Şiir beni yazar...
Şiir beni yazar...
Mehmet Kahvecoğluna Biz kimik ki,qardaşım,gələndə də özü gəlir, Baxmayır sorğulara,həm əyrisi,düzü gəlir, Gələndə özü ilə,şeirində sözü gəlir, Şeiri ben yazmam ki,kardeş şeir beni yazar... Haqqı,həm ədaləti deyir şiir,öyrənirəm, Sözlərin düzümünü özü deyir,öyrənirəm, Deyilən sözlərdə də tapıb xeyir,öyrənirəm, Şeiri ben yazmam ki,kardeş şeir beni yazar... Gecəni gah yatırır,gah da ki,hərdən izləyir, Sevgidən söz də açır, aşiqi sözlə səsləyir, Vətənə məhəbbəti,millətə hörmət bəsləyir, Şeiri ben yazmam ki,kardeş şeir beni yazar... Dara düşsən belə sən,bil yanında qardaş olar, Qəlbindən gələnlərə sənlə birgə sirdaş olar, Sənə aşiq yaranıb,sevginə yar bir baş olar, Şeiri ben yazmam ki,kardeş şeir beni yazar... Gələndə asda gəlir,düşüncəli başda gəlir, Bayramla Mehmete də kos kocaman yaşda gəlir, Qəlblərə hakim olur,bizlərə qardaş da gəlir, Şeiri ben yazmam ki,kardeş şeir beni yazar... |