- 555 Okunma
- 0 Yorum
- 0 Beğeni
Deputatlığa namizədin portret cizgiləri
Elbəyi CƏLALOĞLU
Deputatlığa namizədin portret cizgiləri
yaxud,
Zəlimxan Məmmədlinin düşüncələrdə yandırdığı ümid çırağı
Növbəti parlament seçkilərinə çox az vaxt qalıb. Parlament seçkiləri ölkəmizdə ciddi bir siyasi hadisə olduğundan seçicilər daha diqqətli olmalıdı çünki hər bir səs xalqın taleyi deməkdir. Seçiləcək millət vəkilinin mənəvi-əxlaqi dəyərləri, ictimai-siyasi mövqeyi və insani keyfiyyətləri mütləq göz önünə gətirilməlidir. Bu cür yüksək keyfiyyətlərə malik namizədlərdən biri də Zəlimxan Məmmədlidir.
Zəlimxan Məmmədlinin siyasət aləmində 25 ilə yaxın stajı var. O, bu illər ərzində daim dövlətimizin və dövlətçiliyimizin mənafeyi prizmasından çıxış edərək ölkəməzin tərəqqisi yönündə düşüncə və fikirlərini ictimaiyyətə, eləcə də hakimiyyət təmsilçilərinə çatdırmağı bacarmışdır. Z.Məmmədli təkcə öz millətinə, öz xalqına, öz torpağına bağlı insan deyil, onun, eyni zamanda, bəşəri düşüncələri də maraqlıdır. Müasirləşmə, millətlərin bir-birinə inteqrasiyası Zəlimxan bəyin ideya şərtlərindəndir.
Zəlimxan Məmmədli hələ gəncdir, çox böyük siyasi potensiala, ictimai dəyərə, əxlaqi üstünlüklərə malikdir. Millətin taleyini həll edən Milli Məclisdə onun yeri həmişə görünmüşdür. Bir sözlə, Zəlimxan bəyi Milli Məclis üzvlərinin sırasında görmək şərəf və ləyaqət məsələsidir. Çünki Milli Məclis siyasi arenaya daha yaxın olan ziyalıların yeridir. Hazırda müstəqil və demokratik bir ölkədə yaşayırıq, seçkilər də azaddır. Ona görə də mən Azərbaycan vətəndaşlarını yaxşı düşünməyə, ədalətli qərar verməyə və düzgün seçim etməyə dəvət edirəm.
İndi ölkəmizin Qarabağ kimi qlobal problem yaşadığı bir dövrdə əlini qaldırıb-salmaqdan başqa heç bir işə yaramayan insanları parlamentə gətirmək, eyni zamanda, biz vətəndaşların düşüncə meyarının azlığından xəbər verir. Nəzərə almaq lazımdır ki, istənilən ölkə prezidenti nə qədər güclü siyasi potensiala malik olsa da, onun tək başına dünya miqyaslı problemləri həll edə bilməsi absurd görünür. Buna görə də, hər bir seçilmiş millət vəkili bütün məsələlərdə ölkə başçısına yaxından kömək etmək iqtidarında olmalıdır. Zəlimxan Məmmədlinin düşüncəsində prioritet təşkil edən əlamətlərdən biri də budur ki, hər bir vətəndaş ölkənin problemlərinə öz ailə problemi kimi yanaşmağa borcludur.
Z.Məmmədli təkcə ölkənin xarici və daxili siyasətini deyil, həm də vətəndaşların şəxsi problemlərini, onların yaranma səbəbini və bu problemlərin aradan qaldırılma yollarını çox gözəl dərk edən bir ziyalıdır. O, fikir, ideya insanıdır, cəmiyyəti tərəqqiyə yönəltməyi bacaran dəyərli düşüncə adamıdır. Z.Məmmədlinin məqsədi vətəndaşların xidmətində dayanmaq, onların hüquqlarını müdafiə etmək, ədalətsizliyə, rüşvətə qarşı mübarizə aparmaqdır. Mən inanıram ki, o, əxlaqlı, saf, ədalətli millət vəkili nümunəsini yaradacaqdır. Çünki o, Azərbaycan xalqını şərəfli, namuslu, mərd, məsud, alnıaçıq yaşamağa layiq bilən yüksək keyfiyyətə malik insandır. İnsanlara zərərli ünsürləri tərk edib, başqa millətlərin yaxşı cəhətlərini özünə əxz eləməyi təlqin edən cənab Məmmədli vətəni bütöv, milləti xoşbəxt görmək arzusuyla yaşayır.
Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Sambo Federasiyasının prezidenti olduğu vaxtlarda da Zəlimxan bəy əzmlə çalışmış, xalqa ləyaqətlə xidmət etmişdir. Həmin vaxtlarda onun gördüyü tərəqqiyönlü işlər barədə hər kəsin məlumatlı olduğuna şübhəm yoxdur. Bir sözlə, Zəlimxan Məmmədli ölkəmizin inkişafında və vətəndaşların rifahının yüksəldilməsində ölkə başçımıza yaxından kömək edə biləcək gücündədir.
Zəlimxan Məmmədli “Borçalı” İctimai Cəmiyyətinin sədri seçildikdən sonra, çox qısa bir zamanda onun siyasi və ictimai təcrübəsi özünü büruzə verdi. O, nəinki borçalıları, eləcə də Azərbaycanın digər regionlarından olan ziyalıları da öz ətrafında toplamağı məharətlə bacardı. “Borçalı” İctimai Cəmiyyəti Zəlimxan Məmmədlidən əvvəl də mövcud idi, lakin o vaxt bu mövcudluq indikinin iyirmi faizi qədər də hiss olunmurdu. Borçalı türklərinin “Elat mədəniyyəti” məhz Zəlimxan Məmmədlinin sayəsində qabardıldı, gündəmə gətirildi. “Elat mədəniyyəti”nin hər il keçiriləcək bayram kimi meydana gəlməsi Borçalı türklərinin düşüncəsində yeni bir ümid çırağı yandırdı, bu bayram xarici ölkələrə köçmüş yerlilərin bir çoxunun vətənə qayıdışına səbəb oldu. “Borçalı” İctimai Cəmiyyətinin 2010-cu il Novruz bayramı şənliklərini Muxran çökəkliyindən başlayaraq Borçalının digər bölgələrində də keçirməsi barədə təşəbbüs də Cəmiyyətin sədri Zəlimxan Məmmədlidən gəlmişdi. Bu şənlik Muxranda yaşayan Azərbaycan türklərinin əvəzsiz sevincinə səbəb olmaqla yanaşı, həm də onları milli adət-ənənələrimizə və dilimizə qarşı daha diqqətli olmağa, eyni zamanda onları inkişaf etdirməyə sövq etmişdir. Bəlkə də bunun nəticəsi idi ki, Novruz bayramı Gürcüstan hökumətinin gündəminə gəlmiş və qonşu ölkənin prezidenti bu bayramın dövlət bayramı kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bundan başqa, Zəlimxan bəy azərbaycan və gürcü xalqlarının tarixi dostluğunu göz önünə gətirərək, onu yenidən inkişafa səslədi və bu iki xalqın yalnız bir-birinə dayaq olmaqla yüksək nailiyyətlər əldə edə biləcəyini vurğuladı. O, çıxışlarında hər iki xalqa qarşı yönəlmiş separatçılara özünün sərt mesajını göndərməklə yanaşı, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün qorunması yolunda canından keçəcəyini təkrar-təkrar söylədi.
Zəlimxan Məmmədli barədə bütün bu dediklərim dəruni hisslərimin qaynağıdır, buna görə də ictimai-siyasi kursuna inam gətirərək seçiciləri ona səs verməyə çağırıram.
Bakı, 18 oktyabr 2010-cu il.
“p.s.Nota” qəzeti, 2-8 noyabr 2010-cu il.
YORUMLAR
Henüz yorum yapılmamış.