YAZIRAM...
Yazıram.
Duzluk sənəmi qalıb?- deyənlərə Əyrini, həm də duzu, duşəndə fursət yazıram İnciyir coxları ki, niyə həqiqət yazıram? Kimisi ruşvət ilə başda kəsir dozəmmirəm Kimi də şər bohtanla kimi əzir dozəmmirəm, Kimisi bir corəyə olur əsir, dozəmmirəm, Bunları torədənə soyləyib lənət yazıram, Əyrini, həm də duzu, duşəndə fursət yazıram, İnciyir coxları ki, niyə həqiqət yazıram? Atanı bəyənməyən naxələf “ov”ladada olur, Kişiyə əyri baxan “qazlanan” arvadda olur. Bunları gorəndə ki, evləri bərbadda olur, Goz yuma bilməyirəm eyləyib heyrət, yazıram, Əyrini, həm də duzu, duşəndə fursət yazıram, İnciyir coxları ki, niyə həqiqət yazıram? Qarnını piylədərək başından uca tutanı, Tamahı guclu olub mayaya haram qatanı, Mənliyi, həm qeyrəti pula, kursuyə satanı, Gorurəm insanlığa edir xəyanət, yazıram, Əyrini, həm də duzu, duşəndə fursət yazıram, İnciyir coxları ki, niyə həqiqət yazıram? Qanunu bilən məmur, qanunu hərdən pozanda, Kursudə əyləşənlərsuyruşub yolun azanda, Məddahlar vəkil kimi “qanun”la bunu yozanda, Səhvləri soyləyərək, eyləyib tohmət, yazıram, Əyrini, həm də duzu, duşəndə fursət yazıram, İnciyir coxları ki, niyə həqiqət yazıram? İşguzar insanların bostanına daş atanı, Sahibkar qazancına goz dikib daim dadanı, Yediyi qabı korlayıb, corək verəni “ tutanı” “Kişi” tək hərlənərək, cəkmir xəcalət yazıram, Əyrini, həm də duzu, duşəndə fursət yazıram, İnciyir coxları ki, niyə həqiqət yazıram? Uzdə xoş soz deyərək, arxada tələ qurana, Ruşvətlə millətimin qanını həm də sorana Dovlətlə millətimin arasın daim vurana, Deyirəm uzlərində yoxdur ləyaqət yazıram, Əyrini, həm də duzu, duşəndə fursət yazıram, İnciyir coxları ki, niyə həqiqət yazıram? Dovlətin qanununa baxmayan məmur hələ var, Ruşvət xor, yaltaqlarda duzlərə qaramaq tələ var, Deyərək bunları ki, antipotlar bir belə var, Torədir hər addımda bilin cinayət, yazıram, Əyrini, həm də duzu, duşəndə fursət yazıram, İnciyir coxları ki, niyə həqiqət yazıram? Bayram Elioğlu. |