- 1339 Okunma
- 1 Yorum
- 1 Beğeni
İSTƏNİLƏN HƏR AN..
1 FƏSİL
Son kimi əvvəl.
Yazın son ayı may ayının isə ortaları idi , 1942-ci ilin may ayının 14-dü idi. Məni səfərbərliyə çağırmışdılar. Axşam ailəmlə şam yeməyində bu barədə söz düşdü, mən getmək istəyirdim bu haqda düşünürdüm. Amma ki, ailəm mənim bu fikrimə narazı idilər. Açığı nəyə görə getmək istədiyimi heç özümdə başa düşmürdüm. Yəqin ki, buna səbəb məndən daha əvvəl iki qardaşımın müharibəyə getməsidir. Böyük qardaşımın adı Seymur idi və ondan kiçiyinin adı Mikayıldı. Ümumiyyətlə biz ailədə altı uşaq idik, məndən savayı iki qardaşım və üç bacım vardı. Bacılarım adları isə Fatimə , Gülnar və Sevinc idi.Gülnarla mən həmişə bir yerdə olmuşuq həmyaşıd olduğumuza görə . Mən ondan sadəcə bir yaş böyük idim. Mənim müharibəyə getmək istəyimə hətda oda qarşi çıxırdı. Bəzən qardaşım Seymur mənə müharibə haqqında yazırdı, qardaşım Seymur keçən ilin may ayının 14-dü səfərbərliyə getmişdi. O , 1941 ci ildə Dekabr ayında Moskva ətrafında döyüşlərdə Almanlara qarşı vuruşurdu. O, döyüş daha çox " İldırımsürətli müharibə" adi ilə tanınır. Bu döyüş haqda mən hətda radiodada belə eşitmişdim . O, məktublarında müharibə haqda yazılanlar heçdə yaxşı həyat səhnəsinə bənzəmirdi. Misal üçün yazardı orada ancaq qəddarlıq hökm edirdi , rəhm yox həddə idi. Yəqin ki, qardaşım mənim insani xasiyyətlərimə bələd olduğu üçün bu cür yazırdı. O, düzünüdə deyirdi mən qəddar birisi deyiləm. Ümumiyyətlə mən heç anlamıram, necə axı qəddar olmaq olar ? Yaxud insanların bir- birini amansızca məhv etmələri heçnə üstündə kimisi sovetlər tərəfindən , kimi isə nasist və faşistlər tərəfindən . Kimisi isə idealist olduğundan həyatları məhv olurdu. Bir müddət sonra yenidən teleqram gəldi. Mayın artıq 27-si idi. Hə, düzdü atam məni razı salmışdı getməyim deyə, axı getməmək mümkün idi ki ? Amma mən ikinci teleqramdan sonra getmək fikrinə düşdüm . Həm dəki mən öz vicdanıma sığmırdım axı necə getməyim ətrafımda olan hər kəs gedirdi. Düzdü mən o , qədərdə patriot deyiləm ama bəzən məndə çay axarı ilə gedirəm . Və məni dayandırmaq çox çətin olardı iki gün sonra hiss etdim ki getmək vaxtı gəlib çatıb. Səfərbərlikdən bir-bir, evbə- ev hər kəsi çağırıb aparırdılar və gedənlər hazırlaşırdı . Elə həmçinin məndə başladım hazırlaşmağa, lazımım gərəyi olacaq əşyalarımı topladım və qərarımı verdim əminliklə . Atam dedi ki, mənə
– bala heç olmasa sabah tezden get. Razılaşdım bu dəfə etiraz edə bilməzdim və sabaha qaldım .
–oldu ay ata , dedim. Məncə bu doğrusu idi və həmdə düşündüm ki , görüşüm hər kəslə. Kim bilir axı ?.. əsgərlik deyil ki, müharibə idi mən həmin gün hər kəslə görüşüb sağollaşdım. Gedən insanların arasında məndən başqa tanıdığım bir nəfərdə var idi, bu mənim keçmiş sinif yoldaşım idi . Onun adı Mehdi idi, biz onunla 7-ci sinfə kimi bir sinifdə idik. Bizim bir yerdə getməyimiz əla oldu məncə . Axşam oldu, bizə qonaq çox gəlmişdi , mənə görə gəlmişdilər çox güman ki , amma mənimlə maraqlanan dəmək olar yox idi. Sanki söhbət etməyə gəliblər, yaxud xala-xətri qalmamaqdan ötrü . Belə vəziyyətlərlə rastlaşdıqca əsəblərim son həddə kimi korlanır. Təssəvvür etmək belə olmur.Əgər bir insan bazara müəyyən nə isə almaq üçün gedir amma başqa bir şey alıb gətirir . Yaxud bu gün deyir belə ama sabah başqa cür edirlər. Belə insanlardan həmişə uzaq olmuşam amma bu cür hallar istisna olmaqla . Axı qonağa get demək olmaz artıq saat doqquz idi və mən darıxmağa başladım və sanki qonaqların getməsini gözləyirdim. Həm sabahı çox böyük maraqla gözləyirdim. Mənə elə gəlirdiki bu yeni və fenomenal hadisələrdən biridir. Yəqin ona görəki mən bu günə kimi öz evimizdən çox uzaqlarda demək olar ki, olmamışam. Bir-iki dəfə ancaq o da az müddətdə. Bu cür özünü kəşf etmə fikirlərimi bacım sevinc yayındırdı . O, mənə bir kiçik kağız verdi və dedi bunu sənə verməyimi istədilər. Sevincin hələ on bir yaşı var idi o, çox balaca idi. Onda sanki atamın gözləri, anamın təbəssümü var idi. O, həmişə mənə çox sual verirdi. Və bəzən mənim məqsədsiz yalanlarımı dərk edirdi. Hə mən o, məktubu aldım və oxumaq üçün münasib yerə təkləndim . Uşaqlıqdan beləyəm əgər mənə aid nəsə olursa mən təklənməliyəm. Uzaqlaşandan sonra məktubu açdım elə bu zaman gözüm lap aşağıya sataşdı ,orada yazılmışdı ’ ehtiramla Xədicə ’ bu an bildim bu məktub kim tərəfindən göndərilib . Xədicə kəndimizin gözəl qızlarından biri idi. Xədicəgil bizdən o, qədərdə uzaqda yaşamırdılar. Mən onu çoxdandı tanıyıram. Yaxşı qızdı bir vaxtlar sevdiyim olub hətda amma bunu ona etiraf edə bilmədim heç cür. Amma o bilmişdi çünki onu sevdiyimi ondan başqa hər kəsə deyirdim. Məhz ona deyə bilməməyimin səbəbi hisslərimdən utanmağımdır və hirslənməyimdir. Ümumiyyətlə mən hisslərimi və emossiyalarımı heç vaxt bildirmirəm və gizlədirəm sirlərimdən və fikirlərimdən fərqli olaraq. Hə başladım məktubu oxumağa ... "" müşviq, səni saat onda Kür çayının qırağında körpünün yanında gözləyəcəyəm, gecikmə "" saata baxdım hələ vaxta yarım saat vardı. Tezdir hələ getmək, Ümumiyyətlə niyə gedim axı ? Ama düzü getmək də istədim həddsiz maraqlı gəldiyi üçün . Maraqlısıda orasındadır ki, axı məni neyniyir ? Mənlə nə işi ola bilər ? niyə məhz gizli görüşə dəvət etdi ? suallardan bol idim doğrusu olardı o sualların cavabını almaq. Fikirləşdim çıxım bir az gəzim və elə yavaş-yavaş gedim artıq görüş yerinə . Saat artıq ona on beş dəqiqə qalmışdı. İlahi vaxt sanki dayanacaqsız, sürətli qatar kimi gedirdi. Evdən çıxdım başladım körpünün yanına istiqamət almağa. Eləcə dayanmadan düşünürdüm onun mənə nə deyəcəyi haqda. Mən gedib təyin olunmuş yerə çatdım, orada hələlik heç kim yox idi. Oturub sahilin qırağında gözləməyə başladım. Kür çox gözəl idi gecə ay işıgında. Gündüzlərin kiçik Kürü , gecə nəhəng kimi gəldi mənə, əsrarəngiz idi. İlahi mən nə əcəb buraya daha əvvəl gəlməmişəm ? bir daha qismət olar mı ? görəsən bu yerlərə qayıtmaq. O, an mənə elə gəldi ki, sanki çox uzun müddətlik gedirəm buralardan gəlməmək şərti ilə və bu bir növ vidaya bənzəyir .
– Müşviq, ay Müşviq, bu Xədicə idi o, məni səsləyirdi. Çox güman ki, artıq saat ondur . İlahi vaxt necədə tez keçirdi, mənə elə gəldi sanki beş dəqiqə keçmişdi. Mən durdum ayağa və getdim Xədicəyə tərəf və yaxınlaşdım . Üzü aşağı yerə baxırdı çox utancaq idi. Əllərini bir-birinə sıxırdı və sanki həyacanlanırdı. O, hələdə danışmırdı. O, çox incə bir qız idi . Yerişi-duruşu da çox ədəbi idi . Sanki ehtiyyatlanır hər dəfə . Qara saçlarına ay işığı düşdükcə par-par, parıldayırdı. Axır ki dözmədim və dedim .
– salam... və düşündüm bir az özümü ağır taxtlı aparsam daha yaxşı olar an etibarıyla və nəhayət o , dilləndi.
– salam...çox sakit dedi az qala eşidə bilməyim qədər.
– necəsən Xədicə ? dedim və diqqətlə ona baxdım..
–yaxşıyam , dedi və axır ki, oda mənə baxdı..
– biz burada neyləyirik Xədicə ? dedim və üstələdim onu.
–açığı bilmirəm, səni görmək istədim ona görə, dedi və yenədə aşağı baxdı.
– çox qəribədi məni niyə görmək istəyəsən ki ? dedim və çox təəccüblənmişdim onun mənə dediyi sözlərə görə. Heç cavab gözləmədən dedim, – Xədicə elə bu qədər ?
– bilmirəm müşviq heçnə soruşma. Dedi və mən lap mat məətəl qaldım.
– bilmirsən ? bəs siz qızlar nəyi bilirsiz ? dedim arxayıncasına amma çox narahat idim.
– Müşviq sən nəyi bilmək istəyirsən? məndən nə eşitmək istəyirsən ? dedi və bü günün bütün məsuliyyətini mənim üstümə atdı.
–Məni buraya nəyə görə cağırmağının səbəbini bilmək istəyirəm. Dedim və bir an hiss etdim ki, lap təngə gəlmişəm bu boş-boş söhbətlərdən.
– doğurdan ? axı niyə ? olmaz olduğu kimi qalsın hər şey ? dedi birdən sanki tərrədüd etmiş kimi və mən çaşqınlıq içində qaldım.
– Xədicə söhbət nədən gedir ? mən səni başa düşmürəm.
– Müşviq bilirsən sən sabah gedirsən səni gözləyəcəm, dedi utancağ şəkildə.
– nəəə ? məni ? bir an bu qızın nə danışdığını başa düşə bilmədim.Məncə o heç özüdə başa düşmürdü,çünki mən əsgər getmirdim mən müharibəyə gedirdim və o, özüdə bunu bilirdi.
–Hə səni, səni sevirəm, ona görə. Dedi və mən şokda idim.Mən həyatda çox az qədər eşidiləcək cümləni eşitdim.
–Bəs bunu əvvəlcədən niyə demirdin mənə ? dedim və bir anlıq fikrə getdim, digər tərəfdəndə mənə Xədicənin dedikləri gülməli gəldi.Öz ürəyimdə düşündüm və öz-özümə sual verdim nə mənası ?
– Bilmirəm bəs sən ? sən.. sən.. hə axı səndə məni sevirdin, mən bilirəm bunların hamısını.Dedikdən sonra üzünü çevirdi və kövrəldi.
– Xədicə , mən sabah gedirəm. Biz bunu unutsaq yaxşıdı məncə.Dedim və özümü danlamaq istəyirdim ama bunun faydası olmazdı və mənasız olardı.
– Mən səni gözləyəcəm amma.Dedi və getdi, mən oturub başladım düşünməyə. Axı doğurdan mən niyə əvvələr demədim ona hər şeyi.Bəs yaxşı o, niyə demədi ? çox qəribədi mən sanki son həddə bitmiş sevgidə günahkar axtarıram yaxud bir səbəb.Hər şey gözlənilməz oldu birdən-birə.Çox qəribədi həyatda son iki il ən nifrət bəslədiyim şeylərdən birisi sevgiyəydi amma yalniz sevgi haqda oxunur ən yaxşı mahnılar və yazılır ən dərin kitablar.
Eh gözəl ay Kür qızlarda sizin kimidir gözlənilməzdirlər.Məni doğurdan narahat edən başqa bir şeyin fikridi : birincisi niyə mən onu düşünürəm ? ikincisi, mən ona qarşı olan hisslərimi müəyyən edə bilmirəm və bunların hamısını unuda da bilmirəm.Hər şey gözümün qabağında canlanırdı yenidən.Nə isə artıq gec idi mən getməliydim evimə. Amma heç getmək istəmirdim.Sanki Kür mənim ən səmimi yaxın dostumdur və artıq yolda idim.Evə çatanda gördüm ki hər kəs məni gözləyir və mən keçdim əyləşdim. Hər kəs sanki məndən nə isə deməyimi gözləyirdi.Mən heç bilmirəm necə deyim amma mənə hər şey qəribə gəlir və sanki tez getmək istəyirdim buralardan.Biz beş dəqiqəyə yaxın söhbət etdik mən birdən dəhşət dərəcədə yorğunluq hiss etdim və getdim yatmağa.Otağıma girdim birdən mənə elə gəldiki burada mənə aid heçnə yoxdur, sanki hər şey yaddır mənə.Uzandım yatağıma. Amma yata bilmirəm nədənsə.Beynimdə çox sayda suallar var hələdə. Xədicə barədə, sabah ki, gün barədə.Təssəvvür edə bilmirəm bunların hamısının sonu necə olacaq.Evindən uzaqda tanımadığın bir yerdə.Əgər soruçarlarsa getdiyin yerdə, bura haradı ? deyə , “bilmirəm” sözündən başqa cavabım yoxdur. Məhz məni narahat edəndə budur.Bəlkə bu daha yaxşısı və məsləhətdir ? özümü çox yormadım və yatdım.
İkinci fəsil
Vida
Gözümü açanda saat yeddiyə yaxın olardı, özümü çox yaxşı hiss edirdim ama yadıma düşəndə ki, gedirəm açığı bir az pis oldum . Darıxdım bir anlıq. Tez yerimdən qalxdım və tez tələsik girdim mətbəxtə və gördüm ailəmi. Halım dəyişdi yaxşı tərəfə ailəmi görəndə daha rahat oldum. Və cıxdım yuyunduqdan sonra, yenidən girdim içəri və səhər yeməyi yedim və tam hazır olmağa başladım və nəhayət hər kəsi çagırırdılar evbə-ev. Mən çıxdım küçəyə artıq bizə yaxınlaşmışdılar hərbiçilər və mən artıq cıxdım yolda idim. Küçədə Mehdinidə gördüm o da gəlirdi başqalarıyla .Açığı mən heçnə bilmirdim haraya getdiyimizi . Çox qəribədi ama mənə elə gəldiki artıq mənim nə deyəcəyim heç kimə maraqlı deyildi, çünki artıq azadlıqdan söhbət gedə bilməzdi. Vətən-vətəndi hər kəs onu qorumalıdır.Biz gedirdik artıq yolda idik, yüz metrəyə yaxın uzaqlaşmışdıq ki, hansısa səslər eşitdim və yolun sağına baxanda gördüm Xədicəni .O, qaça-qaça arxamızca gəlirdi, Mehdinin bundan heç xəbəri olmadı , onun heç vecinədə deyildi hara və niyə getdiyi.O, heç kədərlənmirdi və sanki razıdi hər şeylə. Ümumiyyətlə Mehdi çox qəribə insan idi. Onun demək olar kompleksləri yox idi.O, çox məhsulliyyətsiz biriydi və heç vaxt narahat olmazdı. Birdən az əvvəl gələn səs yenidən gəldi və diqqətimi cəlb etdi, baxdım bu Xədicəydi, ona dedim qayıtsın.
– Məni səni sevirəm və gözləyəcəm səni sonadək !! dedi mənə kəskin, ciddi görünürdü daha sonra yerində durdu və gedənləri izlədi. Mən ona əlimi yellədim və təbəssüm bəxş etdim. Biz xeyli yol qət etmişdik , ama hələ yorulmamışdım. Yol boyu gedəndə hər kəndtən bizə xeyli insan qoşulurdu və çox olurduq artıq Aşağı Salahlı görsənmirdi üfüqdə. Mehdi heç danışmırdı demək olar.Arada bir , oda ki mənasız sözlər idi.
Darıxdığımdan dedim Mehdiyə. – Mehdi səni heç narahat etmir hara getdiyimiz ?
– Yox axı nə fərqi var əgər getmiriksə ?
– Necə yəni getmiriksə ? gedirik axı, yoxsa qaçmaq fikrin var ? dedim çaş-baş halda.
– Bizi getmirik bizi aparırlar, dedi və gülümsədi bir az lağ mənasında. Mən susmadım və sualımı yenidən amma bu dəfə başqa cür verdim.
– Bəs bilmirsən ki, bizi haraya aparırlar ? dedim və ümüd etdim ki, sualıma cavab alaram.
– Onu deyə bilirəm ki, hələlik Şamxora kimi gedəcəyik həm də piyada. Onun doğru ya yalan deməyi heç deyildi vecimə. Onun ümumiyyətlə nəisə deməyi böyük bir şey idi. Amma əgər doğrusunu deyirsə , piyada getmək heç də yaxşı deyildi. Biz uzun yolu qət etmişdik və artıq saat gecə doqquza yaxın olardı. Deməklərinə görə biz Şamxorun mərkəzinə çatmışdıq və gecələmək üçün istirahət etmək üçün dayandıq. Ətrafımdakı insanlar başladılar oturub istirahət etməyə. Kimisi yemək yeyirdi, kimisi uzanıb dincəlirdi. Mən ədyalımı yerə, uzanacağım yerə qoydum və üstündə uzandım. Hava çox isti idi. Bir qədər sonra başladım yemək yeməyə . Yiyəndən sonra yenidən uzandım və yatdım.
– Dur-dur tez , sənləyəm nə uzanmısan ? ayılanda gördüm başımın üstündə bir zabit dayanıb və bu sözləri mənə dedi bir az qışqıra-qışqıra əsəbi halda.
–Artıq evdə deyilsən , iki dəqiqən var sənin hazır olmağa gedirik bir azdan, dedi və döndü bir iki addım atmışdı ki sual verdim.
–Haraya ? bilmək olar ? dedim özümə güvənsiz amma çox maraqlı idi bilmək haraya gedəcəyimiz. O, döndü üzümə baxdı təmkinlə və gülümsədi və dedi.
–Kiravabada, dedi və getdi, çox düşündüm. Səhərin şirin yuxusundan ayrılmağa çətin oldu. Yadıma gələr, əvvələr atam tezdən məni oyadanda deyərdi
“ – kişi belə tənbəl olmaz, dur gedək “ .O , an içəri anam girərdi otagıma. Mən əvvələr qardaşlarımla birgə bir otaqda qalırdım qardaşlarım gedəndən sonra mən tək qalırdım indi isə o, otaq boş qalacaq. və deyərdi atama cavab olaraq
“ – Ay Rza imkan ver balam şirin yuxusunu yatsın. ” Hə indi burda nə ata nə ana var. Yalnız mən və mənim özümə məxsus fikirlərim. Düzdü burda bəlkə də iki yüz adama yaxın əsgər var idi ama mən özümü çox əzgin və tənha hiss edirdim və yalnız.
– Ehhh , çəkdim dərindən ürəkdən. Sanki məndən dərdli insan yoxdur
–Örgəş dostum , irəlidə bunnanda pis günlər olacaq, bunu deyən Mehdi idi,artıq elə halda idim ki, heçnə eşitmək istəmirdim o, ki qaldı Mehdidən nəisə eşitmək . Mən çox yubanmadan tez hazır bir vəziyyətə gəldim, və yoluma davam etdim, hər kəslə birgə. Mehdi yanımda idi.
–Müşviq bu gün bilirsən yuxumda kimi gördüm? Dedi üzümə baxaraq. Mən bilirdim ki, o nəisə mənim haqqımda deyəcək çünki onun yuxularından mənə nə ? mən onun üzünə baxaraq cavab verdim. – kimi ? ürəksiz cavab verdim.
–Xədicəni gördüm, dedi bir azda gülümsədi. Bu gülüşün arxasında mən əminəm nəisə hiylə gizlənir.
–Doğurdan ? açığı təəccübləndim o, bunu elə dediki sanki lap ürəyindən imiş.
–Hə elədə bildim ki, təəccübənəksən, dedi və əlini qarnından tutaraq qəh-qəhə çəkdi.
–Necə gördün, dedim və mən hələ başa düşə bilmirdim ki o , məni aldadır yoxsa düzünü deyir və mənim halımdan istifadə edir.
–Gördüm ki, biz sizdəyik nəisə haqda söhbət edirdik sonrası yadımda deyil
– Mehdi elə bu ? bunları mənə niyə danışırsan? Lap təngə gəlmişdim onun bu cür danışığından.
– Darıxıram ,yadıma düşdü sonrası danışım ?
–Yox nə bilim, danışmasan yaxşı olar.
–Mən əslində səni əsəbləşdirmək istəmirdim. Əgər desəydin ümümiyyətlə danışmazdım.
–Mehdi əl çək mənə maraqlı deyil, dedim əsəbi halda, yox mən o, qədər də passif birisi deyiləm sadəcə nədənsə narahatam. Həm o, komandirin tərrədüdlü baxışı,Mehdinin bu tərkibsiz mülahizəsiz söhbəti lap məni az qalsın özümdən çıxartsın.
–Necə istəyirsən , danışmaq istəmədiyini əvvəlcədən deyərdin.
– Mehdi elə demək istəmirdim, mənim sadəcə əhvalım yoxdur,dedim və bir anda sevindim ki nəhayət Mehdi susar beş dəqiqəlik.
– Eybi yoxdur,səni başa düşürəm, dedi və susdu.
–Sağ ol, dedim və bir az rahat oldum amma sevincim heç beş dəqiqə belə çəkmədi.
–Dünən bir oğlan dedilər qaçıbdır eşitmisən? Dedi amma bu dəfə ciddi şəkildə soruşdu.
–Yox , tanıyırdın onu? Dedim mənə də maraqlı gəldi bu xəbər necə Mehdi maraqla danışırdı.
–Yox , amma eşitdim ki, Yuxarı Salahlıdandır, dedi və susdu diqqətlə üzümə baxdı sanki məndən vacib nəisə eşitməyimi istəyirdi. Yəqin ki o, elə bilirdiki məndə nəisə bilirdim.
–Nəisə Mehdi gəl bu haqda danışmayaq , dedikdən sonra mən qəsdən güya bezmiş kimi üzümü Mehdidən çevirdim . Mən bilmirəm mənə nə olub amma mən yaman sıxılırdım, Yaxud darıxırdım, Havada çox isti idi. Mehdi mənim sol tərəfimlə gedirdi, digər tərəfimdə isə tanımadığım oğlan var idi.Birdən ona tərəf baxdım o, diqqətimi çəkdi o, mənim qardaşım Seymura çox bənzəyirdi.Çox sakit görünürdü dözə bilmədim və soruşdum.
–Sənin adın nədir ? dedim və o, oğlanın üzünə baxdım bu an Mehdidə üzümə baxdı.
–Mənim ? Mənimləsən? Dedi mənə.
–Hə səninləyəm adın nədir ? dedim və onun üzünə diqqətlə baxırdım və cavabını gözləyirdim əslində onun cavabı mənə heç maraqlıda deyildi sadəcə məni cəlb edən onun qardaşıma bənzəməsidir.
–Mənim adım Yusifdir ,bəs sənin ? dedi mənə mən əvvəlcə eşitmədim yalnız sonra ona cavab verdim. – Mənim adım Müşviq di. Sən haralısan ? dedim ona fikirləşdim bəlkə yerli çıxar.
–Ağstafadanam .
–Sən bizə bizim dəstəyə bu gün qoşuldun ?.
–Hə , bəs sən haralısan ? dedi mənə.
–Mən Qazaxdanam, dedim və başa düşdüm ki, başqa nə soruşmağa nə cavab verməyə bir sözüm yoxdur buna görədə sadəcə susdum və düşünürdüm . Biz artıq beş saata yaxın idiki yol gedirdik .Mən bilmirdim haradayıq amma təxmini Tovuza çatmışdıq ən azından. Elə hey gedirdik ama son beş saat mən ev görmədim sanki səhradaydıq . Yarım saatdanda getdikdən sonra başa düşdüm ki, hansısa yaşayış punktuna çatırıq.Artıq evlər görünürdü. Sevinməyə başladım çünki çox ac idim və yornuq, saat on ikini keçmişdi məncə . Çox istidi susamışdım. Yarım saatda yol gedəndən sonra dayandıq bizə dedilər yarım saat vaxtımız var istirahətə. Mən oturdum yerdə o, qədər yorğun idim ki ətraf dünya vecimədə deyildi . Nəfəsimi dərdikdən sonra ətrafıma boylandım gəldiyimiz yer çox qəribə yerə bənzəyirdi . Sanki ətraf yabanlıq idi şimal tərəflərdə kəndlər görünürdü. Yolla paralel dəmir yoluda var idi. Bir yekə köhnə binada var idi . Bizə su verdilər içməyə növbə ilə . Bu yaman oldu , lap ürəyimdən oldu . Sonra bizə çörək verdilər. Hər kəsə iki dilim . Çox deyil idi amma buna da şükür. Yaxşı oldu , yoxsa mənə elə gəldiki biz acınnan öləcik bu dəhşəttdir . Mənim beynimdə çevriliş baş verirdi .Mənim çantamın içində alma vardı . Mən onu çantamdan çıxartdıqdan sonra başladım yeməyə paxılcasına . Sanki onu mənim əlimdən alacaqlar kimi imiş. Yedikdən sonra , bir az uzandım elə yerdəcəz . Özümü artıq yaxşı hiss edirdim nisbətən . Birdən uzaqdan səs gəldi . Çönüb baxanda gördüm bu uzun-uzadı qatar idi. Mən ilk dəfədir ki qatar gördüm .O, Çox sürətlə gəlirdi və tüstü çıxırdı qatarın borusundan hər kəs birdən-birə ayağa qalxdı , həmçinin məndə.Qatar gəlib çatdı və dayandı , və həmin o, gündüz üstümə qışqıran zabit başladı yenədə qışqırmağa və hər kəsə əmr edirdi ki qatara minsin deyə .Vaqonlarda yer dolduqca keçirdi növbəti vaqona . Mən, Mehdi və Yusif ikinci vaqona minməli olduq. Təxmini on dəqiqədən sonra qatar tərpəndi və biz getməyə başladıq . Mən qatarın bir küncündə oturdum və calışdım bir az yatım və dincimi alım . Amma çox narahat idim. Özümdə bilmədim nəyə görə amma nəisə, hansısa hiss məni boğurdu . Mənə elə gəlirdiki bu mənim gözəl şəxsi həyatımın sonudur. Bilmirəm nəyə görə belə düşünürdüm amma çox pis vəziyyətdə idim. Əsəblərim korlanırdı, panikadaydım. Beynimdə xaotik bir durum vardı. Doğurdan bəlkə artıq özümü idarə etmirəm? Deyə öz-özümə sual verdim, amma cavabını tapa bilmədim. Bu cür fikirlər məni doğurdanda qorxudurdu. Nəisə , bir az yatmaq istədim yenicə mürgüləyirdim ki , səsdən yata bilmədim . Bizim vaqonda insan sıxlığından əlavə bir narahatçılıqda var idi. Bu mənimlə birgə gedənlərin səsləri idi. Hər kəs nəisə deməyə çalışırdı amma bir-birilərini dinləmirdilər.Sanki hər kəs istəyirdiki onu dinləsinlər. Bəziləri hətda qışqırırdı. Desəm ki, söhbət qlobal bir mövzüdan gedirdi , yalan olmaz. Çox mənasız söhbətlər gedirdi. Bəziləri çox millətli bir ölkənin haqqında danışırdılar. Çoxları Almanlar haqda danışardı. Bəziləri deyirdi ki, bu bizim müharibə deyil, amma bəziləri tam əksinə , getmək lazım olduğunu söyləyirdilər. Mən bir az kənardan qulaq asdım amma ciddi söhbətə bənzəmirdi. Sanki yeddinci sinif şagirdləri öz dərin fantaziyaları haqda təsvir edirdilər. Birdən bir oğlan mənə yaxınlaşdı . Keçəl idi amma belə sakit görünürdü . Sadəcə hərdən mənə elə gəlirdiki keç əl adamlar dəlisov olur. Özünü ehtiyatlanmış kimi aparırdı. Gəldi və yanımda oturdu və dedi mənə.
–Zibilə qalsın, Allah bilir haraya və nəyə aparırlar heç gözüm su içmir mənim .Hamısı siyasətdir bizlərdə oyuncaqları, açığı desəm heç mən başa düşmədim nəyə görə o, belə deyirdi. Bəlkə oda mənim kimi son həddə idi əsəbləriylə problemləri vardı. Yaxud başqa bir səbəb, nəisə amma mən baş açmadım onun halından . Amma fikirləri maraqlı gəlirdi mənə nəyə görə bilmirəm heç bunuda bilmədim. Lap çaş-baş qalmışam. Əslində onun dediklərində nə həqiqət vardı , nə məna nədə inandırıcı idi. Bir az hələ pafos kimi gəlirdi. Mən ondan soruşdum .
–Sən nəyə görə belə düşünürsən ? əslində mənə heç maraqlı deyildi, sadəcə onun danışdıqları onun fikri olaraq qalmasın adını dialoq deyə biləm.
–Səncə hər şey şübhəli deyil, sənə elə gəlmir ? dedi son sözləri çox yavaş səslə dedi və özünü elə aparırdıkı sanki onu kimsə eşitsə onu tutacaqlar xain adıyla.
–Yox , şübhəli gəlməlidir ? dedim və onun sonrakı cavabını artıq maraqla gözlədim.
–Səncə niyə hələ müharibədən qayıdan olmayıb ? dedi baxaraq üzümə.Mən onun özünü ilk gündən özünü yandırdığını və özünü təmiz itirdiyini çünki müharibədən niyə kimsə qayıtmalıdır ? məgər müharibə bitib ki, kimsə qayıtsın ? hər kəs döyüşür cəbhədə bunun kimilər isə burda belə danışır. Birdən mənə elə gəldiki o, təmiz ağlını itirib,sonra isə yadıma düşdüki müharibəyə hər kəs gedir.
–Çünki müharibə hələ bitməyib ona gorə hər kəs döyüşür , dedim və ona kinayəli baxdım . Mənə yenədə bir anlıq elə gəldiki o, ruhi xəstədi bəlkədə bu belə deyildi amma mənim içimdə belə bir bir hiss vardı.
–Yox dostum sən səhv deyirsən , dedi özüdə bunu əminliklə dedi və üzümə elə baxdıki sanki o, düz deyir və mənim başım xarabdı.
–Sən hardan bilirsən bunları ? dedim amma əyləncə xatirinə onsuzda məşğuliyyətsizdim.
–Mənim qardaşım ..... ,
–Sənin adın nədir ? dedim sərt şəkildə özüdə sözünü kəsərək.
–Əkbər , mən Kiravabaddanam... ,
–Hə davam et sənin qardaşın sonrası nə ? dedim yenədə sözünü kəsərək, hiss etdim ki artıq o, mənim əsəblərimə toxunur.
–Hə , mənim qardaşım gedib gəlməyib müharibəyə , son xəbər ondan Xabarovskdan gəlib. Oradan mənə yazdığı məktubların birində hər şeyi yazmışdı bunların hamısını.
–Nə misal üçün ?, dedim bu mənə artıq çox maraqlı gəldi.Mənim beynimdə müxtəlif versiyalar fırlanırdı birincisi ya onun qardaşı bunu kimi dəlidi yaxud bu iki qardaş düzünü deyir, ən azından gedib görməmişəm, yaxud bunun qardaşı elə bir şey yazmayıb sadəcə bunun başı xarabdı yadaki bu səhv başa düşüb, fikirlər çoxdur amma nəyin düz nəyin səhv olduğunu bilmirəm amma əvəzində biləcik vaxtı gələndə.
– O , yazmışdıki onları döyüşə aparanda komandir əmr etmişdiki əsgərlərə , hər kəs irəli getsin , axı bu dəlilikdi .İrəli getməyəni yaxud arxaya qaçanları güllələyirdilər komandirlər. Ya düşmən bizi öldürdü ya onlar fərqi yoxdur onlar üçün, dedi və üzümə baxıb dondu qaldı, sanki özünü rahat hiss etmiş kimi və bitdi məni inandırdı. Buna səbəb mənim reaksiyamdır əslində mən başqa bir şeyi düşünürdüm o, isə elə bilirdiki mən ona inandım.
–Yaxşı bəs sən bilmirsən bizi haraya aparırlar ? deyərək soruşdum bəlkə bunun heç olmasa məlumatı var.
–Dəqiq yox amma bilirəm ki, hələlik Bakıya sonrasını yox, dedi mənə amma mənim bundan xəbərim vardı.
–Bakı apardıqlarını bilirəm, amma nəzərinə al biz nasistlərə qarşı döyüşə gedirik . Bakıdada hal-hazırda döyüş yoxdur, dedim gülərək astadan.
–Hə düz deyirsən amma məncə RUSETƏ, çünki radioda eşitdim ki nasistlər artıq Rusetdədilər və Moskvaya hərəkət edirlər, dedi və mənə elə gəldiki nə danışdığını heç özüdə bilmədi.
–Başqa nə bilirsən bu haqda? Dedim gülərək amma sual yarandı məndə özümə. Mən niyə hələdə onunla söhbət edirəm?
–Başqa onu bilirəm ki, Hitlerin ordusunun planında Qafqazda var, dedi təəccüblü halda gözlərinidə bərəltdi mənə sanki məni təəccübləndirmək istəyirmiş kimi.
–Doğurdan ? həqiqi sözündü ? çətin gəlib çıxa bilə, dedim güya onun dedikləri mənə maraqlı gəldi məhz bunu görədə cavab verdim.
–Hə , radioda eşitdim Hitlerin planı Krasnodar sonra Qafqazdı, dedi mən az-maz güldüm buda onun acığına gəldi.
–Hə Əkbər bildin indi bizi nəyə görə aparırlar müharibəyə ? dedim və ümid etdim ki, axır əvvəl bu başa düşər hər şeyi.
–Hər şey sən bildiyin kimi deyil, dedi və üzümə baxdı saymazyana sanki mən axmağın biriyəm bax bu isə mənim acığıma gəldi.
–Bəs necədi ? Əgər SSRİ məğlub olsa nasistlərə hamımız qul olarıq, bu Almanlara başa düşürsən ? dedim və başa düşdüm ki, mənə nəyisə başa salmaq qeyri- mümkündür və o, inatkardır.
–Sən nə bilirsən axı müharibə nədir ? dedi sanki qabağındakı on yaşlı bir uşaqdı. Onun özünü çox bilmiş kimi aparması məni lap əsəbləşdirirdi.
-Qardaş müharibənin nə olduğunu hələ heç kim bilmir, dedim sakit şəkildə istədimirdim onunla mübahisə edim.
–Xeyr mən bilirəm nədi, heç kimin heçnə vecinə deyil, muüharibə hər kəsi həssas edir, mənim dediyimi başa düşürsən ? dedi və elə bir sifət etdiki sanki bu bir ağsaqqalın biridi.Hə sən hər şeyi bilirsən dedim öz ürəyimdə. İstərdim ucadan deyim amma bunun sonrasını görmək bir əzabdı, deyəcək ki, sən heçnə bilmirsən və bu qədər.
–Hə , istisna deyil, amma müharibənin heç kim istəməz, müharibə son əlacdır .Məncə səni kimi Hitleridə çətin kimsə başa sala bilsin, deyərək arxayınlaşdım.Çünki ona layiqli cavab verdim, indi isə qoy fikirləşsin nəyə görə belə dedim.
–Hə hə zibilə qalsın hər şey, dedi və mən başa düşdüm ki o, mənim dediklərimdəm heçnə başa düşmədi.
–Əkbər bəs sənin qardaşınan bir xəbər yoxdur ? deyərək mövzünu dəyişmək istədim.
–Onun qara xəbəri gəldi keçən həftə cəmi iyirimi iki yaşı vardı, və dərindən bir ah çəkdi.
–Təəssüf edirəm ,Allah rəhmət etsin, dedim və bu haqda nahaq soruşduğumu başa düşdüm.
–Xeyr təəssüf etmə.Mərhəmətli təəssüfdənsə nifrətlə dolu qisası daha üstün tuturam.
–İndi , sən ən azından qardaşına görə getməlisən, dedim ona təssəli vermək üçün
–Bəs sənin cəbhəyə gedən qardaşın varmı ? dedi mən ona özüm haqda heçnə demək istəmirdim amma nədənsə cavab verirdim.
–Hə özüdə məndən əvvəl iki qardaşım gedib. İkisidə Mıtişi şəhərindədilər, bir getmişdilər keçən il. Dedim və ümid etdim ki, daha heçnə soruşmayacaq.
–Sağdılar ? , –Hə, dedim və növbəti sualı gözlədim can dərdi cavab verirdim.
–Şükür , yazırlar heç ? və buda saul.
–Axırıncı dəfə bir həftə bundan əvvəl almışdım məktubunu , və düşündüm nə qədər daha dözməli olacam.
–Bəs sən heç istəyirsənmi gedib qardaşlarını tapmaq ? dedi maraqlada üzümə baxdı, mən ona məətəl qalmışdım bu nə sualdır axı ?
–Heç bilmirəm, məndən asılı bir şey yoxdur,amma istərdim görmək, dedim və bir anlıq süküt yarandı. Acığı Əkbərin yaşadıgı hisslərə yazığım gəldi sanki. Amma özü daimi düşünməklə paxıl və yalnız özünü düşündüyünü biruzə verir.Nədənsə mənim o, insandan xoşum gəlmədi .Məni narahat edən bir məsələdə vardı Rusetə gedirəm amma heç rusça bilmirəm necə orada baş çıxardacağam görəsən.Durdum ayağa qatarın pəncərəsindən bir az çölə ətrafa baxdım, dəmir REŞOTKADAN tutaraq , qapının yanında duran oğlan vardı ondan soruşdum.
–Biz hal-hazırda haradayıq bilmirsiz ki ? dedim və bir cavab alacağıma inanırdım. Xeyli yol getdiyimizə görə məncə Qasım-İsmayılovu keçmişdik.
–Biz Yevlaxdayıq məncə, onun təxmini dediyini başa düşdüm amma ən azından bir cavab verdi.Saat axşam yeddiyə yaxın olardı bizim irəlidə deyilənə görə hələ uzun yolumuz vardı. Mən çox yornuq idim yatmaq istəyirdim amma yata bilmirdim. Nədənsə mən insan çox olan yerdə sərbəst ola bilmirəm o ,ki qaldı yatmağa.Mənə elə gəlirki adam yatanda , yanında əgər insanlar varsa təbii ki, ailədə istisna, sanki hər kəs ona baxır . Bütün diqqətlərini yönəldərlər və sənin oyanmağını gözləyərlər lap əbədi...
FƏSİL 3
İLK TƏƏSSÜRATLAR
Biz Bakıya çatana saat gecə dördə yaxın olardı, məni Əkbər oyatdı, biz qalxdıq və bir-bir düşürdük qatardan .Biz düşəndə qaranlıq idi, seçmək olmurdu ətrafı .Məndə ümümiyyətlə belə bir xasiyyət vardı əgər tanımadığım bir yerdə olsam mən ətrafıma göz gəzdirirəm.Amma xeyri olmadı çünki heçnə görə bilmədim. Bizi sonra sıraya düzdülər və biz bir saata yaxın yol getdik. Sonra dayandıq və istirahət etməyə başladıq. Amma heç kəs yatmırdı. Bəlkədə ona görə ki, hər kəs qatarda yol gələrkən yatmışdı ona görə. Hər kəs uzanıb istirahətini edirdi. Sanki sanatoriyaya gəlmişdilər.Bir saatdan sonra komandir gəldi və dedi hər kəs hazır olsun. Artıq işiqlaşmışdı, və hər kəs beş dəqiqədən sonra hazır bir vəziyyətdə idi.Sonra komandir yenidən gəldi və əlində bir siyahı vardı.Sonra komandir dedi.
–Kimin adı soyadı çəkilsə keçsin sol tərəfə və bildirsin burada olduğunu.Biz, hər kəs bir cərgədə durmuşduq ona görə dedi sol tərəfə keçsin hər kəs burda olanlar,bu bir yoxlayış idi. Bir az sonra başladılar soyadları sadalamağa və mənim diqqətim Məmmədov Mehdidə idi, mən onu bu sabah itirdim, hal-hazırda heç bilmirəm harada olduğunu.Bir az sonra səsləndi -Abbasov Müşviq.
–burada , dedim və keçdim sol cərgəyə , sonra gördüm ki, kimsə mənə əl edir bu Mehdi idi.Yoxlayış bitdikdən sonra məlum oldu ki, dörd nəfər yox imiş gələnlərin arasında yəqin ki, qaçıblar.Beş dəqiqə isti günəşin altında durduqdan sonra bizi düzüldüyümüz sıra ilə əmr etdilər getməyə.Bir az getdikdən sonra biz bir dörd mərtəbəli binanın qabağında dayandıq.
Sonra zabit dedi,
–Mən adını soyadını çəkdiyim adam yaxınlaşsın mənə tərəf. Sonra başladı bu proses. Mən öz növbəmi gözləyirdim, bir qədər vaxt keçdikdən sonra adımı çəkdilər və mən yaxınlaşdım , nədənsə bir az həyacanlıydım. Yaxınlaşandan sonra komandir dedi,
–Abbasov Müşviq !
– bəli, dedim və düşündüm nəyə görə mənə müraciət etdiyini.
–Sənsən ? Buraya imza at, dedi mən imzanı oxumadan atmazdım amma vəziyyət elə gətirdiki mən imzanı atdım tez tələsik və mənə forma verdilər. Sonra dedilər keçim yerimə və formanı geyinim.Bir az sonra Mehdinində adı çəkildi və irəli çıxdı,amma o,mənə tərəf gələ bilməzdi, cərgəni pozmaq olmazdı. Mən keçdim əvvəlki yerimə . Mən əslində gözləyirdim biz başqa yerdə əynimizi deyişəcəyimizə amma hər kəs elə o, dörd mərtəbəli binanın qarşısında dəyişirdi, və həmişəki kimi çay axarı ilə getdim. Məndə hər kəs kimi elə yerimdə dura-dura əynimi dəyişdim, və formanı geyinməyə başladım.Əslində forma əlimdə ikən çox istəyirdim formanı geyinməyə , həvəsli idim. lap can atırdım. Geyinəndən sonra nəisə pis oldum , sanki tabuta girdim məcbur ona oxşar bir hiss var idi məndə . Amma artıq örgəşdim formayada, tabutada. Forma lap üstümdə imiş , təbii ki, mənim boyum lap standart ölcüdəydi. Yüz temiş beş santimetr idi. Sonra gördüm ki, Mehdiyədə forma verdilər və oda tez dəyişməyə başladı . Bir az sonra bizə dedilər soyunduğumuz paltarıda geriyə verək, sonra hər kəs formalı ikən qrup şəklində sıraya düzüldü.
Komandir dedi,
–Sizə bir neçə söz deməliyəm. Mən elə başa düşdüm ki, o yəqin nəisə deyəcək ki, qol çəkin yaxud buradan qaçanın aqibətini və bu cür sözlər amma o, başladı öz nitqinə, –Dinləyin məni əsgərlər , artıq siz əsgərsiz çünki artıq formanı geyinmisiz .Bir azdan sonra sizi məlumatlandıracaqlar. Amma vaxtımız azdır. Düşmən qəfildən yenə bizə hücüm edib və qərbdə döyüşlər gedir bizimkilər orada döyüşür bizə görə bizim rahatlığımız üçün. Düşmənin əsgər üstünlüyü var qərbdə, biz gedib kömək etməliyik.Əgər nasistlər işğal etsə ölkəmizi hər birimiz qulları olacağıq onların .Yəqin bunu istəməzsiz hə ? qeyd edim ki, bu müharibədi əgər düşmənlə göz-gözə gəlsəz .Sizin bir yalnız bir saniyəniz var onu öldürməyə öldürməsəz əgər o, sizi öldürər. Əgər əsir düşsəz Almanlara qul olmaqdansa intihar edin .Heçnə deməyin onlara, deyərək bu sözləri komandir və getdi hər birimizə özümüzdən və yoldaşlarımızdam muğayyat olmağımızı dedi və getdi. Sonra başqa bir adam gəldi dedi bizi qısa müddətdə məlumatlandıracaq. Bizə bir silah göstərdi dediyinə görə bu “GÖVDƏ” adlı silahdır və o, çox yararlıdı yaxın döyüş üçün və hər kəsə ondan verəcəklərini dedi .Gərək biz o, silahla davranmağı örgənməyimizidə əlavə etdi. Birdə dedilər bizə hər kəsə on dənə güllə veriləcək.Bitdikdə cəbhədə yenidən veriləcəyinidə dedi. Əslində maraqlı mövzüdan danışırdı amma mən darıxırdım nədənsə mən mümkün qədər tez getmək istəyirdim mənə elə gəlirdiki mən qardaşlarımı görə biləcəm. Yarım saata yaxın təlimat sürdü. Bizə silahı doldurmağa, sökməyə və yığmağa öyrətdilər.Ən azından mənim bunlar yadımda qaldı mənə məhz lazım olanda o, idi. Sonra dedilər, getməli olduğumuzu, bu an qatar gəldi. Ümümiyyətlə mənə aid olan mənim şəxsi həyat prosesim necə gedirdi mən anlamırdım.Mən başa düşmürdüm növbəti dayanacaq haradı, amma onu bilirdim ki, elə hey gedirik .Mən yol getməkdən artıq təngə gəlmişdim. Hər dəfə evimdən uzaqlaşanda mən elə hey düşünürəm ki , getdiyim bu yollarnan geri qayıda biləcəmmi ? bu vaxt gördüm ki, silah paylanır və mənə də bir gövdə verdilər on güllə ilə birlikdə .Silahı doldurmağa icazə vermədilər. Sonra biz yenə yığışdıq və çıxdıq yola , dəmir yoluna kimi getdik on dəqiqəyə yaxın sonra bir stansiyada dayandıq və qatarı gözləyirdik. Demək olar çatmışdı qatar. Kimisi silahi nəzərdən keçirirdi, kimisi oturub gözləyirdi hər kəs bir şeylə başını qatırdı.
Zabit yaxınlaşdı və dedi,
–hər kəs dinləsin məni , burada vətəndə hər kəsin ailəsi var . Almanlara aman verməyin . Sonra qatar gəldi hər kəs mindi qatara.
FƏSİL 4
YOL ƏHVALATI
Qatarda tanıdığım heç bir kəs yox idi qatarda nə Yusif ,nə Mehdi nə Əkbər. Heç biri mənim mindiyim vaqonda yox idi, biz yenədə sıxlığa düşdük deyilənə görə bizim dəstəyə Bakıdanda qoşulanlar oldu, və sonra başladıq getməyə . Nəhayət tərpəndik, qatarda adam sıxlığından nəfəs belə almaq çətin olurdu, üstəlik formada sıxırdı həm havada çox isti idi.Saat neçə olduğunu bilmirdim amma gün orta radələrinə yaxın olardı. Mən lap birinci vaqondaydım . Açığı dözə bilmirdim istiyə çox can sıxıcı idi. Mən nə edəcəyimi bilmirdim. Çox rahatsız idim buna dözmək mümkün deyidi. Bir az getmişdik gördüm hər kəs yerini rahatlandırır. Yəni biri uzanır ,biri oturur kürəyini başqasına söykəyərək. Biri papiros çəkir FORTUŞKAYA yaxın olan , hə özüdə Astra markalı , onlar hal-hazırda dəbdədi .Amma mən çəkmirəm nədən buna görədə papirosun tüstüsü yaxud azda olsa qoxusu mənə pis təsir edirdi, ürəyimi bulandırırdı . Mən çox yornuq idim bunu birdən hiss etdim artıq heçnə gözümə görünmürdü, adətlərimdən kənara çıxdım və uzandım məndə.Yerimiz o, qədər darıydıki tam olaraq uzana bilmirdim, mən əvvəlcə yerimdə oturdum və dizlərimi qatladım, hə kimisədə narahat etmək istəmirdim .Sonra yavaş-yavaş ayaqlarımı uzatdım. Gözümü yeni yummuşdum ki, hiss etdim kimsə öz ayaqlarını mənim ayaqlarımın üstündən uzatdı. Hə buda gözlənilən bir hadisə idi. Amma mən heç kimə heçnə demədim uzatdım ayaqlarımı və tam rahatlandım .Rahat yatmaq fikirim olsada narazılığımı bildirmədim,çünki hər kəs mənim kimi yornuq idi , və buna görədə istəmirdim kimisə narahat edim.Bu səbəbdən gözümü heç açmadım , yatdım.Gecə oyandım , saat on ikiyə yaxın olardı.Amma artıq gecə idi mən deməli xeyli yatmışam. Yerimin narahat olmasına baxmayaraq çox rahat yatdım qatarda. Çoxdandır belə rahat yatmamışdım. Lap yerinə düşdü ,taqətdən düşmüşdüm. Oyananda lap isə əla haldaydım. Yalnız bir narahatçılıq vardı mən tərləmişdim, üstəlik ayaqlarım üyüşmüşdü oyanda gördüm ayaqlarımın üzərindən hər kəs öz ayağını uzadıb və mənim ayağım ən altda qalıb ayağımı tərpədə bilmirdim. Doğurdan çox narahat oldum bundan və başa düşdüm ki, əla dediyim haldan artıq əsər-əlamət qalmadı. Elə bir vəziyyətdə idim ki heç nə edə bilmirdim.Tər basmışdı məni , ürəyim sıxılırdı, lap təngə gəlmişdim, beş dəqiqə yaxın o, vəziyyətdə qaldım.Sakitləşdim bu vacib idi mənim vəziyyətimdə çünki mənim beynimdə güclü panika baş vermişdi.Bunu hiss edirdim əsəblərim son həddə ikən.Həm dedim belkə yenidən yatdım gecə olduğuna görə, amma alınmadı gündüz yatdığıma görə gecə heç cür yata bilmədim. Sonra başladım fikirləşməyə axı neyniyim, axı bu vəziyyətdə qala bilməzdim. Sonra fikirləşdim durum və gedim pəncərə tərəfə və bir az nəfəs alım buna ehtiyyacım vardı. Olduğum durum çox sıx idi. Mən nəfəsimi dərməliydim. Yerimdən bir təhər durdum elə durdum ki hər kəs az qala oyansın və demək olar hər kəs donquldalandı. Buna baxmayaraq mən sakit durdum və səsimi belə çıxarmadım çünki , bu lazım deyildi mənə.İstəmirdim sırf ona görə ki, konflikt yaşayım, gərəksiz idi. Durandan sonra bir neçə dəqiqə yerimdə ayaq üstə durdum, və gözlədim ki, oyananlar yenidən yatsın. Elədə oldu bir neçə dəqiqədən sonra yatdılar yenidən və bu mənim ürəyimdən oldu. Onlar yatandan sonra fikirim var idiki pəncərə tərəfə yaxınlaşım nəfəsimi alım. Cəmi üç və ya iki addıma yaxın məsafə var idi. Ama ayaq basmağa heç yerdə yox idi. Hər kəs ayağını hara gəldi uzatmışdı, addım atmaq mümkün deyildi. Başladım yavaş-yavaş irəliləməyə, bir addım atmışdım ki, dayandım. Səs eşitdim kimsə oyanmış bəlkə, dedim öz-özümə.Baxanda gördüm kiminsə əlinə ayaqlamışam amma tam oyanmamışdır. Sonra ayağımı çəkdim, və durdum fikirləşməyə başladım. Necə pəncərənin yanına gedəcəyimi müyyən edirdim.Yəni uzaq başı üç addım atmaq bu qədərmi çətin imiş ? O, an başa düşdüm ki, ehtiyyat yaramır işimə və fikirləşdim cəldlik kömək olar. Sonra əməlli başlı iş gördüm cəld olmağa başladım.Səbrim tükənmişdi. Addımlamağa başladım və heçnədən çəkinmədən,onun bunun əl-ayağını ayaqlayaraq sanki əşyadı.Addımladım pəncərəyə yaxınlaşdım və nəfəsimi dərdim dərindən. Bu aldığım nəfəs mənə azadlığın qoxusu kimi gəldi.Bu mənə ölüm ayağında olan insana son həddə ümüd kimi gəldi.Bu elə bir hiss idi ki, bu hissi ilk dəfə yaşadım.O, anda bir səs eşitdim, həmin o, anı həzzindən məni ayıran bir əsgərin səsi idi.Dəhşətliydir sadəcə nəfəs almaq üçün bu qədər əziyyət çəkmək olarmış. Evdən çıxdığım gündən bu mənə ilk nailliyyətim kimi gəlmişdi. Sonra bu qəribə səsi yenidən eşitdim
–Ey , əsgər haraya tələsirsən belə, dedi. Bu bizi təhvilinə götürən zabit idi bizimlə birinci vaqonda idi.
–Mən sadəcə nəfəs almaq istəyirdim və ona görə pəncərəyə yaxınlaşdım, dedikdən sonra ona tərəf baxdım.
–Sənin kimi deyən çoxdu, dedi və mənə şüphəli baxdı.
–Yox mən doğrunu dedim mənim qaçmaq fikrim yoxdur, dedim və bu an elə beynimdən keçdi bu fikir doğurdan qaçmaq mümkündürmü görəsən ? Niyə mən əvvəlcə belə şey ağlıma gəlmədi ?
–Adın nədi sənin ? deyə soruşdu. – Müşviq , dedim saymazyana və sanki heç onunla danışmaq mənə narahatçılıq verir.
–Lap yaxşı, hardansan ? dedi və özümə baxdı tərs-tərs güya əgər Qazaxdan olmasaydım pis olardı.
–Aşağı Salahlıdan, dedim bu insan neynir mənim haqda məlumatı görəsən? - niyə yatmırsan Müşviq ? deyərək gülümsədi.
–Yata bilmədim, gündüzdən yuxumu almışdım dedim və bununla dialoq sona çatdı. Buna deyərlər dəlini yadına daş saldı amma o, daş onun əlində idi. Qaçmaq məsələsinə görə dedim, axı onu bizə nəzarətçi təyin etmişdilər. Mən bir az pəncərənin yanında durdum və nəfəsimi aldım. Bekarçılıqdan çölə baxırdım , qeyri adi heçnə yox idi. Amma elə təsəllimi gördüyüm yabanlıqdan alırdım yaşayış punktları az idi. Əsas meşələr görsənirdi və boşluq və yabanlıq. Sonra birdən baxdım həmin o, zabit vaqonun digər tərəfində hələdə durmuşdu və papiros çəkir, və məhz qapı onun tərəfində idi. Amma mənim heç doğurdanda qaçmaq fikrim yox idi. Sonra bir az durduqdan sonra mən yaxınlaşdım zabitə, istədim bir az onunla söhbət edim. Başım qarışsın vaxt getsin, deyə. Həm bəlkə mənə nəisə sərfəli bir şey danışıb örgətdi. Ən azından zabitdirsə bildiyi və gördüyü var , təcrübəsi olmayanı belə bir vəzifəyə təyin etməzlər. Amma bir tərəfdəndə yaxınlaşmaq istəmirdim çox danışan insana oxşamırdı, amma pis insan kənardan göründüyünə görə, sadəcə yəqin işini yerinə yetirirdi. Yəqin gördüyü, yaşadığı ağır həyat nümunəsi olub. Qatarda qaranlıq olduğundan mən onu tam yaxşı görə bilmirdim, yalnız gecənin qaranlığında pəncərədən qatarın içinə düşən ay işığının kölgəsində cismini görürdüm. Birdə səsini eşidirdim , oda danışanda ancaq o, səs sanki tunelin digər tərəfindən gələn səsə bənzəyirdi. Yox səs ucadan gəlirdi amma səs özündə nəyisə əks etdirirdi. Hə birdə qaranlıqda PAPİROSUN közü qızarırdı. Birdə pəncərədən çölə sovurulan papirosun tüstüsü . Sıx tüstü idi ayın panoramasında göy görünürdü. Mən özüm heç vaxt papiros çəkməmişəm, amma çəkənlərə baxmaqdan həz alıram papiros çəkmək var nəyi var çəkmək. Gərək onuda bacarasan, bu bir növ incə bir işdi. Təbii ki, papiros çəkmək ziyandı. Amma əgər çəkirsənsə gərək əməlli başlı çəkəsən, boşluqdan tüstülətməyəsən. Zabitimizdə sözün əsil mənasında çəkirdi, çox səbirlə təmkinlə çəkirdi. Tələsmirdi, və oda yəqin ki, həzz alırdı, çəkməkdən. Buda bir növ vərdişdi.Bu dünyadada hər kəsin bir vərdişi var və hər kəs nəyəsə malik di. Mən bir az da durduqdan sonra lap darıxdım, bu dəfə tam dəqiq fikirim var idi yaxınlaşım zabitə və onunla bir az söhbət edim. Çünki məndən başqa təkcə o, yatmırdı gecənin bu vaxtında, gecənin bu vaxtında deyərkən heç bilmirdim saat neçə olduğunu. Bəlkədə saat on iki olardı bəlkədə gecə iki-üç olardı. Amma aydın bir qaranlıq olduğunu deyə bilərəm. Sonra başladım qatarın digər tərəfinə irəliləməyə zabit tərəfə . Çox yavaş və sakit addımlarla sanki nədənsə ehtiyatlanıram. Hər dəfədə hərəkət etdikçə öz ürəyimdə deyirəm “ bu forma necədə narahatdı ” bu forma doğurdan məni həm ləngidirdi həm rahat hərəkət etməyimə mane olurdu, həm sıxırdı, həm çox isti olur gündüzlər bu formada və daha nələr-nələr əziyyətlər çəkirəm. Çox şey deyə bilərəm bu barədə arqument çoxdu məndə. Gedərkən də beynimdə bir sual vardı və o, sual məni doğurdanda narahat edirdi görəsən mən neçə saat yatmşıam? Son yaşadıqlarım mənə bir pis yuxu kimi gəlirdi necə yaşadığımı bilmirdim. Eləcədə mən bilmirdim ki, mən zabitlə necə danışacam və nə deyəcəyimidə bilmirdim. Buda bir şərtdi əslində bu səbəb deyil narahatçılığa bizim haraya getdiyimiz yerlə müqayyisədə amma an etibarıyla bu normaldı, mən zabitin yanındaydım artıq istədim birinci adını örgənim belədə etdim .
–Adınızı bilmək olar cənab zabit ? dedim və ümüd etdim normal söhbətə, çünki ehtiyyacım vardı buna əsasən də son günlər.
–Leytenant Qənbər Əmiraslanov, dedi və üzümə baxdı və sanki mənim reaksiyamı gözləyir.
–Lap yaxşı ,cənab zabit siz bəs niyə yatmırsız ? deyərək ona baxdım amma fikirləşdim birdən səhv başa düşər buna görə narahat oldum.
–Mən sabaha kimi yata bilmərəm , dedi tərs-tərs yəqin elə başa düşdü ki, qaçmaq istəyirəm.
–Niyə bilmək olarmı ? bu an o, deyəsən əsəbləşdi.
–Yaman çox sual verirsən ? bu sənin nəyinə gərək? Deyərək mənə baxdı şüphəli nəzərlə mən deyən kimi elədə bildim ki, məndən şüphələnir.
-Cənab zabit ... , dediyim vaxt sözümü kəsdi və dedi,
– mənə sadəcə Qənbərdə deyə bilərsən, dedi və susdu.
–Oldu ,Qənbər mən sadəcə yata bilmədim və bir az söhbət etmək istədim bu qədər, deyərək sözümə davam etdim və dediyim üçün bu sözləri rahat oldum.
–Hə onda Müşviq elədir adın eləmi ? dedi və mən təəccübləndim onun bu qabaqlayıcı adımına, əlbətdə o, adımı bilə bilərdi amma yadda saxlaması məni təəccübləndirdi.
–Hə hə, dedim və onun üzünə diqqətlə baxdım.
–Mən sizi döyüş bölgəsinə kimi aparmalıyam , və qaçış olmasın deyə nəzarət etməliyəm, deyərək bir az əvvəl ki, sualıma cavab verdi.Mən rahat oldum söhbətimizdə gərginlik olmadığına görə.
–Hə aydındı ,bəs biz hələ çox yol gedəcəyik ? deyərək növbəti sualımı verdim.
–Hə iki günə yaxın bəlkədə çox amma azı iki gün, deyərək üzümə baxdı sanki nəzərləriylə demək istəyirdiki ,başqa nə maraqlıdı ?
–Necə yəni bəlkədə ? dedim və fikirə getdim nə düşünəcəyimi heç bilmirdim. Onun bəlkədə kəliməsi məni şübhəyə apardı. Əgər oda bilmirsə biz hardan bilək axı ? Necə yəni bəlkədə məyər o, hələ getməyib əvvəl ? Odamı ilk dəfədir ki, gedir ümümiyyətlə ?
–Bəlkədə yəni təxmini dedim tam dəqiq deyə bilmərəm, yol iki günlükdi, dedi və sanki mənim suallarımdan bezmiş kimi turşutdu üzünü.
–Məyər sizdə birinci dəfədir ki, bu yolu gedirsiz? Dedim və təşvişə düşdüm başa düşə bilmirdim yəni bilməsin dəqiq.
–Yox, deyərək lap məni çaş-baş elədi.
–Bəs necə dəqiq bilmirsiz ? deyərək normal cavab alacağıma ümüd etdim.
–Sadəcə keçən hər günümü unutmaq istəyirəm, əgər hər şey yaxşı olsa iki günə gedəcəyik, əgər pis olsa heç gedib çatmarıq çünki istənilən hər an ölə bilərik istənilən hər an hücüm ola bilər bizə qarşı və bir daha məndən bu barədə heçnə soruşma başa düşdün ? , dedi və mən şahid oldum necə yavaş-yavaş Qənbər səsinin tonunu astadan get-gedə artırdı və son cümlələri qışqıra-qışqıra dedi az qala bütün qatardakılar oyansın.Məncə o, özüdə bunun fərqindəydi.Deyib qurtarandan sonra özüdə vardı fərqinə və birdən sakitləşdi.
–Hə başa düşdüm, dedim və səssizlik yarandı bir anlıq .Mən onu heç cür başa düşə bilmirdim nəyə görə belə sərt reaksiya ilə mənə cavab verdi və danışmaq istəmədi. Mən bilməsəmdə çox üz vurmadın çünki o, dedi hər keçən gününü unutmaq istəyir. Budu məncə elə əsil səbəb. Bir az keçdikdən sonra mən yenidən bir sual verdim.
–Bəs bizi haraya aparırlar ? amma çox üstünə getmək fikirim yox idi.Çünki faktiki olaraq bu insanın yəqin problemləri var,yaxud ağır keçmiş günləri. Bilmirəm nə desən mümkündü müharibənin vurduğu ziyan bilinməz və əsla ölcülmür.O, bir az durduqdan sonra mənə cavab verdi
–Bizi deyəndə məndə sizinlə gedəcəm. Deyərək cavab verdi amma mən cavabı almadım.
–Sualıma cavab vermədiz ax, deyərək yenidən üstünə getdim.Məncə onunla yalnız bu cür söz almaq olar.
–Biz Russiyaya gedirik, döyüş bölgəsinə, ən az Moskvaya kimi, dedi və papirosunun kötüyünü qatarın pəncərəsindən atdı.
–Qənbər bu Hitler gəlib Azərbaycana çıxa bilər? Deyərək eyni anda hiss etdim ki, yersiz sual verdim çünki cavabını bilirdim.
–Qarşısını almasaq hə. Bu an içimdə elə bir hiss yarandı ki, elə bil hər şey məndən aslıdı və mən həll edirəm müharibənin müqqəddaratını.
–Qənbər sən görmüsən lazım olanı, an etibarıyla, səncə biz özümüzü qorumaq gücündəyik ?
–Hə narahat olma bu qədər, dedi və üzünü çevirdi məndən, mənimlə danışmaq istəmədiyini başa düşdüm.
–Sən doğurdan da belə fikirləşirsən ? deyərək yenidən sual verdim amma bilmədim nəyə görə ya darıxdığıma , yada başqa sualım yoxdu deyə. –Hə, bu qədər dedim axı, deyərək hiss etdim artıq yenidən əsəbləşir. Bu an içimdə rahatlandım, bezən insanlar eşitmək istədiyini deyərlər bu insani xeyli məsulliyyətdən azad edir. Amma mənə elə gəlirdiki daimi axtardığım suala cavab tapa bilmirəm. Məni maraqlandıran odur ki, mən döyüş yerinə çatdıqdan sonra məni nə gözləyir ? Nə ilə üzləşəcəm və hansı şəraitdə ? Beynimdə böyük bir sual toplusu vardı sanki. Deyəsən bu suallarıma yalnız zaman cavab verə bilər. Zaman keçdikçə hər şeyi görəcəm.Bu sözləri ucadan dedim və Qənbər eşitdi bir az durdu üzümə baxdı sonra yeni bir papiros alışdırdı və onu elə gəmirdi ki, gəl görəsən. Sonra üzümə baxdı və dedi.
–Səni doğurdan da bunlar maraqlandırır və narahat edir ? deyərək üzümə təəccüblə baxdı. –Hə özüdə çox, axı mən gözü bağlı kor bir insan kimi uçuruma doğru gedirəm, deyərək ona nə hiss etdiyimi dedim və məncə o, məni lap yaxşı başa düşdü bu dəfə.
–Onda belə deyim sənə Müşviq çatdıqdan sonra bir silahın birdə sən olacan ,gözləmə ki, nə vaxt döyüş başlayacaq düşmən istədiyi vaxt hücüm edə bilər və sənin heç xəbərində olmaz. Ona görə həmişə göz qulaq ol və tələsimə amma cəld ol və sərbəst ol. Özünə həmişə əmin ol əgər əmin deyilsənsə özünü ölmüş bil. Bu qədər sənə bəs edər?
Dedi və üzümə diqqətlə baxdı.
–Sənin dediklərini bir-bir düşünməliyəm, dedim və susdum bir anlıq. Mənim beynimdə hər şey dairəvi şəkildə fırlanırdı, onun dediklərini qavramalıydım.Bu vaxt Qənbər papirosunu tulladı sona kimi çəkməmiş və yenisini alışdırdı və elə bir həvəslə gəmirməyə başladıkı sanki ölüm ayağında olan insanın dərmanları ona son anda çatdı.Mən ona dedim. –Qənbər sən çox çəkirsən papirosdan , bunu deyəndə o, mənə tərəf üzünü tutdu və mən olan tərəfə tüstü üfürdü sanki mənə acıq verirmiş kimi etdi və dedi,
–Çəkəndə nə olur ki ? bu sözlər o, qədər sadə idi ki o, an mənə elə gəldiki sanki papirosun vurduğu ziyandan onun xəbəri yoxdur .Mən də ona sadə cavab verdim.
–Sadəcə ziyandır ona görə, amma həvvəssiz dedim , sanki deməyimədə peşman oldum, hədər yerə dedim elə gəldi mənə , əlbətdə bu belə idi yersiz suallar kimidə yersiz cavablardı. O, bir az tərrədüd etdi və nədənsə donquldalandı nəisə deyərək çox sakit və eşidilməyəcək qədər, və sonra passiv bir tərzdə –Sən nə danışırsan ? nə ziyandı ? ömrümüzü qısaldırıq hə? Dedi, Mən artıq hiss etdim onun əssəblərinə toxunduğumu və dedim cavab olaraq astadan.
–Bəlkə elə deyil ? dedikdən sonra o, mənə təəccüblə baxaraq dedi arxayıncasına
–Hansı ömürdən və həyatdan söhbət gedir? Müşviq bu müharibə hərkəsi qara dəlik kimi udacaq. Bu sözlər mənə qəribə gəldi sanki bizim həyatımızın heç bir mənası yoxdur və biz hədər yerə yaşayırıq, bundan sonra mən ona dedim bilmirəm nədən amma dedim.
–Bəs yaşamağımızın nə mənası var ? bu sualı verdim cavabın heç özümdə bilmədən o, da mənə uyğun olan cavab verdi.
–Bilmirəm, heç kim bilmir yalnız Tanrı bilir. Bu mənasız gəldi mənə yaşayasan amma səbəbini və mənsını bilməyərək. Biz insanlar bir kor insan kimiyik, yol gedirik amma haraya və niyə getdiyini bilmir. Mən ona baxdım və düşünməyə başladım .Mənə maraqlı idi ki, nəyə görə o, elə düşünür. Kənardan o, çox yornuq bir insana oxşayırdı və bilinirdiki həyatdan dəhşətli dərəcədə yorulub və bezib. Birdən o, mənim fikirlərimi kəsərək dedi mənə,
–Yaxın gəl ,mən heç bir sual vermədən getdim və onun üzünə baxırdım .O, mənə dedi,
–Bəlkədə bu sənə heç lazım deyil amma ehtiyyat üçün ,ən azından. Deyərək mənə bir dənə papiros verdi və dedi,
–Bunu saxla, mən etiraz etmədən götürdüm və kitelimin döş cibinə qoydum. Əslində ilkin olaraq fikirləşdim axı mənim papiros nəyimə gərək ola bilər ? amma nədənsə etiraz etmədim, imtina edə bilmədim düzgün desəm. Bir az keçmişdiki Qənbər yenədə bir papiros yandırdı, birdən diqqətimi cəlb etdi və kibritin alovlanan işiğında gördüm ki, papirosun markası Astradı kibrit isə Moskva istehsalıydı, markasının adıda eyni adlıydı. Birdən Qənbər adət etmiş kimi yenədə məni mənim fikirlərimdən ayırdı və dedi,
–Keçən il idi müharibə yenicə başlamışdı, uzağı iki ay olardı. Mənim on doqquz yaşım vardı onda. Üç qardaş idik böyük qardaşımın iyirimi dörd yaşı vardı adı Əli idi, kiçik isə hələ cəmi on yeddi yenicə tamam olmuşdur, Sərxan idi onun adı.Əli ilə məni səfərbərliyə çağırmışdılar , Əlinin o,zaman üç uşağı vardı.Təəccüblüdür hə? Bəs o, uşaqların səncə yetim qalmaq ehtimalı nə qədərdir səncə ? dedi mənə sualıyla və dedim
–Çox, və o, dedi, –Hə düz deyirsən. Bu an mən soruşdum ondan,
–Bəs qardaşın getdi müharibəyə ? mənə çox maraqlı gəldi .Əslində mənə aid heç nə yox idi onun dediklərində amma nədənsə ardını bilmək istədim.Birdən o,mənə sarkazmla cavab verdi
–Əlbətdə yox, bu iki söz məni təmiz lap çaşdırdı axı bu necə ola bilər ? Məyər bu mümkündür getməmək axı bu hərbi xidmət deyil ki, müharibədir.Mən ona maraqla öz sualımı verdim,
–Bu necə ola bilər? yəni getmədi hə müharibəyə ? oda gecikmədən mənə cavabını verdi ,
–Hə , getmədi, sadəcə onun yerinə başqası getdi. Bu mənim kiçik qardaşım Sərxanydı.O, getdi Əlinin yerinə, nə var nə var Əlinin uşaqları yetim qalmasın deyə,
–Bəs sonra nə oldu Qənbər ? deyə mən soruşdum.Mənə maraqlı gəldi onun danışdıqlarının hamısı.
–Sonra biz getdik müharibəyə.Beləcə sənin gəldiyin kimi, eynən həmin hissləri yaşayırdım sənin kimi.Biz getməmişdən əvvəl mən atamla, anama söz vermişdim ki, mən Sərxandan muğayyat olacam və biz sağ salamat qayıdacağıq ikimizdə.Bizi əvvəlcə Moskva ətraf yanına yolladılar və biz getdik qardaşımla. Bir necə doyüşdə olduq, amma noyabırın on doqquzu keçən il Almanların hücümdan sonra mən onu itirdim,qoruya bilmədim.Qənbərin bu danışdıqlarından sonra mənim beynimdə bir neçə sual yarandı axı o, niyə mənə danışır bunları ? niyə axı mən birdən narahat olmağa başladım qardaşlarım.Seymur və Mikayıl birdən yadıma düşdü mənim.Mən dəhşətli dərəcədə qorxdum qorxdum bu söz mənə nə qədər qəribə gəldi mənə indiyənədək qorxu hissi hələ tanış deyildi və birdən burda hələki təhlükəsiz bir yerdə mən qorxmağa başladım.Etiraf eləməliyəm mən birdən fikirləşdim ki, əgər elə olsa ki, mən qayıdası olmayım bəs onda anam və atam necə olacaq ? Yaxud qardaşlarımdan biri qayıtmazsa ? Məni ölüm qorxutmurdu məni ayrılıq qorxudurdu,məni yaxınlarımı bir daha görə bilməməcəyim haqda düşüncələr qorxudurdu. Anam ,atam, Seymur, Mikayıl, Fatimə,Gülnar,Sevinc, Xədicə , vətənim diyarım onları bir daha görməsən nə olacaq axı ? İndi mən hər şeyimi verərdim təki onları görüm və onlarla yaşayım,onlarla nəfəsimi alım. Görəsən insanlar niyə harayasa gedərkən arxaya çönüb bir dəfədə olsun baxmırlar? Yox baxışlarla yox ürəklə baxmazlar.Axı heç bu müharibə olmasada hardandı bu qədər yüz faizlik arxayınlıq ki, sabah bizə heçnə olmayacaq ? Niyə insanlar yaxşıdan kifayyətlənir və daimi nəinsə başqa bir şeyin axtarışında olur? Daimi nəisə gözləyirl və sonda təəsüflə kifayyətlənir. Bu uzun fikirlərdən sonra çox uzaqlara getdiyimi anladım və mövzuya qayıtdım. Qənbər mənim fikirə getdiyimi görüb mənə tamaşa edirdi və məni yayındırmaq istəmirdi. Mən ona dedim təəccüblü bir halda.
–Mənim qardaşım Seymurda Moskva ətraf yanına getdi ilk günlərdə getmişdi, mən onun harda olduğu haqda daha heçnə bilmirəm,dedim və ona baxdım dərdi bölmək məqsədi ilə.
–Eh Moskvanın ətrafı özü kimi çox böyükdü. Hardan biləsən o, tərəflərdə olmadan, dedi Qənbər birdən və mən birdən təssəvürümə gətirdim Moskvanı. Ancaq bağlamalarda görmüşəm Moskvanı, birdən soruşdum Qənbərdən,
–Bəs biz Moskvaya getmirik? Deyərək içimdə bir ümüdə yer yarandı.Əgər Moskvaya getsək orada qardaşlarımı tapmaq mümkündür .
–Yox Rjevə gedirik, biz Rjev altında döyüşlərə gedirik orada artıq Yanvar ayından döyüşlər gedir. Bizi köməyə aparırlar və sabaha artıq orada olmalıyıq. Sabah axşama yaxın, mən ondan istədiyimi örgəndim artıq deməli suallar yox idi, nədənsə mənə elə gəlirdiki ki, biz çox söhbət etdik və mən onunla sağollaşdım və düşündüm ki, mənə istirahət lazımdır .Əvvəlcə mən özümə rahat yer gəzərək yatmaq fikrindəyəm amma yer o, qədər bərbat vəziyyətdəydi ki, mən heç yer tapa bilmədim. Hər kəs bir tərəfə uzun-uzadı sərələnmişdi və demək olar heç ayaq qoymağa belə yer yox idi. Saat bilmirəm neçə olardı amma hələ çox qaranlıq idi, havadan zəhrimar yağırdı artıq xırda tiski var idi, birdən mən dəhşət yorğunluq hiss etdim və dərhal ən azından uzanmaq lazım olduğunu vacib bildim özümə, və elədə etdim.Etmədim tənbəllik özümə yerdə yer düzəltdim qatarın bir küncündə və uzanaraq yarı bədənə kürəyimi qatara söykəyərək .Bilmirəm nədən amma mənə elə daha rahat idi. Əllərimi bitişdirərək mən onları sinəmin üstünə qoydum kepkam təbii ki, üzümdə idi, mən özümü o, anda çox komfortlu hiss edirdim. Uzandıqdan beş dəqiqə sonra mən yata bilmirdim yenədə adət olaraq artıq buda bir ənənəyə çevrilmişdi. Mən heç təsəvvürümə gətirə bilmirdim ki, necə döyüşmək olar? İçimi hətta bir az qorxu hissi bürümüşdü, heç mən bilmirəm artıq ayın neçəsi olduğunu özümü tamam itirmişəm. Qatarda olduğum vaxt artıq iki günə yaxın olardı ya bir az ya bir çox istisna deyil. Qatarda keçirdiyim vaxtı əsas hissəsini yatmışdım indidə yatmaq istəyirəm. Yata bilmirdim nədənsə yadıma ilk evdən çıxdığın vaxtlar düşdü biz gedəndə anam mənə uzaqdan çox həsrətlə baxırdı və son sözüm anama bu şeir oldu hələdə yadımdadı :
“ Dağlar marala qaldı -- suyu,otu, sarala qaldı. Biz ki, gedər olduq – dünya verana qaldı ay ana”
Hələdə yadıma düşdükçə təəssüflənməyim gəlir,amma təəssüflənə bilmirəm.Vətənə borc borcdu qaytarmalıyıq. Mən elə bu düşüncələrlə elə yuxuya getdim çox yorulmuş və əzgin hiss edirdim özümü mən.
FƏSİL 5
RJEV
Mən qatarın tıqıltısına və səs küyə oyandım artıq çox keçmişdi .Deyəsən doğurdanda çox yatmışdım ,çünki gözümü açanda günəşin işığı mənim üzümə düşürdü. Bu sabahın sübhünə oxşamırdı. Mən sabahın ətiri ilə tanışam , mən əvvələr bəzən tezdən oyanardım yuxudan. Mən oyananda gördüm insan toplusu və hər kəsi özünə məxsus insan toplusunda söhbət edərkən gördüm və hərəsi bir mövzunu.Kimisi Hitleri asıb-kəsirdi, kimisi gedəcəyimiz yeri, kimisi isə silahları və falan müzakirə edirdi. Bunların hamısı mənim heç vecimədə deyildi, mənə nədənsə maraqlı deyildi nədənsə və mən ayaq üstə qalxaraq ilkin olaraq üstümə əl gəzdirdim . Sonra birdən mən Qənbəri gözlərimlə axtarmağa başladım, mən onu öncə görə bilmirdim sonra birdən eşitdim ki, məni kimsə səsləyir bu Qənbər idi Müşviq deyə çağırırdı sən demə o, məni görürdü. Mən ondan bir az aralı idim. O, isə qatarın digər tərəfində pəncərənin yanında mən onun yanına addımlayaraq getdim və çatanda ona yaxın o, mənə dedi,
–Bax bu Volqa çayıdı böyük Volqa necədi? dedi və təbəssümlə üzümə baxdı.Çox güman o,məni təəccübləndirmək istədi və bu onda alındı.Mən ömrümdə ilk dəfəydiki Volqanın və yaxud bu qədər böyük və yaxın, gördüm. Ancaq Kür istisna amma Kür çayı Volqanın yanında çox kiçik görünürdü.Volqa isə çox nəhəng idi, mənə hətda qəribə gəldi belədə böyük çay olar ? Dənizdir ki, lap bu Volqa. Biz Volqadan əlli metr aralı olardı gedirdik, Volqa necədə cəlb edici idi. İnsanı heyran edirdi. Məni lap məhst edirdi Volqa . Ondan gələn ətri sərin küləyi sanki mənim ruhuma hopurdu, birdən Qənbər mənə dedi ki,
–Biz artıq çatırıq uzağı yarım saata, sən toplan və hazır ol mən çalışaram səni nəzarətdən itirmiyim.Nəisə sənə lazım olsam de mənə kömək edərəm, dedi və nəzərlərini Volqaya zillədi sanki o, da birinci dəfə idi ki, görürdü. Məndə həmişə ki kimi həyacan siqnalı vurdu, biz gedirdik elə hey gedirdik heç neynəyəciyimizi bilmirdik və bu məni o, qədərdə maraqlandırdı. Mən heç nə bilmədən gedirdim elə . Mənim heç bir anlayşım yox idi heç təxminlərim belə , biz kiminlə məşğuluq an etibarı ilə , mən ilk dəfə idi ki belə qəribə bir hiss keçirdim, lap qəribsədim, bir anlıq uşaq kimi ağlamaqda belə istədim, qorxudan yox acizlikdən,mənim doğurdanda köməyə ehtiyyacım vardı, və mən sual verdim Qənbərə mənə görə son dərəcə çox əhəmiyyətli bir sualdı.
–Qənbər biz haraya kimi ? Sən haraya kimi gedəcəyik ? O, mənə baxdı və dedi gülümsəyərək,
–İki gündü deyirəm sənə axı bu hər kəsin müharibəsidir tək sənin ya mənim yox. Sonuna kimi bir olmalıyıq, bu cavab məni lap sakitləşdirdi və mən xeyli rahatladım, birdən mən sual verdim yenə amma deyəsən belə bir sual əvvəlcə də vermişdim ona dəqiq yadımda deyil amma hər halda yenədə vermək istədim – Qənbər sən Rus dilində tam yaxşı bilirsən? O,üzümə baxdı və gülümsəyərək dedi ,
–Hə bilirəm lap yaxşı da yox amma bilirəm məncə kifayyət edər bizə , məktəbdədə xeyli örgənmişdim, deyərək yenidən Volqaya tərəf baxırdı bəlkədə bu ona nəisə xatırladırdı. Amma mənə Qənbər dəqiq bir şeyi xatırlatdı, ağılsız olduğumu anladım. Kaş məndə örgənəydim Rus dilini məktəbdə.Birdən getdim mən çantamı götürdüm və hazır bir vəziyyətdə son dualarımı etməyə başladım. Qənbər gəldi və hər kəsə dediki diqqətini ona cəmləyək o, bizə bir forma və bir vərəqdə emblema göstərdi və dedi nasistlər bu cür geyimdə olur və bu cürdür onların emblemi. Biz onlara hücüm etməliyik. Sonra bizə dediki silahımızı örgətdiyi kimi dolduraq ,silahımızı doldurduqdan sonra, bizə bir az danışdı Almanlardan və onların törətdikləri şiddətdən.
FƏSİL 6
MÜHARİBƏNİN QOXUSU
Birdən alnımdan bədənimə nəinsə axdığını hiss etdim bu məni lap əsəbləşdirdi mən tamam tərləmişdim, çox həyacanlıydım bu an elə bir an idi ki, mənim qorxularımın üsyanı adlandırardım, və bir qədər sonra Qənbər yanıma gəldi və dedi mənə,
–Dostum niyə narahat olursan axı hər şey sadədir Alman görsən əgər ,vur o , zaman. Bununla iş bitir, məyər döyüş kinolarına baxmamısan ? O, an mənə elə gəldiki elə bildiyim kimidə Qənbər çox gəzib və görüb buda onun əks sübütu. Təcrübə öz sözünü deyir. Açığı desəm mən kino nə olduğunu demək olar heç bilmirəm , yalnız ağızdan-ağıza eşitmişəm bilənlərdən.
–Qənbər kino nədir ? dedikdən sonra Qənbər bir az gülümsəyərək mənə dedi,
–Məyər kinoya getməmisən ? deyərək əla salırdı məni,
–Yox o, nədir ki ? dedim mən ona , o caşqınlıq içində cavabını gecikdirmədi və dedi,
–Unut, sonra deyərəm nədir kino.Bir qədər sonra mən gördüm ki, biz hansısa yaşayış punktuna yaxınlaşırıq çox kiçik olmasada çox da böyük bir yerdə deyildi.Bizim Aşağı Salahlı qədər olardı bəlkə bir az böyük.Adını Qənbərdən soruşdum dedi biz artıq Rjevdəyik və bu Belıy şəhəridi. Uzaqdan o, qədərdə cəlb edici şəhər deyildi, amma çox gözəl ətraf mənzərəsi vardı.Biz şəhərə yaxınlaşanda mən şəhərdə nəyinsə yandığını ,yaxud desəm qara tüstü şəhər səmasında yalan olmaz. Qənbər dedi sakit və təmkinlə,
–Əclaf nasistlər,yenədə hücüm ediblər deyəsən.Çox güman döyüş bitib tərəflər geri çəkilib artıq.Bu an içimdə bir rahat nəfəs aldım. Biz çatanda təyin olunmuş yerə biz hamımız düşdük qatardan və bizi sıraya düzdülər və bir Rus zabiti Qənbərə yaxınlaşdı və bu zaman Qənbər ona nəisə Rusca söylədi.Mən heç başa düşmədim yalnız onu ki, Qənbər İsmayılov və leytenant sözlərinicə.Belə başa düşdüm ki, məruzə edib ona, və Rus zabiti nəisə söylədi Qənbərə, amma bu dəfə heçnə başa düşdüm.Sonra Qənbər ənənəvi əsgər salamından sonra çöndü bizə tərəf və dedi ki, bizə biz tez getməliyik yaralılara kömək etmək üçün.Qənbərin bir az qəribə danışığından sonra mən heçnə başa düşə bilmədim amma onu bilə bildim ki, döyüş başa çatıb buda elə mənə maraqlı olan idi əslində.Sonra mən hər kəs kimi sıranı pozmadan gedirdim, və birdən Qənbər məni yanına çağırdı səsləyərək. Mən ona tərəf gəldim bir az qaçaraq ehtiyyatlanmış kimi və dedim
–Əmrinizlə Müşviq Abbasov gəldi, leytenant. dedim sonda yarandı Qənbər təbəsssüm və o, mənə dedi,
–Halal olsun, deməli səndə Rus demişkən Disçıplina var, gülərək dedi mənə.Mən heçnə başa düşmədim amma razılaşdım onunla başa düşmüş kimi və o, mənə dedi bir qədər sonra
–Müşviq sən daimi mənim yanımda ol ,məndən qəti ayrılma, deyərək qəti nəzərlə baxdı.
–Oldu, bəs indi haraya gedirik ? dedim ciddi şəkildə sanki məni heç də ondan az maraqlandırmır olanlar.
–Biz indi cəbhə xəttinə gedirik orada gündüz saatlarında döyüş olmuşdu yaralılara kömək etməliyik.Şəhərin digər tərəfində baş verib, gedək heç nədən narahat olma.Bunu dedi məndə təbii ki, mərhət hissi oyandı birdən mən tez və mümkün qədər çox insana kömək etmək istərdim.Bizim önümüzdə haradasa on dəqiqəlik yol vardı.
FƏSİL 7
DÜŞÜNCƏLƏRİMİZ RƏQİBİMİZ
Biz çatana döyüş yerinə artıq heç bir insan yaşayış əlamətindən söhbət gedə bilməzdi. Elə bir, ikinci mənzərə tapmaq mümkün deyildi, dünyanın heç bir yerində. Elə yerlər vardı ki, insan cəsədləri üç qatından idi, elə yerlər vardı ki, heç yer torpaq görünmürdü cəsədlərdən.İsti qan qoxusu və izləri adamı dəli edirdi. Dağınıq insanlar hər kəs qaçır bir tərəfə kömək etmək məqsədi ilə.Cəsəd yolu təxmini yüz bəlkədə iki yüz metr uzunluğunda bir o, qədərdə enliyində səpələnmiş şəkildəydi .Daha dəhşətlisi isə parcalanmış cəsədləri görmək ürək bulandırıcıdanda betərdir, gördükcə dəhşətə gəlirdim.Fərqli bədən hissələri fərqli yerlərdə bu meyit toplusuna bənzəyirdi. Mən hər addım atdıqça hər birinin üzünə baxırdım, istəməsəmdə amma baxırdım.Bilmirdim nə düşünüm, nə hiss etməli olduğu hətta belə deyə bilməzdim.Mənlə gələnlər can atırdılar köməyə sağ qalanlar da vardı, amma mən seyr edirdim, bu mənim üçün izah olunmaz bir an idi.Çox sakit və yubanmış addımlarla irəliləyirdim və birdən Qənbər yanıma gəldi və mənə dediki kömək edim yaralılara və yanında bir əsgər də vardı, deyəsən bizlərdən idi, Azərbaycanlıya bənzəyirdi, onun əlində isə NOSİLKA vardı, iki nəfərin tutacağı. Qənbər dedi onunla gedim harada yaralı var götürək ZİLƏ aparaq Zil mərkəzə daşıyacaq yaralıları. Mən heç etiraz etmədən razılaşdım onunla başımı yelləyərək , çünki danışmağa nə halım nə həvəsim yox idi, burada ki, panaramadan sonra heç bilmirdim nə danışım,məətəl idim. Birdən necəsə amma sual verdim Qənbər,
–Qənbər, döyüş nə vaxt olub ? Dərhal Qənbər cavabını gecikdirmədən tələsirmiş kimi verdi
–Səhər saatlarında Almanların hücümu olub . Bu an fikirləşdim ki, deməli biz buraya saat dördə beşə gəlmişik axşamın çağlarında. Qənbər mənə dedi birdən ,
–Yerində durma işində ol, tez ol durma. Özüdə bir az əsəbi kimi dedi.Bu cür sözlər sanki sabah tezdən yatanı oyadan kimi deyildi mənə.Sonra mən nosilkanın arxa tərəfindən tutdum o, biri digər əsgər isə qabaq tərəfindən tutmuşdu. O, haraya gedirdisə məndə oraya gedirdim, mən hazır deyildim o, an qərar verməyə. Buna görə də deyiləni edirdim və məhs ona görədə nosilkanın arxa tərəfindən tutdum. O, ilkin olaraq bizdən iyirmi metr aralıda bir yaralı əsgər vardı onun yanına gedirdik.Daha doğru olar ki, qaçırdıq ,getdiyimiz yerə çatanda görəndə gördüm bir yaralı əsgər və bir həkim var.Həkim nəisə Rusca dedi heçnə başa düşmədim, amma mənlə gələn əsgər dediki mənə,
–Həkim deyir sağdı kömək et götürək tez gedək, deyəndə mənə, mən donub qaldım, bilmirdim neyniyim amma dərhal onun dediyini etdim yaralının ayaqlarından tutdum o, biri əsgər isə çiyinlərindən və biz onu nosilkanın üstünə uzatdıq və həmin o, əsgər mənə dediki. –Götür getdik, mən götürdüm və getməyə başladım.Nə deyilirdi onu da edirdim. Apardığımız yaralının zırıltılı səsi ətimi irpəşdirirdi, mən gördüm o, həkim yanımızdan ötdü və digər yaralıya tərəf getdi. Biz isə digər istiqamətdə .Gedərkən yaralıya diqqətlə baxırdım o, qışqırırdı nəisə deyirdi Rusca amma başa düşmürdüm, dəhşət idi onu bu vəziyyətdə görmək o, ayağının birini itirmişdi toppuğundan , üstü başı pis gündəydi. Forması cırıq-cırıq idi, hər yeri qan idi qıp-qırmızı. Biz hardasa əlli metrəyə yaxın getdikdən sonra Zilə çatdıq və onu qaldırdıq Zilin arxa kuzovsuna qoyduq və dərhal qaçdıq əvvəlki yerlərə. Bizi başqa bir həkim yanına çağırdı və əli ilə işarə etdi ki, onun yanına gedək, biz oraya getdik orada da demək olar həmin mənzərə ilə qarşılaşdıq, amma bu yaralı qışqırmırdı heç tərpənmirdi də deyəsən hüşünu itirmişdi,amma nəbzi vardı deyəsən biz onu da götürdük və apardıq Zilə. Zil artıq dolmuşdu yaralılarnan, ona görədə Zil tərpəndi və getdi mərkəzə.Zil sözün əsil mənasında dolmuşdur, sanki yaralananlar heç insan deyil sanki hərəsi bir tay meşoxdu.Başqa Zillər gəldi iki dənə özüdə , biz qaçarkən geriyə, yeni yaralıya köməyə birdən mənə tanış sözlər eşitdim bu mənə çox tanış gəldi , əvvəlcə seçmək olmurdu haradan gəlirdi səs , bir az irəliləyəndən sonra gördüm o, gələn səsin mənbəyi bir yaralıdı o, qışqırdı “ ay Allah ,ay ana ” deyərək, mən dərhal başa düşdüm ki, o, Azərbaycanlı olduğunu. Yanımdakı oğlana dedim oraya getməyimiz haqda , yaralı var deyə . Mənim dediyim kimidə etdi yanımdakı əsgər. Biz getdik yaralının yanına və mən ona dedim,
–Narahat olma biz sənə kömək edəcəyik. O, birdən səsini kəsdi və mənim üzümə diqqətlə baxırdı. Mən bilmədim neynəyim, birdən dərhal ayağa durdum və göz gəzdirdim ətrafa və ilk gördüyüm həkimin yanına qaçdım və qolundan tutaraq onu dartmaq istədim amma o, mənim tərəfə çönüb dedi
–Chto? Deyərək üzümə baxdı çaşqınlıq içində. Mən başa düşmürdüm heçnəyi və sonra o, yenədə dedi,
–Chto sluchilos ? Rusca. Mən onunla mənim heç bir dialoqunun alınmayacağını anlayaraq çalışdım onu başa salım əl-qol hərəkətləriylə və ona o, yaralı əsgəri göstərdim əlimlə və o, durdu qalxdı mənimlə getməyə başladı .O, yaralı əsgəri gördükdə diz üstə yerə çökərək əlini atdı çantasına və oradan cuna çıxardı və onun yaralanmış sol çiynini sarımağa başladı və nəisə dedi amma mən heçnə başa düşmədim. Sonra o, yaralı əsgər nəisə deməyə çalışırdı,səsi çox zəif gəlirdi o, yenədə təkrarladı –qan ..mən çox qan itirmişəm.. həkim belə deyir, dedi və gözlərini yumdu bir anlıq çox əzab verirdi yaraları yəqin.Sonra həkim nəisə dedi, mən ondan soruşdum,
–Bəs indi həkim nə dedi ? deyərək onun mənə tərcümə etməsini gözlədim.O, gülümsəyərək nəisə demək istədi amma deyə bilmədi. Ağzından qan gəlirdi və qanla öskürürdü.Sonra həkim yenə nəisə dedi və getdi və mənimlə gələn əsgər mənə dedi ki, götür getdik. Mən onu ehtiyyatla götürdüm o, əsgərlə birlikdə və nosilkaya qoyduq və apardırdıq ki Zilə, yolun yarısında o, döş cibindən nəisə çıxardaraq mənə tərəf uzadırdı ,mən baxanda gördüm ki, bu kağızdı və şəkil var arasında .Biz onu Zilə çatdırdıq və onu zilin arxasına qoyduq ki, dönüb getməyə istəyərkən o, yaralı birdən dedi –Ay yerli, yerli, dedi və mən onun yanına getdim və dedim,
–Eşidirəm ,deyərək bir az aşağı əyildim və onun nə deyəcəyini gözlədim.
–Əgər mənə nəsə olsa bu məktubu ailəmə yolla ünvan yazılıb, hər şey göstərilib orada, dedi və o məktubu və içərisində olan şəkili mənə verdi,
–Sənin adın nədir ? Dedim o, mənə axıracan cavab verə bilmədi
–El.. faq.. deyərək yenidən qan öskürdü və mən daha narahat etmək istəmirdim. Sonra məktuba baxarkən birdən gözlərimin diqqəti əllərimə çarpdı, qanlı əllərimə . Əllərim bütün qan idi, yarısı qurumuş yarası isti-isti. Sonra biz o, digər əsgərlə bir neçə yaralı daşıdıq, mən daima o, Azərbaycanlını düşünürdüm. Məni , mənim o, hala düşəcəyim haqda fikirlər boğurdu, mən sıxılırdım. Bu dəhşətli anlar gözümün qabağından getmək bilmirdi.Mən çox fikirləşirdim.Yaralıların hamısını daşıdıqdan sonra bizə istirahət verildi bir saat, mən getdim bir ağacın kölgəsində oturdum və Elfaqın mənə verdiyi o, məktuba göz gəzdirmək istədim. Açdım və baxdım orada bunlar yazılmışdı. ”Salam ana və ata necəsiz ? Sizin üçün çox darıxmışam. Mən yaxşıyam mənə görə narahat olmayın.Artıq bir ildir demək olar mən gedəni. Vaxt necədə tez gedir. Bacım və qardaşım necədirlər ? Yəqin böyümüş olarlar artıq, mən onları və sizi görməkdən ötrü çox şeyi verərdim. Kaş zaman lehimizə olardı.Ata mən bütün səhvlərimi düzəldərdim. Ana buraya artıq örgəşmişəm, mən burada hər şeyin qədrini bildim. Ailənin, qayğının,sevginin və hörmətin ən əsasıda sizin varlığınızın. Hətta azadlığın və insanlığında.Mən böyüdüm artıq əsgər deyiləm, Ana mən bir döyüşçüyəm. Mənim yaşamağımın tək səbəbi sizlərsiz, Ana və Ata sizin dualarınız və bəxş etdiyiniz mənə ümüdünüz mənə həyat verir .Kim bilir bəlkə müharibə bitdi . Sizi çox istəyirəm , ana və ata bacımdan və qardaşımdan muğayyat olun.Mənə bəxş etdiyiniz sevgidən onlarada bəxş edin. Hörmətlə oğlunuz Elfaq ”. Bunları oxuduqdan sonra mən çox heyifsləndim axı o, hardan biləydi ki, başına məhz bu gün bunlar gələcək, hə yenədə lənətə gəlsin bu Hitler.Mən məktubu göndərmək qərarına gəldim, üstündə hətta ünvan belə yazılmışdı “Azərbaycan SSRİ’si Sumqayıt şəhəri Corat kəndi. Hüseynov Zeynal. Bu yəqin onun atasının adı idi.Mən sonra cibimə qoydum məktubu və şəkili. Şəkilə heç baxmadım, nədənsə baxmaq belə istəmədim.Mənim buna cəsarətim çatmadı. İstəmirdim yaddaşıma həkk olsun. Çünki onlar mənə bu günü xatırladardı. Gecə yavaş-yavaş varlığını hiss etdirirdi. Axşam düşürdü çox səbirlə,göyün üzü qırmızı idi, kim bilir bəlkədə bu gün ölənlərin qanıdı göy üzündə əks olunub əllərimdəki kimi. Bu an yanıma Qənbər gəldi və əlində nəsə var idi ,yanımda oturdu kürəyini ağaca söykəyərək, heçnə demədən. Əlindəkini yerə qoydu, və cibindən bir papiros çıxartdı və kibritlə alışdırdı. Mən ona diqqətlə baxırdım. Sanki nəisə deməyini gözləyirdim. Əslində bu həqiqətəndə beləydi,mən onun nəisə deməyini istəyirdim və gözləyirdim.Bu an gəldi nəhayyət o, nəisə dedi,amma mən eşidə bilmədim.
–Nə dedin Qənbər ? deyərək çönüb onun üzünə baxdım maraq doğuracaq nəzərimlə.
–Heç necəsən ,yaxşısanmı ? deyərək oda mənə baxdı və yozdu deyəsən.
–Hə,məktub göndərmək istərdim mümkündür? Deyərək məni maraqlandıran sualı verdim.
–Hə, belə tez ?Nəyə gərək? Deyərək üzümə təəccüblə baxdı.Yəqin elə bilib evimizə göndərmək istəyirəm.Sadəcə mən ona demək istəmirəm Elfaq haqqında.
–Nə vaxt göndərək? Dedim dərhal, onun dediyi bu kəlimə məni sevindirdi.Lap yaxşı oldu.
–İstəsən sabah,hələlik istirahət et.Dedi və papirosunu gəmirdi sanki başqa işi-gücü yoxdur –Bəs mən elə bildim bir saatdı istirahət vaxtı ? dedim və dərindən nəfəs aldım.Bu məktub məsələsi məni xeyli rahatlatdı.
–Səhv bilirsən,sabah çətin və ağır gün olacaq. Deyərək şübhəl- şübhəli, mənə nədənsə maraqlı gəlmədi.Mən heç ondan soruşmadım nəyə görə sabah çətin günün olacağını.Mən yalnız öz aləmimə qapanmışdım.Mənə yalnız süküt lazım idi.Hə təbii ki, razıyam ki, göz yummaq kifayyət deyil ki, unudasan dərdləri. Dərdləri ,qorxuları,nifrətləri bir arzu olunmaz qonaq kimi qarşılayasan və yola verməyin gərək. Amma yox bizdə o, qədər cəsarət ki, onları qəbul edək o, onlarla barışıb yaşayaq. İnsanların məhz böyük problemidə elə budur. Bunları ucadan dedim və Qənbər də eşitdi və o, dedi.
–Hə-hə, az danış al yemək ye sənə gətirmişəm bunları, dedi və nəsə mənə tərəf uzatdı, mən bilmədim nəymiş amma götürdüm baxanda gördüm bir dilim çörək amma başqa formada idi və nəisə bir konservaya bənzər bir şey.
–Qənbər bunlar nədir ? Deyərək təəccüblə ona baxdım.
–Bu bir dilim BUXANKA çörəyi və TUŞONKAdır. Deyərək cavab verdi və yenədə çaşqınlıq içində. –Nə? Tuşonka? Dedim və mat-məətəl şəkildə verdim sualla dolu cavabımda.
–Hə, əvvələr məyər yeməmisən ? dedi və elə başa düşdüki ya mən zarafat edirəm yaxud düz danışıram.
–Yox, heç bu cür çörək görməmişəm indiyənədək. Dedim və onun üzünə baxdım, yeyiləsi olduğunu başa düşmüşdüm amma bu cür çörək və ilk dəfə gördüyüm bu tuşonka məni lap təəccübləndirmişdi.
–Eybi yoxdur, indən belə çox görəcən,ye. Deyərək bir az güldü və sonra yenidən çöndü və göyə baxdı papirosu çəkdi və tulladı.
–Yaxşı ,dedim və çörəkdən dişləyib yeməyə başladım.Bu vaxt isə Qənbər tuşonkanı açdı və mənə verdi, mən baxdım. O, qədərdə pis deyil yəməy olar amma çörək azlıq edəcək.Qənbər durub getmək istəyəndə mən ona dedim.
–Çox sağ ol, o, mənə tərəf baxdı və dedi ,
–Xoşdu, sabah tezdən durmalıyıq sənlə işim var, Dedi və getdi.Mən çox acmışdım bu gün qatarda gələndə günortada heçnə yemədim hətta.Mən buraya gələndən aclıq və yemək azlığı öz sözünü deyirdi. Mən yeməyimi yedim uzandım. Bir xeyli düşündüm fərqli şeylerdən əsasən bu gün olanlardan. Sabah məktubu göndərəcəyimi düşünürdüm. Elfaqın məktubunu.Mən bu gün çox yoruldum yornuqluğu qollarımda hiss etdim.Artıq yatmaq lazım idi bəlkədə vaxtı deyil di hələ tez olardı bəlkədə. Amma yatmaq istəyirdim bir xeyli kürəyim üstə oyaq qalıb düşündükdən sonra yuxuya getdim və yatdım. Elə həmin yerdə həmin ağacın yanında.
FƏSİL 8
KƏŞFİYYAT
Sabah tezdən oyananda çox xamlı hiss edirdim özümü, bütün bədən hissələrim ağrı verirdi. Mən heç oyanmaq istəmirdim amma yatada bilmirdim sabah-sabah çox soyuq olur titrətmə düşdü canıma .Mən oyananda hələ yer şeh idi,təxmini saat yeddi olardı bəlkədə altı idi. Mən oyananda ətrafıma baxdım ki, hər kəs yavaş-yavaş oyanmağa başlayır və tam zamanında oyandım. Sonra qaça-qaça Qənbər gəldi yanıma və dedi.
–Bir saatdan sonra gedərik sənin məktubunu göndərərik sonra vaxt olmuyacaq. Deyərək dərindən nəfəs aldı.Onun niyə tənginəfəs olması mənə qaranlıq qaldı.
–Yaxşı ,dedim. Durdum sonra o, mənə dedi ki,
–Müşviq Böyük zabitlə danışdım səni köməkçim təyin etdim və mənim yanımdan qəti ayrılma. Daimi mənim yanımda ol və mən deyəni et.
–Oldu, dedim həvvəsiz sanki getməyini istiyərəm. Biz tam hazır olana saat səkkiz olardı artıq bizə yenədə bir dilim çörək və bir soyutma yumurtda verdi Qənbər mənə.Bir qədər vaxt keçdikdən sonra,Qənbər bizi dünən ki, döyüş yerinə apardı.Biz oraya çatdıqda Qənbər əmr etdi hər kəsə ki, meyitləri daşıyaq və dəfn edək. Bunları deyəndən sonra gəldi yanıma və dedi, –Gedək mənimlə, mən heçnə demədən getdim onunla .On dəqiqədən sonra biz tam Belıy şəhərinin mərkəzinə doğru irəliləyirdik, buraya gələndən hələ şəhərin mərkəzinə dönməmişdim. Biz bir balaca bir otaqlı və bir pəncərəsi olan idarəyə oxşar bir dama yaxınlaşdıq sonra içəri girmək istəyəndə Qənbər dedi mənə,
–Dayan ,sən burada qal məktubu mənə ver, mən məktubu ona verdikdən sonra o, məndən ünvanı bilib-bilmədiyimi soruşdu mən ona göstərdim ünvanı.İçəri daxil oldu mən iki dəqiqə olmuşdur ki, çöldə gözləyirdim birdən pəncərədən Qənbər mənə dedi.
–Gəl içəri, mən içəri keçəndə Qənbərə dedim,
–Buyur Qənbər eşidirəm o, mənə dedi,
–İmza ata bilirsən? İmza at buraya. Deyərək barmağı ilə göstərdi.
–Mən hələ imza atmamışam necə edim? Deyərək çalışırdım başa düşüm söhbət nədən gedir,bugünə kimi məktub yollamadığım üçün necə imza atmaq lazım olduğunu bir o,qədər yaxşı bilmirdim.
–Eybi yoxdur, adının yaxud soyadını cızma qara et çıxaq gedək. Deyərək tələsirmiş kimi üzümə baxdı.
–Yaxşı ,deyəndə bir qəribə səs eşitdim səs tanış gəlmədi amma xoş gəldi deyə bilərəm çox gözəl və mülayim bir səsdir. Nə əcəb poçta olduğum dörd dəqiqə ərzində bu səsi eşitmədim,başımı qaldırıb baxanda gördüm bu bir çox arıq və incə bir qızdı, onun saçları çiyinlərindən olardı,sarıya bənzəyən parlaq idi, çox sadə geyinmişdi, bu süd rəngində don idi. Ağ tufliləridə, ağ corabları ilə çox uyğunlaşır kimi gəldi mənə.Üzü çox nəcib idi, xırda gözləri və üz cizgiləri vardı birdən o, nəisə dedi gülümsəyərək .
–A on ne znayet po russki ? deyərək Qənbərin üzünə baxdı.Mən heç nə başa düşmədim amma çox uzaqlarda olduğumu birdən dərk etdim və öz-özümə ucadan dedim.
–Neznayet po ruski, dedim niyə bilmirəm sadəcə onun dediklərini təkrarlamaq istədim amma alınmadığınıda başa düşdüm.Sonra o, qız mənim dediyimə güldü utanaraq.O,deyildi cəlb edici ,valeh edici idi, xüsusən güləndən,sonra Qənbər ona nəisə dedi. Mənə dedi imza atım mən imza atdım hər necəsə heç özümdə bilmədim diqqətim ancaq o, qız da idi. Məndə ona gülümsədim nazakət xətrinə. Sonra Qənbər çönüb dedi yarı Rusça, yarı Azərbaycanca
–Spasibo Anna Petrovna , gəl gedək Müşviq. Biz çıxdıq yol boyu ancaq onu düşünürdüm və “Anna “ sözünü təkrarlayırdım Anna imiş adı, Qənbərin nə dedikləri heç yadıma düşmürdü mən onu heç dinləmirdim demək olar.Ancaq o, anı təssəvürümə gətirirdim. Biz yenidən gəldiyimiz yerə qayıtdıq. Gələndə mən gördüm ki, hər kəs hələdə meyit daşıyır digərləri məzar qazır. Elə bu an Qənbər dedi mənə
–Hansı iş ürəyincədi ? deyərək üzümə baxdı və işləyənlərə baxdı sonra.
–Mən çox düşünmədən dedim mən məzar qazaram, mən bir dənə bel götürərək məzar qazmağa başladım. Bir bütün gün ərzində nə qədər məzar qazdığım yadımda deyil di. Ancaq onu fikirləşirdim , gözümün qabağından getmirdi. Mən onu yenidən görəcəyimi fikirləşirdim necə və harada ? nə deyəcəm axı mən Rusca bilmirdim, necə ona sözümü anladacam, bilmirdim amma bu məni o, qədərdə narahat etmirdi.Mənə maraqlı olan yalnız o, idi ki onu bir dahada görüm. Həmin gün çox işlədim amma yadımda deyil necə . Həmin gün demək olar heç yatmamışdım, Qənbərdən bir necə söz örgənmişdim Rusca bunlar “ zdrastvuyte, kak dela, chto delayete. Bunları təkrarlayırdım. Sabah tezdən oyananda nə edəcəyimi heç bilmirdim. Fikirləşdim ki, elə bu gün gedib onu görməliyəm. Bizi apardılar əvvəlcə OKOP qazmağa. Biz xeyli qazdıq bir gün ərzində mən səbirsizliklə axşamı gözləyirdim, üstümü başımı təmizlədim formam bir az bərbat olmuşdu. Getdim şəhərə əvvəlcə həyacanlı idim. Amma sonra qərara gəldim sadəcə görməliyəm. Poçtun yanında kənarda durub gözləyirdim saat altı olardı, axşam üstü idi. İş qrafikalarını Qənbərdən örgənmişdim saat altıya qədər idi. Yarım saat gözlədikdən sonra çıxdı mən gizlənə bilmədim durmuşdum kənarda. Bilmədim neyniyim. O, məni gördü və dedi
– Zdrastvuyte, məndə ona dedim.
–Zdrastvuyte, kak dela ? əvvəlcə üzümə baxdı təəccüblə və dedi.
–Spasibo xoroşo, a Kanbar skazal neznayete ruskoqo, dedi gülərək və getdi. Mən başa düşmədim amma məni xatırladığını bildim. Sabahsı gün yenə həmin ki, kimi təkrar oldu. Sanki hər gün salamlamaq üçün getmişdim. Amma mən bundan bezmirdim bu belə davam etdi üç gün dördüncü gün isə mən düşündüm birdən yadıma Elfaq düşdü. Mən günorta fasiləsində getdim Qənbərin yanına və dedim
–Qənbər o, gün ki, yaralıları haraya apardılar bilmirsən? Dedim və ümüd etdim ki, soruşmayacaq nəyimə gərək olduğunu.
–Qospitala, nəydiki ? dedi və maraqla üzümə baxdı.Ümüdlər batdığını bilirdim onsuzda yaşamadım buraya gələndən təssadüf.
–Heç, bir tanışım vardı o, gün yaralanmışdı. Dedim və rahatlandım.Səbəb yoxdur sadəcə narahat olmağa əsas yoxdur.
–Doğurdan ? getmək istəyirsən yanına ? dedi və diqqətlə mənə baxdı. Məncə Qənbər heç etiraz etməz.
–Hə, gedə bilərik ? dedim arxayıncasına.
–Yaxşı, dedi o,mənə və sakit durdu.Axşam yenidən okop qazdıqdan sonra biz getdik yaralıları aparılan yerə, bu sən demə məktəb imiş sadəcə indi yarısını qospital etmişlər. Biz həmin gün tapa bilmədik Elfaqı. Bəziləri dedi tanımırıq, bəziləri siyahıda tapa bilmədi , bəziləri dedi ölüb. Amma tapa bilmədik, mən vicdan əzabından əziyyət çəkirdim. Mən onun ailəsin o, məktubu göndərdim. Orada yazılmışdı ki, “ mən yaxşıyam” bu heç doğru olmadı. Onun ailəsi hal-hazırda elə bilir sağ olduğunu Elfaqının. Mən hər gün gedirdim poçtun yanında durub Annanı gözləyirdim hər gün onu görmək istəyirdim.Hər gün beləcə davam edirdi Bir həftədən sonra artıq mən istəyirdim onunla danışım onunla daha çox vaxtımı bölüm. Gəldiyim ilk gündən bəri bir xeyli söz örgənmişdim Qənbər mənə çox kömək edirdi. Artıq asan və bəzi cümlələri deyə bilərdim amma hələ çox az başa düşürdüm. Qənbər mənə hətda bir balaca kitab vermişdi hər gün axşamlar onu oxuyurdum. Rusca danışmağı örgənməyi özümə çox vacib bilirdim, mənim o, dilə ehtiyyacım və tələblərim vardı. Mən hətda axşamlar bir az gəzirdim şəhəri yeni bir çox şeylər görürdüm yeni insanlar yeni yaşayış tərzləri və adət ənənələri, burda tək Ruslar deyildi burda Sovet ölkələrindən müxtəlif millətli insanlarda vardı. Mənim üçün yeni bir dünya yaranmışdi. Mən həyatım boyu görmədiyim şeyləri burada iki həftə ərzində gördüm. Nə qədər yaxşıdan bir o, qədərdə pisdən. Mən bir gün öz evimə ailəmə məktub göndərməyi düşündüm, bu fikir əslində mənə zövq verirdi. Mən axşam getdim şəhərin mərkəzinə dükandan özümə bir dəftərçə aldım və bir qələm burada nisbətən ucuz idi. Bizdə Qazaxda hətta belə qələm tapmaq çətin olurdu və baha .Sonra evimə məktub yazdım,
“ Salam ata . Bu məktubu oxuyursansa bilki sənin oğlun yaxşıdı və sağdı. Ata mən buraya gələndən sizin üçün çox darıxıram. Bacılarıma deki onları çox istəyirəm. Hər kəsə məndən salam söylə , darıxmayın hər şey yaxşı olacaq. Seymurdan və Mikayıldan nə xəbər var ata? Ata mənə arada məktub yazın. Ünvan məktubun üzərində var ,hardan gəldiyi. Yalnız əlavə edərsən ki, doqquzuncu ROTA ikinci TABOR birinci bölük. Adımı Soyadımı qeyd et.” Yazdım və səbirsizliklə gözləyirdim sabahı. Mən həmin gün tez yatdım. Sabah tezdən oyananda mən vahiməyə məruz qaldım, mən belə bir səs eşitməmişdim. Mən bu yüksək gurultulu səsə oyandım. Sonra bizim yerləşdiyimiz lagerdə həyacan siqnalı yandı və hər tərəfdə həyacan siqnalı eşidilirdi. Mən tez durdum tələsik. Palatkadan çıxdım çıxanda gördüm təyyarələr göydə. Bir dənə yox, bir necə dənə, bu lap dəhşət idi. Alman təyyarələri dövrə vururdular səmada sonra mən gördüm ki, hər tərəf qaçışır bizim əsgərlər mən tez silahımı götürdüm və onların arxasıyca qaçmağa başladım. Sonra hər kəsə təlimat verildi tez və cəld . Bu elə baş verdiki mən heç macal tapmadım nəisə soruşum yaxud Qənbəri axtarıb tapım. Sonra başqa bir Rus əsgər mənə dedi Rusca ki, ona kömək edim, mən onun dediklərini başa düşdüm və onun məndən kömək istəməyini. Demək hədər deyilmiş Rus dilini örgənmək çəhtləri. O, mənə Rusca sonra dedi ki, ona toplar üçün SNARYAD daşıyım eləcə. O, topla atəş açırdı mən ona snaryad daşıyırdım.Açığı mən heç bilmədim o, düşmən təyyarəsi vura bildimi ya yox. Amma onu görə bildim ki, bizim tərəfdəndə təyyarələr göyə qalxdı və göydədə bir qarşıdurma gedirdi. Bunların hamısı bir anlıq oldu uzaq başı yarım saat içində bu yəqin ki, kəşviyyat xarakterli bir plan idi. Bizdən yalnız üç nəfər həlak olmuşdur, amma iki Alman təyyarəsi vurulmuşdu. Bir neçə bina dağıdılmışdı. Mən həmin o, gün poçta gedə bilmədim. Biz həmin gün çox işlədik.Çox yorulmuşdum. Həmin gün çox narahat yatmışdım heç bilmirdim nə edim? Necə edim? Nə düşünüm? nə düşünməli olduğunu da heç bilmirdim.Son günlər fərdi insan olmuşdum hətda Qənbərlə belə lap az görüşürdük, mən özümü dolaşıq hiss edirdim. Səhəri biz Sıçyovka istiqamətinə yollandıq biz okop qazırdıq xəttdi tutumalıydıq nasistlərin hücümundan, biz Belıy şəhərindən uzaqlaşmışdıq xeyli mənidə elə sıxan da bu idi.Mən yeni örgəşdiyim həyatla vidalaşmalı idim,mən heç yazdığım məktubu belə göndərə bilmədim, tez geri dönmək istəyirdim. Amma an etibarıyla bu mümkün deyildi. Günümüz elə hey okop qazmaqla keçirdi ətraf məni çox yorurdu və mən sadəcə işimlə məşğul olmalıydım.
FƏSİL 9
İSTƏNİLƏN HƏR AN
Mən işləyirdim, birdən yanıma Qənbər gəldi və dedi mənə,
–Salam necəsən? İşlər necə gedir ? dedi və yanımda oturdu.
–Yaxşı pis deməzdim.Müharibə yoxdursa yaxşı. Nə xəbər var Belıy cəbhə xətdindən? Deyərək tulladım beli və uzandım yerə,yorulduğumdan. –Tam olaraq heçnə kəşviyyat xəbər verib ki, hansısa hücüm baş verəcək nəisə planları var amma tarixi müəyyənləşməyib, diqqətli ol. Dedi mənə birdən bu vaxt bir Rus Qənbəri çağıraraq uzaqdan yanımza kimi gəldi oda. Rusca dedi Qənbərə ki, ona məktub var , mən bunu çox asanlıqla başa düşdüm. Mən Qənbərdən soruşdum ayın tarixini o, mənə dediki bu gün ayın artıq iyyirimi səkkizi iyundu. Mən heç təəccüblənmədim. Amma çox sıxılırdım. Mən Belıy şəhərinə getmək, Annanı görmək istəyirdim amma şəhərə necə gedəcəyimi bilmirdim, buna görə getməliydim. Birdən Qənbərə dedim.
–Qənbər mən şəhərə getməliyəm məktub göndərmək istəyirəm ailəmə. Necə gedim? Mümkündürmü? Dedim və ümüd edirdim ki, bu dəfə heç olmasa təsadüf baş versin.
–Gözləyə bilərsən? Ayın biri qayıtmalıyıq, dedi mənə doğrusu bu məni sevindirdi amma mən dahada tez getmek istəyirdim, iki həftəyə yaxın burda oldum çox yorulmuşdum.
–Daha tez gedə bilərəm? Heç cür alınmır ? dedim və üzünə baxdım və necə bezdiyimi ona təəsəvvür etdim baxışımla.
–Yaxşı amma KAPİTAN Radionovu tanıyırsan mı? Dedi mənə yəqin nəsə tapşırığı vardı.
–Yox ,dedim və peşman oldum deməyimə gərək deyərdim hə.
–Sənə yazılı vərəqlər verəcəm son günlər haqda məruzələrdi özündə məruzə edərsən bacararsan ? elə ordanda məktubunu göndərərsən. Dedi və bir dənə papiros alışdırdı və üzümə baxdı.
–Çox sağ ol, deyərək Qənbərin əlini sıxdım sevinərək.Qənbər doğurdanda çox yaxşı insandır o, həmişə mənə kömək edir əllindən gəlirsə.
–On dəqiqəyə hazır ol getməyə,POÇTALYONLA gedərsən , dedi Qənbər mənə.Mən tez üst başımı təmiz vəziyyətə gətirərək, hazırlandım və qayıtdım Qənbərin yanına . O, mənə nəisə sənədlər verdi və dediki mən məruzə edim kapitan radionova.
–Müşviq birdə de biz ayın birində qayıdacağıq. Bunu de mütləq.Mən razılaşaraq tez sevincli bir halda sağollaşdım Qənbərlə.Poçtalyonla getməli idim biz şəhərə onun velosipedi ilə getməliydik. Mən arxada oturaraq alma yeyə-yeyə çox xoşbəxt idim son günlərdə bu qədər sevincli olmamışdım. Açığı desəm mən öz xəyyalarımda üzürdüm poçtalyon nəsə danışırdı bəzən başa düşürdüm bəzən yox nəsə öz aləmimdə həll edirdim.Mən heç ona fikir vermirdim. Biz artıq beş dəqiqə idi ki, yola cıxmışdıq. Birdən səslər eşitdim bu təyyarələrin atdığı bombaların səsiydi. Mən arxaya çönüb baxanda partlayışlar gördüm, biz az əvvəl gəldiyimiz yerə Almanlar hücüm etmişdir. Biz dayandıq poçtalyon dönüb baxdı və dedi mənə Rusca.
–Gəl tez gedək kömək çağıraq, Mən bilmədim o, an neyləyim. Mən dedim poçtalyona Rusca
–Sən get xəbər ver , mən qayıdıram, mən axı orada olmalıyam. Məni narahat edən Qənbərin orada olmasıdır, mən dərhal qayıtmalıydım, mən əlimdəki sənədləri poçtalyona vermək istəyəndə birdən bizdən iyyirmi metr aralıqda bir bomba düşdü partladı , Almaların yaxşı atıcı olduqlarını bilirdim amma bu qədər cəld olduqlarını bilmirdim. Düşən bombadan mən də ötüşə bilmədim elə poçtalyonda .Mən bombanın təsirində durduğum yerdən beş metrəyə yaxın aralı düşdüm, mən poçtalyonun aqibətini izləyə bilmədim amma dəqiq bilirdim oda mənim kimi zərər aldı ,çünki o, mənə yaxın idi.Mən yerə yıxıldım üzü aşağı bütün qulaqlarım cingildiyirdi mən ayaqlarımı hiss etmirdim tamamilə sanki keyləşmişdi gözlərim qaralırdı.Gözlərimi açıb baxmaq mənə əzab-əziyyət verirdi. Huşumu itirəcək kimi görünürdüm. Mən ayaq üstə qalxa bilmirdim hətta silahıma belə uzana bilmirdim silahım məndən aralı düşmüşdü iki metrəyə yaxın, mənim qollarımda ağrıyırdı, amma bir təhər qolarım üstə durdum birdən paçtalyonu gördüm o, heç tərpənmirdi, mən qışqıraraq onu səslədim o, heç cavab vermirdi.Mən onun öldüyünü başa düşdüm. Bu an başım hərlənməyə başladı mən tam taqətimi itirmişdim, gücüm tükkkənmişdi. O, an çox aciz qalmışdım. Sonra yenidən üz üstə yerə yapışaraq heç tərpənə bilmirdim bütün bədənim ağrıyırdı tərpənə bilmirdim. Bir anlıq panika yaşadım içimdə amma tez keçdi çünki inanmırdım sağ qalım ya köməyimə gələn olsun. Özüm isə bu vəziyyətdən heç cür çıxa bilməzdim. O, an ancaq mənim gözlərim tərpənirdi mənim daimi gözümü qırpırdım birdə əl barmaqlarımı yalnız. Bir beş dəqiqədə o, vəziyyətdə qalandan sonra mən gördüm ki, bizim əsgərlər okop qazdığımız yerdən qaça-qaça gəlirlər, şəhər istiqamətinə hə mən düz başa düşdüm onlar geri çəkilməyə məcbur olmuşdular. Çünki bu döyüş bərabər şəkildə deyildi. Bombalar hələ yağırdi yağış kimi.Bizim əsgərlər yanımdan qaçıb keçəndə mən istədim qışqırım amma heç dillənə bilmədim, sonra başım çox hərlənirdi hətda qusmağım gəlirdi amma ona kimi gözlərim yumuldu mən oyaq dura bilmirdim. Gözlərim yumdum bu sonuncu gördüyüm idi o, gün gözlərimi yumduqdan sonra hiss edirdim ki, kimsə ayaqlayaraq keçir üstümdən və bu bir nəfər deyil bir neçə nəfərdi. Huşumu itirdikdən sonra on dəqiqəyə yaxın mənim beynim işləyirdi və hissiyatım ölməmişdi. Mən daimi qaçanların səsini bombaların səsini eşirdim sonra hiss etdim ki, kimsə yanıma düşdü var güclə. Sonra başıma zərbə dəydi mən bilmədim bu neçə baş verdi amma zərbəni başımda hiss etdim, bu kiminsə ya təpiki idi yada kimsə başımı ayaqlayaraq keçib getmişdi bunlar həmin gün son anlarım idi mənim üçün.
FƏSİL 10
TƏSSADÜFÜN QURBANI
Mən ayılanda ətraf sükuta qərq olmuşdu, heç bir səs eşidilmirdi. Bədənim hələdə ağrıyırdı. İlkin olaraq əllərimi tərpətdim əllərim salamat idi, amma boynum dəhşət ağrı hiss edirdim amma tərpədə bilirdim. Ayaq üstə durmaq istədim amma dura bilmirdim ancaq ayaq barmaqlarım tərpənirdi, yarım çabaladım amma hələdə tərpənə bilmirdim, sürünərək getmə istədim amma birdən qəribə səslər eşitdim. Bu heç başa düşmədiyim dil idi. İtlərində səsi gəlirdi. Mən gizlənməy istəyirdim amma vaxtım buna çatmazdı o, səslər get-gedə yaxınlaşırdı, indi axşam saat doqquz olardı mənim ayağım ciddi yaralanmışdı, bombanın qəlpələrinin biri ayağıma batmışdı qan kəsmişdi amma çıtqısı bombanın hələ ayağımda idi. Mən onu hiss edirdim ayağımda.Mən gedə bilmirdim bu vəziyyətdə o, səs isə məni təşvişə salırdı yaxınlaşdıqça, mən nə edəcəyimi bilmirdim. Məni onlar görsələr əgər, yüz faiz öldürəcəklər yada işgəncə verərək öldürəcəklər. Onlar gəlirdi artıq mən tez yerə uzanaraq gözlərimi bağladım üz üstə yerə. Ətrafda mənim başa düşdüyüm kimi ölənlər çox idi, amma gecə olduğu üçün mən onların cəsədlərini görə bilmədim yalnız bəzilərini. Almanlar gəlirdilər mən bunu hiss edirdim mənim heç başa düşmədiyim dildə danışırdılar. Hər kəsi yoxlayırdılar.Bir Alman əsgəri mənə tərəf yaxın gəldi əvvəlcə poçtalyonun cəsədinə sonra mənim yanımda olan bir əsgərin cəsədinə. Təpik vurdu sonra mənə tərəf gəldi və mənədə bir zərb endirdi qarın boşluğuna . Ağrı böyük olsada mən bir təhər dözdüm bu ağrıya çünki nə ilə bitəcəyini təxmin edirdim o, sağ qalıb qalmadığımızı yoxlayırdı. Sonra nəisə dedi Almanca sonra nəsə danışırdılar hərəsidə bir papiros çəkirdi .On dəqiqədən sonra hamısı getdi mən durmaq istədim amma ayağım çox ağrıyırdı, bir təhər ağaca tərəf süründüm və nəfəsimi dərdim.Mən yan tərəfimdən mənə verilən bıçağı çıxartdım yaralanan ayağımın şalvarını kəsdim. Bir çubuq qırığı götürüb dişlərimlə sıxdım , bıcaqla ayağımdakı qəlpi çıxartdım ilahi əzabından sonra .Sonra həmin o, şalvarın cırığı ilə yaramı sardım. On dəqiqəyə yaxın istirahət etdim. Sonra yerdən yaxşı bir möhkəm ağac götürdüm, hasa əvəzi yerimək mənim üçün çox çətin idi. Mən əvvəlcə getdim poçtalyonun yanına əclaflar bütün məktubları götürmüşdülər.Bütün silahları yığıb aparmışdılar. Amma Qənbərin verdiyi bağlama hələdə məndə idi, mən onu kapitan Radionova çatdırmalı idim. Mən hər tərəfi yoxladım amma bir dənədə silah tapa bilmədim.Okop qazdığımız yerə qayıtmaqda istəmirdim oranı Almanlar ələ keçirmişdilər artıq mənim təxminlərimə görə.Mən düşündüm ki, Belıy şəhərinə doğru getməliyəm. Mən o, əhatədə olan meyitlərin ciblərini yoxladım yalnız bir konserv tuşonka var imiş poçtalyonun çantasında mən həmin an çox ac idim. O, tuşonkanın yarısını yedim yarısını isə saxladım.Sonra mən ,mənim təxminlərimə görə Belıy şəhərinə doğru istiqamət aldım.Mən dəqiq bilmirdim düz gedib getmədiyimi. Bir az getdikdən sonra yaralarım çox ağrıyırdı baş hərlənməsi olurdu mütamaddi. Mən bir kəndə yaxınlaşmışdım artıq xeyli yol gedəndən sonra, kəndin girəcəyində yazılmışdı kəndin adı mən oxuya bildim.Bu Puşkari kəndi idi.Mən buna çox sevindim ilk evlərdən ləmpə işıqları görəndə.Mənə o, kiçik işıqlar böyük ümüd verdi. Mən bir təhər gedirdim və sona yaxınlaşdıqça gücümün tükəndiyini hiss edirdim. Mən ilk çata bildiyim evin qapısını döydüm birinci heç kim açmadı sonra yenidən döydüm özüdə bu dəfə bərk döydüm bu an hiss etdim ki, mənim başım hərlənir və huşumu itirməyə başlayıram mən son dəfə var gücümlə qapını döydüm və huşumu itirmişdim. Həmin günün sabahısı mən çox qan itirmişdim, sonra mən elə qapının önündəcəz yıxıldım.
FƏSİL 11
PUŞKİNO
Mən gecə çox narahat yatmışdım heç demək olar yatmamışdım, mütamaddi.Çox qan itirmişdim,sabah açılanda mən köhnə və cırıltı səsi verən çarpayıda ayıldım.Son dəfə yadımda qalan qapının önü idi. Çarpayıda necə olduğum heç yadımda deyil. Mən ətrafıma baxdım mən köhnə bir otaqda idim bu köhnə ağaclardan tikilmiş ev idi, bir çarpayı bir stul, stol və birdə gəvə vardı divarda bu otaq boşluğu ilə gözə çarpırdı ilkin olaraq. Mən əvvəlcə durmaq istədim amma yaram mənə imkan vermədi, mən çox acdım o, an.Mən səslədim Rusca kimsə varmı deyə birdən içəri bir uşaq daxil oldu o, kiçik bir oğlan uşağı idi on, onbir yaşlarında olardı o, bir bəyaz köynəkdəydi və cırıq bir şalvarda idi. Əlində isə taxtadan, rəndələnmiş bir silah oyuncağı vardı o, onu mənə tərəf uzatdı və nəsə dedi mən yalnız “FRİÇ” sözünü başa düşdüm. O, hərçəd məni Alman hesab etdi. Biz Almanlara friç deyirik. Bu səbəbdən mənim Rusa bənzəməməyimdən yəqin ki, mən ona istədim başa salmaq ki Rusca fric olmadığımı,
–Mən bilirəm,dedi uşaq və arxaya döndü baxdı birdən bir kobud bir səs kənardan gələn kimi, mən qapıya tərəf baxdım bu orta yaşlarında bir kişi olardı o, çox güclü fiziki insana oxşayırdı ilkin təssüratlarımdan o, uca boy enli kürək saqqalı idi, mən ondan hətta çəkindim. Mən ona baxmağa belə ehtiyyat edirdim,
–Mən bilirəm sənin frinç olmadığını əks halda öz əllərimlə özüm öldürərdim səni, dedi həmin səs mən bir az çaşqınlıq içində qaldım. Yox təbii di onun nasistlərə bu qədər nifrət bağlamağı və hətta əsaslı tutarlı səbəbi də var amma o, cümlənin yersiz işlətməyi məni çaşdırdı yaman . Mən onun üzünə tərs-tərs baxdım.
–Bu zarafatdı , dedi bu qədər həssas olma, biz bizi qoruyanlara pislik etmərik dedi Rusca. Mən ona ac olduğumu dedim və o, bir az gözlə dedi və çıxdı bayıra uşaqda onun dalıyca çıxdı .Mən çox gözləmədim ki, bir qadın içəri daxil oldu ehtiyyatla bir boşqab yemək gətirdi, arxasıyca həmin ki, uşaqda girdi içəri əlində çörək gətirərək. Qadın yeməyi stolun üstünə qoydu və çıxdı eynən uşaqda. Yəqinki o qadın bayaq ki, kişinin yoldaşıdı o, uşaq isə oğlu .Sonra mən durub bir təhər stulda əyləşərək çox həvəslə yemək yeməyə başlayarkən birdən həmin kişi yenə gəldi. O, mənə dedi,
–Mane olmaq istəmirdim rahat naharlan, deyərək oturdu.
–Artıq günortadı ? deyərək soruşdum ondan.
–Hə saat birə qalıb on dəqiqə. Dedi və mənə diqqətlə baxdı. Mən artıq yeməyə başladım çox əla bişirilmiş bir xörək idi, məni lap uzaqlara apardı anamın bişirdiyi yemək yadıma düşdü bu BORŞ idi, kələmdən yer kökündən və pazıdan hazırlanan mənim çox sevdiyim yemək idi.Çörək ev çörəyi idi, evdə bişirilmiş. Hərbi yeməyi yeməkdən ev xörəklərini unudurdum demək olar.Çoxdandı belə dadlı və ləziz yemək yeməmişdim çox ləzzət etdi mənə, mən yeyib qurtardıqdan sonra çox təşəkkürümü bildirdim onların mənə göstərdiyi qonaqpərvərlikləri və qayğısı üçün. Mən soruşdum ondan son günlər cəbhə xətti haqda hücüm olub olmadığını, kim bilir bəlkə burayada hücüm olunub o, mənə dedi,
–Hə elə dünən qırıcı təyyarələr yenə bombardıman etdilər bəzi punktları yəqin yenə nəisə planları var imiş. Yəqin bu kişi dünən baş verənləri deyir mənə deyə fikirləşdim.
–Bəs bizimkilər haraya doğru getdilər ? Deyə mən ondan soruşdum. O, bir az şübhəli baxaraq mənə güldü və dedi
–Bizimkilər ? Nə bizimkilər, yalnız təyyarəllər keçdi bombalara başımıza yağdıraraq. Sən nə haqda danışırsan ? Deyərək mənə tərəf təəccüblü baxdı .Mən çaşqınlıq içində qaldım axı bu necə ola bilər bizimkilər məyər hamısı həlakmı oldu ? Fikirləşdim öz-özümdə.
–Bu gün ayın neçəsidir ? Mən ondan soruşdum. O mənə, mənim şokda qalacağım bir cavab verdi,
–Bu gün ayın biri iyul oduğunu dedi, Mən bu cavabdan sonra çox fikirləşdim mən deməli üç günə yaxın huşsuz halda olduğumu anladım. Mən birinci nə edəcəyimi fikirləşdim amma bilmədim heçnə edəcəyimi. Mən birdən ətrafıma baxdım və əşyalarımı görə bilmədim və ondan soruşdum harada olduğunu mənim əşyalarım. Mən əvvəlcə itirdiyimi sandım sonra yadıma düşdüki son dəfə qapının önündə yıxılında üstümdə idi.O, kişidə bunu təsdiqlədi. –Mən sənin əşyalarını bir kənara qoydum, mən bir silah bir bıçaq və sənədlər və bir məktubu götürdüm başqa heçnə. Ayaq üstə duraraq çıxdı və iki dəqiqədən sonra gəldi əlində silah bıcaq sənədlər və mənim məktubum.Mənə uzadaraq verdi mənə. Mən götürdüm silahı kənara qoyaraq sənədləri yoxladım və hər şeyin yerində olduğunua əmin oldum amma birdən narahat olmağa başladım. Mən axı bu sənədləri kapitan Radionova çatdırmalıyam bu kəşviyyatın göndərdiyi son məlumatlar idi, orada Qənbərində imzası var o, cavabdehdi. Mən getmək lazım olduğunu bilərək kişiyə yenədə təşəkkür etdim və dedim getməliyəm. Durdum ayaq üstə birdən şalvarımın sağ ayaq hissəsi cırıq olduğunu və kitelimin deşik-deşik olduğunu gördüm və bir anlıq seyr etdim üst başımı. Sonra kişi yenidən çıxdı və mənə öz köhnə paltarlarından gətirdi. Bir qara şalvar və bir qara köynək daha əlnən hörülmüş jaketə bənzəyirdi. Mənə onlar bir az böyük idi, amma çoxda yox, geyinə bilərəm. Sonra ev yiyəsindən yolu örgəndim Belıy şəhərinə və çıxdım yola mənə dedilər on kilometr olduğunu və axşama ancaq gedib çatacağımı bu vəziyyətdə və mənə yola bir az qidalanmaq üçün alma çörək kimi şeylər qoydular.Mən çox minətdar olduğumu bildirdim və yolu əlimə alıb başladim irəliləməyə. Mən axşama qalmamalı idim mən bacardığım qədər çox yelli gedirdim. Saat dörd ya beş olardı mən demək olardı çatmışdım az qalmışdı bir kilometrəyə yaxın yol. Uzaqdan şəhər artıq bir neçə kiçik təpənin arxasında şəhər çox yaxşı seçilirdi. Bir az keçmişdiki mən Jirkovskiy adlı kiçik bir təpənin yanında idim ki, Alman qırıcıları yenə hücüma keçdmişdi. İki qırıcıydı. Şəhər səmasında iki dövrə vurduqdan sonra bizimkilər vurdu qırıcının birini çox güman ki, bu Davıdkindir o, pulemyot ustası idi.Sonra ikinci qırıcı qayıtmağa məcbur oldu. Mən yoluma davam etdim bir neçə dəqiqə durduqdan sonra .Mən tələsməyə başladım mən şəhərə çatana saat altıda ola bilərdi təxminən. Mən lap yorulmuşdum taqətim tükənmək üzrə idi. Mən artıq yavaş-yavaş addımlayırdım bizim lagerə getməyi düşündüm amma yolda poçta dönməyidə planladım. Onsuzda o ,yolnan gedirdim. Mən poçta çatanda gördüm ki, poçt açıqdı və buna çox sevindim. Mən poçta girmək istəyərkən birdən o, çıxdı poçtdan və qapını qıfılladı.Birdən məni gördü və təəccüb doğuracaq sevinclə baxdı mənə yəqin mənim öldüyümü sanırdı çox güman ki, mən yaxınlaşdım və salamladım onu və soruşdum ondan,
–Məktub göndərə bilərəm ? yoxsa sabah? O, mənə diqqətlə baxaraq dedi ,
–Sabah bazar günüdür bu gün olar. Qapının qıfılını açaraq mənə dedi gəl mən içəri keçdim və durdum. O, məndən gözünü heç çəkmirdi o, gözlərdə qorxu, təəccüb, utancaqlıq var idi. Bəlkədə üçüdə birdən. Bəlkədə mən yanılıram ama..
–Harda idin neçə gündür ? Sizin batalyon ayın iyirmi səkkizindən gəliblər, mən eşitdim ki, Almanlar hücüm çəkmişdilər orada sizə ,dedi Rusca mənə sanki cavabı mütləq almaq istəyirmiş kimi . Mən danışmaq istəmirdim mən diqqətlə dinləyirdim onu, mənə maraqlı gəldi onun dedikləri birdən yenədə dedi
–Səninləyəm.. deyərək təkrarladı dediklərini. –Mən Puşkari kəndində idim.Sonra bir dəqiqə sükütdan sonra yenə o, dilləndi,
–Mənə dedilər sən poçtalyonla çıxdın yola sonra Almanlar hücüm edib. Və həmin o, poçtalyonun öldüyünü də dedilər mənə. Mən düşündüm ki, səndə ölmüsən.
–Sus danışma heçnə, deyərək kəsdim mən onun sözünü.
–Mən sağam, mən tələsirəm getməliyəm. Dedim doğurdan danışmaq istəmirdim.
–Hə əlbətdə, deyərək başını salladı və işindən məşğul oldu və mən məktubu verərək qol çəkdim və çıxdım və dedim ona
–Çox sağ olun mən yenədə geləcəm və çıxdım poçtdan tez istiqamət aldım bizim düşərgəmizə. Mən birinci getdim bizim şəhərdəki hərbi korpusa mən orada Radionovu taptım və sənədləri ona verdim. O, mənə sonra gedəcəyim yeri dedi. Bu şəhərdən bir az aralıda idi. Bizim polkun əsgərləri orada idi mən tez oraya getdim. Gedəndə ilk Qənbəri soruşdum, mənə dedilər ki, beş dəqiqədən sonra gələcək hansısa Maslenikovla danışır neyisə müzakirə edirlər. Mən gözlədim on dəqiqəyə yaxın . Sonra birdən gördüm kimsə yelli gəlir mənə tərəf Qənbər idi. O, məni deyəsən hələ görmürdü. Deyəsən o, mənim gəldiyimi yox başqasının gəldiyini sanırdı. Biraz yaxınlaşdıqdan sonra birdən bu mən olduğumu gördükdən sonra o, birdən qaçaraq gəldi yanıma və dərhal qucaqladı bərk-bərk sıxdı məni .
–Mən elədə bilirdim ki, sən sağsan bilirdim ki, gələcən itməzsən.
–Sağam ? Elə bilirdiz ölmüşəm ?
–Əvvəlcə hə sonra biz getdik o, yerləri axtardıq sənin cəsədin olmadığı üçün mən bildim ki, sağsan. Yazıq poçtalyon amma qurtula bilmədi. Bu necə oldu sən sağ qala bildin? Bəlkə danışasan hamısını sənədlər hanı bəs? Dedi mənə çox sevincək idi və məni yenidən görməyə şad idi. Bu mənədə xoş idi,
–Sənədləri bu gün kapitan Radionova verdim. Narahat olma. Sonra mən ona bütün başıma gələnləri danışdım oda məni çox diqqətlə dinləyirdi. Mən danışarkən hiss etmədim, sən demə ətrafımıza bir necə əsgər yığışıb məni dinləyirdi hamısı. Həmin gün mən çox arxayınlaşmışdım. Heç bir naratçılıq hissi yox idi. Həmçinin Qənbər mənə təzə forma tapdı gətirdi verdi mən yenidən sırada olmaqdan və Qənbər görməkdən çox xoşbəxt idim. Gecə saat doqquz olardı, mən getdim bizim palatkamıza yatmaq istəyirdim çox yorulmuşdum və yatdım.
FƏSİL 12
TAPŞIRIQ
Gecə idi, qaranlıq hər tərəfi bürümüşdüki birdən çox gurultulu səslər gəldi. Bu bir neçə nəfərin səsi idi, birdən Qənbər oyandı və tez əyin başını hazır vəziyyətə gətirərək durdu ona kimi məndə artıq hazır idim.Qənbər çox cəld idi o, tez çıxdı və hər kəsi oyatmağa çalışırdı. Almanlar hücuma keçmişdir, çox güman ki,növbədə duranlar artıq həlak olmuşdular. Mən çıxdım palatkadan göyə iki güllə atdım və bizimkilər tez cəld oyandı. Almanlar yaxınlaşmışdı bizə əlli metrəyə qədər fərq qalmışdı aramızda .Bizimkilər tez döyüş vəziyyətinə keçdi atışma başladı Qənbər və həmin o, Maslennikovun əmri ilə bizimkilər irəliyə atıldılar Almanlar bizdən say olaraq çox idilər biz hamımız irəliyə doğru yürüdük.Mən o, an hər dəqiqə mənə güllə dəyəcəyini bilirdim , amma yenədə getdim çünki Qənbər qorxmadan irəli atılırdı.Bəzən güllə o, qədər yaxın keçirdiki yanımdan mən hətta onun səsini qulağımın dibində eşidirdim. Biz birinci düşmən divizionunu yardıq amma sonra Almanlarda texnika növbəsini aldı və bizi top atəşinə tutdular. Biz gizlənməyə məcbur olduq ara-sıra irəli gedirdik, amma sonra alman tankları çıxdı ortaya biz geri çəkildik və cəbhəni tutmalı idik və cəbhə xəttində sabaha kimi atışmalar oldu biz gecəni yatmadıq sabah saat doqquza yaxın olardı birdən Almanlar atəşi kəsdilər. Həmin gün yalnız bizdə sıravi PEXOTA və iki top və dörd pulemyot vardı amma Almanlar daha çox silah və texnikaya malik olmasına baxmayaraq biz xətti qorumağı bacardıq, Almanlar bizdən nisbətən daha çox itki vermişdi. Bizimkilər məlumat göndərmişdi və biz kömək gözləyirdik bir daha dözməli idik. Qənbər dedi bizə tanklar göndəriləcək və piyada əsgərlər gəlməli idi. O, dedi bu ay Özbəkistandan əsgərlər gəlməli idi. Amma nə mənası var idi, mən lap yeni gəldiyim vaxtlar yadıma düşdü heç biri silah tutmayıb döyüş necə gedəcəy ? Ama ümüd bizi dozumlu edirdi. Almanların həm sayı həmdə silah və texnikası bizdən çox üstün idi, mən bilirdim ki, bu belə davam edə bilməz və gec tez onlar bizi üstəliyər əgər bizə ya güclü kömək gəlməzsə yada başqa bir mükkəməl bir planımız olmasa. Saat birə yaxın günorta vaxtı Almanlar yenədə hücüm etdilər biz çox güclü şəkildə qorunurduq bəlkədə bizi, bizim snayperlər və iki atıcı polklar yaxşı müdafiə edirdi.Çox qızğın döyüş gedirdi. Həmin gün axşamı Almanlar yenədə hücüm çəkdi, bu dəfə biz çox itki verdik və bir qədərdə geri çəkilməli olduq, biz sabaha kimi dözməli idik bizə yardım olunmalı idi, səngərdə yanımda bir Qazaxstanlı oğlan var idi, elə hey deyirdiki bizə kömək gələsi deyil hamımız burada öləcəyik və bununlada bitir həyatımız həmçinin o, deyirdi müharibəni Hitler udacaq onsuzda. Gecə sabaha qədər döyüş getdi, hücümu Almanlar edirdi biz isə müdafiə olunurduq. Bizim hücüm edəsi gücümüz yox idi, ayın üçü idi, sabah saatları idi, biz demək olar azlıqda qalmışdıq uzaq başı əlli nəfər iki yüz nəfərdən. Son iki gün dür biz yatmırdıq səngərdə durub göz qulaq olurduq. Qənbər deyirdi biz bu cəbhə xəttini ələ verməməliyik bu çox önəmli strategiyadi. Almanlar bilirdi hardan hücüm çəkmək lazım olduğunu. Saat on iki idiki bizə məlumat gətirdilər ki, almanlar Olenino şəhərinədə hücüm çəkib axşama yaxın isə bizim neçə gündür gözlədiyimiz kömək gəlib çıxdı nəhayət qırx dördüncü və qırx ikinci diviziya köməyə gəlmişdi, bizə neçə tank və topda var idi. Sabaha kimi yenədə döyüş getdi . Bizim əsgərlər meşə xətti boyu cəbhə xəttinə nəzarət edirdi, amma ayın dördü Almanlar meşəni dolaşaraq bir dairə sistemində bizləri mühasirəyə almışlar Olenino şəhəri ilə birlikdə iki dairə əmələ gəlmişdi.Almanlar Olenino şəhərinin meşəyə tərəf düşən istiqaməti ilə yan tərəfə getdilər lap bizim halımızdakı kimi və mühasirəyə almışlar bizi iki Alman qrupları. Puşkari kəndində rast gəlmişdilər və Belıy ilə Olenino şəhərinin əlaqəsini kəsmişdilər, bununla yanaşı Puşkarinidə almışlar. Ayın beşi Jirkovskiy adlı təpənin yanında mühasirədən çöldə qalanlarla döyüşləri oldu Almanlar, bizimkilərdən daha çox itki verdilər və biz bir azda geri çəkilməli olduq bizi hər tərəfdən sıxırdılar, amma biz heç təşşəbbüsü əldən vermirdik.Çox yaxşı dururduq müdafiyədə və çox əzgin bir döyüş keçirirdik. Bununla yanaşı biz məlumat gəldiki Olenino şəhəridə çox yaxşı dözür və müdafiə olunur , bizim onlarla sonra əlaqəmiz kəsildi və bir telefon xətdi ayırırdı bizi onlardan şəhərin çıxışında. Bu xətdi düzəltmək çox mümkünsüz bir iş idi. Çünki Alman atıcılar nəzarət edirdilər o, hissəyə və heç yaxınlaşmaqda olmurdu.Heç kim gedə bilmirdi oraya yaxın və hamımız durub gözləyirdik Almanlardan bir hərəkət. Axı kim istəyərdi tuş gəlmək Alman gülləsinə, oraya getmək ölümünə razı olmaq kimi bir şey idi. Sonra mən Qənbər yanına getdim və dedim ona,
–Qənbər mən gedib düzəldərəm o, xətdi mənə, mən gözlədiyim cavabı verdi
–Dəlisən bu heç mümkün deyil.
–Bilirəm Qənbər mənim bir planım var,deyərək susdum və arxayıncasına onun üzünə baxdım amma içimdə mən qorxurdum. Mən nə dediyimi analiz edirdim.
–Hə buyur de görək nə planın var.
–Siz sağ və orta cinahdan hücüma keçirsiz sağ tərəfə atıcılarımızda nəzarət etsin qoy, heç bir texnika yeritmiyin. Mən o, an başlayaram irəliləməyə və mənə Alman paltarı verin çaşdırar bu onları, elə bilərlər yaralı əsgərəm. Mən arxaya qayıdanda isə siz geri çəkilin və həmən ki, yerlərinizi tutun.
–Müşviq bu təhlükəli di.
–Onsuzda itkilərimiz olacaq Qənbər biz bunu edə bilərik amma ən azından. Qənbər razılaşdı amma sanki özünü məni xəbərdar etmiş kimi apardı və güya bu onun borcu idi. Mən əvvəlcə ölmüş Alman əsgərinin paltarını geyindim, bu iyrənc anlar idi həyatımda əvvələr daha mən bir meyitin paltarlarını geyinməmişdim hələ, mən geyinib hazır durdum, bu an çox həyacan keçirirdim,Çünkü hələ belə riskli addım atmamışdım hələ mənə elə gəldiki hətta öləcəm, və bu qacınılmazdır. Mən hazır idim gözlədim ki, hücüma keçsin bizimkilər və bunanla Almanları yayındırsınlar və mən naqilləri düzəldim rabitə bizdən siqnal gözləyirdi, biz mütləq Olenino və Vyazemka şəhərləri ilə əlaqə saxlamalı idik. Mən əvvəlcə yerə uzandım və birdən gördüm bizimkilər dərhal hücüma keçdiyini mənim önümdə haradasa otuz-qırx metrəyə yaxın məsafə var idi mən tez sürünərək irəlilədim, mənim gözümü onda sanki qan örtmüşdü. Mən heçnə fikirləşmirdim və yalnız ancaq sürünürdüm. Naqillərə çatdıqda mən tez onları açmağa başladım yenidən , bıçağımı çıxartdım yenidən kabelin ucunu kəsdim və yenidən birləşdirdim, rabitəçimizin siqnal var deyə qışqırtısını eşitdim, bu mənim üçün dönüş nöqtəsinə bənzəyirdi, mən başladım tez geriyə sürünməyə və bir an fikirləşdim ki, sürünüb bizim xətdə çatdıqda Qənbərə deyəcəm ki “ gördün nə gözəl plan idi, mənə heç fikir belə vermirdilər ” bu an Alman atıcılarından biri başladı mənə atəş açmağa.Mən o, an bir neçə variant fikirləşdim amma heç birinə əməl etmədim, mən düşündüm ki, qaçmaq lazımdır, ayaq üstə qalxdım və var gücümlə qaçdım bizimkilər tərəfə on metrəyə yaxın qalmışdır çatmağıma mən bütün vücudumun kontrolunu itirdiyimi hiss etdim mən o, an nə olduğunu heç anlamadım. Ağsadım və yıxıldım mən bir əsgər kömək etdi tez gizlənməyə mən heçnə bilmədim. Niyə ağsadım? Niyə yıxıldığımı ? Amma mən tam rahat idim ki, xətt düzəldiyinə.Bu məni sevindirirdi birdən Qənbər gəldi yanıma və mənə dedi
–Halaldı sənə səndən əla mühəndis olardı, mən heç bir cavab vermədim mən onun üzünə diqqətlə baxdım, mən onu iki görürdüm, deyəsən ya başım hərlənirdi, yada aclıqdan huşumu itirəcəkdim, son günlər ancaq nə tapırdıq onu yeyirdik. Birdən mən bir dəfə az qalsın ki, təmiz özümü itirim və huşsuzluöa qapanım. Amma mən oyaq idim dözürdüm, sonra başladım ağrılar hiss etməyə yavaş-yavaş , Qənbər mənə nə olduğunu soruşdu, amma mən heç cavab verə bilmədim, mən o, halda deyildim.Mənim danışmağa halım qalmamışdı hətda.Mən Qənbərə demək istəyirdim mənim halımın pis olduğunu amma deməyə gücüm yox idi. Mən qazdığımız okopda oturmuşdum kürəyimi səngərə söykəyərək birdən ayağımın altından qan axmağa başladı bunu birinci Qənbər gördü və o, mənə çox təəccüblə baxdı və dedi –Sən yaralandın ? səndən qan axır bu necə oldu? Niyə danışmırsan? , mən yenədə danışa bilmirdim. Mən ayağımda ağrılar hiss etdim. Və tərpəndikçə bu ağrıların daha kəskinləşdiyini anladım mən əvvəlcə heçnə etmek fikrim yox idi, amma sonra Qənbər bunu çox gecikmədən başa düşdü və dərhal mənə yardım göstərməyə başladı o, mənim ayağımı sarıdı sonra iki nəfər gəldi məni nosilkaya qoydu və aparmağa başladı. Məni aparanlar iki yüz metrəyə yaxın yol məni apardılar mən hər şeyi müşahidə edirdim, sonra məni bir at harabasına qoydular məndən əlavə orada daha iki nəfər var idi, mən bir az orada qalmalı oldum sonra yanımıza bir nəfər daha gəldi. Və bizi aparmağa başladı. Biz on dəqiqəyə yaxın yol getdik mən bizi haraya apardıqlarını bilirdim, bu Belıy şəhərində olan qospital idi.Biz oraya çatanda bizi yenədə nosilkada götürdülər və içəri apardılar. İçəriyə daxil olanda mən gördüm ki, buraya hədsiz hüdüdsuz yaralı gətiriblər və deyəsən bizimlə maraqlanan olmayacaq, beş dəqiqə koridorda yerdəcəz nosilkanın üstündə qalandan sonra Qənbər gəldiyini gördüm və o, getdi həkimlərnən nəisə danışdı, sonra məni bir otağa götürdülər mənim gözümdə bu otaq gah canlanırdı gahda ölürdü o, səsizliyi ilə. Mən hər tərəfdən eşidirdim,səslər yaralıların səslərini, daimi qışqırtılar amma məni bu heçdə narahat etmirdi, mən sakitçə uzanıb pataloka baxırdım. Bir anlıq mənim üçün hər şeyin mənası dəyəri ucuzlaşmışdı. Məni heçnə maraqlandırmırdı. Sonra mənim yadıma gələn o, olduki yanıma gəldi həkimlər və Qənbərdə orada idi. Sonra ancaq qaranlıq amma arada səslər eşidirdim.
FƏSİL 13
BİR NEÇƏ GÜN QOSBİTALDA
Mən günəşin üzümə düşən işiğı ilə oyandım. Pəncər açıq idi, mən isə pəncərənin yanında idim. Külək aynadan üzümə sığal çəkirdi sanki , mən birdən gördüm ki, ayağım sarılıb və mən onu tərpədə bilmirdim. Bu gün ayın altısı idi,mən təqvimdə gördüm palatadaki. Palata çox böyük idi, burada məndən əlavə haradasa bəlkədə on beş nəfərə yaxın adam var idi. Hamısıda yaralılar idi, çox bir emossional mənzərə idi, birdən içəri tibb bacısı girdi. O, otuz yaşlarında olardı, çox yornuq görünürdü yəqin ki, gecə bütün günü yatmayıb, ya gecə növbəsinə qalmışdı yadakı yaralı çox olmuşdu. Və mənə tərəf gəldi və dedi Rusca ağrılarımın olub olmadığını. Mən yox dedim o, digər ayıq olan iki nəfərdən də soruşdu.On dəqiqəyə yaxın vaxt keçdi hansıkı bəlkədə bir günə bəlkədə bir ilə bərabər idi. Bir acınacaqlı bir vəziyyətdə idim. Mən çox darıxırdım və qorxurdum ki, bu qospitalda çox qalım yaxud Almanların gəlişində mənim hələdə mənim hələdə burada olmağımdanda qorxurdum. Mən yatmağa çalışırdım gözümü yenicə yummuşdum, üzü yuxarı uzanmışdım birdən kimsə içəri daxil oldu amma mən gözlərimi açmadım əhəmiyyət vermədim. Rahatlığımı pozmaq istəmirdim, özümü əzgin hiss edirdim. Son ayın yornuğunu çıxartmaq fikrinə düşmüşdim ki, amma bu belə olmadı, mən kiminsə mənə yaxın əyləşdiyini hiss etdim. Amma məhəl qoymadım, birdən onun səsini eşitdikdən sonra dik atıldım bu həmin Anna Petrovna idi. Nədənsə mən onun buraya məhz mənə görə gəldiyinə əmin idim. O, məndən bir az aralı əyləşmişdi. O, mənə tərəf baxdı və dedi Rusca –Sənin yanına gəlmişəm, Qənbər məndən xaiş etdi sənə yemək gətirim, onun əlində bağlamada vardı. Bükülmüş şəkildə birdən o, bağlamanı açdı və başladı bağlamanı açmağa və oradan alma, armud çıxartdı və şkafın üzərinə qoydu və dedi,
–Bu meyvələri bağçamızdan yığmışam yaylıqdı, sənə xeyri olacaq.Dedi sonra yenədə nəsə çıxartdı bu evdə bişirilmiş kökələr idi. –Bunları mən bişirmişəm,xoşuna gəlməsə başqasını gətirərəm, dedi və gülümsədi utancaq sayağı, mən heçnə demirdim sadəcə ona baxıb onun nə edəcəyini izləyirdim, mənə maraqlı gəlirdi.O, danışanda mən susmağı tərcih edirdim. Həmişə belə olurdu dilim tutulurdu və utanırdım bəzən desəm düz demiş olaram. Açığı desəm bu mənim üçün gözlənilməz oldu yəni onun gəlişi mən düşünmürdüm ki, mənim yanıma Qənbər başqa kimsə gəlsin. Amma bu yaxşı oldu mən onun fikirləşməyə başlamışdım. Sonra o, evdə bişirilmiş çörək və toyuq əti ilə qızarmış kartuşka qızartması idi. Qoxusu məni dəli edirdi bu cür evdə bişmiş xörəklərin dəlisi idim.O, onları şkafın üzərinə qoydu, və mənə təklif etdi yeməyim üçün. Mən utanırdım əslində o, birdən dedi mənə,
–Xoşuna gəlmədi xörək ? bir narahat baxışları ilə.Mən bunun belə olmadığını bilirdim amma nədənsə yeyə bilmirdim ac ikən. –Yox sadəcə indi yox sonra yeyərəm, dedim və onun üzünə diqqətlə baxdım oda sakit səssiz oturub mənə baxırdı. –Deyirsən səni Qənbər göndərib hə ? deyərkən birdən o, mənə güldü hərçənd mənim danışığıma gülürdü mənim Rusca aksentim çox pis vəziyyətdə idi. –Hə mənə dedi sən təksən sənə nəzarət etməyimi xahiş etdi. –Çox sağ ol amma məncə sən istəməsəydin gəlməzdin. Dedim çox arxayın idim öz qurduğum cümlələrə –Sadəcə mənim qardaşımda müharibədə olub ona görə təsəvürlərim var bu haqda. Mən bilmədim nə deyim daha yenədə təşəkkürümü bildirdim ona.O, isə mənə poçta gedəcəyini bildirdi və getməli olduğunu dedi və durdu ayaq üstə. –Bir daha gələcən ? Soruşdum, bu məni doğurdanda maraqlandırırdı –O, mənə tərəf döndü çox düz nəzərlə baxdı və qəti bir şəkildə dedi –Əgər istəsən gələrəm. –Hə, dedim birdən sözümü kəsərək. –Onda sabah bu vaxtı gələcəm dedi və getdi. O, gedəndən sonra mən onun gətirdiyi xörəyin dadına baxdım çox xoşuma gəldi. Amma yeməyi hansını ki, Anna gətirmişdi nahar vaxtı yedim. Və dincimi almaq üçün mən yatdım.
FƏSİL 14
YENİ PLANLAR
Sabah saat doqquza yaxın idi, mən oyandım heç sabah yeməyi yeməmişdim, tib bacısı içəri daxil oldu iki nəfər idilər. Və bir stəkan süd ilə bir dilim çörək verdilər hər kəsə mən yalnız süd içdim. Və saata baxırdım, gözümü çəkmədən, hər saniyəni gözdən keçirirdim saat ona, on birə yaxın Anna gəlməli idi, mən çox narahat olurdum o, gəlməz deyə.Artıq on olmuşdu amma o, hələ yox idi mən təəsüflənməyə başlamışdım mən saat on birə kimi gözümü çəkmədim saatdan və yalnız saata diqqətlə baxıb onun harada ola biləcəyini düşünürdüm. Sonra onun gəlməyəcəyini başa düşdüm bir az gözü açıq qaldım, sonra gözümü bağladım və təsəvürümə kəndimizi gətirdim, mən oralardan ötrü çox darıxırdım və tez geri dönmək istəyirdim. Amma bunun heç cür mümkün olmamağı məni ruhdan salırdı ona görə hərdən hirslənirdim və bu haqda daha düşünməyəcəm deyə qərar aldım.Ayın bu gün yeddisi idi bu günümün necə keçəcəyindən bilmirdim açığı nəisə artıq gözləmirdim deyə boşluqda olduğu üçün heçnədə gözləmirdim. Saat on ikinin yarısını göstərirdi, artıq bütün ümüdüm ölmüşdü və bilirdim gəlməyəcəyini buna görə yatdım, mən oyananda saat doqquza yaxın olardı axşam idi artıq gecə öz qaranlıq torunu salırdı mən pəncərədən çölə baxdım çöldə nəmli bir hava var idi, duman və tiski həmçinin. Şkafın üstünə baxanda gördüm ki, yenə bağlama var birinci düşündüm bunu yəqin Anna gətirib ya Qənbər axı başqa kim ola bilər ? Bəlkə heç gətirməyiblər göndəriblər kiminsə vasitəsi ilə deyə düşündüm .Mən sabahısı günü artıq çıxmaq istəyirdim mənə cəhənnəm kimi gələn bu dörd divardan, ilkin olaraq düşündüm tibb bacısından soruşaram nə vaxt çıxacağımı onu gözləyirdim ki, birdən Qənbər gəldi yanıma mən çox sevindim buna tənhalığımı boğmaq istəyirdim, Qənbər gəldi və oturdu yanımda mən ondan işlərin necə getdiyini soruşdum o, dediki hər şey pis gedir və nə edəcəklərini bilmir. Almanlar mühasirəyə alıb, onları iki dairəyə Oleninoda bizim gündə idi.
–Qənbər bəs bir planınız varmı ? deyə soruşdum.
–Yox amma düşünürəm ki, gözləmək lazım deyil Olenino ilə yarmalıyıq iki tərəfdən zərbə və Puşkaridə birləşək onlarnan yolu açaq arada, sonra onlar bizə heçnə edə bilməz,dedi əslində onun danışdıqları mənə çox maraqlı gəldi əla bir plan idi. Onu reallaşdırmaq lazım idi və belə görünür bu yeganə çıxış yolu idi.
–Əla bir plandı, başqa nə etmək olar ki ? –Başqa çıxış yoxdur gərək məruzə edim, dedi Qənbər o, çox yorulmuşdur deyəsən necə gündür yuxusuz qalıb və güclə danışırdı.
–Qənbər mən burdan çıxmaq istiyirəm, dedim o, mənim gözümdə bir xilaskara çevrilmişdir. –Düzü mən heç bilmirəm ,ayağın ağrıyırmı yeriyə bilirsənmi ? Dedi mənə mən əslində yeriyə bilirdim amma çox ağrıyırdı. Amma Qənbərə yalan danışmalı oldum. –Hə hər şey yaxşıdı, heç bir əsaslı səbəb yoxdur burda qalmağıma. Mən Qənbərdən soruşdum ki,onun məni kiməsə nəzarət etməyini deyibmi o, mən dediki o, heç kimə demiyib ki, gəlsinlər mənə nəzarət etsinlər, biz Qənbərlə onun göndərdiyi bağlamadaki yeməyi yedik ikimizdə sonra Qənbər getdi həkimlə danışdı və mən tez əynimi dəyişərək tez hazır bir vəziyyətə gəldim. Biz Qənbərlə çıxdıq qospitaldan getdik general leytenant Maslennikovun yanına . Qənbər ona öz planlarını danışdı, leytenant carəsiz olduğumuzu anlayaraq və qalıb döyüşməyin heç bir mənasının olmadığını başa düşdü. Və buna görə razılaşdı Qənbər, həmin vaxtlar çox insan mühasirədən çıxmaq istəyirdi qaçırdılar meşələrlə amma almanlar yaxşı qoruyurdu hər tərəfi buna görə çıxmaq olmurdu şəhərdən. Biz Olenino şəhəri ilə əlaqə saxladıq. Mən çox düşünürdüm , şəhəri tərk etmək lazım idi, qalmağın heç bir mənasi qalmamışdır.
FƏSİL 15
ÖLÜM SAHƏSİ
Ayın doqquzu idi, saat birə yaxın olardı cəbhə xətdi çox səssiz idi ilk dəfə, hər kəs hazır idi,dünən axşamdan tutulan hava özünü biruzə vermişdi, sabah tezdən yağış yağırdı. Yollar lap pis gündə idi.Ona görə texnikaların daşınılması mümkünsüz görünürdü. Biz əmri gözləyirdik, birdən Maslennikov əmr verərkən bir insan toplusunun irəli getməyə başladığını ilk dəfə gördüm, məndə daxil biz irəli atıldıq digər istiqamətdən Oleninodan qırx birinci bölüyün əsgərləri gəlməli idilər və biz Puşkaridə yaxud başqa bir yerdə qarşılaşmalı idik.Otuz doqquzuncu bölük isə Belıy-Olenino yolundan getdilər və əgər iki istiqamətdən gedərsənsə düşmənin yalnız birinə vaxtı çatar deyərdi Qənbər. Biz isə daha Şimala doğru istiqamətdə getməyimizi bildirdi. Mən heçnə görmürdüm, atəş səsləri gəlirdi Almanlar bizə hücüm etdikləri şərt idi. Amma ilk qabağda gedənlər deyirdi bunu çox güman ki, arxada biz heçnə hiss etmirdik. Sonra toplar başlandı yağmağa buna görə iki-üç yerlərə bölünməyə başladı bizim bölük və mən irəli gedənlərin arxasıyca getməyə başladım.Sonra bir hissə geriyə çəkilməyə məcbur oldu o, dəstədə məndə var idim. Digər parçalanmış bölüyün əsgərlərin yarısı mühasirədən çıxdılar Olenino şəhərindədə yarısı çıxmağa nail olmuşdu bu əsasən otuz doqquzuncu bölüyün əsgərləri idi. Bizimkilər çox itki vermişdi həmin gün və bu bir neçə gün belə davam etdi, ayın on biri mən eşitdim ki üç yüz səksən birinci atıcı bölüyü keçə bilib mühasirəni və hər gün bu belə davam edirdi.Bəzi bölüklər və onlarla gedən insanlar hər gün keçmək istəyirdilər mühasirəni amma bu yalnız bəzilərinə qismət olurdu. Sovetlər buna görə çox sayda itkilər verirdi və yollara görə tərk edilirdi texnikalar . Ayın on yeddisi idi mən necə keçəcəyimi heç bilmirdim deyəsən lap pis vəziyyətdə qalmışdıq.Biz get-gedə geri çəkilirdik və demək olar şəhərə çatmışdıq belə gedişnən Almanlar hücüma hazırlaşırdılar və biz çox güman ki, onlara tab gətirə bilməzdik. Neçə əsgər, hər kəs bir tərəfdən silahlı bir qrup şəkildə tərk edirdi şəhəri Sıçyovka tərəfə istiqamət alırdılar.Mən şəhərə getdim mən Annanı tapmaq istəyirdim. Mən həmin gün getdim poçta və onu orada tapdım. Onu görəndə nə deyəcəyimi bilmirdim, içəri daxil oldum və dedim –Çox qalmaq fikiriniz var burada? –Görünür yox, siz nə əcəb gəlmisiz ? Dedi mənə tərəf baxmırdı heç məhəl qoymadan –Anna gəl qaçaq mənimlə , dedim bütün hisslərimi cilovlayaraq –Haraya ? Biz axı mühasirədəyik , mən bu cavaba necə cavab verəcəyimi bilmirdim. Doğrudan o, çox düz şəkildə mənə cavab verdi. –Məndə elə onu deyirəm gəl mənimlə ,çıxmaq lazımdır buradan necəsə. Dedim amma heç özümə güvvənmədən dedim şübhə ilə mən doğrusu bunu heç düşünməmişdim. –Yox bu mümkün deyil biz ikimiz qaça bilmərik, dedi .Amma çox etiraz etmədim. Həmin an birdən Alman təyyarələrinin yenidən təxribatı baş verdi, onlar gəldi bizim cəbhəni bombaladılar amma bizimkilərdə bir təyyarədə vurmuşdu. Mən tez qayıtdım cəbhə xəttinə Qənbərin yanına .Həmin gün Almanlar hücüm etdilər bizə gəldiyim ilk gündən bu ən böyük döyüş idi. Bəlkədə minlərlə insan vardı. Həmin gün mən irəliyə qaçırdım, necə olursa olsun qaçırdım sadəcə dayana bilmirdim ətrafıma heç baxmırdım. Fikirimdə tutmuşdum ki. ilk Alman görən kimi vuracam. Elədə oldu Alman gördüm, özümü itirmədim və qorxmadım mən o, an çox həyacanlı idim. Hər an mənə güllə dəyər deyə birdən Almanlar minamyotdan atmağa başladılar və mən yerə uzandım sonra bunkerlərdən pulemyotla başladılar atmağa onlardan açıq meydanda qorunmaq çox çətin idi.Mən yanımda olan okopa girdim yoldaşlarımı səslədim amma onlar eşitmirdilər. İnsanın necə bir neçə gülləyə aciz qalmasını gözlərimin bu qədər yaxınlığında deyə bilərəm görməmişdim əvvəl. Bir Rus oğlan var idi, onun başından güllə dəydi. O, düz gəldi mənim əllərimə düşdü güllənin yerindən necə tüstü çıxdığını gördüm. O, mənim qollarımda bir necə dəqiqə ərzində ağardı çox soyuq silah soyuq zərbə idi. Mən ona bir necə saniyə baxdım. Hələdə inana bilmirdim mən nə edəcəyimi, bilmədiyimdən daha çox seçim etdim ki, okopda oturum çünki çıxmağın heç bir mənası yox idi, Almanlar pulemyot və minamyotdan istifadə edirdilər. Onların qarşısına çıxmaq boş-boşuna ölmək deməkdir. Ondansa gözləyib qorunmaq daha yaxşıdır. Və mən bu cürdə etdim, sonra Almanların tankları irəli düşməyə başladı və sayca hər şeydə üstün idilər bizdən üç dörd saata yaxın gedən döyüşdən sonra biz geri çəkilməli olduq həmin gün çox insan həlak oldu heç sayını təxmində etmək olmurdu. O, pulemyotdan sonra insan meyitləri üç qatına idilər. Artıq demək olar yer görsənmirdi cəsədlərdən və oraya hətta “ ölüm sahəsi ” deyə adlandırardım yaxud cəhənnəm. Ayın on doqquzu da U-2 adlı təyyarə gəldi endi o,U-2 hərfləri elə böyük yazılmışdı ki, onu görməmək mümkün deyildi. O, təyyarə general-leytenant üçün gəlmişdi o, yaralanmışdı və qırx üçüncü bölüyün əsgərlərinin bəzilərini apardı. Sabahsı gün bir az sakitlik oldu, mən həmin gün yatdım çox yorulmuşdum və demək olarki yatmırdım çox yuxusuz qalmışdım. Elə səngərdəcək necə yatmışdımsa heç hiss etməmişəm bunu. Mən gecə oyandım hələdə sakitlik idi arada bir Almanların səsini eşitmək mümkün olurdu, gecənin soyuqluğu və yüngül küləyi məni üşüdürdü.Mən daha yata bilməyəcəyimi anlayaraq yanımdakı əsgərə dedim yata bilər biz növbə ilə yatırdıq. Sabahsı gün Maslennikovun , yerinə hansısa , Konev gəldi. Mənim dəqiq yadımda deyil amma deyəsən oda general leytenant idi.O, bizə hər kəsə yeni plan haqda məlumat verdi, bütün ümüd bu günə idi.Bütün şəhər əhalisi ilə haradasa iki min əsgərə yaxın bəlkədə çox və yüzdən çox tank və toplar daşınırdı, mən insanların arasında çalışırdım Annanı axtarım tapım amma görə bilmirdim , buna görə mən şəhərə qayıtdım , həm poçta getdim həmdə evlərinə heç kim yox idi,mən onu harada axtaracağımı bilmirdim. Mən düşündüm ki, oda gedib yəqinki mən yenicə Sokolovskaya küçəsi ilə çıxmışdım ki, Almanlar şəhərə bombalar atmağa başladılar mən bir saata yaxın gizlənməli oldum. Bombaların ardı arası kəsilmirdi, səslər elə hey çoxalırdı və partlayırdı. Bir saat mən hansısa tanımadığım bir evin zirzəmisində gizləndim və çıxdım bombalar dayananda və çox geri qaldığımı anladım. Amma çata biləcəyimi təxmin edirdim, bu hələ mümkün idi.Şəhərdə adam yoxdur deyə sanırdım amma var imiş məndən başqa daha iki əsgər də var idi onlar məni görəndə məni səslədilər və biz bir getməyə başladıq.Bizimkilər bir istiqamətdə yolla gedirdilər və Konevin planına görə bizə gələcək kömək .Amma onlar bizim yolumu açmalı idilər. Bu 185-ci atıcı dəstəsi idi.Onlar mühasirədə deyildi və iki tərəfədən bizimkilər hücüma getmişdilər.Mən gedib çatana heç cür Annanı tapa bilmirdim mən onu çox axtarırdım, insanlar arasında çox çətin idi onu tapmaq amma mən onu tapa bildim yarım saat axtardıqdan sonra.Mən ona tərəf qaçdım və onu qışqıraraq səslədim o, mənə tərəf baxdı və üzü bir anlıq güldü o, məni görməyinə şad idi mən bunu hiss etdim. Mən onu tapmağıma çox sevincli idim.Mən axırki ona yaxınlaşdım və o, mənə tərəf gəldi və mənə sarıldı o, məni bərk qucaqladı və məni gözlədiyini dedi mənə bunların heç biri artıq maraqlı deyildi mən onu taptığıma çox xoşbəxt idim bu mənə bəs idi Həmin gün biz yaxşı müqavimət göstərdik Almanlara və çıxa bildik mühasirədən amma şəhəri və bəzi texnikalar orada qoymalı olduq. Biz meşənin içi ilə getdik dəstəmizlə ,həmin gün çox insan xilas ola bildi, amma əsir düşənlər də oldu. Biz sonra Sıçyovkaya yollanmaq fikrinə düşdük, Qənbər bizimlə idi, və oraya getməyimizi dedi. Mən yolu tanımadığımdan və ümümiyyətlə heç buralardan anlayışım olmadığı üçün heçnə demirdim amma Qənbər xəritə ilə işləyə bilirdi buna görədə mən ona etibar edirdim.
FƏSİL 16
RJEVƏ GEDƏN YOL
Biz ayın iyirimi dördünə Sıçyovka şəhərində idik günorta saat birə yaxın Sıçyovka şəhəri bir az Belıydan böyük idi və demək olar heç fərqlənmirdi. Evlər taxtadan idi binalar çox az idi bir iki dənə şəhərin gözəl panoramasına təsir edirdi.Bu şəhərdə nə edəcəyimi bilmirdim haraya gedəcəyimidə.Mən tam Qənbərə ümüdlü idim sözün əsil mənasında mən bu qədər sıxılmamışdım. Mühit dəyişməkdən heç xoşum gəlmir və daimi harayasa getməkdən. Bu mənə əziyyət verir yeni insanlara yeni ətrafa mühitə adaptə olunmaq və dözmək çətin gəlir mənə. Biz şəhərə gedəndən sonra Qənbər mən və bizim dəstəmiz yaxın hərbi komissarlığına getdik və hər şey haqda məruzə etdik, bizi yolladılar arxa cəbhəyə biz şərq cəbhəni tutmali idik. Anna isə və başqa qadınlar getdilər hansısa fabrikaya .O, orada çalışırdı və orada qalırdı.Mən dəqiq bilmirəm amma deyəsən əsgərlər üçün paltar tikirdi orada.Biz bir necə dəfə görüşmüşdük buraya gələndən mən tez-tez tərk edə bilmirdim, cəbhəni Almanlar tez-tez hücüma keçirdilər, döyüşlər hər gün baş verirdi. Mən çox yorulmuşdum bunların hamısından və bu müharibənin nə vaxt bitəcəyini səbirsizliklə gözləyirdim.İnsan məcburi nələri etmirki ? mən məcburi burada qalmağımdan heç həz almırdım.Gecələrimi demək olar yatmırdım, yaxşı qidalanmırdım və bunların hamısı əsaslı səbəb idiki.Mən bezmişdim bu fərqli silahların fərqli texnikaların gurultulu səslərini eşitməkdən. Və hər gün meyit görməkdən, bir insan öləndə gözümüzün qabagında bu təsir edir təbii amma bir neçə insan həlak olanda və hər gün bu baş verəndə artıq bu adi bir hala çevrilməyə başlayır. Bunların hamısı mənim əsəblərimi korlayırdı.Bir neçə gün beləcə keçdi ayın iyirimi səkkizi idi.Gecəsini yatmadım, həmin gün demək olar heç kim yatmırdı intensiv atışmalar olurdu. Heç bir tərəf cəbhə xəttini vermək istəmirdi.Qənbər daimi harayasa gedirdi mən onu son iki gün demək olar görmürdüm lap az-az görürdüm.Yəqinki yeni plan tərtib olunacaqdı və on dəqiqə keçmədiki Qənbər gəldi mənim yanıma, –Necəsən Müşviq ? Yorulmusan deyəsən , dedi mənə mənə bu bir növ acığa gəldi. –Hə,özüdə necə. –Eh boş ver hər şey düzələr,Bu söz mənə elə gəlirdi ki, öz icrasını tapmayacaq. Və heç vaxt heçnədə düzələn deyil. Bunu mızıldayaraq ucadan dedim və Qənbər eşitdi.Mənə qəribə bir nəzərlə baxdı, mən artıq heçnəyi düşünmürdüm. Hər şeydən bir anda bezmişdim. –Bu qədər əsəbləşmə sən ya mən neyniyək biz ki, başlamadıq bu müharibəni , dedi Qənbər mənə qəribəsidə o, durki bu sözlər mənə doğurdanda təssəli kimi gəldi. Həmin gün gecə yenədə yatmadıq demək olar,az vaxt növbə ilə. Bütün günü döyüşlər gedirdi gecələr isə təxribat nə qədər davam edəcəy bilmirəm. Amma insan dəlidə olardı bu cür yaşamaqdan. İyirmi doqquzu idi sabah tezdən idi, saat altı olardı, mən oyandım məni sabahın ətri oyatdı hətta deyərdim. Üşütmə mənim canıma hopmuş kimi hiss edirdim özümü yay günlərinin olmasına baxmayaraq sabahın şehi adamı üşüdürdü. Heç qalxmaq da istəmirdi yuxudan amma yuxumuza haram qatdığımızdan oyanmalı olurduq. Sözün düzü yatmaq da heç olmurdu.Əsəblərim o, qədər oyaq idiki həttə ən dərin yuxuda yatarkən belə ətrafımda danışılan səslənən bütün səsləri eşidirdim.Ümümiyyətlə həyatımda heçnə düz getmir sanki bu həyat yolunda quldurlar mənim yolumu kəsib və hər an əmr gələcək və məni daşqalaq edəcəklər. Hələ günəş çıxmamışdı amma çıxmağına az qalırdı, üfüqdən şüaları görünürdü, sanki mübarizə aparır günəş çıxmaqdan ötrü. Ətrafıma baxdım yatanlarda var idi oyaq olanlarda var idi.Qənbər görmədim.O, harayasa gedəndə mən sıxılırdım. Çünki mən tək onunla söhbət edə bilərdim.Qənbər mənə hərdən öz döyüşlərindən danışardı Almanların ilk hücümdan Sovetlərə, onun danışdıqları həmişə maraqlı gəlirdi o, sözlərlə necə rəftar edəcəyini bilirdi mən onu dinləməkdən zövq alırdım.Bir neçə saatdan sonra Qənbər gəldi yanında bir başqa adam da var idi.Bu rütbəli şəxs idi. deyəsən soyadıda Konev idi, onlar bizim ştaba girdilər və nəyisə müzakirə etdilər. Yarım saat olardı onlar ştabda qaldılar sonra çıxdılar, ona kimi cəbhə boyu güclənmişdi texnikalar artırılmışdı və bir necə bölük əsgərlər gəlmişdi bundan əlavə. Sonra Qənbər yanıma gəldi və mənə dedi ki, mən hazır olum, hansısa əməliyyatdan danışdı və dediki yarıb keçəcəyik düz Rjev şəhərinin özünə kimi. Mən heçnə anlamadım amma buna gərəkdə yox idi,Çünki mən yalnız əmrlərə tabe olurdum və məni heçnə maraqlandırmırdı.Son günlər həttda evimədə məktub göndərə bilmirdim məni sıxan elə bu idi.Bu müharibədən nə desən gözləmək olardı.Konevin rəhbərlik etdiyi alaya qoşulmuşduq biz və cəbhə boyu bizə irəli getməyimizi əmr etdi, və düz Rjev şəhərinə kimi getməli idik.Heç geri çəkilmədən nəyin bahasına olursa olsun.Almanlar hər tərəfdən hücüma keçirdilər cəbhə boyu onları dayandırmaq lazım idi.Ayın iyyirmi doqquzu gün orta radələri idi və bu an yenidən gəldi, hər addım atdıqca Qənbərin sözləri yadıma düşürdü “ vətən bir dəfəyə alınmaz, vətən addım addım qazanılır “ deyərdi bu sözün əsil mənasında mənim gördüyüm bu səhnələrə əksi var idi məhz hər şey belədə baş verirdi. Cəbhə boyu biz irəli atıldıq və hər tutduğum santimetrdə belə sevinirdik. Döyüşlərin ardı arası bitmirdi, qəti səngimirdi bir dəqiqə belə olsun. Hər tərəfdə topların və raketlərin qoyduğu izlər var idi, hər tərəfdə bir yaralı bağırtısı, ya bir meyit hər addıma bir, güllə səsləri və qoşunların irəli ucadan dediyi bu söz ən yadda qalan idi, istənilən hər an bunları görmək olurdu. Almanlar nədə bizimkilər heç də geri çəkilmək fikrində deyildilər.Yalnız mən olduğum qərb-şimal istiqamətində üç günlük döyüş getdi və heç kəs geri çəkilmədi. Və bu torpaqların nə qədər önəmi olduğunu anlamaq çətin deyildi. Strateji cəhətdən əgər Sıçyovka şəhəridə getsəydi əldən demək olar Kalinins vilayyəti mühasirə təhlükəsi ilə üz-üzə qalmalı olacaqdı. Ayın dördü idi artıq Almanlar zəifləməyə başladılar və biz yarmağa davam edirdik cəbhəni və Rjevə doğru tam gedirdik. Qərb cəbhə Almanlarda zəifləmişdi bizim 55-ci tank alayı hücüma keçirdi və üç tərəfdən keçən hücüma Almanlar tab gətirə bilmiyib geri çəkilirdilər,yada ki tamamilə məhv olurdular. Amma Almanlar çox böyük müqavimət göstərirdilər bizə amma bizim gücümüz daha böyük idi.Hər gün addım-addım torpaqlar geri qayıdırdı hər gün ümümi cəbhə boyu dörd yüz metrəyə yaxın irəli gedirdik. Ayın beşi avqust gəlmişdi saat ona yaxın olardı gündüz vaxltarı idi, bizim alaya irəli əmri verilmişdi biz bütün cəbhə boyu yenə öz okoplarımızdan çıxaraq hücüma keçdik amma bizdən əvvəl bizim bombardıman təyyarələrimiz bombalamışdı Alman ştablarını. Sonra biz qoşulduq və hücüma başladıq irəli atıldıq, əvvəlcə məqsəd irəli qaçıb düşmənə yaxınlaşmaq idi sonra zərbə endirmək, bizim topcular öz işini yaxşı görürdülər biz Almanlara yaxınlaşana kimi onlar top atəşinə tuturdular və zəiflədirdilər sonra biz çatdıq Almanlara və qalanları məhv edirdik. Biz demək olar meşəyə çatdıq şimal istiqamətindən sonra bizim dəstə biz bir neçə nəfər idik meşə kənarından dolama yolu ilə getdik və nasistlərə arxadan zərbə vurduq şimal-qərb istiqamətində. Həmin an çox çətin oldu Almanlara yaxın idik həmdə hələ topçularımız zərbə vurmamışdılar o, istiqamətə, və onlar çox idilər biz isə uzaq başı əlli nəfərə yaxın idik, zərbəni birinci biz endirdiyimizdən Almanlar pis vəziyyətdə qaldılar və bir neçə dəqiqə atışma oldu bizim atıcımız digər tərəfdən gələnə kimi çox qısa zamanda çox qəddar döyüş getdi. Kimin gücü kimə çatırdı sağ qalmaq uğrunda biz hamımız irəli atıldıq çəkinmədən bizlərdən ölənlər çoxalırdı get-gedə biz Almanlarla artıq üz-üzə idik biz o, qədər yaxınlaşdıq ki, onlara bizimkilər artıq top ata bilməzdilər və bizim qarşımıza qırx beşinci bölüyün əsgərləri gəlirdi köməyimizə amma bunun bir az vaxt aparacağını deyə bilərdim çünki Almanlar onlara qarşıda müqavimət göstərirdilər. Və biz demək olar qarışdıq Almanlarla buna görə silahının güllələri bitən artıq əlbə yaxa döyüşünə keçirdi öndə gedənlər vurulurdu arxada gedənlər isə onları vuranları öldürürdü. Müharibənin müzakirə olunmaz qanunu idi.Mənim silahımın gülləsi dolu olduğundan mən inadla irəli gedirdim qabağımıza çıxanları öldürürdük bizdə çox itki verirdik, mənim gülləm bitdiyindən mən yerə uzandım bir çökəkliyə və gülləm yox idi ki, silahımı doldurum və buna görədə riskə getməli idim.Artıq çıxmaq təhlükəli idi, daimi atışma gedirdi və demək olar itkiyə güllə getmirdi nə onlarda nə bizdə dəhşətli dərəcə itki verirdi hər iki tərəf meyitlərə baxanda qusmağım gəlirdi. Hansı tərəfə baxsam orada dolu cəsəd idi, mən yerlə sürünərək bizim vurulan əsgərlərin silahını götürdüm və irəli getməyin ağılsızlıq olduğunu düşünürdüm, mən şərq istiqamətində getdim yüz metrəyə yaxın və özümə mövqə tutdum və bir-bir ən xüsusi adamları vururdum bu mənə daha yaxşı və əlvərişli bir üsül kimi gəldi və mən kiçik bir təpənin yanında gizlənərək özümə hədəflər seçirdim birinci top atıcılarını və gözə çarpan daha böyük şəxsləri üstün tutdum. Uşaq vaxtı babamın danışdığı nağıllardan birinin bir parçası yadıma düşdü o, deyərdi quşlar həmişə bir uçur əgər o, başda gedən olmasa onlar bu cür dəstə şəklində gedə bilməzlər. Və dağılarlar hərəsi bir tərəfə.O, quşun nə qədər önəmli olduğunu izah edirdi mənə. Mənim bu yadıma düşdü və mən birinci Almanların rütbəlilərini vurmaq daha üstün olduğunu düşündüm,çünki əsas leytenantlar, generallar ve kapitanlar idilər, əmridə məhz onlar verirdilər,mən fikirləşdimki əgər onları vura bilsəm Almanlar çaşqınlıq içində qalarlar və əmr edən olmaz və bununla onlar zəifləyirlər. Mən yaxşı atıcı olduğumu deyə bilərdim. Qənbər hər gün mənə örgədirdi düzgün atmağı. Mən əvvəlcə nişan aldım və onun durmağını gözləyirdim o, daimi hərəkət edirdi. Və o, durdu mən nəfəsimi tutdum və atəş açmaq üçün cəmi beş saniyəmin olduğunu bilirdim və atəş açdım.Çox dəqiq alındı onun yerə yıxıldığını gördüm sol gicgahından vurdum. Sonra əyilərək yerə gizləndim.İstəmirdim mövqeyimi tapsınlar əgər bilsələr haradan gəlir atəş çox güman ki, mən sağ qalmaram.Çünki mən tək idim və heçdə onlara çətin deyildi. Mən bir dəqiqəyə qədər gizli qaldım sonra yenidən üzə çıxdım və göz gəzdirdim Almanlar tərəfə başqasını gördüm əmr edərkən onu özümə hədəf seçdim. Və yenidən onu hədəfə aldım o, heç dayanmırdı daimi hərəkət edirdi və onu daima hədəfdə saxlamaq çox çətin idi, mən cürət etmədim atmağa.Bilirdim əgər bu ona deyməsə yaxud yaralasa çox güman ki aşkar edəcəylər məni. Gözlədim bir az keçsin üç dörd dəqiqəyə yaxın, çox həyacanlanırdım amma qorxu yox idi. Mən güllənin ona dəyməyəcəyimdəm həyacanlanırdım bu məni sıxırdı. Mən yenidən toplandım və dərin nəfəs alaraq yenidən qalxdım.Mən qalxanda tam başqa bir mənzərə ilə qarşılaşdım.Bu mənim üçün çox əlvərişli idi bir məqam idi, bizimkilər hücüma kecmişdilər və sıxışdırmışdılar Almanları və onlar girələnməyə məcbur olmuşdular. Mənim olduğum mövqədən onları çox rahatlıqla görmək olurdu, mən tələsmədən göz gəzdirdim və nişan aldım. Dərin nəfəs aldım və nəfəsimi tutdum və atəş acdım. Bu güllədə boşa getmədi və tam lazım olan yerə dəydi. Düz ikinci dəfə gicgahından dəymişdi. Mən atandan sonra tez yerə əyilərək gizli-gizli baxdım və gördüm ki, vurduğum zabitin yanında iki Alman var və onun vurulduğunu bildilər. Ona göz gəzdirirdilər və öldüyünü anladılar və çətin deyildiki başa düşsünlər ki, o,necə vurulub çünki o, tək bir güllə ilə vurulmuşdu. Özüdə sol tərəfindən.Mən onların ətrafa göz gəzdirdiyini görəndə tez yerə uzandım .Sonra düşündüm ki, mövqeyimi dəyişsəm daha yaxşı olar sürünərək Almanlar tərəfə iyirmiyə yaxın metr dayandım və yenidən qalxdım nəzərdən keçirdim mənzərəni və özümə yeni qurban seçdim.Bu rütbəli biri olmasada çox bizimkilərdən vuran idi.Bu topların koordinatlarını təyin edən idi, onun əlində bir durbind var idi o, baxıb təyin edib və bilirdi haraya atmaq lazımdı. Öz işinin mükkəməli idi, mən onu nişan aldım bu dəfə onu vurmaq mənə çətin görünmürdü o, yerində durub baxıb və qışqırırdı öz əsgərlərinin üstünə çox əsəbi görünürdü. Mən onu hədəfdə saxladım və tam bir uyğun zamanda atəş açdım və düz kürəyindən dəydi bu dəfə. Mən tez əyildim mən onun sağ qala biləcəyindən narahat idim. Çünki o, təxmin edə bilərdi güllə ona hansı istiqamətindən dəydi. Və mən dərhal yenə iyirmiyə yaxın metr irəli süründüm və baxmaq istədim orada nələr olduğuna. Mən baxanda gördüm ki, həmin o, topçu ölmüşdü mən buna çox sevindim nə qədər qəribə olsada.Bir anda çox rahat oldum bu dəfə qalxmadım uzanaraq yerdə ikən nişan aldım.Mən özümə dördüncü qurban seçirdim.Mənim üçün qərar vermək çətin və gec olmadı bu hansısa zabit idi o, əvvəlcə vurduqlarımdan daha uzaq idi.Amma vura biləcəyimə əmin idim. Mən onu nişan aldım və atəş açdım və gizləndim heç baxmadım sonrasına. Tez yerimi yenidən dəyişdim get-gedə dərinə gedirdim hər dəfədə iyirmi metr irəliləyirdim.Birdən Qənbərin sözləri yenə yadıma düşdü vətən metrəyə metr ilə alınır sözün əsil mənasında bu belə idi.Sonra mən daha beş nəfərə yaxın rütbəli vurdum. Ümumidə on nəfərə yaxın Alman zabitlərindən vurmuşdum. Əvvəllər daha çox adam öldürmüşdüm amma bu qədər əhəmiyyətli deyildi nisbətən. Mən özümü çox yaxşı hiss edirdim.Bəlkədə daha çox vura bilərdim amma sonuncuda məni gördülər və mən girmədim riskə tez cəld qayıtdım bizimkilər tərəfə. Və bizimkilər kəskin bir şəkildə hücüma kecmişdilər sağ qalan Alman əsgərləri rəhbərsiz döyüşmədilər və geri çəkildilər.Və bizimkilər bir kilometrəyə yaxın cəbhədə önə getmişdilər. Bu ən çox getdiyimiz məsafə idi ayın otuzundan davam edən döyüşlərdən bəri. Yarım saata yaxın ara verilmişdi döyüşə ,sonra yenidən getdik hücüma amma Almanlar güclənmişdilər. Tanklar piyadalarla bərabər idi irəli gedə bilmirdilər çünki getmək çox çətin olmuşdu. Demək olar heç getmək olmurdu və sadəcə bir yerdəcək döyüş gedirdi. Almanlarla bizimkilər arasında uzaq başı yüz metrəyə qədər məsafə var idi.Çox qızğın döyüş başladı yenədə axşam idi artıq saat yeddiyə yaxın olardı bəlkədə səkkiz olardı. Amma günəş batmaqda idi artıq. Birdən Qənbər bizim alayın əsgərlərinə əmr verdiki irəli hər kəs getsin deyə hər kəs irəli atıldı bir anda məndə elə həmçinin sonra fikirləşdimki yenədə həmin üsüldan istifadə edərəm, deyə və buna görədə istiqamətimi dəyişdim və yenədə sol cinaha keçdim , çünki orada nisbətən Almanların qüvvəsi daha zəif idi və hərəkət etmək daha rahat olardı və mənə uyğun idi.Mən dəstədən ayrılanda birdən Qənbər. Məni səslədi mən bunu eşitdim amma çönüb baxmadım və qaçdım döyüş yerindən bir az kənara çıxmışdım və dərinliyə getmişdim yetmiş metrəyə qədər mənə tam uyğun olan yerdə durdum və göz gəzdirməyə başladım. Mən Qənbəri və onun dəstəsini görürdüm Qənbər arxamca gəlmək istəyirdi amma əlimlə işarə etdimki gəlməsin yanıma və gözləsinlər.Qənbər mənə tərəf baxıb nəsə demək istəyirdi amma mən başa düşmürdüm. Mən bütün diqqətimi düşmənə yönəltdim.Çox ehtiyyatla hərəkət etməli idim, nəylə qurtaracağını təxmin edirdim. Mən yenidən nişan almışdım və çox diqqətlə baxırdım sonra diqqətimi başqa birisi çəkdi o, arxa cəbhədə idi, üstü başı tər-təmiz bir zabit idi,onun əlində silah yox idi.Haradasa qırx,qırx beş yaşlarında idi və əlində xəritə tuturdu, digər əliylə isə papiros çəkirdi, bu çox qalın və bahalı papiroslara bənzəyirdi. Hansınıkı yalnız nüfüzlu şəxslər çəkə bilərdi. Məhz mən onu seçdim hədəfimə amma məsafə çox uzaq idi, mən səhvədə yol verə bilərdim. Buna görə mən yaxınlaşmalı oldum. Mən haradasa daha əlli metr irəli sürünməli oldum.Mən ləngidim bir az mən yaxınlaşdıqdan sonra ona baxanda onun yanında birisinin olduğunu gördüm. Və bu çox təhlükəli idi, məni aşkar edəcəkdilər.Buna görə gözləməli oldum Qənbər mənim əvvəlcə pusduğum yerə gəlmişdi mən onu görürdüm o, mənə əsəbi bir şəkildə qayıtmağımı əmr edirdi amma mən o, zabiti vurmamış dönə bilməzdim geriyə. Mən qəti qərarlı idim.Haradasa on dəqiqə gözlədim amma yanındakı ayrılmaq bilmirdi.Mənim səbrim tükəndi və mən atmaq qərarına gəldim necə bitəcəyi məni heç maraqlandırmırdı. Mən diqqətlə nişan aldım və atdım.Və güllə düz onun alnından dəydi və bir anda yıxıldı heç tərpənmədi mən o, anı zövqlə seyr edirdimki birdən məni aşkar etdilər və sağ qolumdan mən vuruldum.İkinci güllə başımın üstündən sürətlə keçdi. Tez yerə uzanaraq kiçik, çoxda böyük olmayan daşların arxasında gizləndim amma çox qala bilməyəcəyimi başa düşdüm və burada mənim nə edəcəyimi fikirləşirdim.Çıxsam əgər üzə çox güman ki, vuracaqlardı yəqin və çox güman məni hədəfdə saxlayırdılar.Mən əvvəlcə sürünərək geri qayıtmaq istədim. Və belədə etdim başladım sürünməyə birdən mənə tərəf atəş açdıqlarını gördüm. Artıq gizlənə bilməyəcəyimi anlayaraq ayağa qalxıb qaçdım silahımı isə atmalı oldum. Və bir necə metr qaçmışdım ki, birdən yenidən ayağımdan vuruldum. Belə yerdə deyərlər.Qorxu cana kafir oldu Mən ölməkdən qorxmurdum əsir düşməkdən qorxurdum .Çünki əsirlə nə etdiklərini eşidəndə, insanla necə rəftar etdiklərini istər-istəməz qorxu yaranır .Az qalmışdıkı Qənbər yaxınlaşım amma çata bilmədim bunu Qənbər görərək qabağıma qaçdı və məni ayağa qaldırdı və istədi məni aparsın amma mənim yeriməyə halım qalmamışdı, buna görə o, məni qaldırıb çiyinlərində aparmağa başladı o, məni çiyinlərində aparmasına baxmayaraq çox sürətlə qaçırdı bizimkilər tərəfə. Mən özümü çox pis hiss edirdim, belə olacağını bilirdim və buna görədə peşman deyildim etdiyim hərəkətdən yalnız mən Qənbər görə narahat olurdum. İstəmirdim ona mənə görə nəisə olsun. Amma qorxduğum elə başıma gəldi Qənbəri ayağından vurdular düz baldırından, amma o, dayanmadı və heç axsamadı əksinə sürətlə qaçmağa davam edirdi bizdən haradasa əlli metr aralıda arxamızca iki Alman əsgəri gəlirdilər sürətlə demək olar bizə yaxınlaşmışdılar.Mən Qənbərin tapançasını çıxardaraq yan tərəfindən bir iki güllə atdım amma dəymədi mən heç nişan ala bilmirdim, gözüm axırdı diqqətlə baxa bilmirdim, vəziyyətimin pisləşdiyini bilirdim amma nə olursa olsun cəbhəyə çatmalı idik. Alman əsgərləri bizə çatmaqda idilər mən yenidən atəş açdım yenədə dəymədi amma onlar gizlənməli oldular bizə vaxt qazandırırdı Qənbər dayanmadan qaçırdı hələdə amma bir az sürəti yavaşımışdı yorulduğunu hiss edirdim amma o, da qaçırdı var gücü ilə mən son dəfə başımı qaldırdım və bütün güllələri atdım sonunacan, dəyib dəymədiyini bilmədim və artıq biz demək olar çatmışdıq buna görə onlar arxamızca daha gəlmədilər biz çatanda bizim cəbhəyə o, qışqıraraq nəisə deyirdi mənə, mən onun nə dediyini eşidə bilmirdim.O, məni yerə uzatdı və məni ayıltmağa çalışırdı mən onun nəisə dediyini eşidirdim amma seçə bilmirdim, bir anda keyləşmişdim .Heçnə hiss etmirdim Heç nəyə görə təəssüflənmirdim mən o, an ətrafda nə baş verdiyini bilmirdim öz mənəvi dünyamda idim.Amma arada səslər eşidirdim sonra mən hiss etdim ki, məni harayasa aparırlar nosilkada sonra sadəcə qaranlıq hökm sürdü.
FƏSİL 17
YARALI
Mən gözümü açanda bir qəribə otaqda idim divarlar ağ olduğunda mən onlara baxa bilmirdim bu otaq çox böyük və ağ boyada rənglənmişdi divarları, bu otaqda bir necə bir-birinə sıx qoyulmuş yataqlar vardı ,hamısıda yaralılarnan dolu idi heç demək olmazki bura qospitaldı buranın heç qospitala bənzəri yox idi.Bir otaqda haradasa on beşə yaxın yaralı var idi.Birdən qapı acıldı və kimsə daxil oldu içəri və tez çıxdı çölə mənim üzümə baxaraq. Mən yenədə bu dərdi çəkməkdən bezmişdim, heç cür bu qospitallara alışa bilmirdim, cəbhədə çoxlu insan deyirdiki qospitaldan yaxşısı yoxdur yeyib yatırsan və müharibədən uzaq olursan həttda biri var idi deyəsən Özbək idi, öz ayağından özünü vurmuşduki qospitalda yatsın heç cür dözə bilmirdi müharibəyə uşaq kimi oturub ağlayırdı hərdən, məni öz düşüncələrimdən ayıran yenidən açılan qapının səsi idi.Birinci kimsə daxil oldu içəri onun siması mənə tanış gəldi amma yadıma sala bilmədim haradasa onu gördüyümə əmin idim .Onun ardınca isə içəri Qənbər keçdi amma ayağı yaralı idi və sarılmışdı özü isə Dayaqla yeriyirdi, içəri girdilər. Və üzlərində parlaq bir təbbəssüm var sanki müharibədə qalib gəldik artıq, bundan başqa səbəb gətirə bilməzdim onların təbbəssümlərinə, gəlib yanımda əyləşdilər və o, həmin kişi mənə sual verdi birdən , rusca –Hə, necəsən qəhraman ? özünü yaxşımı hiss edirsən ? dedi mənə, mən bir az onun üzünə diqqətlə baxdım amma xatırlaya bilmədim. Və ona dedim, –Hə, yaxşıyam, və mənə niyə qəhraman dediyinidə bilirdim yəqin Qənbər hər şeyi danışmışdı , halbuki mənə qəhraman deyiləndə mən bu sözləri şişirdilmiş kimi qəbul edirdim amma yenədə xoş idi dinləmək bu sözləri bilərək ki, sənin ünvanına deyilir. –Sənin heç xəbərin varmı sən hansı bir şəxsi öldürmüsən? –Hə, təxmin edə bilərəm hansısa kapitanı vurmuşam, dedim və susdum o, sözlü adama oxşayırdı və mən onun nə deyəcəyini gözləyirdim. –Hə düz tapmısan iki kapitan öldürmüsən, üç leytenant, iki atıcı və sonda bir general feldmarshal Lüdviq Fon Kryüqu. Dedi mənə və elə dediki mən bir anda fəxr etdim özümlə amma bu mənim tanıdığım Müşviq deyildi. Vətənə kömək etdiyim üçün çox şad idim. Amma hər dəfə kimisə öldürəndə onu günlərlə unuda bilmirəm və hər gün yuxumda kabus kimi görürəm. –Deməli o, siqar çəkən imiş hə ən böyükləri? Bunu gülərək dedim, və hamımız mənim bu kiçik zarafatımıza güldük sonra o, mənə dedi –Mən general Konevəm, burdan çıxandan sonra sən mənim yanıma gəl Qənbərlə bir yerdə sizi atıcılar dəstəsinə göndərəcəm. Sən bizə hələ lazım olacan ,amma hələlik mən getməliyəm işlərim çoxdu.Özünə yaxşı bax salamat qal dedi və sonra Qənbərlə vidalaşaraq çıxdı getdi.O, çıxıb gedəndən sonra mən Qənbərə dedim , –Sən necəsən ? məni necə çıxartdın o, cəhənnəmin dibindən? Mən ölməyimlə razılaşmışdım artıq. –Gic-gic danışma mən səni orada tək qoya bilməzdim qismət imiş Allah saxlayıb şükürlər olsun. Dedi və mən fikrə getdim doğurdanda bu belədir Qənbərin dediklərində həqiqət var idi. –Sən necəsən ?yaxşısanmı iki güllə yarası almısan sənin sağ qalmağın möcüzədir sən çox qan itirmişdim.Üç gün gözlədik sənin ayılmağına əgər Konev olmasaydı sən həyatda olmazdın. Dedi və məni narahat hissi ilə bürüdü.Bir anda necə bəyəm mən üç gündür huşsuzam? –Qənbər bu gün ayın səkkizidi məyər? –Hə bəs nə bilmişdim? –Necə yanı bəs Konev olmasaydı mən olmazdım həyatda? Dedim mən təəccüblənməyə davam edirdim. –Yəni, səni özü şəxsən xaiş etdiki səni təcili aparsınlar, sən təcili əməliyyat olunmalı idin. Sənin ayağındakı yaran sümüyü cızmışdı və damarlarıda zədələmişdi, dedi və mən bir az fikrə getdim. –Qənbər bəs mən nə qədər vaxta sağalaram tam? –Ən tezi iki həftəyə bəlkədə bir aya dəqiq deyə bilmərəm amma çox qala bilməzsən burda bir az yaxşılaşan kimi səni yenidə göndərəcəylər cəbhəyə amma arxada ehtiyyat cəbhədə olasan deyə.Qənbər mənə elə şeylər danışırdı mənim haqqımda ki, mən lap məətəl qalmışdım. –Bəs sənin ayağın yaxşıdırmı? Sən mənimlə burada nə qədər qalacan? –Mənim ayağım yaxşıdır mən uzağı bir həftə burada qala bilərəm sonra mən getməli olacam mənim görüləsi işim çoxdu. –Bəs Konev kimdir ki ? –Xax məyər tanımadın? Oda podpolkovnik general Konev di.Dedi və mən artıq qarışdırdım bütün eşitdiklərimi və yornuq olduğumu hiss etdim.Son günlər ardı arası kəsilməyın güllə səsləri məni dəli edirdi. –Yaxşı mən gedim sonra yenə gələrəm istirahət et elə məndə həmçinin.Dedi və yavaş-yavaş getdi.Mən o insana həyatımı borcluyam ,onun məni necə çıxartdığını yadıma saldıqca dəhşətə gəlirəm çox cəsarətli insandı,kim axı belə edərdi başqa birisi üçün canından keçmək və özünü ölümün qucağına atmaq.Mən buraya gəldiyim ilk gündən daimi mənə kömək edirdi və həmişə məni qoruyub.Mən bir az düşündükdən sonra yatmaq istədim çox yornuq idim. Heç halım qalmamışdı bir şeyin yaxşı olduğunu deyə bilərəm ki, burada doyunca yatmaq olar.Amma bir aya qədər burada qalmaq fikirləri məni çox sıxırdı.Mən yatmaq istəsəmdə bir saat yaxın yata bilmədim,mənim gözümün qabağına gəlirdi o,anlar.Mən bütün öldürdüklərim o,zabitlərin simaları gözümün qabağından keçirdi hamısı.Və son o,anları xatırlamağa çalışırdım necə baş verdi axı mən özümü qoruya bilmədim və mən iki güllə yarası aldım.Bəs əgər Qənbər olmasaydı necə olardı ? və mən,çox maraqlı olan isə mənə buradan çıxandan sonra nə olacağını düşünürdüm. Düzünü desəm mən çox qorxurdum o, an ki Almanlar birdən gəlib çıxsınlar ya bombardman təyyarələri gəlsin hər yeri öz bombaları ilə pərəm-pərəm etsinlər.Birdən məni bu sual düşündürdü ki, mən haradayam ? Heç soruşmadım nə Qənbər, nədəki Konevdən. Eybi yoxdu sabah soruşaram Qənbərdən o, bilər yəqin indi isə yatmaq vaxtı olduğunu bilirdim.Bir az fikirləşəndən sonra bu haqqda yatdım.
FƏSİL 18
CƏBBƏXANA
Ayın ikisi oktyabr idi mən çıxdım artıq qospitaldan tam yaxşılaşmamışdım amma çox uzun vaxtda qala bilməzdim.Mən hələ tam yararlı deyildim cəbhə üçün haradasa azı dörd gün lazım idi mənə, tam yaxşı olum.Qənbər məndən xeyli əvvəl çıxmışdı və getmişdi döyüşə mən ona görə narahat idim amma yanına hələ heç cür gedə bilməzdim,məhz elə bu səbəbdəndə.Çox narahat idim buna görədə mənə bir həftə vaxt vermişdi həkim mən döyüşəsi halda deyildim.Məni bir həftəliyinə cəbbəxanaya göndərmişdilər,mən gedib orada çalışmalı idim.Və məni Sıçyovka şəhərində cəbbəxanaya apardılar.Mən orada iki yekə bir zavod gördüm.Məni birinə apardılar ilk baxışdan köhnə zavoda bənzəyirdi burada yalnız gətirilən bütün dəmir mis alüminium və s. Metallar əridilirdi və digər zavoda aparılırdı orada isə güllə,silah və s. üçün istifadə olunurdu.İlk gəldiyim gündəcək başladım işləməyə mən əsasən gələn dəmirləri daşıyırdım içəri bu fərqli mettalar idi.Bütün şəhərdən və ətraf kənd qəsəbə,şəhər və rayonlardan gətirilirdi.Mən onları içəri daşıyırdım orada onu əridirdilər.Mən çox yaxşı işləyirdim nəzarətçi məndən razı idi, baxmayaraq ki, yaralı idim.O, məni daimi tərəfləyirdi və mənə qəhraman deyirdi,hər kəs etdiyim hərəkətdən xəbər tutmuşdu deyəsən.Bura məni o, qədərdə sıxmırdı,vaxt tez gedirdi hərkəs bir çalışırdı və birdə evinə gedirdi.Mən buradakı mehribanlığı xüsusən dəyər verirdim.Burada hər kəs bir-birinə çox yaxşı yanaşıb davranırdı və hər kəs bir vətəni üçün çalışırdı.Yalan yox idi nədə nifrət yalnız vətənpərvərlik.Bizi saat ona kimi işlədirdilər amma heç kimdə narazı deyildi. Hər kəs bunun səbəbini çox yaxşı bilirdi. Müharibə gedirdi qızğın və daimi arxa cəbhə kömək göndərməli idi.Qabaqdakılara yemək,su, yanacaq, güllə və s. Bunları isə arxa cəbhə görürdü.Bu xalqın vəzifəsi idi ilk gündə çox işləmişdim amma yorulmamışdım.Mənim qalmağa yerim olmadığı üçün mən həmin o, nəzarətçi gildə qalmalı oldum o, məni dəvət etdi öz evinə onun adı Sergey idi o, çox yaxşı insana bənzəyirdi.O, daimi güllər üz və mehriban idi.O əsil vətənpərvər birisidi. Vətəni hər şeydən üstün bilirdi. Biz saat onda onlarda şam yeməyi yedikdən sonra Sergey ilə on dəqiqə söhbət etdikdən sonra yatmağa getdik. Mən həmin gün tez yatdım.Özümü ağır yükə saldığımı bilirdim buna görə gecə birdən yaralarım ağrımağa başladı. Amma məni başqa şey narahat edirdi mən tez cəbhəyə dönmək istəyirdim. Tez Qənbəri görmək istəyirdim. Sabahsı biz saat yeddidə oyandıq, sabah yeməyi olmadı . Sonra tez getdik saat səkkizə biz zavodda idik saat doqquza kimi mən heçnə etmədim.Saat doqquzda yenədə dəmir gətirmişdilər biz üç nəfər idik onu üçümüzdə köməkli daşımalı olduq.Yenicə qurtarmışdıq ki, yenədə gətirdilər və yenədə çox sıx işləyirdik nahar isə yarım saat idi.Həmin gün yenədə çox işlədim gecə yenədə yaralarım ağrıyırdı.Mən bu cəbbəxanada işlədiyim dördüncü gün idi.Nahar vaxtı idi,burada isə naharı hər kəs bir yerdə yeyirdi,mən uzaqdan Annanı gördüm həmin gün mən elə bilirdim o, başqa cəbbəxanadadı, amma bu gün onu burada gördüm.Biz onunla nahar bitənə kimi söhbət etdik sonra həmən ki, kimi hərə öz işinə getdi. Və beləcə bir həftə getdi daha ömrümdən bir həftədən sonra mən qayıtmalı oldum.
FƏSİL 19
KONEVLƏ DİALOQ
Artıq ayın doqquzu oktyabr idi mən cəbhəyə geri dönməli oldum.Mən başqa bir neçə yeni əsgərlərlə Polunino kəndinə yollandım artıq bizim qoşunlar orada yerləşmişdilər.Biz zil ilə getdik yolların bir az pis olmasından biz çox ləngidik biz gedib axşama çatdıq.Mən əvvəlcə Konevin yanına getdim mən onu tapa bilmirdim, amma sonra serjant Smirnov adlı biri mənə kömək etdi məni onun yanına apardı.Mən əvvəlcə məntəqəyə daxil oldum və məruzə etdim ki,
–Ryadayov Abbasov Müşviq əmrinizlə gəlmişdir, dedim ucadan rusca birdən o, başını qaldırıb mənə baxdı və təəccüblə dedi ruça,
–Gəlib xoş gəlib keç əyləş səninlə işim var məni gözlə. –Oldu dedim və məntəqədən çıxdım. Dedim çöldə gözləyərəm bir saata yaxın gözlədikdən sonra o, məni çağırdı yanına mən yenidən içəri keçdim,onun otağına keçəndə tez mənə dedi, –Keç əyləş,heç başını qaldırmadan stolun arxasında oturub hansısa məktubları oxuyub xəritələrə baxırdı.Mən keçdim əyləşdim ,çox məşğul görünürdü,yaxud yenədə hansısa çıxış planı tərtib olunurdu.O sonra gözündəki eynəyi çıxardaraq mənə tərəf baxdı və dedi rusça, –Hə necəsən ? Yaxşısan mı ? –Hə yaxşıyam indi isə hazıram, dedim və məni nə üçün çağırdığını örgənmək istəyirdim ondan. –Lap yaxşı səni istəyirəm Moskvaya göndərim, get orada qısa müddətdə təlim keç, dedi mənə mən açığı çaşqınlıq içində qaldım.Axı müharibənin bu vaxtında məni Moskvaya nəyə gərəkdi ? –Bağışlayın bu mənim nəyimə gərəkdi ? Soruşdum ondan və üzünə diqqətlə baxdım. –Ona görəki səni kəşviyyat dəstəsinə yazmaq istəyirəm buda göründüyü kimi asan deyil. Mən açığı onun dediklərindən heçnə başa düşmürdüm.
–Bu lazımdıki məyər ? Dedim təkrar soruşdum.
–Sən çox yaxşı atıcısan səni göndərmək istəyirəm ki, gedib leytenant vəzifəsini yiyələnəsən.Çünki dəstənin komandiri olmaq üçün gərək leytenant olasan.
–Siz məni kəşviyyat atıcılar dəstəsinin manqa komandiri təyin etmək istəyirsiniz?
–Yox köməkçisi, komandiri isə Qənbəri.Siz ikinizdə yaxşı döyüşcülərsiz.Narahat olma sənə asan olacaq.Sənə heç bir kurslar lazım olmaz Sən sadəcə gedib qayıdacaqsan burada sənin əsgər olmağın bizə sərf etməz.Bu an Qənbər harada olduğunu soruşmaq istədim amma sözünü kəsmək istəmədim.Buna görə məhz susdum.
–Sən Moskvada qalacan sənin sənədlərini təsdiq edənə kimi uzaq başı bir ay qalacaqsan, bəlkədə daha tez iki həftə falan.
–Oldu,nə vaxt getməliyəm ? dedim, əgər Qənbər olacaqsa mənlə bərabər razıyam onda.
–Lap elə sabah göndərim, dedi mən sakit durdum heçnə demədim. Məni hər şey qane edirdi buna görədə heçnə deyə bilmədim. Onsuzda hər dəfə bir yerə göndərirlər.Mənim üçün fərqi yox idi bu Moskvadır yoxsa başqa bir şəhər ən azından gedib Moskvadada olaram.Uşaqlıq arzum idi Moskvada olmaq Amma yaman pis vaxta düşdü.
–Çox sağ olun ,dedim və çıxdım.Sabah saat tezdən altıda durub qayıtdım Sıçyovka şəhərinə oradan qatarla getməli oldum.
FƏSİL 20
MOSKVA
Saat səkkizdə Sıçyovkada idim yarım saatdan sonra qatar getməli idi.Qatar gəldi ,mindim və boş olan bir koykada uzandım yuxusuz idim.Bu gün həm tez oyandığıma görə bir az narahat idim.Daimi Qənbər haqda düşünürdüm onu heç görə bilmədim.İçimdə bir narahatçılıqda vardı,mən Moskvanı heç tanımıram mənə verilən bu ünvanı necə tapacağıma görə çox sıxılırdım.Çalışdım yatım amma yenə hər zamanki kimi yata bilmirdim Yuxum gəlirdi amma fikirlərim məni yatmağa qoymurdu.Buna baxmayaraq bir saatdan sonra yuxuya keçdim yatdım.Oyananda artıq axşam idi.Saatdan xəbərim yox idi.Çox qaranlıq idi pəncərədən baxanda heç bir yer görünmürdü sadəcə qaranlıq idi hər yer.Hər kəs yatırdı deyəsən tək mən oyaq idim.Sabaha biz artıq Moskvada idik mən qatardan düşəndə heyrət içində qalmadığımı deyə bilmərəm təbii ki. Moskva məni təəccübləndirdi çox inkişaf etmişdir hər tərəfli.Bu cür güzəllik görməmişdim binalar iki-üç mərtəbəli.İlk düşdüyümdə hara gedəcəyimi bilmirdim.Mənə verilən ünvanı kimdənsə soruşmaq qərarına gəldim.Və bir yaşlı kişidən soruşdum o, mənə dediki voğzaldan çıxım və düz gedim küçə ilə sonra yeddi nömrəli tramvaya minim.Mən dediyi kimidə etdim.Tramvay məni çox heyrətləndirdi mən əvvəlcə hələ belə bir şey görməmişdim.Moskvanın nə qədər inkişaf etdiyini təxmin etmək olardı.Buradakı insanların nə qədər mehriban olduqlarını izah etmək mümkün deyildi bu müharibə şəraitinə baxmayaraq insanlar yenədə həyatlarından razı idilər.Mən öz formamda olduğum üçün fəxr hissi keçirirdim.Təbii əgər müharibə illərində bir yetkin oğlan yaxud kişi müharibədə deyildisə ona pis baxırdılar və qınağa çevrilirdi həmin insan.Mən hətta eşitmişdim kəndimizdə olanda radiodan Almanlar ilk hücüm edəndə Moskvada hər kəsi səfərbərliyə çağırmışdılar ilk, iki gündə bütün şəhər əhalisi təbii ki, kişilər və gənc oğlanlardan hər kəs getmişdir müharibəyə.Ruslar çox həssas və çox vətənpərvərdilər.İnanmıram onlar nə vaxtsa qorxaqlıq etsin hansısa dövlətə qarşı.SSRİ dünyanın ən böyük ölkəsidir və ən güclüsü mən belə düşünürəm.Formamda olmağım mənə arxayınlıq verirdi, mən tramvaydan düşəndə yol haqqı vermək istədim beş qəpik idi.Amma sürücü məndən pulu götürmədi. Mən minnətdarlığımı bildirdim və düşdüm.O, mənə dediki bu küçəylə düzünə get görəcəksən.Mən həmin küçə ilə yüz metrəyə yaxın getdikdən sonra bir bina gördüm iki mərtəbəli çoxda yaxşı vəziyyətdə olmasada uzun bir bina idi.Mən yaxınlaşdım binanın girişinə və lövhədə oxudum bir təhər ki, bura hansısa hərbi korpusdurmu yoxsa hərbi məktəb kimi bir yerdi.Rusça çox zəif oxuyurdum bir az bizim hərflərə oxşarlığı var idi amma sözün çoxunu başa düşmədim.İçəri keçəndə koridorla düz getdim.Və bir qapının üstündə bir soyad oxudum bu Jukov V.D. dı.Bu soyad məhz mənə lazım idi Konevin dediyi adam bu idi.Mən qapını döyərək içəri daxil oldum.O mənə tərəf baxdı və nəsə demək istəyəndə mən ona Konevin mənə verdiyi o, kağızı göstərdim icazə kağızını o, baxdı oxudu sonra bir leytenantı çağırdı,bu uzun boylu bir əsgər idi,dəqiq Rus deyildi.Məncə Qazaxstanlı idi, onun danışığından hiss etdim.Jukov dedi leytenanta ki, mənə göstərsin mənim harada qalacağımı.Biz binanın digər tərəfindən çıxdıq başqa bir binaya getdik və daxil olduq.İkinci mərtəbəyə çıxdıq orada mənə bir koyka göstərdi və dedi axşam burada yatarsan mən çox sağ ol dedim ona və o, çıxdı getdi.Həmin günü heç bilmədim vaxtımı necə keçirim buna görədə kiçik bir çantamı koykaya qoyaraq çıxdım mən bir az şəhəri dolaşdım.Axşama isə geri döndüm və gələn kimi yatdım yorulmuşdum.Bizi sabah tezdən oyadıb məşq etdirdilər.Sonra bizə təlim keçdilər həyacan vəziyyətləri üçün.Sonra bizi nahara apardılar və beləcə davam etdi günlərim mən necə darıxdığımı artıq ikinci gündə bildim , demək olar bezmişdim.Mənə burada yalnız maraqlı gələn bir şey idi,oda bir ayağını itirmiş əlli yaşlarında olan bir mütəxəsis Afanasyev Yuriy adlı şəxs idi.O bizə müharibədən danışırdı o, birinci dünya müharibəsində olmuş adam idi.Və hətta keçən ilin sonuna kimi müharibədə olub müharibə başlayan gündən sonra ayağını itirib və yararsız hala düşüb amma çox görmüş adamdı.O bizə daimi əsir düşsək nə etməli olduğumuzu , yaxud azlıqda qalsaq nə etməli olduğumuzu danışırdı.Mən onunla çox söhbət edirdim. Dəqiq bilirdim o mənə çox şey örgədə bilər. Mən onun dediklərinin hamısını maraqla dinləyirdim. O çox gözəl danışırdı, amma heç peşman deyildi müharibədə itirdiyi illərdən,itirdiyi yaxınlarından və itirdiyi ayağından.O deyirdi həmişə bunların hamısı əbəs deyildi bunların hamısı vətən üçündü.Mən oturub hər gün düşünürdüm bu haqda ki, düşmənə əsir düşsəm nə edərəm ? Nasistlərin mərhəmətsiz olduqlarını çox yaxşı bilirdim.Mənim vaxtım nə yaxşı nədə pis keçirdi, bura gələndən keçirdiyim hər günümü bir yerə yığsaq vətənimdəki bir günümü belə əvəz etməzdi.
FƏSİL 21
LEYTENANT
Nəhayət düz bir ay beş gün keçdikdən sonra mənim sənədlərim öz təsdiqini tapmışdır və təsdiq olunmuşdur mənim təyinatımın.Sabahsı məni Kalininskə göndərdilər.Mən əşyalarımı yığdım və saat on ikidə çıxdım yolu tapmaq bu dəfə mənə asan oldu artıq şəhərin bir çox yerini tanıyırdım bizi bu vaxt ərzində gücləndirməyə cəbhəyə aparmışdılar.Mən qatara keçdim və öz yerimi tapandan sonra uzanıb yatdım bu mənə lazım idi, bu günlərin yornuqluğunu atmaq lazım idi mənə həmdə hazır olmaq istədim artıq Kalininskə çatanda.Mən Qənbəri düşünürdüm daimi onu görə bilməməyim məni sıxırdı düzü.Qatar təyin olunmuş yerə çatana saat artıq yeddi idi.Mən getdim hərbi məntəqəyə oraya gedəndən sonra mən yenədə yuxuladım bir saata yaxın, mən Konevi gözləyirdim.O gəlməli idi.Məni Qənbər oyatdı mən bir stulun üstündə o, qədər dərin yuxuya getmişdim ki, mənim yuxumu narahatçılıq belə poza bilmədi.Mən ilk gözlərimi açanda inanmadım hətda sandım ki, yuxudur amma sonra Qənbəri görəndə çox sevindim oda məni görməyinə çox şad idi.Bir dəqiqə ondan sonra Konev gəldi və salamlaşdı mənlə və dedi, –Təbrik edirəm səni sən artıq kiçik leytenantsan Qənbərin köməkçisi bir hərəkət edərsiz.Mən ürəyimdə çox sevinirdim ki, hər yerdə artıq Qənbərlə bir olacağıq.Mən etiraf edimki Qənbərdən çox mən tənhalığıma narahat olurdum.Qənbər yanımda olanda mən çox arxayın oluram o, mənə qardaş kimi idi,mənə görə özünü təhlükəyə belə atmışdı heç düşünmədən.Sonra Konev dedi bir Rusca Rus deyimi, – “ Drujba drujba slujba slujba” dedi və getdi gülə-gülə.Bu sözlərin mənasını mən başa düşmədim amma Qənbər soruşanda sonra bildim ki, yəni “ dost dostluqla, xidmət isə xidmətlə”. Yəni dostluq artıq kənarda artıq növbə xidmətimizdə.Və hərəkət etmək lazımdı biz həmin gün okopda yatdıq Qənbər hər gün gələ biləcəylərini deyirdi, Almanların sabahsı gün mən Qənbər və bizdən əlavə yeddi nəfər var idi,biz sabah tezdən getdik.Hər dəfə harayasa getməmişdən öncə fikirləşirdim ki, görəsən həyat axarı məni daha haralara aparar? Hər gün hər dəfə yeni insanlar, yeni məkanlar və gözlənilməyən hadisələr. Əslində o, qədər də çətin deyil bunların hamısına qatlanmaq, sadəcə yorur məni. Buna görə heç peşmançılıq hissi keçirmirəm və burdan geriyə yol olmadığınıda başa düşürəm və bu həqiqət mənə təssəlli verib yaşadır.
FƏSİL 22
SONUNCU FƏSİL
Ayın iyirmi dördü gecə saat haradasa ikiyə yaxın olardı ona qədər biz Qənbərlə okopda növbə çəkirdik demək olar mən yatırdım.Mənim yatmağıma baxmayaraq Qənbər son iki gün heç yatmamışdı.Mən bəzən ona həsəd aparırdım o,çox dözümlü idi.Bizim dəstə getdikçə artmışdı artıq otuz yeddi nəfər idi və bir cəbhə xətdi boyu bizim əsgərlərlər qoruyurdu.Biz otuz səkkizinci alayın dəstəyini gözləyirdik və onlar gələndən sonra biz getməli olduq onlar isə bizim əvəzimizə cəbhə boyu keşiyini çəkməli oldular cəbhənin.Bizim isə Konevin dediyi kimi hansısa planımız varidi. Mənə demək olar Konev heçnə demirdi o, hər şeyi Qənbərə deyirdi, Qənbər isə mənə biz gözlədik bir az saat üçün yarısı gecə olanda otuz səkkizinci alayın əsgərləri gəldilər və biz artıq getməli olduq.Bizim qrup isə iki yerə bölünübdür.Bir qrup şimalla gedəcəydi digər qrup isə qərb cəbhəsi ilə mən təbii ki, Qənbərlə qərbı tərəf getdim.Qənbər isə digər qrupu Kazakov adlı bir əsgərə tapşırdı və həvalə etdi və biz getdik biz əvvəlcə düzünə getmək istədik amma alınmayacağını başa düşdük və başqa yol seçdik kiçik təpəciklərin dibindən getdik və sonra düzənə çıxdıq və meşəyə girdik bu Poluninodan üç kilometr aralıda yerləşən bir meşə idi.Biz meşə ilə getdik bir saata yaxın və sonra kiçik bir çaya doğru çıxdıq demək olar iki dəqiqə istirahət etdikdən sonra yenə getməyə başladıq çay boyu.Biz daimi Qənbəri izləyirdik mən elə başa düşürdüm ki, burada hər kəs mənim kimidir və yalnız Qənbər hərəkət etməyi bacarır o artıq çox döyüş görüb və təəcrübəsi var və heç kimdə buna etiraz etmirdi.Bir az getdikdən sonra mən Qənbərdən örgəndim ki, biz lazım olan yerə çatdıqdan sonra iki-iki ayrılıb Almanların növbəti yürüyüşü haqda məlumat toplamalıyıq amma heçdə belə olmadı biz getdik çox qaranlıq bir gecə var idi.Ulduzlar görünmürdü bir az duman var idi və hava çox soyuq idi, hələ noyabr olmasına baxmayaraq sanki yanvarın soyuğu idi.Mənim heç təsəvvürüm yox idi əslində, Rus qışı haqda və tam əmin oldum necə soyuq olduğundan.Yaxşıki ayağımızda partyanka vardı cəbhədə duranların hər gün təxminən on-on beş nəfərin ayağını soyuq aparır və mən çalışırdım yerimdə durub qalmayım daimi ayaqlarımı hərəkət etdirirdim.Biz yol gedirdik mən heç bilmirdim haraya gedirik və demək olar heç kim bilmirdi.Mənə hərdən elə gəlirdiki sadəcə gedirik və heç kim bilmir haraya gedirik Bu qədər mənasız bir şey olmamışdı həyatımda Biz sabah sübhə qədər getdik yol amma deyəsən lazım olan yerə hələdə çata bilməmişdik saat artıq yeddi olardı biz gurultulu səslər eşitdik .Mən başa düşdüm ki, Almanlar yaxud bizimkilər hücüma keçib və səs oradan gəlirdi və biz bir anda durduq səsə qapandıq birdən Qənbər Romanı çağırdı yanına o, bir Tatar idi bizim rabitəçimiz idi o, gəldi Qənbərin yanına Qənbər ona dediki o, əlaqə yaratsın hərbi məntəqə ilə oda çox keçmədən Roma bu işin bacardı və Qənbər danışmağa başladı o, hansısa Zubkovnan danışırdı və mən elə başa düşdüm ki, planların dəyişib, dəyişmədiyini örgənirdi o, əmrini alandan sonra sağollaşdı və dedi bizə.
–Sıçyovka və Vyazma şəhərlərində çox qızğın döyüşlər gedir biz isə çox əlvərişli yerdəyik və biz düşmənə arxadan zərbə vurmalıyıq, dedi və biz tez getməyə başladıq.Doğrusu bizim Sıçyovkaya gedəcəyimizi düşünürdüm çünki daha ora yaxın idi bizə.Biz şərqə tərəf getməyə başladıq biz yarım saat yol qaçdıqdan sonra düzənliyə çıxdıq və gördük bütün olanları. Əslində heçnə görmək olmurdu yalnız qaçıb bir-birini öldürən adamlardan başqa bombaların partladığı yerdən qara tüstü çıxırdı başqa heçnə görmək olmurdu.Biz Almanlara arxadan zərbə vurmaq istəyirdik bizim dəstə çox yavaş-yavaş sakit səssizcə yaxınlaşırdı Almanlara şərqdən, əslində Almanlar heç xəbər belə tuta bilməzdilər bizdən çünki başları qarışıq idi və bizim dəstənin əsgərləri tam yaxınlaşdıqdan sonra hər kəs yerini tutdu və yaxşıca gizləndi mən təbii ki, bu dəfə ağaca çıxdım təxmini altı- yeddi metr hündürlüyə və demək olar məni görmək mümkün deyildi, bizim Almanlarnan aramızda uzaq başı əlli metr qalmışdı və mən yerimi tutandan sonra Qənbərə baxdım o, yerdə uzanaqlı vəziyyətdə idi və onun əmrini gözləyirdim.Əgər nəzərə alsaq ki, burada hər birimiz sərrast atıcıyıqsa demək heç kəs boşa güllə verməz və hər dəfə on altı Alman öləcək adama birini vursaq.Qənbər hazır olmağımızı və nişan almağımızı istədi danışa bilməsədə əli ilə izah etdi və mən öz vintovkamı aldım və tam nişan aldım əvvəlcə bilmədim kimi vuracağıma amma sonra birini seçdim deyərdim onun bəxti gətirmədi.Mən əvvəl etdiyim kimi etdim döyüşən Almanlara əmr edən və yaxud nəzarət edəni seçdim və birdən Qənbər atəş açdı mən heç onun tərəfinə baxmadım amma dəqiq əmin idim ki, bu Qənbər idi yaxud ən azından bizimkilərdən idi.Heçdə gözləmədən atəş açdım və başımı biraz qaldırandan sonra gördüm ki, mən vurdum o, Almanı və tez əyildim, Almanlar seçə bilməmişdilər və beləcə daha iki dəfədə atəş açdıq və sonra yerimizi dəyişmək istədik amma mən dəyişmək istəmədim çünki məni görmək olmurdu demək olar.Sonra yarım saat keçmədiki Almanlar geri çəkilməli oldular və biz çıxıb bizimkilərə tərəfə getməyə başladıq biz çox itki vermişdik.O döyüşdə məni düşündürən bir şey oldu mən sözün əsil mənasında addım-addım vətən sözünün mənasını başa düşdüm və bilirdim artıq necədir addım-addım qarış-qarış vətən uğrunda döyüşmək nədi. Eyni uğur Vyazmada olmamışdı amma orada Almanlar üstün idilər bizim məhz digər on altı nəfərlik qrupumuz oraya yollanmışdı.Hələlik onlardan heç birinin xəbəri yox idi sabah ayın artıq iyirimi beşi idi,mən və digər əsgərlər acından ölürdük heçnə yox idi yeməyə hər kəsə çörək belə bəs etmirdi və demək olar taqətimiz qalmamışdı hətda eşirdik ki. cəbhədə acından öləndə var bu məni dəhşətə gətirirdi mən acından ölməkdən qorxurdum.Çox pis gündə idi artıq bizim cəbhə,nə olacağını artıq bilmirdim. Sabah saat səkkizdə yuxulamışdım ayılanda isə saat bir idi gün orta.Demək olar ki, soyuq və aclıq axrımıza çıxmışdı mən ayaqlarımın yavaş-yavaş donduğunu hiss edirdim və ondan daha çox dəhşətli dərəcədə ac idim saat ikiyə yaxın bütün cəbhə boyu dedilər ki, yürüşə hazırlanaq amma bu bizə aid deyildi biz onlardan daha tez getməli idik və atıcı vəzifəmizi yerinə yetirməli idik.Şəxsən Jukovun özü Qənbərə təşşəkürünü bildirmişdi bu barədə və bizə hər birimizə, bizim dəstədən bir dilim çörək verdilər və dedilər daha nəisə verəcəklər amma verəsi olmadılar.Yola çıxdıq bu dəfə Vyazma tərəfdən getməli idik biz iki saat yol getdikdən sonra lazım olan yerə çatdıq və dağıldıq iki-iki hər tərəfə mən Qənbərlə getdim və yerimizi tutduq biraz gözlədikdən sonra Qənbər saata baxdı ki, saat beşə qalıb on dəqiqə və deyəsən beşdə hücüma keçməli idilər bizimkilər və biz Almanları izləyirdik, biz Vyzma şəhərində idik birdən Qənbərin nəyəsə diqqətlə baxdığını gördüm mən ondan durbindi aldım və baxdım baxanda gördüm ki,Almanlara əsir düşmüş qadınlardan ikisini sürüyürdülər yerlə və birinin uşağıda var imiş haradasa yeddi yaşında heçnə eşitmək olmurdu amma tam dəqiq görünürdü ki, o Alman uşağın anasını sürüyüb vururdu və uşaq ağlayaraq qaçıb “ mama, mama “ deyə-deyə anasının ayağından tuturdu və istəmirdi onu anasından ayırsınlar bu vaxt Alman ,qadını buraxdı və uşağa çataraq bir şillə vurdu və silahını çıxardı və ona tərəf tuşladı amma digəri yanındakı buna imkan vermədiki uşağa atəş açsın.Sonra o, uşağa çataraq bir yumruq vurdu və uşaq yerə yıxıldı və heç tərpənmirdi bu zaman anası uşağın yanına gedəndə Alman qadını saçından tutaraq sürüyərək aparmağa başladı amma qadın müqavimət göstərirdi bu zaman Qənbər qalxıb getmək istədi mən imkan vermədim və,
–Haraya gedirsən ? dedim və bərk Qənbər tutdum ki, getməsin heç bir yerə. –Gedib bu gülləni onun başına çaxım əclafın, dedi və dartındı əlimdə çıxmaq istədi amma mən bərk tutmuşdum və buraxmaq istəmirdim o, mənə dedi bu vaxt, –Burax məni gedim bir azdan gec olar dedi və ciddi bir nəzərlə baxdı mənə mən bu vaxt buraxmaq istəmirdim amma başa düşürdüm ki, belə getsə Qənbər gedəcək və dedim Qənbər,
–Sən hər kəsi xilas edə bilməzsən bir nəfərə görə hər kəsi təhlükəyə atma ,mən əlbətdə istəməzdim o, qadına bir şey olsun yazığım gəlirdi amma artıq çıxmağı axmaqlıq kimi bilirdim və heç çıxmaq istəmirdim atacağım bir addım ölüm demək idi. Amma Qənbərin dediyi kəlimə məni çox uzaqlara apardı və düşündürməyə məcbur etdi.O dediki,
–Vətənə qarış-qarış gedirlər insanlar isə bir-bir ölürlər. Yadında saxla əgər beləcə göz yumsaq bunların hamısı hər bir insanın başına gələ bilər istənilən hər an ,dedi və çırpındı mən bu dəfə onu heç saxlamaq belə istəmədim və çox düşündüm bir anda pis oldum bu zaman Qənbər mənə dedi,
–Sən əvəz et məni, mən onun dediklərindən sonra biraz gözlədikdən sonra dözməyib Qənbərin ardınca qaçdım və demək olar ki, o uzaqlaşmışdı mən var gücümlə qaçdım onun arxasınca o, demək olar Almana yaxınlaşmışdı bizi hələ heç kim görmürdü Qənbər tam yaxınlaşanda o, qadını sürükləyən Almana “ Əclaf ” deyərək təpiklə zərbə endirdi və Alman yerə yıxıldı və o, onun üstünə çıxaraq başladı yumruqla zərbələr endirməyə bu zaman digər Alman onu görən zaman mən tez silahımı tuşladım və təxmini bir nişan aldım və tez atəş açdım Almanın məndən xəbəri yox idi mən onu vura bilmişdim Qənbər digər Almanı lap döyərək ölümcül vəziyyətinə gətirmişdi mən uzaqdan gördüm ki, güllə səsinə Almanlar qaçışaraq gəlirlər haradasa iyirimi nəfərə yaxın mən onun yanına çatdıqdan sonra onun qolundan dartaraq qaldırmaq istəyirdim o, heç durmaq istəmirdi Alman artıq hərəkətsiz halda idi amma Qənbər yenədə vururdu onu mən bir təhər araladıqdan sonra Qənbərə dedim gəl qaçaq deyə, Almanların bizə çatmalarına xeyli var idi mən qadınlara kömək etdim onlar qalxdılar Qənbər isə qucağına uşağı aldı və biz qaçmağa başladıq amma Almanlar bizə yavaş-yavaş çatırdılar qadınlar çox yavaş-yavaş qaçırdılar buna görə ləngəyirdik və onları qorumağa məcbur idik.Bir az keçdikdən sonra Qənbər lap irəli qaçdı uşağı apardı qoydu bu zaman çatmağımıza az qalmışdı bizimkilərə mən yalnız onu görə bildim ki, meşəyə haradasa iyirimi metr qalmışdı Almanlar isə bizdən otuz metr aralıda idi onlar artıq atəş açmağa başladılar atəş açan zaman qadınlar yerə uzandı sonra məndə uzandım və atəş açdım bu vaxt Qənbər atəş açmağa başladi o, bizimkilərə yaxın idi. Bizimkilər başladılar atəş açmağa mən qadınlara bərkdən qışqırdım ki, qaçsınlar ağaclar tərəfə onlar qalxdılar və başladılar qaçmağa və mən çöndüm atəş açmağa Almanlar tərəfə bu zaman Almanlar yerə uzandılar və başladılar qumbara atmağa Qənbər gil tərəfə mən Qənbər görə bilmirdim qumbaranın tüstüsündən.Bilmədim bir anda neyləyim bu zaman bizimkilər atəşi dayandırdılar mən başladım atəş açmağa təkçə idim buna görə heç nişan almırdım ,atırdım haraya gəldi amma iki Alman vurduğumu hiss etdim birdən Qənbər qışqırdı ki, tez qaçım onların yanına və onlar məni qoruyarlar bizimkilər atəş açmağa başladılar mən tez ayağa qalxıb qaçmağa başladım yenicə dörd-beş addım atmışdım ki, kürəyimdən sanki kimsə balta ilə zərbə vurdu bir anlıq və heç qaça bilməyəcəyimin fərqinə vardım və yıxıldım üz üstə palçığa Qənbəri görürdüm amma heç nə eşitmirdim o, nəisə qışqırırdı və yanıma gəlmək istəyirdi amma gələ bilmirdi.Almanlar aman vermirdi. Mən heç tərpənmirdim və ölü kimi yerə sərilmişdim.Heç bir yerimi tərpədə bilmirdim bu dəhşət bir hiss idi güllənin ağrısı deyildi məni qorxudan yerimdə meyit kimi qalmağım qorxudurdu.Sonra qulağımda cingilti eşitdim və başa düşdüm ki, yaralıyam özüdə ciddi keçən dəfədə belə olmuşdur.Yalnız gözlərim açıq qalmışdı artıq bu dəfə bəxtin məndən uzaq olduğunu anlayırdım və gedəcəyimidə bilirdim.Həm kədərlənirdim həm sevinirdim ailəmi görə bilməyəcəyimi görə çox təəssüflənirdim.Canımı bütün bu vəhşilikdən azad olacağına görə isə çox sevinirdim artıq bunların heç birini görməyəcəyəm .Ölüm mənə, tam azadlıq bəxş edir deyə bilərəm mən artıq bunların hamısından bezmişdim.Üçüncü Reyxin qoxusu gedəcək deməkdi üstümdən və tam rahatlıq və azadlıq artıq, aclıq, didərginlik və hər gün ölü və yaralı görmək yoxdu. Mən gedirəm Qənbər heyif sənə son sözümü deyə bilmədim insanlar ölər bir-bir, vətən alınar addım-addım , düz deyibmiş hər bir adama bir qarış düşür vətən bir gündə alınmır qarış-qarış alınır hər tökülən alın tərinin əvəzinə və tökülən hər bir damla qanın əvəzinə.İstəməzdim faydasız gedim son nəfəsimdə belə istərdim vətənə faydalı olum və özümü azad edim bu zülümdan və əziyyətdən özümdə son gücü tapdım arxası üstə çöndüm və silahı kənara atdım.Qənbər tərəfə baxdım o, mənə tərəf qaçmaq istəyirdi amma o, gələ bilmirdi çünki başımın üstündən güllələr elə keçirdiki.Mən tam əmin oldum ki, hər şey qaydasındadı və sonra özümə bir baxdım çox pis vurulmuşdum. Ürək tərəfdən kürəyimdən mənə üstümdə bir neçə ay gəzdirdiyim amma heç istifadə etmədiyim qumbaranı götürdüm baxdım.Mənə çox gülməli gəldi doğurdanda müharibədə bir gün hər şey lazım olur.Sonra qumbaranı cibimə qoydum və silahımı götürdüm başladım atəş açmağa haraya geldi.Demək olar gücsüz idim və ona görədə nişan ala bilmirdim və haraya gəldi atırdım.Sonra Qənbərə əl etdimki getsinlər o, getmək istəmirdi mən ona qumbaranı göstərəndən sonra o, dondu qaldı yerində.Mənə baxırdı bir anlıq mən onun mənə vaxtı ilə verdiyi papirosu cibimdən çıxartdım və kibritlə alışdırdım və çəkməyə başladım.Qənbər mənə baxırdı birdən gülümsədi azacıq amma gözündən yaş gəlirdi.Mənim yadıma düşdü o, gələndə mənə demişdi ki, lazımın olar amma mən tərrədüd etmişdim və bu gün bu mənə lazım oldu doğurdanda.Axıra kimi çəkmədim yarıya kimi çəkdim və atdım kənara papirosu. Sonra baxdım ki, Qənbər və onun dəstəsi artıq gediblər hamısı və mən silahımı götürdüm və başladım atmağa hara gəldi və güllə bitdi birdən bununda son olduğunu başa düşdüm və qumbaranı çıxartdım və Almanları gözləməyə başladım onlar başa düşmüşdülər ki, mənim gülləm bitib və onlar yavaş-yavaş mənə tərəf gəlməyə başlayırdılar.Mən gözlərimi bağladım və gözlədim bir dəqiqədən sonra hiss etdim ki, artıq kimsə var yanımda və onlardan biri gəldi yanıma və öz silahının ucu ilə məni dürtməyə başladı yoxlayırdı sağ olub, olmadığımı,nəzarətdən keçirirdi qumbara isə əlimdə idi.Bu an ürək döyüntülərimin və nəbzimin yüksəldiyini hiss etdim bütün bədənimdən tər axırdı,çox gərgin və həyacanlıydım. Aman Allah həyatla vidalaşmaq necə çətin imiş. Nə qəribə həyatdı elə deyilmi ? bəzən insanın üzünü güldürən,bəzən insanın hər şeyə nifrət etməsinə səbəb yaradan,bəzən atdığın addımla risklərə gedərkən yanıldan,bəzəndə bütün çətinliklərə baxmayaraq ayaqda durmağa sənə təkan verən yenədə həyatdır. Amma heç birimiz onu tam tanıya bilmirik.Nə qalar mənə bu həyatdan ? Əslində çox şey qalar,təmiz ürəkli olmağın mükkəməl olmaqdan daha vacib olduğunu bildim.Həyat bizi elə sürükləyir ki,bəzən hansı yolla gedəcəyimizi,harada olacağımızın fərqinə belə varmırıq və həyat bizə elə şeylər örgədir ki,əslində heç örgənmək istəmədiyimiz şeyləri yaşadır.Etmək istədiklərimizi xəyallarımızı gerçəkləşdirmək üçün çox az zamanımız var həyatda. Əlimdə olan hər şeyi mən bu qısa zamanda buraxmaq məcburiyyətində qaldım. Sən demə insan sevilmədən sevməyi, yaşamadan ölməyi bilməz. Nə gözəl olardı dünyada tək azadlıq üçün yaşamaq və yalnız insanlıq üçün çalışmaq.Mən ölsəm heç təəssüflənmərəm ölümdən təssəlli alaram, təssəlli kinayəli təbəssüm kimidir,təbəssüm isə arxa planda qalmış xoşbəxtlikdir. Mən gözümü açaraq qumbaranın halğasını dartım və ortalığa atdım. Almanlar istənilən hər an öldürə bilirdilər və artıq istənilən hər an ölədə bilərdilər..!!!
MÜƏLLİF: ANAR İSGƏNDƏRLİ. ( ARLIN EDEN )
BAŞLAMA TARİXİ: 11/10/2014 {23:04}
BİTMƏ TARİXİ: 5/04/2015 {23:32}