Qorxuram...Harda ədalət görürəm,qorxuram, Rüşvəti hörmət görürəm,qorxuram. Vərdiş edib rüşvət alıb verməyə, Üzə durub saxta işlər görməyə, Tələ qurub düzə torba hörməyə-, Belə ləyaqət görürəm qorxuram, Rüşvəti hörmət görürəm qorxuram. Üzdə mələk arxada şeytanları, Qarnı üçün mənliyi satanları, Dildə zirək işdə şər atanları, Tapanda fürsət görürəm,qorxuram, Rüşvəti hörmət görürəm qorxuram. Haqqını tələb edənə pis baxan, İşinə sadiq olanı tez yıxan, Vəzifədə iş görüb başa qaxan, Məmurdan,minnət görürəm qorxuram, Rüşvəti hörmət görürəm qorxuram. Reklam ilə millətə minnət qoyan, Əməldə yox dilində hörmət qoyan, Zəhmətkeşin işinə töhmət qoyan, Yaltaq səxavət görürəm qorxuram, Rüşvəti hörmət görürəm qorxuram. Qoca ana,atasını atanı, Qarnı üçün mənliyini satanı, Milləti çaşdırıb ara qatanı, Xalqa xəyanət görürəm qorxuram, Rüşvəti hörmət görürəm qorxuram. Məddahlıqla seçən yaxşı yamanı, Haqsızlığı görüb gözün yumanı, Məmurlar da itirəndə imanı, Millətdə heyrət görürəm qorxuram, Rüşvəti hörmət görürəm qorxuram. Bayram Elioğlu. |
............................................................................SADI.
................................................... Saygı ve Selamlar.