- 408 Okunma
- 0 Yorum
- 0 Beğeni
Sergio Kamellini. Terane Turan Rehimli şiirinin fantastik sevgi dünyası.
TƏRANƏ TURAN RƏHİMLİ POEZİYASININ FANTASTİK SEVGİ DÜNYASI
Tanınmış Azərbaycan şairi və yazarı Təranə Turan Rəhimli öz yaradıcılığında poeziyanın necə bir universal semantik dilə malik olduğunu göstərir. Onun görkəmli italyan şairi Claudia Piççinnonun ingilis dilindən italyan dilinə ustalıqla tərcümə etdiyi şeirləri bu fikri əhəmiyyətli dərəcədə təsdiqləyir və qüvvətləndirir. "Məndə daşa da sevgi var" (İtaliya, Cuscino di Stelle" nəşriyyatı, 2023) şeirlər toplusu isə bir çox yönüylə, hətta avtobioqrafik eyhamlarıyla fantastik sevgi dünyasında gəzişir. Kitab Təranənin orijinal dünyasına daxil olmaq üçün əlamətdar başlanğıc olan “Sevgimdən tanıyacaqlar” şeiri ilə başlayır. Niyə orijinal? Çünki sevgidə həm hər şey, həm də hər şeyin əks tərəfi (противоплодность всему) var: həqiqət, yalan, kobudluq, şirinlik, çaşqınlıq, həsrət, xoşbəxtlik, ağrı, dindarlıq, həyat, ölüm, ziddiyyətlər... Şair poeziyasında tez-tez konkret bir şeirin başlığından sonluqda istifadə edir. Sərlövhənin bu şəkildə sonluğa əlavə edilməsinin, başlığın təkrarlanmasının özü bir növ Freydin subliminal, şüuraltı mesajında olduğu kimi əsərin əsas mövzusunu vurğulayır. Bİr neçə şeirində olduğu kimi, “Ömür sürət qatardır” şeirində də xeyirxah Allahı xatırladır:
Allah, məni kimdi qovan,
Kim bu nəfəsimi kəsən?
Kimdi ömrü tələsdirən?
Kimdi içimdə tələsən?
Buna görə də, bu lirikada onun varlığı yalnız sətirlər arasında oxuna bilən sevgi kəlməsindən azad, gündəlik hadisələrin tez bir zamanda dünənə çevrildiyi dörd sualdan asılı görünür. Qapalı, sirli bir poetik tərənnümdür:
Bu günüm tez dünən olur,
Sabahı qucub gedirəm.
Mən həyatı yaşamıram,
Üstündən uçub gedirəm.
“Sabahın xeyir, Roma!” şeirində isə Vatikan da daxil olmaqla, bütövlükdə Əbədi şəhərlə bağlı şirin bir həsrət dilə gətirilir. "Qarlı qışın ortasında gülümsəyən günəşinlə dünyanın hər pisliyindən uzaq sabahın xeyir!".
Qədim, ulu Vatikan!
Dövrəndə xoşbəxt həyat,
Pozulmasın bu növraq,
görməyəsən nahaq qan!
Ey Marçello teatrının
sükuta dalmış səhnəsi, beləcə qal!
İndi dünya səhnəsində
gedən oyunlardan uzaq.
O bəmbəyaz ovsuna sal ruhumuzu,
ölməz şöhrətindən yazaq.
Sabahın xeyir, Roma!
Sabahın xeyir, Roma!
Şeirdə şairin istifadə etdiyi nida işarəsi təəccüb və sevinc tonunu bildirmək üçün “heyranedici nöqtədir”. “Mən qadınam” şeirində şair qadın psixologiyasını dəqiq imüşahidə edərək müdrik qələm və incə ustalıqla gözəl təzadlar lövhəsi yaradır: “Mən rəssam deyiləm, bəstəkar deyiləm, bağban deyiləm... amma çox rəssamın bulmədiyi rəngləri tanıyıram: sevgi rəngi, ümid rəngi, dərd rəngi... "
“Gözümdən düşdüyün yola düşürəm" şeirində isə vəziyyət bambaşqadır: "Məni tanımadın, körpə ağacdım, Vaxtsız doğradılar kölgəm olmadı... Elə dərd biçmisən boyuma gəlmir, Məni sabahımın dərdi büreyüb... Gözümdən düşdüyün yola düşürəm, Səni axtarmağa gedirəm daha." Hər şeyə rəğmən özünü simvolik olaraq adı çəkilən personajla eyniləşdirən müəllif gələcəyə inamlıdır. Beləliklə, bu kitab içə dönük, introspektiv mütaliə ilə dərin düşüncə arasında tarazlığın mövcud olduğu, daha doğrusu, son dərəcə həssas bir poetik ruhun hiss və duyğularına səyahətin gerçəkləşdiyi, eyni zamanda möhkəm və qətiyyətli şeirlər toplusudur.
Hisslər, duyğular, məkanlar və xatirələr arasında cərəyan edən misralar sevgi sözünün mülayimliyi, istiliyi ilə daşın soyuq sərtliyi arasında rəngarəng bir əlaqə yaradır. Nəticədə Təranə Turan Rəhimilinin nəfis poetik mənliyi onun hər misrasında görünür, onun özünəməxsus dünyasının təbii gözəlliyini təsdiqləyir.
Sergio Kamellini,
İtalyan şairi və psixoloqu
YORUMLAR
Henüz yorum yapılmamış.