- 2136 Okunma
- 0 Yorum
- 1 Beğeni
Şiringül Hikayesinde : Bizim Hikmet İle Eğribel Tepesi..
Bakülü Eğitimci Şair, Şiir Yorumcusu, Şiirli Hikayel Yazarı, nir ifadeyle de Şebingülü Şiringül; şiir dünyasında gezinirken Bizim Hikmet İle Eğribel Tepesi.. / Şiringül Musayeva imzalı hekayesini yazarak Türkiye Sevdası Şiir Akşamları Hayranları ile Okuyar Şiir Sohbetleri Dostları ile paylaşmak için yayınlamış..Yayınlanmışsa daha çok okunsun diye Şiirli Hikaye Yazarları da daha çok tanınsın diye ben de paylaşıyorum :
...
Hikmet OKUYAR
Şair Yazar Gazeteci
.......
Bizim Hikmet İle Eğribel Tepesi.. / Şiringül Musayeva
*
’ Kayabaşı, adın, sanki bir inci,
Yaylalar içində yerin birinci. ’
....
Dağlar..dağlar çox gözəldi, yamyaşıldı, biri o birini əvəzləyirdi, dik zirvələr sıraya düzülmüşdü, yamacları çiçəklərlə bəzənmişdi: haça zirvələrin başı üzərində məsmavi səma görünürdü və mavi səma çox yaxında görünürdü.
Hikmet’e elə gəlirdi; haça zirvəni aşmaq və mavi səmaya ağ, pəmbə buludlara əllə toxunmaq olar. Və Hikmet çox istəyirdi mavi səmaya, ağ, pəmbə buludlara elle toxunsun.
Hikmət eləcə irəliyə şığıyırdı; sanki bir qartala dönmüşdü, özünü çox yüngül, qayğısız hiss edirdi, dik zirvələr, yamyaşıl, çiçəklərə bürünmüş dağ yamacları-hamısı ona gəl-gəl deyirdi, heç bir çətinlik çəkmədən dağların sinəsində gəzişirdi, birindən o birinə adlayırdı, dağlar özü onu bir-birinə ötürürdü.
Dağlar necə gözəldi...çəmənlər necə gözəldi..otlar,al-əlvan çiçəklər necə gözəldi..səma necə gözəldi...Günəş necə gözəldi...
Güneş...Gözünü dünyaya açandan bəri gördüyü günəş.
Güneş, babası, nənəsi, ata-anası, bax bu dağlar, bu çəmənlər, bu Şebingülü baxçaları onun həyatıdır.
Bunlar eləcə var idi; Hikmet gözünü açandan onları görmüşdü, babasını dinləmiş ,nənəsini sevmişdi, bu dağları, bu məsmavi göy üzünü seyr etmişdi.
Dünya elə bu yamyaşıl dağlardan, dağların zirvəsinə toxunan məsmavi səmadan,tazə, tər Şebingülü baxçalarından və şəfəqlər içərisində gülümsəyən al Güneşdən ibarətdir.
Amma ...
Hikmet eşitmişdi: nənəsinin söhbətlərindən, babasının söylədiklərindən eşitmişdi; haradasa böyük bir dünya var: o dünya çox böyükdür, sonsuzluqdan başlayıb, sonsuzluğa gedir, başdan-başa dağlardan, çəmənlərdən, dənizlərdən, quş uçurmayan meşələrdən, cəngəlliklərdən ibarətdir.
Bu meşələrin, ormanların, çəmənlərin, dağların, çeşmələrin sayı-hesabı yoxdur, amma nədənsə Şebinkarahisar, Yeşil Giresun, Kelkit vadisi, Kayabaşı ,Köprübaşı, Eğribel Tepesi, Sarıçiçek yaylası birdir-babası belə deyir. İnsanların sayı-hesabı yoxdur; milyon illər bundan əvvəl yaranıblar, milyon illər bundan sonra yaranacaqlar,amma Hikmet’in babası birdir, nənəsi birdir, Koroğlu birdir, elə Hikmet özü də birdir. Çox qəribədir və çox müəmmalıdır...
Hikmət Okuyar xəyaldan ayrıldı, yanağında gilələnmiş göz yaşlarını əli ilə sildi.Hə belə ...belə işlər...xocam...Nədənsə bu gün xəyallar ona heç rahatlıq vermir.
... Babası Bektaş Ağası Qara Memed kişi əlindəki kərki ilə Şebingül kollarının dibini təmizləyir və onun üzünə baxmadan danışır. Nədənsə bir qədər pərtdir.
-Cavanlar quş olur, uçub uzaqlara gedirlər,ayağı yer tutan gedir. Bəs bu torpaqlar nə olsun? Dünyanın heç bir yerində belə gözəl yaylalar, torpaqlar yoxdur. Gedənlər geri dönsələr, bu torpaqlar üçün nə isə etsələr belə olmaz,bu torpaqlar da inkişaf edər,canlanar.
Gedən geri dönmür ki..
-Baba, mən dönəcəyəm...
-Böyük adam...Aşıq Veysəl də öz torpağından quş olub uçmuşdu mu? .daha bizlərə ehtiyac yoxdur.
-İstəmirsən böyük adam olum ?
’ Sevdigim Çamoluk şöhrete erse
Servetleri bir kuşuna değişmem.
Bütün gözellikler siraya girse
Bizimkinin bir kaşına değişmem.
... .... ...
Gül rengin içimi yakar, kovurar
Sevdanı könlümde bil Şebingülü’m.
Dert alma,derman al çözümlerde dur
Bülbüle yar kimi gül, Şebingülü’m. ’
...- Olmaz ki getməyəsən,elə burada yaşayaq?
-Burada nə işləyəcəm?
- Çoban.
-Mən çoban ola bilmərəm, Birgül.
-Al-Birgül qönçə Şebingülü üzüb ona uzadır-məni xatırlayarsan.
Görəsən dünyada ona gül uzadan mavi gözlü,teli burma-burma,al yanaqlı,bal dodaqlı qızdan gözəl məxluq varmı?Gözləri məsmavidir...məsmavi.Sonralar heç bu rəngdə,bu təmizlikdə bir göz görmədi.
Bəlkə getməsin...Amma getdi...Yollar onu çəkib apardı.
’Karda, kışta kar yolları kesende,
Eğribel’də dağ rüzgarı esende,
Kırat gelir, murat olur desen de..
Yoldaş heç durmasın yoldan yol alsın.’
...Birgül qarşısinda durmuşdu ,mavi gözləri dolmuş səma kimiydi ....Egribel səmasına oxşayırdı.Soyuq payız yağışı yağırdı üzərinə ,üşüyürdü .
-Məni də apar özünlə.
-Aparacağam, Birgül, sən hələ böyü,mən də işlərimi yekunlaşdırım.
Amma...gələ bilmədi...
...-Gələ bilmədim,Birgül...-Hikmət Okuyar ağrıyan sinəsini ovuşdurdu; acı qəhər boğazına dirənmişdi;nədəndir qədrini bilmədiyi günün, üstündən yel kimi ötdüyü anın həsrətini çox çəkir.
Hə...belə..belə işlər...İnsan oğlu belədir, xocam.Cavanlıqda geriyə dönməyi heç sevməz...Amma...
İnsan oğlu sevdiyini də heç unutmaz. Unutmaqmı ..bəlkə də heç ayrılmaz;necə ki bu torpaqlardan ayrıla bilmədi,necə ki uşaqlığından ayrıla bilmədi,necə ki babalı ,nənəli, atalı- analı günlərindən heç ayrılmadı ,eləcə də Birgüldən heç ayrılmadı.
...Böyük şəhərlərdə oxudu. İnsanların gurluğu,maşınların gurluğu,hay-küyü,gənclik coşqusu onu alıb apardı.Getdi ...Karadeniz, Şebinkarahisar, Giresun yörəsi, Kelkit vadisi, Dikmetaş, Altınova, Altınçevre, Hacıömer çiftliği, Karşıyaka, Avutmuş, Köprübaşı, İkioğul, Değirmenönü, Qırkgöz, Birogul, Altıntepsi ovası, Erentepe, Kınık, Karacaören, Kılıçkaya Barajgölü, güllü-bülbüllü Şebingülü bağçaları–hey xəyalındaydı. Arada bir gördüyü vətən oğullarından..
’ Özledim hemşehrim hele bir anlat
Tepelerden, derelerden nə xeber ?
Bir az da meyveden, sebzeden söz et
Buzluklardan, seralardan ne xeber ?
*
Ayrık otlarını yola bildin mi ?
İlacı,gübreyi bula bildin mi?
Tohumluk buğdayı ala bildin mi ?
Sökülmemiş meralardan ne haber ? ’
-deyə sordu
Gözlədi ,o torpaqlara dönəcəyi günü hey gözlədi
İçindəki həsrət ,vətən sevgisi, xəyalındakı bülbüllü sebingülü baxçaları dilində ,dodağında şeirlərə döndü-möhtəşəm şeirlərə , oxuyanın, dinləyənin qəlbində bənzərsiz,tayı,bərabəri olmayan izlər buraxan ,duyğular oyadan ,vətən sevgisini gücləndirən şeirlərə
’ Kayabaşı, gəlib üstə çıkarsam
Burcuna varmadan dönmiyecegim.
Yeşili seyr edip, maviyi görsem
Nadimak dermeden inmiyecegim.’
Hələ o torpaqlara dönmədən o torpaqların, o dağların ,gur çeşmələrin ,sərin yaylaların ,o torpaqlarda yaşayan sadədən sadə insanların:dağda tütək çalan çobanın , tarlalarda, bağlarda kətmən vuran əməkçinin,sebingülü baxçalarında çiçək dərən –gül qoxulu qızların dilində Bizim Hikmətə döndü;Çoban dağa yolu düşən hansısa yad ölkə adamına dilboğaza qoymayaraq Bizim Hikmətdən bəhs etdi,nənələr mürgülü nəvələrin gələcəyə dikilən xəyal ,arzu dolu dünyalarına şirindən şirin bir Bizim Hikmət dastanı ilə nəqş vurdu. Kelkit vadisi ,Şebinkarahisar insanı onu dağların ,çiçəklərin,çobanların şairi kimi sevdi, əzizlədi.Adı hər obada, eldə sevilərək çəkildi.
...Hikmət Okuyar...Hikmət Okuyar..Hikmət Okuyar ! - Egribeldir mi, Kayabaşıdır mı,Çobanlar Çeşmesidir mi, Köprübaşıdır mı,Aşıq Veysəldir mi, babasıdır mı, Birgüldür mü hər gecə yuxusuna girən,qulağına pıçıldayan
’ Nerde erenlerin fermanı nerde ?
Nerde dertlilerin dermanı nerde ?
Duyur sözlerimi namerde, merde..
Duyur sözlerimi namerde,merde ! ’
Və Bizim Hikmet söz verdi ; qışı soyuğuyla, sazağıyla, tufanıyla ,yazı bənzərsiz, ucsuz bucağsız yaşıl çəmənləriylə, zümrüd dağlarıyla, məsmavi səmalarıyla, yayı –payızı buludlu, bol meyvəli bağlarıyla dünyanın heç bir yerində bənzəri olmayan bu torpaqları dünyaya tanıdacağına söz verdi; Şebinkarahisar’a, Kerkit vadisinə, Kayabaşına, Çobanlar çeşməsinə, Köprübaşına, Aşıq Veysəl’e,Birgül’e söz verdi..
’ Çözüm türkümüzü dinləsin bir yol,
Naramızla dağlar inləsin bir yol,
Sevgi sözümüzdən anlasın bir yol,
Netice almadan dönmiyecegim.’
...- Çətin məsələdir, çətin məsələyə toxunursunuz -Yakub bəy başını buladı.
-Nəymiş o çətinlik ?Bu gözəllikdə torpaq diqqətdən kənarda qalmalıdır? Mənim məqsədim bu torpaqları inkişaf etdirmək,gediş-gəlişi asanlaşdırmaq,bu gözəllikləri dünyaya tanıtdırmaqdır.Qoy oradakı insanlar dünyaya çıxış alsın.İndiki texnika əsrində çətin işdirmi bu?Sadəcə diqqət lazımdır,bu torpaqlara ürəyi yanan vətən oğlu lazımdır.
’ Kelkit vadisində titən ocaqlar.
İçində birikmiş özlemi saklar
Bizim Hikmet indi netice bekler
Ben olsam bekletmem”Buyur al ”derim. ’
-O zaman mən də yolun açıq olsun deyirəm-Yakub bəy gülümsünərək ayağa durdu.
Sanki Hikmət Okuyarın üzərindən ağır bir yük götürüldü.Dərindən nəfəs aldı.
...
- Biz şairlərin ,şeirlərin,dağların və çobanların şairi Bizim Hikməti axtarırıq- qarşıdan gələn, üçü də bir –birindən gözəl qızlardan biri Metehandan soruşdu.
-Əvvəlcə tanış olaq. Mən Metehan.
-Mən Birgül.
-Mən Fatimə.
-Mən Xədicə.
-Neynirsiniz onu?-Metehan soruşdu.
-Şeirlərimiz var,əfəndim ,oxuyacağıq ona.Bir də onun şeirlərini dinləyəcəyik –öz dilindən.
-Onu çətin buralarda taparsınız.Tapsanız ...tapsanız Çobanlar çeşməsi başında taparsınız.
’ Hikmetin deyişleri
Bülbülün nefesinde.
Dinleyene sözü var,
Egribel tepesinde. ’
...
- Eləysə gedək, ləngiməyək.
Kayabaşı,Egribel təpəsi,Çobanlar Çeşmesi,Sarı Çiçək yaylası tazə -tər çiçəklərlə örtülüb.Hər tərəf gül-çiçəkdir.Çiçəklərin ətri adamı bihuş edir. Hikmet Okuyar Çobanlar Çeşməsinin başında əyləşib.Qəlbi çox kövrəlib, incədən incə olub,bir gül yarpağı kimi titrəyir. Ətrafına baxınır: bu həmin Çobanlar Çeşməsidir mi?.Ah, zaman bir dəli atlı kimi şütüyüb keçdi yanından. Suların şırıltısı necə də o vaxtı andırır,sanki heç üstündən illər ötməyib, heç dəyişməyib. Ah,bu çöllər, çəmənlər, başı üstündə duran məsmavi səma, şəfəqlər içərisində gülümsəyən gözəl Günəş..-illər onlara heç toxunmayıb. İçindəki məsum qəlbli oğlana da heç nə toxunmayıb. Elə indi də dünyaya o məsum qəlbli, gözəl gözlü oğlanın baxışlarıyla baxır. Hələ də buludların ardıyca qaçmaq, əl uzadıb onlara,mavi səmaya toxunmaq istəyi var içində.
-Salam.
-Salam,siz Bizim Hikmetsiniz ? Bu, Dağların ve Çobanların Şairi Bizim Hikmet.
-Hikmet Okuyar başını qaldırır: qarşısında mavi, səma kimi lacivərd, gözəl gözlü bir qız görür; saçları burma-burma çiyinlərinə dağılıb, yanaqları, qönçə dodaqları Şebingülü rəngindədir.
-Salam-qız ona gülümsəyir: təbəssümü eynən Birgül’ü xatırladır, illər heç toxunmayıb ona. Zaman hər şeyə rəğmən geriyəmi qayıdıb ?
-Al-qız ona bir səbingülü uzadır. Birgül’ün vaxtilə ona verdiyi Şebingülünün eynisidir.Olur mu bu ?
-Adın nədir?
-Birgül. Mən sizi tanıyıram, şeirlərinizi şox oxumuşam.
Hikmet Okuyar gülümsünür, mərd çöhrəsi işıqlanır.
-Siz bu dağların oğlusunuz, bu dağları dünyaya tanıtmaq istəyirsiniz, şeirləriniz də elə bu dağlardan bəhs edir, siz bizi sevirsiniz-Birgül irəli yeriyir.
-Elədir-İllər ötmüş bu sevgidən heç nə əskilməmişdi.
Metehan gülümsünür:
-Ustad, qızlar sizi çox axtarmış. Aradabir şəhərə də dönün.
Onlar əl-ələ verərək qarşıdakı zirvəyə doğru irəliləyirlər. Başları üzərində Günəş zərrin şəfəqlərini yayaraq gülümsəyir..
’ Çağır gidenleri tut bas bağrına,
Çağlasın yeniden o gur sesimiz.
Umutlar dağılsın yarınlarına...
Şenlensin köyümüz ve mahellemiz. ’
........
Not :hekayədəki şeirlər tanınmış Türk Şairi Hikmet Okuyar’ındır.
Şiringül Museyeva
........
YORUMLAR
Henüz yorum yapılmamış.