Dilimizde...
Dilimizdə
Yazırıq,həm pozuruq,bir neçə dasdan dilimizdə, Deyirik biz Vətənə,bir neçə qurban dilimizdə. Başımız çox qarışıb,həm alırıq,həm satırıq, Bir fürsət düşən kimi aldadırıq,həm atırıq, Təki pul olsun qaqa,mayaya haram qatırıq, Şişirik,öyünürük,boş yerə hər an,dilimizdə, Yazırıq,həm pozuruq,bir neçə dastan dilimizdə, Deyirik biz Vətənə bir neçə qurban dilimizdə. Pisə də yaxşı baxıb,yaxşıya dodaq büzürük, Qarabağ işğaldadır,işğalına biz dözürük, Kərəmi yandırırlar,biz də Kərəmi süzürük, Düşməni məhv etməyə oluruq aslan dilimizdə, Yazırıq,həm pozuruq,bir neçə dastan dilimizdə, Deyirik biz Vətənə bir neçə qurban dilimizdə, İş-gücü biz buraxıb,çayxanada zər atırıq, Nərdi sənət seçərək,dü biri dərdə qatırıq, Yatırıq,hey yatırıq həddindən artıq yatırıq, Gah da birdən qururuq bir yeni dövran,dilimizdə, Yazırıq,həm pozuruq,bir neçə dastan dilimizdə, Deyirik biz Vətənə,bir neçə qurban dilimizdə. Zəhmətlə işləyərək qazanmağı ar bilirik, Haram yol gəlirinin yolunu hamar bilirik, Düzlüklə yox işimiz,əyriliyi yar bilirik, Xeyirxah iş görənə tapılar nöqsan dilimizdə, Yazırıq,həm pozuruq,bir neçə dastan dilimizdə, Deyirik biz Vətənə,bir neçə qurban dilimizdə. Bu ağılla gedərək biz düşürük hərdən dara, Gedirik,az gedirik,tamahdan düşürük tora, Bu gedişlər sürüyür bizləri heç bilməm hara? Deyəsən yox edəcək bizləri zaman dilimizdə, Yazırıq,həm pozuruq,bir neçə dastan dilimizdə, Deyirik biz Vətənə bir neçə qurban dilimizdə. |
Kutlarım.
Beğendim.
………………………………. Saygı ve Selamlar…