Köhnə sevgilimin yeni məktubu
Bilirəm , indi mənə köhnə sevgilim deyirsən . Amma bir zamanlar otağımın pəncərəsi altında saatlarla dayanar , mənasız şeirlər oxuyar , gitaranla qonşuları-mızı bezdirərdin . Hətta atam və qardaşım səni dəfələrlə döysələr də sevgin-dən imtina etməzdin . Sevgili cütlüklər özlərini bizə bənzədərdilər .
Heç nə alınmadı , ayrıldıq . Bu məktubu ona görə yazıram ki , yoxluğun çox həqiqətləri öyrətdi mənə .Və dərk etdim ki , biz ayrılsaq da xatirələrimiz hər zaman birlikdə olacaq . Düşünürdüm ki , məni xoşbəxt etmək iqtidarında deyil-sən . Heç nəyin yox idi . Yay – qış eyni paltarı geyinərdin . Rəfiqələrim səni görəndə kinayə ilə gülüb məni utandırırdılar .
Dönüb geriyə baxmadan gəldiyin yolla əbədilik qayıtdın . Mən ədəbaz şəhər qızı idim , sənə sataşmaqdan həzz alırdım . əvvəlcə hər şey daha çətin oldu , göz yaşlarım yuyub apardı - küçəmizdəki addımlarının izlərini . Evimizə dəfələrlə elçilər gəldi , lakin cavabım dəyişməz qaldı . Çünki ruhumda hələ də sənin sev-gi pıçıltıların rəqs edirdi . Hər dəfə qapı döyüləndə sən gəldin ağlıma , pəncə-rədən səs gələndə elə bildim ki , sən daş ataraq məni çağırırsan .
Dünən pəncərədən həyətə boylandım , balaca , şirin bir qıczığaz sənin şeirini oxuyurdu :
Məndən uzağa qaçsan da bil ki ,
kölgəm səni izləyəcək .
Pərvazlanıb səmalara qalxsan da bil ki ,
Ruhum səni gözləyəcək
Nicat Həşimzadə