- 511 Okunma
- 0 Yorum
- 0 Beğeni
Ruslan Pivovarov şiirleri Terane Turan Rehimli çevirisinde
Rİuslan Pivovarov,
Çağdaş rus şairi
BÖYÜK PUŞKİNƏ
Əsrin sənə qarşı çox qəddar idi,
Düzələ bilmədi dövran indi də.
Allah səni bəxtindən uca yerə yüksəltdi,
Haqqın olan əbədi postamentə.
Bizim dövrün bürokratik nifrəti
Və laqeydlik möhürü
Eləməzdi sənə o mərhəməti,
Parlayasan poeziya ulduzu tək.
Amma Allah qüsursuz bir hakimdir!
Heç bir məmurun fərmanı onun hökmüylə bacarmaz.
Nə yaxşı ki, yaratdıqların Mayakdır,
Əbədi işığıyla aydınlanar yolumuz.
10 02.2023
YESENINƏ
Müqəddəs ordu bağırsa:
"Rusiyanı at, cənnətə gəl!"
Deyəcəyəm: “Cənnət niyə,
Mənə öz Vətənimi ver”.
S. Yesenin
Ey rus iradəsinin narahat müğənnisi,
Nəğməndəki o coşqu görən indi hardadı?
Rusiyanın ucqarları indi necə darıxır,
Geniş ənginlikləri həsrət adlı dardadı :
Cəsarətli, alovlu misralarından ötrü,
Telində qıvrımların buğda rəngindən ötrü...
Həqiqətsiz qalmaqdan yaralanan ruhumuz
Darıxır cəsurluğun, igidliyindən ötrü.
Gözəl ağcaqayının saçları da bozardı,,
Bakirə gözəlliyi bizi o heyran qoyan...
Sənsiz onun ağappaq, bəmbəyaz nəvələri
Yarpaqlarını indi axşam şehində yuyar.
Errkən tərk etdiyin bu torpaq üçün qəmlənmə,
Sən ki bilirsən, orda dolaşırkən cənnəti,
Allah əsla kimsəsiz, yiyəsiz qoymayacaq
Müqəddəs Rusiyanı - sənə doğma Vətəni.
29.09.2020
QARA ÇAY ÜSTÜNDƏ QÜRUB
Taleyin şıltağımı, yoxsa hakilm qüvvənin anlamsız bir tələsi?
Ya nəfsinin alçaqlığı paxılların, bədxahların...
Ya da sonsuz qüdrətli bir gücün iradəsi -
Bu üzdənmi kəsildi onun haqq deyən səsi?
O, insandır! (Nə qədər dahi doğulsa belə!)
Yaşadı hamı kimi əzab, xəyal və eşqlə.
Tərəddüd də elədi, şübhələri də vardı,
Belə vaxtda qələmlə öz dünyasın yaratdı.
Qara çayın üstündə od tək parladı qürub...
Bəlanı duymuş kimi yanvar da susqun durub...
Şairin ömrü sısqa şam kimi yanıb söndü,
Qanlı ayaq izləri qara hopub gömüldü.
Dünya göz yaşı tökdü, şəhərə zülmət çökdü,
Gizləndi kədər alatoranlıq arxasında .
Ölmək üçün cavandı, hələ çox gəncdi şair,
Lakin "qaratoxmaq qız" göz vurdu rübənd altda.
Yuxuya getdi şair, yol aldı sonsuzluğa,
Ömür-gün yoldaşıyla vidalaşdı fikrində.
Bu vidada nəzakət, səmimilik də vardı,
Həyatın son misrası ömrünü başa vurdu.
8.02.2019.
© Руслан ПИВОВАРОВ
Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli
YORUMLAR
Henüz yorum yapılmamış.