Ələk axtarıram...
Ələk axtarıram.......
Ələk axtarıram,çox narın ələk, Ələsin bizləri:-biz kimik ,görək. Xəlbirin gözləri yaman iridir.., İstərdim, son sözü, söyləsin ələk... Ələkdən keçməyə hazırıqmı biz, Axı Turan ilə vurur qəlbimiz.., Millətçi Türkçü tək gəlir səsimiz, Keçək bu ələkdən,qərara gələk.., Xəlbirdən keçənlər deyəsən çoxdur, Çoxluğa nədənsə,inamım yoxdur... Turanın varlığı çoxuna oxdur, Bu oxla,düşmənin bağrını dələk. Ələk axtarıram,çox narın ələk, Turançı qardşlar, eyləyin kömək, -Ələkdən o keçən ərəni görək, Qara “dumanları”,elimdən silək. İnamım qalmayıb hətta özümə, İnanın,səmimi olan sözümə, Turançı insan tək girib gözümə, Cəsus da özünü göstərir mələk. Məndən inciməsin,millət sevərlər, Elimə bağlanan,qeyrət sevərlər, Turan böyüklükdə dövlət sevərlər, Hər kəsi dərindən öyrənək bilək... Ələk axtarıram,məkan adını, Millətə sırıyıb silən yadını, Görsün Türk adında gücün dadını, Silinib məhv olsun qurulan kələk. Ey bizim ellərə tərs-tərs baxanlar, Bizi parçalayıb,tək-tək yaxanlar, Türkün birliyinə qarşı çıxanlar, Baş tutan deyildir sizdəki dilək. Kurşad əqidəli ərənlərik biz, Turanla döyünür, hər an qəlbimiz, Gənclikdən varsa da tək tələbimiz O da ki birlikdir,biz görək,gərək... Ey Turan yolçusu,uğurlar olsun, Sənə yaradanın özü yar olsun, Əqidən elinlə sənə var olsun Əsməsin elində o acı külək. Ələk axtarıram,çox narın ələk, Ələsin bizləri:-biz kimik,görək. Xəlbirin gözləri yaman iridir.., İstərdim, son sözü ,söyləsin ələk... Bayram Elioğlu. |
Beğendim...
Kutlarım…
................................................... Saygı ve Selamlar.