Lenet edin...
Lənət edin...
Olmayan iftira dolu “soyqırım”oyununu Türkə calamaq istəyən Alman “siya”silərinə... Tarixim bəlli mənim,yox xəbərin,arxivə bax, Öyrənib həqiqəti sırğa edib qulağa tax. Bu qədər şər böhtanla öz adına az qara yax, Türk qəddar olmayıbdı iman,dinə hörmət edin, Böhtançı millətlərlə,dövlətlərə lənət edin.... İnsanın insanlığa insan kimi borcu dərin, Soyqırım bağıranda aynaya bax,gör öz gerin, İnsan tək görsən əgər tanıyarsan həm öz yerin, Tarixə əyri baxan hər bir kəsə nifrət edin, Böhtançı millətlərə,dövlətlərə lənət edin. Türkə sən atma çamur,o çamuru yax üsünə, Hiyləyə burnun soxma,bax tarixin düz özünə, Dəm vurma insan haqdan,haqla bax insan gözünə, Şərə yox,insanlığa insan kimi adət edin, Böhtançı millətlərlə,dövlətlərə nifrət edin... Xocalı olaylara susursunuz,Türkdü axı, Edirsiz siz uydurma yüz illik böhtan sorağı, Türklüyü susdurmaqdır sizlərin murdar marağı, Tərslik yox,siz ağıla mədəni itaət edin, Bölücü millətlərlə,dövlətlərə lənət edin. Nə günə qalmısınız?Fırladır erməni sizi, Siyasi saxtalıqda gec tanıdıq yəni sizi, Milli Alman xalqına ləkə bildik yəni sizi, Seçici seçib sizi,haqqa haqla xidmət edin, Bölücü millətlərlə,dövlətlərə lənət edin. Tarixi yaradana arxadı yaradan özü, Bu həyat saxta deyil,bil qorunur şərlə düzü, Tarixçi söyləyəcək bağırma şər,sonda sözü. İnsani ləyaqətlə səhvinizi töhmət edin, Bölücü millətlərlə,dövlətlərə lənət edin... 2016. |