Türk gözəlləri...
Türk gözəlləri.
Eşqinə sadiqdir,ər ürəklidir, Vətənə bağlıdır,xoş diləklidir, Elimə,obama çox gərəklidir, Bizə arxa olan Türk gözəlləri, Baxışı can alan Türk gözəlləri. Qəlbində eşq ilə haqqı bəsləyər, Dünyanı azadlıq,sülhə səsləyər, Aşiqin eşqini eşqlə izləyər, Eşqə sadiq qalan Türk gözəlləri, Baxışı can alan Türk gözəlləri. Yaradan veribdir sizə dəyəri, Cahanda sizlərin yox bərabəri, Tərifə layiqsiz can dilbərləri, Qəlbə sevgi salan,Türk gözəlləri, Baxışı can alan,Türk gözəlləri. Nazınız canları yandırar yaxar, Eşqiniz aşiqi həsrətdə sıxar, Sevginiz qəlblərə bulaq tək axar, Eşqi qəlbə dolan Türk gözəlləri, Baxışı can alan Türk gözəlləri. Bayramın canını siz alıbsınız, Eşqin dəryasına ,siz salıbsınız, Qəlbində əbədi siz qalıbsınız, Sözümdə yox yalan,Türk gözəlləri, Baxışı can alanTürk gözəlləri. |
Beğendim...
Kutlarım…
................................................... Saygı ve Selamlar.