- 545 Okunma
- 1 Yorum
- 0 Beğeni
Kədər dolu bir GÜN
Kədər dolu bir GÜN
Bu gün ən kədərli günümdür.Bu gün mən ölmüşəm. Bütün Azərbaycan, bütün dünya mənim yasıma gəlib. Bu gün Xocalı Soyqırımı Günüdür. Mən də bu gün vurulmuşam. Sinəm yaralıdır. Ağır-ağır nəfəs alıram. Bu gün mən bir qoca kimi, bir gənc kimi, körpə kimi güllə yarasıyla şəhid olmuşam. Bu gün mənim 5 yaşlı uşağın üzünü soyan kimi mənim də üzüm soyulub, gözlərim çıxarılıb, əllərim qırılıb, dırnaqlarımı söküblər. Bu gün mən bir dağın döşündə uzanan meyidəm. Bu gün gözlərim açıqdır, amma heç kimi, heç nəyi görmürəm. Soyuqdan tir-tir əsərək səngərdə donan əsgərəm. Sinəmi güllə yalayıb keçib. Al-qırmızı qana bürünmüşəm. Amma dayanıram. Vətən eşqilə düşmən gülləsinə tuş gəlsəm də yenə nəfəs alaraq son gücümü toplayıb düşmən qarşısına əliyalın çıxıram. Yumruqlarım düyünlənib. Qaşlarımı çatmışam. Son məramım arzularımın çin olduğunu görmək, azad torpağımda ölmək, VƏTƏN göylərinin üzünü açıq görmək istəyirəm. Gecədir. Gözüm ulduzlara baxa-baxa yuxuya gedirəm. Əbədi bir ölüm gətirən dərin bir yuxuya! Gözüm yumulur. Mən işıqlı bir sabah görürəm. O sabah ki, mən orada olmayacağam. Ruhlar oynaşır aydın səmalarda. Bu bahar gecikən qaranquşlar kimi ruhların rəqsi də gecikib. Bizim QƏLƏBƏMİZ kimi! Qaranquşlar bir az keçəndən sonra uçub gəldilər. Yuvalarını qurdular. QƏLƏBƏ də gələcək. Biz də YURD-YUVAMIZI quracağıq. Amma torpaqda yatan ŞƏHİDLƏR geri dönməyəcək. Onların ruhudur gecikən. Axı bu gecə onlar hələ mənzil başına çatmayıblar. Ona görə də geri gec qayıdacaqlar. Qaranquşlar kimi!
Ömür dedikləri bir karvan yolu!
Bu, doğrudur.
Bu dünya bir pəncərə,
Hər gələn baxar gedər!
Bu da doğrudur!
Xocalılar da bu pəncərədən baxdılar. Mən də baxdım, sən də baxacaqsan, o da baxacaq. Biz də baxacağıq. Amma bu baxmaqda hərə bir məna görəcək. Kimsə peşman olacaq, kimsə sevinəcək. Amma ümumilikdə götürəndə hamımızı kədər-qəm bürüyəcək. Son məqamda dünyanın vəfasız olduğunu duyacağıq.
Salamat qal, dünya!. Bir də Yer üzünə gəlməyəcəyəm. Salamat qal, dağlar. Çiçəyini, gülünü dərməyəcəyəm!
Qoşa bulaq! Ax, çağla həzin-həzin. Ovuc-ovuc suyunu içməyəcəyəm ...
Nizami Məmmədzadə
YORUMLAR
Bizim bizden başka kardeşimiz de yok,dostumuz da yok.
Bizim acılarımıza bizden gayrı ağlayanımız da yok..
O halde "BİZ" olup ayağa kalkacağız ve haddini bildireceğiz bebek katillerine...
Bir yürek ,bir millet ve bir devlete kavuşmak temennisiyle bu günümüzün asla unutulmaması ve şehidlerimizin ruhuna Fatiha ....