Yazılarımda yaşayıram səni
Nigar Məhərrəmli
...Bir gün səndən yazım deyə düşündüm. İçimdə bir hiss bunu etmə söylədi. İllərdir məni yazar edən bir insanın haqqına girmə anlatdı qəlbim mənə... Toxunma bu müqəddəs hisslərə yalnız yazılarında yaşa onu...
Amma mən səndən sənə yazmasam yaşayammaram düşündüm...
Sən!
Sən kimsən və ya sən kim idin?..
Sən mənim yazılarımın qəhrəmanı,sən mənim yazılarımın anlamı, sən mənim yazılarımın şahidi, sən mənim yazılarımin ən ülvi hissləri idin...
Sən məni məndə yaşadan, sən mənim arzularımın dənizi idin...
Sən mənim ilham pərimdin...
Mən səni yaşayırdım, mən səndə tapınırdım qəlbimə...
Bəzən tam başqasına aid olan yazılarımdan qəflətən mənə boylanıb məni daha da üzərdin...
Amma mən bunu yaşamasaydım yazar olmazdım. Bu hissləri mənə sən bəxş etdin...Mənə qismət olmayan bir ürəyin böyük bir sərvətini əmanət qoyub getmişdin...
Mən boynuma çətin bir vəzifə almışdım. Həm səni yaşatmaq həm də sənin mənə bəxş etdiyin bu sərvəti yaşatmaq...
Çox çətin olsa da gülümsədim həyata...
O həyatda mən varam o həyatda sən varsan deyə...
O həyatda mənim arzularım var deyə...
Yenilmədim, sınmadım, əzilmədim...Sənə yaşadım,səni yaşadım,səndə yaşadım deyə...
Səndən bir xahişim var daima mənim ol .Daima yazılarımda ol,daima ruhunla yaşat məni...
Bəlkə o zaman tapılam həyata,bəlkə o zaman sarılam yazılarıma sənə sarılb səni hiss etdiyim kimi...
Mənim yazılarımda yaşadığın üçün Sənə minnətdaram.
əlavə edilmə : 07 / 07 / 2013
YORUMLAR
Çok güzel bir çalışma.
Yazılarına konu olduğu için,
yazılarına kahraman olduğu için,
yazılarının anlamı olduğu için bir insana teşekkür etmek...
Belki de,
çoktan çekip gitmiş hayatından sevenin...
Ama,
o yine teşekkürlerde gezinmekte.
Hayallerinde, hatıralarında gezindiği,
yazılarına konu olduğu için...
Çok anlamlı...
Çok güzel....
Azerbaycan'da yaşayan bir Türk olarak,
bu Azeri kardeşimi gönülden tebrik ediyorum.
Güzeldi...
Duygusaldı...
Anlamlıydı...