Azan səsinin sehri
Yay ayı olsa da hava bir qədər sərin keçirdi.Göy üzü tər-təmiz idi. Səmada sayrışan ulduzlar insanda başqa bir əhval oyadırdı.
O, səhər azan səsinə yuxudan ayılmışdı. Gecələdiyi otelə yaxın məsciddən səhərəyaxın şəhərin lal sakitliyi içərisində aram-aram xüsusi bir avazla ətrafa yayılan, insanın ruhunu oxşayan azan səsi onu valeh etmişdi. Ömründə belə bir səs, belə bir avaz eşitməmişdi. Qəlbinə özünün də bilmədiyi bir hiss hakim kəsilmişdi. Nə isə istəyirdi, ancaq bunun nə olduğunu bilmirdi. Vurnuxa-vurnuxa qalmışdı. Gah qulaqcıqlarını taxıb musiqi dinləmiş, gah kitab oxumuş, idman hərəkətləri etmiş, televizora baxmış, (böyük bir məhəbbətlə sevdiyi qadını narahat etməmək üçün televizora da qulaqcıq taxmışdı) geniş otel kompleksinin həyətindəki iri hovuzda üzən balıqlara tamaşa etmiş ,ancaq heç cür rahatlıq tapa bilməmişdi. Onun buu izaholunmaz narahatlığın səbəbi nə idi? Qəlbini bürümüş müəmmalı istəyi nə idi? O bu fikirlər içində azmışdı. Səhər yeməyini necə yediyini belə bilməmişdi. Gündəlik otel turları təşkil olunurdu, hamısına da sevə-sevə qatılardı.
Toshio Yamazaki( Toşio Yamazaki) ixtisasca həkim idi. 27 yaşlı ucaboy, enlikürək bu gənc həkim hər il olduğu kimi bu il də məzuniyyətə çıxmışdı. Lakin onun bu ilki məzuniyyəti həmişəkindən fərqli idi. Bu dəfə o, sevimli, gənc ,gözəl, ənənəvi yapon əqidəsinə və ailəsinə bağlı olan xanımı Reyko Watanabe( Reyko Vatanabe) ilə birlikdə məzuniyyətə çıxmışdı. Artıq 7 ay idi ki ailə qurmuşdular. Bu onların bal ayından sonrakı ilk səfərləri idi. Cütlük əsrarəngiz ,macaralarla dolu, hər guşəsi bir tarix olan qədim Istanbula səfər etməyi qərarlaşdırmışdı. Bu qədim şəhəri seçməkdən çox məmnun idilər. Sanki qeyri-iradi ikisinin də bilmədikləri bir hiss onları buna sövq etmişdi. Bu şəhərdə istirahətdən zövq alırdılar. Toşio həkim olsa da hələ uşaqlığından arxeologiyaya ,tarixə və coğrafiyaya vurğun olmuşdu. Hələ də bu sahələr üzrə əlinə düşən materialları oxuyar,özü üçün müəyyən qeydlər edərdi. Əslində o arxeoloq olmaq istəyirdi. Həkimlik onun valideyinlərinin arzusu idi. Ancaq onun bu peşəni seçməsinin başqa bir səbəbi vardı. Toşionun bir uşaqlıq dostu vardı. Mao Takeshi.(Mao Takeşi) Onun ən sevimli dostu. Girdəsifət, seyrək qaşlı, fındıq burun, ,,kirpi saçlı " Takeshinin uşaqlıqdan ürəyində problemi vardı. Böyüdükcə problem özünü daha çox büruzə verirdi. Bir gün uşaqlar qrup halında meşəyə əylənməyə getmişdilər.Təbii ki qrup rəhbərləri də vardı. Takeşi də onlarla birlikdə getmişdi. 15 yaşında idilər. Xeyli əylənib yaxşıca istirahət etmişdilər.
Geriyə dönməyə hazırlaşırdılar. Qəflətən Takeşinin ürək tutması başladı. Yeniyetmə havasızlıqdan sudan çıxarılmış balıq kimi çabalayırdı. Uşaqlar və qrup rəhbəri aciz qalmışdılar. Takeşinin bərəlmiş gözləri acizanə şəkildə Toşioya baxırdı. Bu baxışlarda köməksiz, çarəsiz, günahsız, amansız xəstəliyin pəncəsində boğulan məsum uşağın yalvarışları vardı. Dostuna heç cür köməklik göstərə bilməyən Toşio göz yaşları içində qışqıra-qışqıra ora -bura qaçır, mobil telefonla ard-arda təcili yardım çağırırdı. Təcili yardım gəlsə də ona kömək edə bilmədi. Amansız xəstəliyin qurbanı olan Takeşi o gün dostlarının gözü önündə can verdi. Həmin gün məhz Takeşinin əzablarının şahidi olan Toşio onun ruhu önündə and içib həkim olacağına söz verdi. Onun gənc olmasına baxmayaraq Yaponiyada tanınmış həkim-kordioloq olmasının əsl səbəbi mərhum Takeşi olmuşdu...
Artıq saat 10: 00 ı göstərirdi. Onlar hazırlaşmağa başladılar
İndi burada bu qədim ,əsrarəngiz, nağıllar şəhərində istirahətdə olan cütlük az sonra şəhər gəzintisinə çıxacaqdı. Cadde boyu dükan-bazarlarda nə desən tapmaq olardı. Günəş artıq xeyli yüksəlmişdi. Onlar dükanları və klassik İstanbul bazarını çox gəzdiklərindən vaxtın belə tez keçməsini fərq etməmişdilər. Buradan ayrılıb ,,Aya Sofya" və ,, Sultan Ahmet" ə gedəcəkdilər. Şirin-şirin söhbət edə-edə irəliləyirdilər. Arabir yol boyu diqqət cəlb edən qədim memarlıq abidələrini fotoaparatın yaddaşına köçürürdülər. Bir-neçə dəqiqədən sonra qədim ,,Aya Sofya"nın qapısı ağzında idilər. Tur bələdçisi bu qədim və möhtəşəm abidə barədə turistləri məlumatlandırırdı. Burada da xeyli şəkil çəkdilər. Növbə ,, Sultan Ahmet" ın idi. Tam caminin qarşısında olduqları zaman günorta azanı başladı. Elə bil Toşionu ayaqlarından yerə mıxlamışdılar. Bu o səs idi. Səhər eşitdiyi səs. İçində insanı heyran edən, cəlb edən, təpədən-dırnağa insanın cisminə, ruhuna hopan o ecazkar səs! İlahi bu nə səs idi?! Toşio bu səsin sədaları altında sanki səmanın ənginliklərində idi. Bələdçi nəsə danışırdı, ancaq Toşio onun dediklərini dinləmirdi, o ayrı bir dünyada idi. Tur rəhbəri ondakı dəyişkiliyi sezdi, yaxınlaşıb onunla maraqlandı. Toşio heç bir problem olmadığını söylədi və xanımı ilə burada qalacaqlarını bildirdi. O böyük məscid- kompleksi gəzə-gəzə müxtəlif şəkillər çəkir, klassik şərq üslubuna baxdıqca valeh olurdu. Namazdan sonra turistləri içəri buraxdılar. Toşio xüsusi ornamentlərlə bəzənmiş məscidin içərisini gəzdikcə özünü şərq nağıllarının personajına bənzədirdi. Taxçada qoyulmuş nəfis üzlüklü kitab onun diqqətini cəlb elədi. Yaxınlaşıb əl uzatmaq istədi, lakin kiminsə bağırtısını eşidib qeyri-ixtiyari əlini çəkdi.
-Əl vurma! Dəstəmazsız toxunma!
Dəstəmazlısan?!
Toşio geri çevrildi. Qarşısında gödəkboy bığsız topsaqqal birisi dayanmışdı. Adam ona zənnlə baxa-baxa səlis ingiliscə
Are you tourist? dedi.
-Yes, i am tourist. But excuse me why do you shout? I don’t understand it.
Let I explain you. I am muslim,alhamdulillah.və beləcə başladı uzun-uzadı bir moizə....
Əl uzatdığın kitab bizim müqəddəs kitabımızdır.Ona dəstəmazsız toxunmaq olmaz. Adam qəliz şəkildə turistə nə etmək lazım olduğunu izah edirdi.
Reyko və Toshio bu qaba adamın asaram-kəsərəmlə izahından sıxılırdılar. Adam isə onların hansı oteldə qaldıqlarını öyrənməyə çalışır, radikal dini cərəyanlardan ağız dolusu danışır, onları dinə dəvət edirdi. Artıq sıxılırdılar. Bu dəmdə kənardan olanları sakitcə seyr edən 45-50 yaşlı eynəkli şəxs onlara yaxınlaşıb üzbəüz olan Toshioya sakit davranmağa işarə etdi. Üzünə təbəssüm verib köhnə tanışlar rolunu oynamağa başladı.
-Harda qaldınız, bayaqdan sizi gözləyirəm, maşın həyətdədir. Buyurun.
Sən isə əfəndi ,qonaqlarımı rahat burax!
Bəstəboy adam şübhəli şəkildə onu süzməyə başladı. Reykonun çaşqınlığına isə Toşionun yapon dilində dedikləri son qoydu. Birlikdə səkinin kənarındakı avtomobilə yaxınlaşdılar. Səssizcə qapını açıb əyləşdilər. Eynəkli adam hər tərəfi nəzərdən keçirdikdən sonra üzünü onlara tutdu:
Have you ever been before here?
Cavab təbii ki təxmin etdiyi kimi oldu. Əl uzadıb özünü təqdim etdi;
Mithat Ünlü. İstanbul Universitetinin ədəbiyyat fakültəsinin professoru.
Toşio və Reyko da özlərini təqdim etdilər. Nahar fasiləsi olduğu üçün professor onları nahara dəvət etdi. Üçlükdə xeyli söhbətləşdilər. Professorun səlis nitqi,ağlı, intellekt səviyyəsi,nurlu siması onları elə valeh etmişdi ki getməyi belə unutmuşdular. Saat 4:40 -ı göstərirdi. Getmək üçün ayağa qalxdılar. Mithat bəy onları otelə qədər aparacağını bildirdi. Yolda yenə mövzu din üzərindən düşdü. Professor aramla,təmkinlə, gözəl şəkildə islamı anladırdı. O danışdıqca gənc ailə ona kiçik uşaqlar sevimli müəllimlərini dinləyirmişlər kimi sakitcə qulaq asırdılar. Otelə çatandan sonra professor öz ünvanını və telefon nömrəsini onlara verib sabah uyğun görsələr cütlüyü öz evinə dəvət etdi.
Toşio və Reyko çox məmnun qalmışdılar. Axşam yenə azan səsini eşidən Toşio artıq qəlbindəki narahatçılığı qismən çözmüş oldu. Deyəsən kələfin ucu ələ keçmişdi. Səhər günortaya qədər gəzib görməli yerləri seyr etdilər. Daha sonra isə professorun göndərdiyi sürücü onları professorun evinə apardı. Mithat bəy xanımı Ayşegül xanımla da onları tanış etdikdən sonra bir süfrə arxasında əyləşib səmimi söhbətə başladılar. Toşionu ən çox maraqlandıran islam dini ilə bağlı suallar idi. Professor da onun bütün suallarını şövqlə cavablandırırdı. O danışdıqca gənc ailə artıq öz aləmlərində bu dini qəbul edirdilər. Qəflətən sözləşiblərmiş kimi ikisi də birdən ;
İslamı qəbul etmək üçün nə etməliyik?-deyə soruşdular. Professor onları nəzərdən keçirib dedi:
Buna tam əminsinizmi?
Əlbəttə.
O zaman sadəcə kəlmeyi-şəhadət deyib müsəlman olursunuz.
Bu qədərmi asan yəni?
Təbii ki..
O gecə İstanbul şəhərində professor Mithat bəyin evində uzaq gündoğar ölkədən olan iki nəfərlik bir ailə müsəlman oldu.
10 gün sonra İstanbul Hava Limanından səmaya qalxan təyyarədə mehriban ,gənc bir ailə öz vətənlərinə qəlblərində ləkəsiz, Allah sevgisi, iman ,təqva ilə səmadakı ağappaq topa buludlara doğru uçurdu. 10 ay sonra Yaponiyadan professorun elektron poçtuna bir məktub gəldi.
Dəyərli dost, gözəl qəlbli ustad Mithat bəy, sizinlə dostluğumuzdan şərəf duyuram.
Cənab professor ,siz çox mədəni, əxlaqlı və savadlı insansınız. İslam dinini sizin sayənizdə qəbul etdik. Şəhərinizə gəldiyim gündən ilk eşitdiyim azan səsi məni valeh etmişdi. Demək ki uca Allah məni bir müsəlman buyurubmuş. Bu dinin gözəl elmi tərəflərini araşdırırıam. Adı dəstəmaz almaqda belə xüsusi bir kəramət var. Mən həkim olduğum üçün tibbi tərəfləri araşdırıram. Dinimiz gözəldir,ancaq təəssüf ki ,aramızda hələ də cahillər var. Məni divara dirəyən o topsaqqalı 3 gün əvvəl Almaniyada gördüm. Ekstrimist kimi tutulmuşdu. Mən isə orada bir balaca suriyalı körpənin ürək əməliyyatını həyata keçirəcəkdim. O məsum, günahsız, mələk üzlü körpə bu topsaqqal kimilərinin atdığı mərminin qurbanına çevrilmişdi. Qəlpə ürəyini zədələmişdi. Doğrudur o körpəni bir dəfə əməliyyat etmişdilər. Lakin problem həll olunmamışdı. Mən o məsum körpənin nəfəs ala bilməməsini gördükdə müharibənin acılarını daha yaxından duydum, dostum Takeşinin ölüm səhnəsi bir daha gözümün önündə canlandı. Cənab professor, mən əslində Almaniyada seminara qatılmışdım. Sadəcə o körpəni xəstəxanada görəndə qəlbim dönmədi və mən əməliyyat üçün müraciət etdim. İndi balaca Nujeen Susli sağlam hıyata qovuşub və özünü çox yaxşı hiss edir. Mən o topsaqqala müsəlman olduğumu bildirdim,amma başqa söz də dedim. Ona dedim ki ,, Siz bu gözəl dinin qədrini bilmirsiniz,radikal yönümlüsünüz hansı ki dinimizdə belə bir şey yoxdur.Siz minlərlə günahsız insanın qanına əlini bulamış qatillərsiniz. Sənin kimilırinə nə cəza verilsə belə azdır.İslamdan xəbəriniz yoxdur, amma özünüzə dindar deyirsiniz". Cənab professor, mənim rəhbərliyim alında artıq bir missiyaya başlamışıq. Dünyanın müxtəlif ölkələrində öz yurdundan didərgin düşmüş ,müflis olmuş, sağlamlıq problemləri olan müsəlmanlara yardım etmək ,xüsusən ürək problemləri olan insanların müalicə və əməliyyatını gerçəkləşdirmək üçün bir qurum təsis etmişik. Ümidvaram ki uca Allah bu işdə bizlərə yardımçı olacaq. Sizdən dualarınızı əskik etməməyinizi xahiş edirəm.Artıq yola çıxmışıq. Ayşegül xanıma salamlarımızı çatdırın. Sizinlə görüşmək ümidi ilə, cənab professor.
Hörmətlə ;
Toşio Yamazaki.
Fərid Muradzadə.
25.05.2019