- 579 Okunma
- 0 Yorum
- 0 Beğeni
Tamikio L.Dooley şiirleri Terane Turan Rehimli çevirisinde.
Tamikio L. Dooley bir çox beynəlxalq mükafatlara layiq görülmüş Amerika yazıçısı və şairidir. O, bədii və publisistik əsərlər, şeir, miniatür hekayə,, məqalə və esselər müəllifidir. Yazıçının Ukiyoto nəşriyyatı antologiyalarında, "Bard’s Day Key" şeirlər tolusunda, "Çoxmillətli qələm əsgərləri" almanaxında və digər beynəlxalq ədəbi nəşrlərdə dərc olunmuş şeirləri, qısa hekayələri, məqalələri və esseləri dünya oxucuları tərəfindən rəğbət və sevgi ilə qarşılanmışdır. Həmin əsərlər ona mötəbər ədəbi qurum və təşkilatların mükafat və təltiflərini qazandırmışdır. O, "Dünya Ədəbiyyat Mükafatı", "Banqladeş Beynəlxalq Poetik Səhnə Mükafatı" və "Birinci Büllur Kubok Mükafatı"nı almışdır.
TAMİKİO L.DOOLEY
ÜRƏKDƏKİ NƏĞMƏ SƏSİ
Ürəyimdən nəğmə səsləri gəlir,
Köksümdə şirin bir musiqi çalır.
Qəlbimin döyüntüsü simvolik musiqi tək,
Yüksəlib enən səslə rəqs edir ürək.
Ürəyimdən nəğmə səsləri gəlir,
Dinlə, nə qədər şirin, zövq verən bir musiqi...
Dodaqlarda həzin lirik pıçıltı,
Bir bilsək səninlə bu kəlmələri.
Ürəyimdən nəğmə səsləri gəlir,
Alır ruhumuzu musiqi yenə,
Bizi qanadında elə yellədir,
Qalxırıq lap buludların üstünə.
Ürəyimdən nəğmə səsləri gəlir,
Səma şirin döyüntünü dinləyir.
Köksümdə bir həzin
Mahnı çalınır.
DUYĞULAR
Duyğular bir azca sentimentaldı,
Deməzdim ki, duyğular kədərdi, mərhəmətdi.
Duyğular daha çox matəm kimidi,
Üstündə dağ boyda dərddən qüvvətli.
Düşün ki, yanaqda xəfif bir sığal,
Ya da çənən altda incə bir öpüş,
Ya çiyninə vurub təqdir edən əl...
Ola bilər
Kədərdən daha güclü toxunsun,
O bircə toxunuşla bütün dərdlər yox olsun.
Odur ki, qədrini bilin
Yanaqdakı sığalın, çənədəki öpüşün, çiyindəki o əlin.
SÖZLƏR
Unudulmaz hecalar
Gözəl səsli melodiyalar qoşar.
Gizli dönmələrlə, qırılmalarla
Dil daha güclü bir dildə danışar.
Kəlməni diqqətlə seç, hər bir sözün
Ünvanına görə öz tonu olar.
Ruha yayılmağın bir addımında
Kəlmələrin sərtliyi, kəskinliyi.
Ən yaxşısı bir saat tıqqıltısı
və yellənən kəfkirin səsi kimi .
Sözləri anlayanda da
Diqqət çəkməmək üçün
Bir pıçıltının içində
Öz sözünə məhəl qoymayanlar var...
Sözlər silahlardan güclü olarlar.
Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli
YORUMLAR
Henüz yorum yapılmamış.