MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Gözəl durnam
huseyn

Gözəl durnam


Gözəl durnam

Ayaq saxla, bir an dayan,
Sən baysanmý, yoxsa bayan?
Bayaqdan gözüm səndədi,
Tellərini sayan durnam.

Qüvvət qanad, qollarýna,
Çən çilənib yollarýna,
Bir bax saðýn, sollarýna,
Qayðýlýdý qayan, durnam.

Duruþuna durnam heyran,
Qýya çəkən zurnam heyran,
Cüyür, cüllüt, ceyran heyran,
Duman gələr, durma durnam.

Qatarýný yaxþý yoxla,
Yan – yörəni iylə, qoxla,
Pusqudadý ovçun oxla,
Oxlar səni birdən durnam.

Duz səpilər, duz, aþýma,
Qan çýxmaz yerdən qaþýma,
Yaþýn qarýþar yaþýma,
Yaþam yaman çətin, durnam.

Məskənin çəmən, çöllərdi,
Dumduru bulaq, göllərdi,
Gəzdiyin bizim ellərdi,
Məhəbbətdə mətin durnam.

Sən haralý, mən haralý?
Günümüz aðlý, qaralý,
Ýkimiz də bir yaralý,
Kimdi kökün, zatýn, durnam?

Vaqif söz dedi þəninə,
Yaþýl yaraþýr əyninə,
Gələrdim toy törəninə
Töhvəm ilə, tövbə durnam.

Üz tutubdu Söyün sənə,
Kənd – kəsəyin, köyün sənə,
Öyünsənə, söyünsənə,
Göylər qýzý gözəl durnam.
~~~~~~~~~~~~~~~~~~~~~
05.09.2012-ci il

Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.