- 302 Okunma
- 1 Yorum
- 0 Beğeni
Tahire Qafarova Tarzı Şiirlerden Bir Şiir.. / Hikmet OKUYAR.
30 yıldan bu yana ermeni işgelinde olan cennet vatan Garabağ torpakları azerbaycan torpağıdır diye gurtarılması içün Gönül Seferberliği oluşturan Müstakil Azerbaycan Gönüllü
Kahraman Askerlerini methiyelerle destanlarla destekleyen aşık ozan şairlerden birisi de Tahire Qafarova 27 Eylül 2020 den bu yana çok güzel sunumlarını okudum.. Yorumladım.. SÖNDÜ
HAYISTANIN YANAR OCAĞI.. / Tahire Qafarova Deyişini de paylasıyorum.. :
............
SÖNDÜ HAYISTANIN YANAR OCAĞI.. / Tahire Qafarova
*
Dəyişdi dünyanın baxış bucağı...
Söndü Hayıstanın yanar ocağı...
Qarabağ orduma açdı qucağı,
Qartal öz dağında, qayasındadır,
Bax ucalıq onun mayasındadır.
*
Zirvədə dayanan qartal mənimdir,
O türk əskəridir, haya qənimdir,
Qarabağ doğmaca öz Vətənimdir,
Dığalar xam xəyal röyasındadır,
"Böyük Ermənistan" xülyasındadır.
*
Bələdçi nə gərək görünən dağa,
Şanlı Ordumuza canım sadağa!
Daha tanımırıq heç bir "qadağa",
Ordum öz elində, obasındadır,
Bülbülüm əvvəlki nəvasındadır.
*
Göydə covlan edir "İti qovan"lar,
Əskərə mayakdır indi dronlar,
Otuz ildir yurdda azğın "firon" lar,
Bizimlə Qarabağ davasındadır,
Çaqqallar Qurdumun yuvasındadır.
*
Sağdı Qubadlının qartalı Əliyar ...
Sağdı Canpoladlar, sağdı Allahyar...
Bütün Şəhidlərim rahat uyuyar...
Onlar İmam Hüseyn təqvasındadır,
Şəhidlər haqq-cənnət dünyasındadır.
*
Ölən hər oğula mən də anayam,
Haqq səsimi gərək cahana yayam!
Doğulduğum gündən sülhdən yanayam,
Ədalət dünyanın harasındadır?
Avropa əlaltdan fitvasındadır...
*
Orduma arxa ol, güc ver, Allahım,
Bu haqq savaşında sənsən pənahım,
Qoy Zəfər müjdəli olsun sabahım!
Həbibinin gücü duasındadır,
Könlü Laçın, Şuşa havasındadır.
*
Tahire Qafarova
BAKI, 2020. AZERBAYCAN..
.......................
YORUMLAR
Gönlümüz Azerbaycan'da, duamız orada savaşan Türk askerimize.
Allah'ım muzaffer etsin.
Yarınki bayramımız da kutlu olsun.
Ne mutlu Türküm diyene.