- 464 Okunma
- 0 Yorum
- 0 Beğeni
25. YILINDA HOCALI MİLLİ İRADE DİRENİŞİ UNUTULMASIN../ Hikmet OKUYAR
Silahsız halka, kadınlara ve çocuklara soykırım uygulayan Ermeni Katliamcıları; Dünya İnsanlığın vicdanlarında lanetle yargılansın derken;
Hocalı Milli İrade Direnişine 25. yılında, selamlarımızı dualarımızı şükranlarımızı gönderiyoruz.
623 HOCALI ŞEHİDİ ile YÜZLERCE HOCALI GAZİSİ ve HALK ÖNDERİ HOCALI ADSIZ KAHRAMANLARI GÖNÜLLERDE YAŞATILACAK..
*
Azerbaycanlı aşık, ozan şair şiir yorumcusu müzisyen bestekar saz ve saz sanaçısı güzel sanatlar öncülerinin Hocalı Sevdası hiç bitmesin.. HOCALI SEVDASI hayranlarının MİLLİ İRADE DİRENİŞİ duyarlılıkları ; 623 Hocalı Şehitleri şahitliğinde sonsuza dek yaşasın.. 25.02.2017, Hürriyet Meydanı / İSTANBUL
*
Hikmet Okuyar
ŞÜSİYAD Başkanı
..............
HOCALI, ŞEKİLİ, BAKÜLÜ, NAHCİVANLI ve TÜRK DÜNYASI AŞIK, OZAN, ŞAİR, ŞİİR YORUMCUSU, SANATÇILARIMIZIN ŞİİRLERİNDE ve DEYİŞLERİNDE YANSITTIKLARI ACILARINI ;
25. YILDA ’ HOCALI’M.. / Sevda Kerimli ’ DUYARLILIĞINDA GÖNÜLDEN PAYLAŞIYORUZ.Hikmet Okuyar ŞÜSİYAD Başkanı
.....
HOCALI’M.. / Sevda Kerimli
*
Təbiət ağ donun geydiyi vaxtda,
Nədir üzündəki o kədər halı.
Bəzəkli gəlintək oturmuş taxtda,
Kim çəkdi üstünə o qara şalı.
*
Dağıldı növrağın, söndü çırağın,
Bulaqlar gözündən axdı qanlı yaş.
Yadlar tapdağına döndü torpağın,
O gecə üstünə yağdı qanlı daş.
*
Bir göz qırpımında alışdı, yandı,
Döndü cəhənnəmin oduna şəhər.
Ah-nalə ucaldı, ərşə dayandı,
Şəhər külə döndü səhərə qədər.
*
Kəsib doğradılar dinc əhalini,
Ucalan fəryadlar qəlbi dağladı.
Süngüyə saldılar dilsiz körpəni,
Dilə gəldi yer də, göy də ağladı.
*
Eşitsin səsimi qoy bütün dünya,
Yerdə qalmaz ahı o məsumların.
Nə idi günahı, söylə sən, Dünya,
Ana bətnindəcə susan körpənin?!
*
Sevda Kerimli
22.01.2017, Bakü / AZERBAYCAN
........
Xocalıya Divan Tutdu Zalımlar.. / Iltimas Ismayıl
*
Vətən qan gölündə boğuldu o gün,
Barbarlıq yenidən doğuldu o gün,
Mərhəmət, ədalət yox oldu o gün,
Xocalıya divan tutdu zalımlar.
*
Taxıldı süngüyə körpə balalar
Səhralarda dondu nənə, babalar,
Yerlə yeksan oldu qədim qalalar,
Xocalıya divan tutdu zalımlar.
*
Analar o gecə durdular vaya,
Ölənlər yüzlərcə... gəlmədi saya,
Bu necə xəyanət, gələn yox haya..
Xocalıya divan tutdu zalımlar.
*
Xortladı qəbirdən andranik “paşa,
Baxmadı namərdlər gözlərdə yaşa,
Qanlar axıdıldı, torpağa, daşa,
Xocalıya divan tutdu zalımlar.
*
Kül olub bir şəhər yandı o gecə,
İnsanlıq çırağı söndü o gecə,
Fələyin də üzü döndü o gecə,
Xocalıya divan tutdu zalımlar...
*
Iltimas Ismayıl
10/02/2017, Bakü / AZERBAYCAN
.......
HOCALI’M../ Nazli Hacili
*
Başına nələr gəldi səbr elədin, dinmədin,
Uca tutdun başını əyilmədin, enmədin,
Sinəni dağladılar mətin oldun, sınmadın,
Gəl də xoş günlərini bir-bir yadına salım..
Sən azad olacaqsan mənim məğrur Hocalı’m.
*
Nə qədər haray çəkdin dünya bunu duymadı,
Sənə qovuşmaq üçün düşmən yol-iz qoymadı,
Adalətdən dəm vuran haqqı haqlı saymadı,
Vəslinə yetəmmirəm sənsiz de, necə qalım ?
Sən azad olacaqsan mənim məğrur Hocalı’m.
*
Qanına boyadılar oğulları, qızları,
Tarix də bağışlamaz qaniçən qansızları,
Günahsız körpələrin çıxarıldı gözləri,
Bu zülümdən inan ki,çox pərişandır halım..
Sən azad olacaqsan mənim məğrur Hocalı’m..
*
Soyqırım törədənlər hələ cəzasız qalıb,
Soysuz, vətənsiz gəlib, vətənimdən pay alıb,
Suçu olmayan xalqı nahaq bəlaya salıb,
Söylədiklərim haqdır, pakdır mənim amalım..
Sən azad olacaqsan mənim məğrur Hocalı’m.
*
Görəsən bu intizar nə vaxtadək sürəcək,
Rəbbim bu xainlərin bəlasını verəcək.
Düşmənin atdığı ox öz gözünə girəcək..
Haqq qələbə çalacaq düşmən olsa da zalım..
Sən azad olacaqsan mənim məğrur Hocalı’m...
*
Nazli Hacili
09.02.2017, Bakü / AZERBAYCAN
.....................
YORUMLAR
Henüz yorum yapılmamış.