Tanrının qaranlıq yüzü, zəhərləsədə hikayələri Hikayələr ökeanindan, bir hikayə almıştım Kərəm olub, qizil almanı əslimlə bölmüştüm Bilməm, bəlkə yanıxkərəmə qulaq asmıştım Xəbərin yox Sən günəşdə çay dəmləyəndə Hikayəmdə, mahnı mahnı səni çalmıştım Səni şarkılamıştım Yasaqları, yasa yasa doğrayıb Vəhdəte vucudu seyr etmiştim Xəbərim yox Zamanı çöplüyə tökmüştüm Bilməm, bəlkə bir qırpımda, o evə baxmıştım Bəlkə, şeiirlərimin çöplüyünü özləmiştim Qaranlığın qara qarqaları, taleyimə əl çəkib Adımı bütün qara parçalara qazınca Qaqalı parkda, səni qararalarına Qaralama çəkmiştim Bilməm, bəlkə təxtəbəndin düşməsini özləmiştim Xəbərim yox Hardan hara gəldiyimdən Bitdi bitirdiklərim Adını sən qoy.... Istərsən SAYIQLAMA Yoxsa, SEVGİ qoy Istərsən VƏTƏN Yoxsa, “SƏN” qoy…. ATİLA HUSEYNİ |
SEVGİ'DEN SEVGİLER