- 812 Okunma
- 0 Yorum
- 0 Beğeni
SİZİF ƏZABI
“Özür dilemek değil, ’affet beni’ diye haykırmak istemekmiş
pişman olmak,
Gerçekten pişman olduğumda anladım...”- Can Yücel
YALQUZAĞA
Sən elə bilmə burda günlər xoş keçir. Səhərlər acı dadır. Günəş bıcaq kimi pəncərədən keçib gözlərimi kəsir. Günortaları bütün işlər sizif əzabıdı. Gecələri sənsizlik ulayır, peşmançılıq didib yeyir bədənimi. Yuxulara da pənah aparmaq olmur. Orada da sənin hansısa qaranlıq və soyuq qarışıqlıqdan qınaqların eşidilir. İndi mən neyləyim bu peşmançılıqla?
Uğurların da yoxdu dadı, əzizim. Adımı yüksəldir, ruhumu yox. Gözlərindən yıxılmışam içimə. Daha nolsun, damla-damla ərimək qalır günahımda...
Dualarımın qəhrəmanısan. Tanrının da eşitmək istəmədiyi, günü-gündən daha çox əzab çəkən dualarımın. Axı mən sadəlöv hardan biləydim tanrı da səni yola gətirə bilməz. Hardan biləydim ki, meydanlarda tanrıya azadlıq öyrədən səni kimsə, nəsə yol gətirə bilməz. Qorxuram içimdə böyüyüən bu ağrıdan səni görə bilməyim...
Sən elə bilmə, elə bilmə ki, hamı sənin kimi diridi. Mən bu naşı, öldüklərindən də xəbərləri olmayan adamların arasında nəfəssiz qalmışam. Daha bahalı markadan geyinmək, daha bahalı maşın almaq, daha çox qızıl almaq... ancaq və ancaq dahalarçün çalışan adamların arasında, ruhsuz, sənsiz qalmışam...
Şair Vaqif Səmədoğlu şeirlərinin birində yazır: “Saxlayın yer kürəsini, mən düşmək istəyirəm”, mənimsə gedəcək yerim sənsən. Bu durmadan fırlanan yumru topun içində tanrının da yarada bilmədiyi haqq ədalət yaratmaq istəyən sən.
Mavi gözlü şairim Nazim deyir “Nə güzel şey hatırlamak seni, yazmak sana dair...” Darıxmaqdan qocalıram, gözlərimi güldürənim...
YORUMLAR
Henüz yorum yapılmamış.