Mənim həyatım
Elnur Rəsuloðlu (Əliyev)
Aprelin axrýydý, son günləriydi.
Hava isti idi, səma tərtəmiz.
Günəþ göydən yerə od ələyirdi
Kədərdən xəbərsiz, qəmdən xəbərsiz.
Mən isə bu zaman tərimi silib
Yolda deyinirdim: “Ürək dayanýr.
Elə bil göylə yer baþ-baþa verib,
Göy kimi od tutub yerlər də yanýr”.
Hər tərəf yaþýllýq. Yollar boyunca,
Gör aðcaqayýnlar necə əkilib.
Onlarýn altýnda otrub doyunca,
Kölgəsində neçə yolçu dincəlib.
Aðcaqayýnlarýn altýnda yenə
Yolçular oturub nəfəsin dərir.
Oturmaq ar gəlir bəzilərinə,
Ayaq üstə durub nəfəsin dərir.
Danýþa bilsəydi, aðcaqayýnlar
Bizə keçmiþlərdən söhbət açardý.
Bil, dilə gəlsəydi, aðcaqayýnlar
Burdan keçmiþlərdən söhbət açardý.
Mən bir saatdan da artýq yoldayam,
Bitib-tükənməyir uzanan yollar.
Döngəni dönürəm, sað yox, soldayam,
Qurtarmaq bilməyir uzanan yollar.
Gör nə qədər yol var qarþýda hələ,
Bəli, mən bu yolda daha yolçuyam.
Baþqasý görünmür, nədəndir belə,
Yoxsa mən bu yolda tənha yolçuyam?
Hər yerə arxamca kölgəm sürünür,
Nədənsə canýmý bürüyüb təlaþ.
Köksümdə ürəyim tez-tez döyünür,
Fikirlərim mənə olubdur yoldaþ.
Məncə, olsa da düz, əyri-üyrü də,
Yollar hey uzanan qollara bənzər.
Yer üzündə hər bir insan ömrü də,
Sonu bilinməyən yollara bənzər.
Məktəb yollarýna ayaq basanda,
Elə bil yenidən uþaqlaþýram.
Uþaq səslərinə qulaq asanda,
Dərdimdən, qəmimdən uzaqlaþýram.
Bir anlýða anýb o illəri mən,
Ömür kitabýmý varaqlayýram.
Məndən sonra gələn nəsilləri mən,
Həyat yollarýnda soraqlayýram.
Bu həyat yollarý çətindən çətin,
Gərəkdir bu yolda mübariz olmaq.
Zəiflik göstərsən, olmasan mətin,
Sənin qismətindir qul, kəniz olmaq.
Qulaqlarý səsdə, gözləri yolda,
Vətən torpaqlarý çaðýrýr bizi.
Vətən bir aðacdýr, onda bu halda,
Qurdlar içimizdən daðýdýr bizi.
Hardandýr bizlərdə, hardandýr yadlýq,
Doðma qardaþýma necə “yad” deyim?
Kədərli günümdə düzəldib þadlýq,
Bayram libasýmý mən necə geyim?
Yurddaþlarým köçkün, qaçqýn, didərgin,
Qarabaðdan sürgün ediblər bizi.
Danýþa bilmirəm, əsəbim gərgin,
Öz əllərimizlə didiblər bizi.
Öz əllərimizlə yýxýblar bizi,
Nə vaxt bütöv yumruq olacaðýq biz?
Çoxdandýr bir küncə sýxýblar bizi,
Axýrda vətənsiz qalacaðýq biz.
Havanýn axýný güclənir birdən,
Nəðmə deyib əsir isti küləklər.
Bir baxýn, bir baxýn, cənub tərəfdən,
Buraya tələsir isti küləklər.
Burda hakim olmuþ isti küləklər,
Yuxudan oyatdý tozu, torpaðý.
Əsib cana doymuþ isti küləklər,
Qaldýrýb oynatdý tozu, torpaðý.
Ýsti küləklərin dövrü az oldu,
Taca zorla sahib olanlar kimi.
Ýsti küləklərin ömrü az oldu,
Þayiələr kimi, yalanlar kimi.
Artýq mənə oxþar otaðýmdayam,
Özüm kimi sadə, çilliçýraqban.
Özümə söz verib dedim: “Yazacam,
Baþýma gələndən, öz həyatýmdan”.
Sosyal Medyada Paylaşın:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.