- 433 Okunma
- 0 Yorum
- 0 Beğeni
Rahile Dövran Şiirlerinde ŞEBİNGÜL.. / Hikmet OKUYAR
NEVROZ BAYIRLARI da, PAPATYA, LALE, SÜMBÜL,MENEKŞE ÇAYIRLARI da,GELİNCİK TARLALARI da, SARIÇİÇEK ( CENNET ÇİÇEĞİ ) YAYLALARI da; ŞEBİNGÜLÜ BAHÇELERİ /ŞEBİNGÜLÜ BAĞLARI ve FİDANLIKLARI gibi ŞEBİNGÜLÜ ŞİİRLERİ güzelliğinde SÜPER İLGİ ALANIMIZDA..
Tebrikler, Teşekkürler..REHMET ile ŞÜKRAN..RAHİLE.
....
NAHÇİVANLI Şair, Şiir Yorumcusu, Şebingülü Dostu Rahile Dovran anısına; Takipçi Hayranlar tarafından Dünyaca Ünlü Pirimiz Abdi Beğ Aşkına; 7 renginde 7 kokusunda 7 veren, Şebingülü, Goncagül, Gızılgül, Pembegül Ağaçı dikenlere ve şekil gönderenlere Selam olsun..
Şebingülü Dostu Rahile Dövran’a da rehmet olsun..Amin..Rahile Dovran Akif Hoca Şiirleri çok okunacak, çok yorumlanacak.. Rahile Dovran; Şebinkarahisar Şiir Akşamları, Okuyar Şiir Sohbetleri içinde de Rehmetle, Şükranla Şebingülü Dostu möhteşemliğinde yaşatılacak..Ruhu Şaad, Mekanı Cennet olsun..AMİN.
Hikmet Okuyar Şüsiyad Başkanı, Mudanya / BURSA
...........
ŞEBİNGÜL../ RAHİLE DÖVRAN
*
Göy qurşağındanmı qonmusan yerə?
Rəbbin yeddi rəngi sənsən- Şebingül.
Gül ətrin rəqibdir, Müşki- Ənbərə,
Yeddi iy çələngi sənsən- Şebingül.
*
Dağımın, daşımın zərif çiçəyi,
Nəğmə, bayatıdır hər bir ləçəyi.
Hər “türküm deyənin”, könül göyçəyi,
Qəlbinin ahəngi, sənsən- Şebingül.
*
Kimsə ola bilməz sənə biganə,
Bənzəri olmayan gülsən, yeganə.
Otuz üç ləçəkli, tel şanə- şanə,
Sevgi, eşq nəhəngi, sənsən- Şebingül.
*
Utancaq qız kimi al yanaqların,
Sevdalı qızlardır hey qonaqların.
Öpüşə qərq olar gül dodaqların,
Iffət, ülfət dəngi, sənsən- Şebingül.
*
Dövran vurğun sənə, sən də Dövrana,
Əl- ələ ün salın cümlə- cahana.
Aşiqlər izləsin hey yana- yana,
“Humayın” həm “Cəngi”, sənsən- Şebingül!...
..........
ŞEBİNGÜL - 2
*
Gözləyərsən əriməsin son qarın,
Müjdəçisi sən olarsan baharın.
Gözəl qızı yaylaqların, dağların
Qurban olar qədəminə hər bülbül,
Yeddi rəngli, yeddi iyli- Şebingül.
*
Sevdalılar həsrətini çəkərlər,
Sirlərini ləçəyinə bükərlər.,
Qızlar səni qəlblərinə əkərlər
Ürəklərdə, könüllərdə, qəlbdə gül,
Yeddi rəngli, yeddi iyli- Şebingül.
*
Heç bir çiçək sənə bənzər, tay olmaz,
Hər çiçəkdə otuz üç tel, say olmaz.
Sənin qədər könülsevən, pay olmaz
Al yazmalı, yaşıl köynək, başda tül,
Yeddi rəngli, yeddi iyli- Şebingül.
*
Sənə vurğun, qopuz çalan ozanlar,
Sənə vurğun, nəğmə, şeir yazanlar.
Sənə vurğun, Məcnun olub azanlar
Şərqidə gül, şeirdə gül, sözdə gül,
Yeddi rəngli, yeddi iyli- Şebingül.
*
Nur qoxulu həbibisən- Dövranın,
Ilhamısan, həm təbisən- Dövranın.
Loğmanısan, təbibisən- Dövranın
Gir Dövranın gül qoynuna, birgə gül,
Yeddi rəngli, yeddi iyli- Şebingül.
*
MÜƏLLİF : RAHİLE DÖVRAN.
Bakü / AZERBAYCAN
.— Hikmet Okuyar ile birlikte.
..........
YORUMLAR
Henüz yorum yapılmamış.