- 410 Okunma
- 0 Yorum
- 0 Beğeni
Gözlüklü Balaca Qara Balıq
İngilizcə müəllimənin uzun boyu diqqətləri özünə çekməsə də, məscidinin minarələri kimi, incə uzun iki qıçı, Mirzə Əli’nin daz başından daha da parlaq budları "gəl mənə bax" deyə qışqırırdı. İbadətə əcələ ilə gədan gözləri, özünə sarı çağrırdı. Çağırma görəvində, Mirzə Əli’nin əzan səsi belə ingilizcə müəllimənin qıçlarının budları qədər bacarıqlı deyildi.
1979 ilində, islam inqilabından dolayı bağlanan məktəblər, yenidən açılmışdılar. Yeni qurulan islam hökuməti hələ tam olaraq avtoritetini uyğulamaya başlamamışdı. Hələ başörtüsü zorunluluğu və xalqın özəlliklə də qadınların, geyinişinə müdaxələ edilmirdi. Devrilən Şah’ın dönəmindəki kimi, qısa ətək geyən qadın müəllimələr, başları açıq vəziyyətdə, oğlan məktəblərinə gedə bilirdilər.
Sardar Milli Orta Məktəbi’nin İngilizcə müləlliməsi, hər zaman "Quruçay’dan gələn darğa-şagird uşaqlar (sarsaqlar) məktəbimizin etibarını zədələdilər" deyə sözlərini təkrarlardı. Onun bu sözləri, Məmməd’də çox pis etki buraxmışdı. Zatən hərkəs oturub dururdu "Quruçay uaşağı, üçü on şahı" deyə söyləyib lağa edirdi. Müəllimənin acı verici sözləri də, mərdimazarlıq damğası kimi onun anlına vurulmuşdu. Yavaş-yavaş özünü yer üzündə şər bir yaratıq kimi hiss edirdi.
Atası, Quruçay’lıların çoxu kimi Şəriətmədarçı idi. Onun qara əmmaməli, girdə gözlüklü rəsmini də çərçivələyib salonun sol divarından asmışdı.
Məmməd də Səməd Behrəngi’nin düzbucaqlı ğözlüklü, başında yün papağı olan şəklini, sağ divara yapıştırmışdı.
Binəva uşaq, şər bir yaratıq hissinə qapıldığından bəri, salonun sağ, sol divarlarındaki iki resmin arasında avara bir həyat yaşayırdı.
Səməd Behrəngi’nin adını ilk dəfə, ilk öyrətimin son sinif müəllimindən eşitmişdi. Genc müəllim ona "Balaca Qara Balıq"ın kitabını hədiyyə etmışdı. Sonra məktəblər qapanıp müəllim də it-bat olmuştu.
İnqilabın alovları azaldı. Məktəblər yenidən açıldılar. Məhəllədə orta məktəbın olmadığı üçün Quruçay’dan daha zəngin məhəllə, Davəçi’deki Sardar Milli Orta Məktəbi’nə getdi.
Mirzə Əli, cümə ğünləri axşam çağları, məsciddə əzan oxumadan öncə, uşaqlara və genc qız, oğlanlara quran dərsi verirdi. Yan qonşunun gənc qızı Məryəm, Məmməd’i də yanına alıb Çay-içi’ndəki məhəllə məscidi, Mirzə Əli’nin quran kursuna aparırdı.
Cüz-i-Əmmə’nin ilk səhifələrində Miezə Əli’nin əli, tez-tez onun əl-qoluna dəyirdi. Məryəm bu işini pis niyyətlə elədiyini hec düsünməmişdi, amma bir neçə həftədən sonra, kitabın ortalarına gəlib çatanda, Mirze Əli’nin əli də Məryəm’in döşləri üstünə çatdı. Məryəm’in qışqır-bağır səsi məsciddə yamsılandı.
Amma ingilizcə müəlliməsi, hərkəsin masası üzərinə əyilib ev tapşırıqlarına göz atanda, sadəcə Quruçay’dan gələn tələbələr, arxadan gizlicə əyilib onun ətəyindən içəri baxmırdılar. Quruçay’lılardan daha da sərsəri olan Mənbeh məhəlləsinin yeniyetmələri, Dəvəçi’nin yeni ambalajı açılmış ədəbli uşaqları da oraya baxmaq üçün can atırdılar.
Tualetdə işəməyi axarkən Mirzə Əli’nin başından axan qanı yadına düşdü.
Məryəm’in böyük qardaşı fəhlə Muxtar, başına kərpiclə vurduqdan sonra, millət Mirzə Əli’ni, Muxtar’ın güclü əllərindən zor qurtarmışdı.
ğözünü cinsəl organına zillemiş, ucsuz-bucaqsız dənizə bənzər düşüncələrə dalmışdı. Ağlına balaca qara balıq gəldi. Orqanını, gah girdə, gah da düzbucaqlı ğözlüklu bir balıq kimi təsəvvür edib güldü. Sonra onu balığa bənzətməsindən utandı. Artıq ingilizcə müəllimənin "Quruçay darğa-şagirdlərı" sözlərində,haqlı olduğuna inandı.
Öz-özünə fikitləşdi "Görəsən onlardan hansı, sarsaqlığı məhv edə bilər? Darğa-şagird’likdən məni kim qurtara bilər?
Qara əmmameli Şəriətmədar ağa mı, yoxsa yün papaqlı Səməd Behrəngi?"
Geləcəkdə, Quruçay’dan savayı başqa bir məhllədə yaşmağını, ingilizcə müəlliməsinin, incə uzun qıçlarının, paralq budları olmayan bir məktəbdə oxumağını arzuladı. Şalvarını yuxarı çəkib tualetdən eşiyə çıxdı.
YORUMLAR
Henüz yorum yapılmamış.