- 759 Okunma
- 2 Yorum
- 0 Beğeni
İstənilən hər an
1 Fəsil
Son kimi əvvəl
Yazın son ayı may ayının isə ortaları idi , 1942-ci
ilin may ayının 14-dü idi. Məni səfərbərliyə
çağırmışdılar. Axşam ailəmlə şam yeməyində bu
barədə söz düşdü, mən getmək istəyirdim bu
haqda düşünürdüm. Amma ki, ailəm mənim bu
fikrimə narazı idilər. Açığı nəyə görə getmək
istədiyimi heç özümdə başa düşmürdüm. Yəqin
ki, buna səbəb məndən daha əvvəl iki qardaşımın
müharibəyə getməsidir. Böyük qardaşımın adı
Seymur idi və ondan kiçiyinin adı Mikayıldı.
Ümumiyyətlə biz ailədə altı uşaq idik, məndən
savayı iki qardaşım və üç bacım vardı. Bacılarım
adları isə Fatimə , Gülnar və Sevinc idi.Gülnarla
mən həmişə bir yerdə olmuşuq həmyaşıd
olduğumuza görə . Mən ondan sadəcə bir yaş
böyük idim. Mənim müharibəyə getmək istəyimə
hətda oda qarşi çıxırdı. Bəzən qardaşım Seymur
mənə müharibə haqqında yazırdı, qardaşım
Seymur keçən ilin may ayının 14-dü səfərbərliyə
getmişdi. O , 1941 ci ildə Dekabr ayında Moskva
ətrafında döyüşlərdə Almanlara qarşı vuruşurdu.
O, döyüş daha çox ” İldırımsürətli müharibə” adi
ilə tanınır. Bu döyüş haqda mən hətda radiodada
belə eşitmişdim . O, məktublarında müharibə
haqda yazılanlar heçdə yaxşı həyat səhnəsinə
bənzəmirdi. Misal üçün yazardı orada ancaq
qəddarlıq hökm edirdi , rəhm yox həddə idi. Yəqin
ki, qardaşım mənim insani xasiyyətlərimə bələd
olduğu üçün bu cür yazırdı. O, düzünüdə deyirdi
mən qəddar birisi deyiləm. Ümumiyyətlə mən heç
anlamıram, necə axı qəddar olmaq olar ? Yaxud
insanların bir- birini amansızca məhv etmələri
heçnə üstündə kimisi sovetlər tərəfindən , kimi
isə nasist və faşistlər tərəfindən . Kimisi isə
idealist olduğundan həyatları məhv olurdu. Bir
müddət sonra yenidən teleqram gəldi. Mayın
artıq 27-si idi. Hə, düzdü atam məni razı salmışdı
getməyim deyə, axı getməmək mümkün idi ki ?
Amma mən ikinci teleqramdan sonra getmək
fikrinə düşdüm . Həm dəki mən öz vicdanıma
sığmırdım axı necə getməyim ətrafımda olan hər
kəs gedirdi. Düzdü mən o , qədərdə patriot
deyiləm ama bəzən məndə çay axarı ilə gedirəm
. Və məni dayandırmaq çox çətin olardı iki gün
sonra hiss etdim ki getmək vaxtı gəlib çatıb.
Səfərbərlikdən bir-bir, evbə- ev hər kəsi çağırıb
aparırdılar və gedənlər hazırlaşırdı . Elə həmçinin
məndə başladım hazırlaşmağa, lazımım gərəyi
olacaq əşyalarımı topladım və qərarımı verdim
əminliklə . Atam dedi ki, mənə
– bala heç olmasa sabah tezden get. Razılaşdım
bu dəfə etiraz edə bilməzdim və sabaha qaldım .
–oldu ay ata , dedim. Məncə bu doğrusu idi və
həmdə düşündüm ki , görüşüm hər kəslə. Kim
bilir axı ?.. əsgərlik deyil ki, müharibə idi mən
həmin gün hər kəslə görüşüb sağollaşdım.
Gedən insanların arasında məndən başqa
tanıdığım bir nəfərdə var idi, bu mənim keçmiş
sinif yoldaşım idi . Onun adı Mehdi idi, biz
onunla 7-ci sinfə kimi bir sinifdə idik. Bizim bir
yerdə getməyimiz əla oldu məncə . Axşam oldu,
bizə qonaq çox gəlmişdi , mənə görə gəlmişdilər
çox güman ki , amma mənimlə maraqlanan
dəmək olar yox idi. Sanki söhbət etməyə
gəliblər, yaxud xala-xətri qalmamaqdan ötrü .
Belə vəziyyətlərlə rastlaşdıqca əsəblərim son
həddə kimi korlanır. Təssəvvür etmək belə
olmur.Əgər bir insan bazara müəyyən nə isə
almaq üçün gedir amma başqa bir şey alıb
gətirir . Yaxud bu gün deyir belə ama sabah
başqa cür edirlər. Belə insanlardan həmişə uzaq
olmuşam amma bu cür hallar istisna olmaqla .
Axı qonağa get demək olmaz artıq saat doqquz
idi və mən darıxmağa başladım və sanki
qonaqların getməsini gözləyirdim. Həm sabahı
çox böyük maraqla gözləyirdim. Mənə elə
gəlirdiki bu yeni və fenomenal hadisələrdən
biridir. Yəqin ona görəki mən bu günə kimi öz
evimizdən çox uzaqlarda demək olar ki,
olmamışam. Bir-iki dəfə ancaq o da az
müddətdə. Bu cür özünü kəşf etmə fikirlərimi
bacım sevinc yayındırdı . O, mənə bir kiçik kağız
verdi və dedi bunu sənə verməyimi istədilər.
Sevincin hələ on bir yaşı var idi o, çox balaca idi.
Onda sanki atamın gözləri, anamın təbəssümü
var idi. O, həmişə mənə çox sual verirdi. Və
bəzən mənim məqsədsiz yalanlarımı dərk edirdi.
Hə mən o, məktubu aldım və oxumaq üçün
münasib yerə təkləndim . Uşaqlıqdan beləyəm
əgər mənə aid nəsə olursa mən təklənməliyəm.
Uzaqlaşandan sonra məktubu açdım elə bu
zaman gözüm lap aşağıya sataşdı ,orada
yazılmışdı ” ehtiramla Xədicə ” bu an bildim bu
məktub kim tərəfindən göndərilib . Xədicə
kəndimizin gözəl qızlarından biri idi. Xədicəgil
bizdən o, qədərdə uzaqda yaşamırdılar. Mən onu
çoxdandı tanıyıram. Yaxşı qızdı bir vaxtlar
sevdiyim olub hətda amma bunu ona etiraf edə
bilmədim heç cür. Amma o bilmişdi çünki onu
sevdiyimi ondan başqa hər kəsə deyirdim. Məhz
ona deyə bilməməyimin səbəbi hisslərimdən
utanmağımdır və hirslənməyimdir. Ümumiyyətlə
mən hisslərimi və emossiyalarımı heç vaxt
bildirmirəm və gizlədirəm sirlərimdən və
fikirlərimdən fərqli olaraq. Hə başladım məktubu
oxumağa … “” müşviq, səni saat onda Kür
çayının qırağında körpünün yanında
gözləyəcəyəm, gecikmə “” saata baxdım hələ
vaxta yarım saat vardı. Tezdir hələ getmək,
Ümumiyyətlə niyə gedim axı ? Ama düzü getmək
də istədim həddsiz maraqlı gəldiyi üçün .
Maraqlısıda orasındadır ki, axı məni neyniyir ?
Mənlə nə işi ola bilər ? niyə məhz gizli görüşə
dəvət etdi ? suallardan bol idim doğrusu olardı o
sualların cavabını almaq. Fikirləşdim çıxım bir az
gəzim və elə yavaş-yavaş gedim artıq görüş
yerinə . Saat artıq ona on beş dəqiqə qalmışdı.
İlahi vaxt sanki dayanacaqsız, sürətli qatar kimi
gedirdi. Evdən çıxdım başladım körpünün yanına
istiqamət almağa. Eləcə dayanmadan
düşünürdüm onun mənə nə deyəcəyi haqda. Mən
gedib təyin olunmuş yerə çatdım, orada hələlik
heç kim yox idi. Oturub sahilin qırağında
gözləməyə başladım. Kür çox gözəl idi gecə ay
işıgında. Gündüzlərin kiçik Kürü , gecə nəhəng
kimi gəldi mənə, əsrarəngiz idi. İlahi mən nə
əcəb buraya daha əvvəl gəlməmişəm ? bir daha
qismət olar mı ? görəsən bu yerlərə qayıtmaq. O,
an mənə elə gəldi ki, sanki çox uzun müddətlik
gedirəm buralardan gəlməmək şərti ilə və bu bir
növ vidaya bənzəyir .
– Müşviq, ay Müşviq, bu Xədicə idi o, məni
səsləyirdi. Çox güman ki, artıq saat ondur . İlahi
vaxt necədə tez keçirdi, mənə elə gəldi sanki
beş dəqiqə keçmişdi. Mən durdum ayağa və
getdim Xədicəyə tərəf və yaxınlaşdım . Üzü aşağı
yerə baxırdı çox utancaq idi. Əllərini bir-birinə
sıxırdı və sanki həyacanlanırdı. O, hələdə
danışmırdı. O, çox incə bir qız idi . Yerişi-duruşu
da çox ədəbi idi . Sanki ehtiyyatlanır hər dəfə .
Qara saçlarına ay işığı düşdükcə par-par,
parıldayırdı. Axır ki dözmədim və dedim .
– salam… və düşündüm bir az özümü ağır taxtlı
aparsam daha yaxşı olar an etibarıyla və nəhayət
o , dilləndi.
– salam…çox sakit dedi az qala eşidə bilməyim
qədər.
– necəsən Xədicə ? dedim və diqqətlə ona
baxdım..
–yaxşıyam , dedi və axır ki, oda mənə baxdı..
– biz burada neyləyirik Xədicə ? dedim və
üstələdim onu.
–açığı bilmirəm, səni görmək istədim ona görə,
dedi və yenədə aşağı baxdı.
– çox qəribədi məni niyə görmək istəyəsən ki ?
dedim və çox təəccüblənmişdim onun mənə
dediyi sözlərə görə. Heç cavab gözləmədən
dedim, – Xədicə elə bu qədər ?
– bilmirəm müşviq heçnə soruşma. Dedi və mən
lap mat məətəl qaldım.
– bilmirsən ? bəs siz qızlar nəyi bilirsiz ? dedim
arxayıncasına amma çox narahat idim.
– Müşviq sən nəyi bilmək istəyirsən? məndən
nə eşitmək istəyirsən ? dedi və bü günün bütün
məsuliyyətini mənim üstümə atdı.
–Məni buraya nəyə görə cağırmağının səbəbini
bilmək istəyirəm. Dedim və bir an hiss etdim ki,
lap təngə gəlmişəm bu boş-boş söhbətlərdən.
– doğurdan ? axı niyə ? olmaz olduğu kimi qalsın
hər şey ? dedi birdən sanki tərrədüd etmiş kimi
və mən çaşqınlıq içində qaldım.
– Xədicə söhbət nədən gedir ? mən səni başa
düşmürəm.
– Müşviq bilirsən sən sabah gedirsən səni
gözləyəcəm, dedi utancağ şəkildə.
– nəəə ? məni ? bir an bu qızın nə danışdığını
başa düşə bilmədim.Məncə o heç özüdə başa
düşmürdü,çünki mən əsgər getmirdim mən
müharibəyə gedirdim və o, özüdə bunu bilirdi.
–Hə səni, səni sevirəm, ona görə. Dedi və mən
şokda idim.Mən həyatda çox az qədər eşidiləcək
cümləni eşitdim.
–Bəs bunu əvvəlcədən niyə demirdin mənə ?
dedim və bir anlıq fikrə getdim, digər tərəfdəndə
mənə Xədicənin dedikləri gülməli gəldi.Öz
ürəyimdə düşündüm və öz-özümə sual verdim nə
mənası ?
– Bilmirəm bəs sən ? sən.. sən.. hə axı səndə
məni sevirdin, mən bilirəm bunların
hamısını.Dedikdən sonra üzünü çevirdi və
kövrəldi.
– Xədicə , mən sabah gedirəm. Biz bunu unutsaq
yaxşıdı məncə.Dedim və özümü danlamaq
istəyirdim ama bunun faydası olmazdı və mənasız
olardı.
– Mən səni gözləyəcəm amma.Dedi və getdi,
mən oturub başladım düşünməyə. Axı doğurdan
mən niyə əvvələr demədim ona hər şeyi.Bəs
yaxşı o, niyə demədi ? çox qəribədi mən sanki
son həddə bitmiş sevgidə günahkar axtarıram
yaxud bir səbəb.Hər şey gözlənilməz oldu birdən-
birə.Çox qəribədi həyatda son iki il ən nifrət
bəslədiyim şeylərdən birisi sevgiyəydi amma
yalniz sevgi haqda oxunur ən yaxşı mahnılar və
yazılır ən dərin kitablar.
Eh gözəl ay Kür qızlarda sizin kimidir
gözlənilməzdirlər.Məni doğurdan narahat edən
başqa bir şeyin fikridi : birincisi niyə mən onu
düşünürəm ? ikincisi, mən ona qarşı olan
hisslərimi müəyyən edə bilmirəm və bunların
hamısını unuda da bilmirəm.Hər şey gözümün
qabağında canlanırdı yenidən.Nə isə artıq gec idi
mən getməliydim evimə. Amma heç getmək
istəmirdim.Sanki Kür mənim ən səmimi yaxın
dostumdur və artıq yolda idim.Evə çatanda
gördüm ki hər kəs məni gözləyir və mən keçdim
əyləşdim. Hər kəs sanki məndən nə isə deməyimi
gözləyirdi.Mən heç bilmirəm necə deyim amma
mənə hər şey qəribə gəlir və sanki tez getmək
istəyirdim buralardan.Biz beş dəqiqəyə yaxın
söhbət etdik mən birdən dəhşət dərəcədə
yorğunluq hiss etdim və getdim yatmağa.Otağıma
girdim birdən mənə elə gəldiki burada mənə aid
heçnə yoxdur, sanki hər şey yaddır
mənə.Uzandım yatağıma. Amma yata bilmirəm
nədənsə.Beynimdə çox sayda suallar var hələdə.
Xədicə barədə, sabah ki, gün barədə.Təssəvvür
edə bilmirəm bunların hamısının sonu necə
olacaq.Evindən uzaqda tanımadığın bir yerdə.Əgər
soruçarlarsa getdiyin yerdə, bura haradı ? deyə ,
“bilmirəm” sözündən başqa cavabım yoxdur.
Məhz məni narahat edəndə budur.Bəlkə bu daha
yaxşısı və məsləhətdir ? özümü çox yormadım və
yatdım.