- 994 Okunma
- 1 Yorum
- 0 Beğeni
KI , KI , KI , KI
Altun hekayƏlƏr evİ/28--KI , KI , KI , KI
--KI , KI , KI , KI
Bilimlər qapısın , açdığın bir gün .
Alırsan sırtına , sorumlar yükün .
Harda bir oturaq , oldu sən için .
Başq bilimdaşı , dinlə büsbütün .
Onun bilgisinə , vermədən dəyər ,
Öz bilgin çürümüş , qarpıza bənzər .
Dedi :- Ərğəvan
Atasasağın və Professor Ərğə bəy , roya biliyurdunda oturmuş an seminar keçirir . Dil ilə dilçilik və söz ilə sözcük nədir ?-deyə sorğularını , özü için yanıtlayır . O , bir çox bilim adamlarının söylədiklərini düş və düşüncə dizgəsində xırım xırdalayır . Baxmayaraq ki ,
Ustadı .
Uzmandı .
Bilim ukyandı bilə .
Çünki dili və dilçəyi savaş nağarasına , qasnaq kimidi . Ama:-
-Dil ilə dilçilik şakalat şirəsidi və bir toplum düşüncənin tiryak cirəsidi . Söz ilə sözcük bir tütək səsidir , vizıltısı qulaqalara izinsiz daşınar . Bu iki söyləmin anası sayılan məhləmizdəki Falçı Bətul idi . O , kəkəmə danışıq ilə :-
-Böylə olursa-sa-sa könlünə düş-düşş-düşsün , əl-əl-əlinə düş-düşş-məmə-sin , ki-ki-ki . Baş-ş-şına qaxınc olacaq , bu şa-şakalat ilə tü-tü-tütək .
Bu konu üzrə düşüncələrə dalaraq :-
-Mə-mə-mən bilimlər okayanında bir us-us-ustad bir uz-uz-uzman üzgünçüyəm . Qar- qar-qarşıma çıx-çıx-çıxan hər bir bilim naqqasını cib-cib-cibimə salıb , ok-okyan qıyıqlarında fır-fır-fırladaram . Bil-bil -bilim dar-dar-dartışmasında kim-kimsəyə macal ver-ver-məzəm . Fit-fit-fitəmi belimə bağlayıb , uz-uz-uzmanlar kürəyini yerə çaq-çaq . Bu uz-uz-uzmanlar bilməyir ki-ki-ki , söz ilə sözcük yeniliyim , futbal-bal topudi və ko-konu qalasına güp-ha-güb . Buna görə ki-ki-ki ,
Ustadam .
Uzmanam .
Atasağınam .
Professoram .
sözüniz va-va-varsa çı-çı-çıxın qabağıma . İndi bildiz mi ?ki-ki-kim olduğumu . Böylə-lə deyil mi-mi !?
Bir sö-söz ilə bilimlər okayanıda , hər bir bilinc-c-c bölümünü Qızbəsti bazarında parça-ça yerinə satıram . Keşgə-gə-gə , matahım-matah olmunca-ca-ca , bazarım-bazar olaydıki-ki-ki , bilim filimi oynuya biləydım . Ama hər dən bir düşünürəmki-ki-ki , Meyvə olmayan yerdə badımcana can-can deyərlər . Deyib ,
Bir sağ dizinə şab .
Bir sol dizina şab ,
Vırır və ucadan gülürək :-
Çevrə pişməmiş .
Düşüncələr oyanmamış .
Oxucum gəlişməmış .
Nə sö-sö-söylərsəm deyəcəklər bəh , bəh , bəh . Böylə deyil mi-mi !?
Kim anlayırki-ki-ki ,
Kim oxuyurki-ki-ki .
Heç tək-təindən anlamasınlar . Mənim kimi anlamış-miş-mişlar , nə qazandı ?ki-ki-ki , Bir çoxu , eyetimini bit-bit-bitirib , qabıq gə-gəmirirlər . Gül-gül-gülməli deyil mi-mi ?-gülməidi çünki-ki-ki , gülməli işə gü-gü-gülürlər . Demo-demo- meokratıya deyil mi-mi ?-Andıra-dıra-dıra qalsın , bilən var mi-mi ?-Bilim şa-şa- şakalatına Eşşə-şşə-şşək Arısı qədər dəyər ver-verən var mi-mi ?-Qalaq qalaq ki-ki-kitabların ölü to-to-tozunu sil-sil-silən var mi-mi ?-Heç silməsinlər . Silənin goruna rake-ke-ket .
Bu konuları yalnız mən bil-bil-bilsəm yetər . İllər boyu qabıq gə-gə-gəmirib atasağın , professor və bilimlər okyanı ol-ol-olmuşam . Şa-şa-ka sanmayın haaa ,düdüd . Bu düdüdün bir nədəni var . Nədən budurki-ki-ki , nanəm məni eş-eş-şəyin belində doğ-doğ-doğub . Öz başına uç-uç-uçaqlara minib , öz-öz-özümü gəliştirdim . Qo-qo-qoşuq qo-qo-qoşuram və bütün qo-qo-qoşduqlarım il-il-ilan ça-ça-çayan dil-dil dillərinə çevrilmiş-miş-miş . Öy-öy-öykularım bilə qar-qar-qara kültüründə şa-şa-şah əsərlər sa-sayılır .
Atasağın , professor Ərğə bəyin xəyal seminarı sona varır və tanıdığı yetimələrə:-
-Dil ko-ko-konusu gün-gün-güncəl bir işşşş oldğu için , dil yığ-yığ-yığvası ya-ya- yaradılmalıdır-dır . Dilli dilli , dilimizi yabancı-cı söz-söz-sözcülərdən savınayım . Söz ilə sözcük us-us-ustaları bir yerə top-top-toplanmalıdı . Da-da-dağınıq biçimdə hər yoldan-dan-dan keçən , bir sözcük su-su-super mar-mar-marketı açıb . Baxmayaraqki-ki-ki , onların ça-ça-çalışqanlığı so-so-sonucunda
Ca-ca-cavab yerinə yanit .
Xə-xə-xəbər yerinə sav ilə so-so-soraq .
Dok-dok-doktür yerinə atasağın .
Həs-həs-həsrət yerinə özləm ,
ki-ki-kimi söz-söz-sozcüklər u-u-ulusun ağ-ağ-ağzına düşş-düşş-düşşmüş . İndi di-di-dil devrimi zamanı ça-ça-çatıb , söyləyir atasağın və professor Ərğə Bəyim .
O , dil yığvası yardır və buyruq verir ki arxaık sözcüklər ilə yeni yaradılmış sözcüklər bir yerə toplansın deyə gələcək qoşaq için bir önəmli iş görülsun . Ancaq bir biriz ilə əməkdaşlıq gərəkir .
Böylə bir konudan sonra bilim işciləri yarışa keçırlır . Bir birindən soraqsız , sözcük fabrikası gündə min bir sözcük supermarketlərə buraxırlar . Örnək olaraq :-
Psikilet və ya düçərxə yerinə
Təkərləmə , itələmə və dürtələmə
Vəya xəbər yerinə
Təpərlər , səpərlər və superlər
kimi sözcükləri satışa buraxırlar . Atasağın , Professor Ərğə bəyim deyirki :-
Düçərxə yerinə Yelatı ,
xəbər yerinə sav ilə soraq ,
sözcükləri çoxdandı qoşuqlarda və düz yazılarda öz yerini bulmuş . Heç hənanın yeridir mi ?-hər kəs öz başına sözcük bazarı açır deyib iki əlli daz başına güb-güb . Düşünürki ədəbi sürəcdən soraqsızlar dilimizə aftafa götürəcəklər . Çünki hər ağız bir hava çalır .
-Bu nə-nə-nədir ?
Bu-bu-bundan dil-dil dev-dev-devrimi çı-çı-çıxamaz haaaa !!!
Din-din-dinləyən va-var mi ?
-Yox !
-Eşidən va-va-var mi ?
-Yox !
Böylə bir durumun tanığı dəlicəsinə evdə başı-başına çənə döyür . Gecə gündüz xəyalında seminarlaşır . İş o yerə çatır xanım və uşaqlar boğaza yığılırlar . Bir gün Təbrizdəki Qara seyidin yanına aparıb , ağıl duası yazdırmaq istəyirlər . Cəddinə qurban olduğum gülümsəyərək :-
-Cinlər beynini qıdıqlayır və onu rahatsız edir , bir ağıl duası gərəkir !
O qələmi iki ayaq barmağına salıb , bir üzün ağıl duası yazır . Üç köşə bir meşin parçasına sancaqlayır . Duanı bir zınqrovlu zəncir ilə Ərğənın boynuna salır və buyruq veriri ki , bu adam gerçək dəlidi . Bundan sonra cinlər yaxən duramaz . Çünki
çin dəmir səsindən qorxar və zinqırovlu zəncir boynunda qalmalıdır . Nəslinə qurban olduğum deyir .
Ərğənin yaman günə düşdüyü başlanır . Evdə ucadan danışır , tərpəndikcə zınqrolar səslənir . Bu durum arvad uşağı boğaza yığır .
Bir gün xanım evdən qaçır .
O biri gün uşaqlar yoxa çıxırlar .
Qonşular yazıx havalanıb deyirlər .
İşdən çıxarırlar .
O , yalnızca bayıra çıxır , evə girir . Bir axşam küçə qırağında papağını qabağına qoyub :-
-Qarqaçof , Nobel ödülü aldı !
Şab vırır dinzınə .
-Üzü yumuşaq Qorxan Pamıq , Nöbel ödülü aldı !
Şab vırı dinzinə .
-İndi dil bazarıdı , bilginlər dovşan yuxusundadı . Məndə bir yeni dil yaradım . Uluslar ara dil zorluğu aradan qaldırılar . Bu bir yenilikdi deyə yüzdə yüz ödül alaram deyib ,
Şab güpüyür anlına .
Tup peysərinə bir şıllə .
Bunu görən yolçular dəli deyib , papağına para atırlar . Gözləri papağına zillənsədə , düş ilə düşüncə dil devrimi xırdalayır . Bir neçə saatdan sonra papağını götürəndə görürki ,
papağın içi para ilə dolub və sevinərək :-
-Ahan , qaz-qaz-qazanc yolunu tap-tap-tapdım . Bundan so-so-sonra pa-para zorluğu çə-çəkmərəm . To-to-topladığm paralar ilə yeni ki-ki-kitablar çı-çı- çıxaram . Bu ol-ol-olanaq ilə diiiil devrimi-mi ölkəni bürüyər və No-no-nobel ödülünü qaz-qaz-qazanaram .
O , bu sonuca çatır . Dil devrimi yaratmaq için danışdığım dili unutmalıyam və yeni sözcüklər işlətməliyəm . O , evdə yalnızca :-
-Saat sözcüyü yerinə ayaq qabı !
-Dəyqə yerinə yumurta !
-Saniyə yerinə qaşıq !
-Bu sözcüklər ilə böylə bir yeni cümlələr !
-Ayaq qabı on bir !
Yanı saat on bir .
-On birə qalır , üç yumurta iki qaşıq !
Yəni on birə qalır , üç dəyqə iki sanıyə !
Çörəyin adını qoyur qamış .
Pendir adını qoyur başmaq .
Və öz xəyalında dil devrimi yaradır . Bu sürəcdə öz dilini unutmuş olur . Bir gün saat bazarına gedir və bir saat almaq istəyibdə :-
Ay-ay-ayaqqabı ne-ne-neçədi və ay-ay-ayaqqabını ne-ne-neçə yu-yu-yumurta ne-ne-neçə qaş-qaş-qaşıq keçir ???
Satıcı nə dediyini başa düməyir . Çevirməndə yox . Satıcı bozarıbda :-
-A kişi , çıx dukandan bayıra , burası ayaqqabi dukanı deyil !!!
Atasağın , Professor Ərğə bəyim ordan çıxıb , çörəkçi dukanına gedir deyə :-
-Sa -sa-salam qar-qar-qardaş , mənə bir ki-ki-kilov qa-mış-mış ver !
Şatır bir ona , bir özünə baxır . Gülüb yazix dəli olub . Ama bü günə kimi bu zırramada dəli görmədim . Yenə Ərğə çox qanı soyuqluq ilə :-
-Qar-qardaşım dedim , bir ki-ki-kilov qa-mış-mış ver !
Şatır qızaraq :-
-Ay səni , nə dediyim olasan adam . Nadirin tarixini çörk yapa-yapa oxudum , belə sözlərə tüş gəlmədim . Başın-qulağın əzilməmiş , çıx dükandan qamış oğlu qamış !!
Atasağın , professor Ərğə bəyim çarasızca ordan uzaqlaşır və gedib duvar dibində oturubda :-
-Bu ki-ki-ki ,
Və bu durum ki-ki-ki ,
Gerçək bir devrim ki-ki-ki-ki !!!
M. Ərğəvan
11/08/2009
P.S
DİQƏƏT
Sayın oxucular !
Mən illər boyudi dilimizin dirçəlişi uğrunda bacardığımı etdim və dlimizin yabancı sözcüklərdən təmizlənməsinə qatılıram . Ancaq !!!
Necə ?
Və nəcür ?