- 840 Okunma
- 0 Yorum
- 0 Beğeni
“Dərdmənd etdin məni, ey dərdə dərman erməni”
Elbəyi Cəlaloğlu
“Dərdmənd etdin məni, ey dərdə dərman erməni”
Yazı masamın üstündə son vaxtlar yığılıb qalmış jurnallara göz gəzdirirdim. Orada dərc olunmuş əsərlərin içində diqqətçəkənləri az deyildi. Hazırlaşırdım ki, birini oxumağa başlayım, elə bu vaxt 14 yaşlı oğlum otağa daxil oldu və əlləri cibində, üzündə uşaq təbəssümü var-gəl etməyə başladı. Onun bu cür gəzişi, içində hansısa bir sualın baş qaldırmasının əlamətidir. Hərdən onun belə halları ilə qarşılaşmışam. Odur ki, dedim:
– Oğlum, sözlü adama oxşayırsan? – O, isə dərhal sualını verdi:
– Ata, Nəsimidən şeir bilirsən?
– Bu fikir hardan doğdu, oğlum, əlbəttə ki, qəzəllərindən bir neçəsini bilirəm.
– Birini de daa!
– Mərhəba, xoş gəldin, ey ruhi rəvanım, mərhəba!
Ey şəkərləb yari-şirin, laməkanım, mərhəba!
Çün ləbin cami-Cəm oldu nəfxeyi-ruhülqüdüs,
Ey cəmilim, ey cəmalım, bəhrü kanım, mərhəba!
Könlümə heç səndən özgə nəsnə layiq görmədim,
Surətim, əqlim, üqulim, cismü canım, mərhəba! – qəzəli söyləməkdəykən oğlumun sual leysanında islanacağımı bəri başdan yəqinlədim. Hətta, çətinliklə üzləşəcəyimi göz altına aldığımdan, söhbətdən yayınmaq barədə də düşündüm. Amma yox, bu, doğru olmazdı. Düşən ağlamaz, bu kişini sona qədər dinləmək lazımdır, deyə düşündüm və qəzəli sevgiylə söyləməyə davam etdim:
Ey mələk surətli dilbər, can fədadır yoluna,
Çün dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!
Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən?
Mərhəba, xoş gəldin, ey xırdadəhanım, mərhəba!
– Ata, bu, hansı dildədir ki?
– Necə yəni, öz dilimizdədir. Sadəcə, o dövrün ictimai-siyasi mühitinə uyğun olaraq dilimizin tərkibinə ərəb və fars sözləri qarışmışdı, necə ki, SSRİ zamanında dilimizi rus sözləri “çuşka”laşdırmışdı. İndi də əcaib-qəraib avropa sözləri leksikonumuza daxil olmaqdadır...
Bu açıqlamadan sonra, bir qədər də dahi şairimiz İmadəddin Nəsiminin həyatı, əqidəsi və əsərlərinin mahiyyəti barədə izahat verməli oldum. Oğlumun “Nəsimi” filmi barədə bilgilərinin də olduğunu dəqiqləşdirdikdən sonra bu fikirin hardan ağlına gəldiyini soruşdum. O isə gülümsünərək ev kitabxanamızdakı “Nəsimi” kitabını (1973-cü ildə Həmid Araslı tərtib etmişdir) vərəqlədiyini dedi. Sonra da, oradakı “Erməni” rədifli qəzəli oxuyub-oxumadığımı soruşdu. Əlbəttə, oxumuşam, – dedim və verəcəyi sualı təxmin etdiyimdən kitabı gətirməsini ondan xahiş etdim, çünki sualı cavablandırarkən büdrəməmək üçün qəzələ bir daha göz gəzdirməliydim. O, kitabın dalınca getdi, mənimsə yadıma hardansa gürcü dostlarım düşdü. Bir gün həmin dostlarla Tiflisdəki restoranların birində kəlləmizi açıb vururduq. Ətraf stollardan boş olanı belə qalmamışdı. Stollar çeşidli gürcü yeməkləri, şərablar və buynuzlarla bəzədilmişdi. Məclisin qızğın yerində dostlarımdan biri məndən doğulduğum yerin adını soruşdu. Mənsə “Marneuli” dedim. O, – yox, yox, oranın başqa adı var, – deyəndə, mən “Kvemo-Kartli” deyə cavab verdim. O, gülümsünərək, – yox qatso, köhnə adı? – Gürcü dostumun məqsədini anladım və “Borçalı” deyə cavab verdim. O isə dərhal stəkanı yuxarıya qaldırıb, – Borçalos qaomarcos! (yaşasın Borçalı), – dedi, sonra da, – gəlin, bu badələri Borçalının sağlığına içək, – deyə əlavə etdi. Bu, həmin o vaxtlar idi ki, Azərbaycan mediasının böyük hissəsi və məmurlarımız “Borçalı” adının dilə gətirilməsindən ehtiyat edirdilər. Həmin vaxtdan bir qədər sonra isə Gürcüstanın tarixində ən münbit və demokratik siyasi kurs olan M.Saakaşvili dövrü başlandı. Nə isə, qayıdıram süfrə başına, aradan bir az keçmiş gürcü dostlardan biri stəkanı qaldırıb “Xalqlar dostluğu”na dair tost dedi. O, birisi isə bərkdən gülərək durdu ki, – istəyirsinizsə “Xalqlar dostluğu”na öz şərhimi verim. – Onun bu təklifindən sonra hamı stəkanı qovzayaraq “de, de, de!” nidalarını xorla söylədilər. O, şaqqanaq çəkərək, – “Xalqlar dostluğu” odur ki, gürcü ilə azərbaycanlı birləşib ermənini döyürlər. – Onun zarafatyana söylədiyi bu sözdən doğan gülüş sədaları ətrafa oynaq bir musiqi sədaları kimi yayıldı...
Oğlum kitabın həmin səhifəsini qatlamışdı, özü də elə qatlamışdı ki, elə bil ermənidən yerin-göyün intiqamını alırmış. Səhifəni bu vəziyyətə saldığına görə onu məzəmmət etdim, – kitabın vərəqlərini qatlamazlar, oğlum, – dedim, – o qədər yararsız kağız parçaları, kontur kartları var ki, götürüb lazım olan səhifəyə qoya bilərsən. – O, səhvini düzəldəcəyinə söz verdikdən sonra dedi:
– Nəsimi erməniyə niyə qəzəl yazıb ki?
– Erməni də adamdı dəə, babalarımız tərsa qızlarını o qədər vəsf ediblər ki, elə S.Ə.Şirvani də, M.Şəhriyar da, digər şair və aşıqlarımız da, burda nə var ki? Məsələn:
Getmə tərsa balası, qoy mən sənə sayə gəlim!
Yapışım damənüvə, sənlə kilasəyə gəlim!
Ya sən islami qəbul et, mənim dinimə gəl!
Ya ki, təlim eylə, mən məzhəbi-İsaya gəlim!
Yaxud da,
Yox sənəm! Anlamadım, anlamadım, haşa mən,
Buraxım məscidimi, sənlə kelisayə gəlim?
Gəl çıxaq ture-təcəllayə, sən ol celveye-tur,
Mən də Musa kimi, o turə təcəllayə gəlim.
– Axı onlar bizim düşmənimizdir?
– Düşmən də elə insandan olur dəə, heyvandan olmur ki. Guya indi erməni qızlarını mədh
edən türk yoxdur? Heç eşitmədinmi, deyirlər ki, Azərbaycanda otuz minə yaxın, iraq üzündən, erməni əsilli gəlinimiz var.
– Bəs, erməni kişiləri necə, atacan?
– Bilirsən, oğlum, əgər otuz min erməni əsilli gəlinimiz varsa, deməli ən azından otuz min
də dayısı, haşa üzündən erməni olan kişilər də var.
– Atacan, niyə “dayısı” deyirsən, bəlkə “anası erməni olan” demək lazımdır?
– Yox, oğlum, dində də, inancda da, fəlsəfədə də hər şey kişinin üzərində qurulur, qadına
isə müqəddəs tarla kimi baxılır, o tarla ki, orada dünyanın əşrəfi olan insan əkilir. Bir də ki, oğul ya atasına çəkir, ya da dayısına. İndi təsəvvür et, otuz min kişinin yəqin ki, on beş mini üzdəniraq dayısına çəkməklə, hiyləgər, yaltaq, arvadını qabağa verən olub.
– Ata, Ermənistanda da azərbaycanlı qadınlar var?
– Yox, oğlum, bizimkilər öz qızlarını nəinki qeyri dinin mənsubu olan kişilərə, heç qeyri
millətin kişilərinə də verməzlər. Özləri isə itin də qızını alırlar, qurdun da. Nə bilim ee, hətta, Türk tarixində hansı sultanı ya şahı araşdırırsan, anası ya yəhudi çıxır, ya da xristian. Bütün zamanlarda türkçülük aşağıda, rəiyyətdə olub, yuxarıda isə tarix boyu hamısı metis olublar, bu gün də taxt-tac sahiblərinin əksəriyyəti hibriddirlər, belə getsə, sabah da mələz olacaqlar. Ona görə də, millət-zad hərləmirlər, onlara səltənət və şəxsi mənafe vacibdir. Mənəvi dünyanın zənginliyi, birlik və bütövlük üçün yaşayanlar isə tarix boyu İsa Məsih, Həllaci Mənsur, Fəzlullah Nəimi, İmadəddin Nəsimi kimi çarmıxa çəkiliblər, 1937-ci ildə olduğu kimi repressiya qurbanı olublar. Bir də ki, mənəvi dünya, fikir və ideya insanları zamanında sevilmirlər, əksinə qınaq, təzyiq və işgəncələrlə qarşılaşırlar. Səbəb də odur ki, qafasıboşlar onları anlamırlar. Qafasıdolularınsa böyük bir hissəsi ənənəvi qaydalara, klassik düşüncə tərzinə meyilli olduqlarından onlara inanmır, tərəddüd edirlər. Qaldı azsaylı inanlar, onların da şəxsi mənafeyi, siyasi mövqeyi yeni ideya ilə uzlaşmadığından özləri də bilə-bilə mütəfəkkirə qarşı çıxırlar.
Bu dialoqun son ucunda oğlumun əli üzündə qaldı, “nə danışırsan, atacan?” sualını onun şirə butulkasının qapağına dönmüş gözlərindən, heyrət bürümüş üzündən oxudum. Sonra da, onu mövzuya qaytarmaq məqsədilə İ.Nəsiminin həmin qəzəlini ucadan səsləndirdim:
Dərdmənd etdin məni, ey dərdə dərman erməni,
Olmuşam eşqin yolunda bəndəfərman, erməni.
Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,
Cənnəti hurimisən, yoxsa ki, rizvan, erməni?
Anca kim, səy eylədim nazik cəmalın görməyə,
Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.
Örtgil ol ay üzünü kim, çeşmi-naməhrəm görər,
Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni.
İsayi-Məryəm həqiçün heç qərarım qalmadı,
Didəmi giryan edərsən, bağrımı qan, erməni.
Qorxuram mən dərvişə sən deyəsən din tərkin et,
Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni.
Handa bir xaç əhli varsa qamusun seyr eylədim,
Bulmadım mən sən təki bir cani-canan, erməni.
Bir sual etdi Nəsimi sən büti-mehparədən,
Lütf ilə söyləşə gör, ey ləli xəndan, erməni. – Qəzəl bitdikdən sonra bir qədər sükut oldu, mən oğluma bir şeylər təlqin etmək barədə düşündüm, o isə susur, arabir də gözünü üzümə zilləyirdi.
– ...
– Niyə danışmırsan, oğlum? – bu sualımı çiynlərini çəkməklə qarşıladı, mənsə müəllimlik
etməyə başladım:
– Ermənilərin düşüncəsi elə özləri kimi cılızdır. Bizim ulu babalarımız isə təlqinlərini
insana olan sevgidən, Allahın yaratdığı hər nə varsa ona olan istəkdən və ən əsası Allahın özünə olan böyük eşqdən başlamışlar. Şəms Təbrizi buyurdu ki, insanı insan olduğuna görə sev. M.C.Rumi söylədi ki, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq kim olursansa ol, gəl, bizim qapımız ümid qapısıdır. Ha¬qq yo¬lu¬na dü¬şən¬lə¬ri mil¬li, di¬ni və ya ir¬qi mən¬su¬biy¬yət¬lə¬ri yox, əqi¬də¬lə¬ri, məs¬lək¬lə¬ri bir¬ləş¬di¬rir. Həc¬cə ge¬dər¬kən özü¬nə Hə¬cc yol¬da¬şı ara, onun şək¬li¬nə və rən¬gi¬nə yox, əz¬mi¬nə və məq¬sə¬di¬nə bax! Əz¬mi və məq¬sə¬di sə¬nin¬lə ey¬ni olan tü-rk, hi¬nd¬li (yəni fars), ərəb və bu sa¬yaq baş¬qa¬la¬rı ola bi¬lər, də¬ri¬si¬nin rən¬gi qa¬ra və ya ağ ola bi-lər, sən¬sə onu özün rə¬ng¬də və özün ki¬mi bil! Bax, oğlum, İslam dininin də, sufiliyin də bizlərə öyrətdiyi həmin bu fəlsəfədir. Burada söhbət milli və irqi mənsubiyyətdən yox, Allahın yaratdıqlarına sevgidən, Allahın camalda və cəlalda etdiyi təcəlladan, yəni ilahi gözəllikdən, bir də Allaha xidmətdən gedə bilər. İ.Nəsiminin bu qəzəli də həmin nöqteyi-nəzərdən yazılıb. “Əsli və Kərəm” dastanı, H.Cavidin ”Şeyx Sənan” dramı da bu sayaq bədii nümunələrdir. – Fikirlərimi ifadə etdikdən sonra bir anlığa dayandım. Oğlum üzümə baxıb gülümsəyirdi, mənsə ona, – bəlkə sənə bir hekayət danışım? – deyə bir daha üz tutdum.
– Ata, əvvəlcə mənə anlat görüm, bu qədər müdrik keçmişi, bu qədər qəhrəman babaları
olan bir millətin torpaqlarını ermənilər necə oldu ki, işğal etdilər?
– Həə, bu sual hər kəsi düşündürür, lakin icazə ver qısa rəvayəti danışım, sonra sualını
cavablandırım.
– Yaxşı.
– Ulu övliyalardan biri olan Bəyazid Bəstami Kəbəni tez-tez ziyarətə gedərdi. Bir dəfə də bu yolçuluqdaykən ulu bir şeyxlə rastlaşır. Şeyx onu evinə qonaq alır və sözarası deyir ki, hələ Kəbəyə üç günlük yol var, sən bu dəfə üzünü mənə tut ibadət elə. Bəyazid Bəstami şeyxdən bu hikmətin izahını istəyir. Şeyx isə buyurur ki, möminlərin ibadəti zamanı Kəbəni ortadan götürsək görərik ki, möminlər üzünü bir-birinin könlünə tutub Allaha ibadət edirlər. Demək Kəbə də, möminlərin könlü də Allahın evidir. Fərq isə birdir. Belə ki, Allah bir dəfə də olsun Kəbənin qapısından girmədi, lakin bir dəfə də olsun möminin könlündən çıxmadı. Bax, oğlum, bu rəvayət islamın, peyğəmbərin, övliyaların, pirlərin, şeyxlərin insanlara anlatdıqları pak düşüncənin, hikmətin qayəsindəndir. Sənin sualına gəldikdə isə, məsələ belədir ki, ermənilər heç bizim qoyunumuzun bir qığını da işğal etmək gücündə deyillər. Burda başqa məsələ var. Ermənilərin özündən yüz dəfə böyük olan ağqulaq qardaşları hər zaman Türklərdən qorxublar, onların milli və mənəvi birliyinə qısqanclıq ediblər. Ona görə də erməniyə yel, əlinə də bel verib zaman-zaman bizimlə üz-üzə qoyublar. Torpağımızı işğal edənlər də elə onlardır. Ağqulaqlar nəinki Azərbaycanın, bütün Qafqazın və Türk dünyasının başına olmazın oyunlar açıblar.
– Ata, “yel” nədi, “bel” nədi? – Onun bu sualına özümü gülməkdən saxlaya bilmədim.
– “Yel” manqurtlaşdırmadır, “bel” isə silahdır.
– Bəs, onların öz ağılı yoxdurmu ki, ağqulaqların dediyi ilə gedirlər?
– Elə bilirsən hər başda ağıl olur? Baş var ki, içindəki beyin, baş da var içindəki peyindir. Onların ağılı olsaydı elə qədim zamanlardan xəyanət və satqınlıqla məşğul olmaq əvəzinə, millət kimi formalaşar, tarixi ərazilərini müəyyən edərdilər. Lakin ara vurmaq, meydan qarışdırmaq, qadınlarını onun-bunun qabağına itələməklə ən ucuz millət kimi tanındılar və bununla da buradan oraya, oradan da o birə tərəfə qovuldular. Sonuncu sığınacaq yerləri isə XIX əsrin əvvəlindən etibarən İrəvandan ta Borçalının qərb əraziləri də daxil olmaqla, bizim dədə-baba torpaqlarımız oldu. Bir də ki, erməni kimdir axı, heç eşitməmisənmi, biri nədənsə qorxuya düşəndə məsəl çəkirlər: “erməni qan gördü”. Yəni ermənilər qan görən kimi qorxuya düşüb qaçırlar, yer üzündə onlar qədər qorxaq millət yoxdur. Ermənilərin qorxaqlığı bilirsənmi hardan gəlir? Bax, bizim millətin bir adı, antropoloji quruluşu və qanı var – Türk. Ermənilər isə səkkiz-on, bəlkə də daha çox millətin qarışığından əmələ gəldikləri üçün bir-birinə güvənmirlər. Birsözlə, ermənilər uzaq keçmişdə Balkanlardan gəlmiş friq, sami mənşəli hay, Dəclə və Fərat çayları vadisində yaşamış het, hurri, urartu, eləcə də yəhudi, aysor xalqlarının qarışığından əmələ gəlmişlər. XVIII-XIX əsrlərdə isə Cənubi Qafqazda, xüsusilə də İrəvan-Qarabağ ərazilərində yaşayan, dini mənsubiyyəti xristian olan bir sıra arsaq, yaxud da alban türkləri də onların etnik tərkibinə daxil olmuşlar. İndi fikirləş, gör, onlara “millət” demək olar, yoxsa yox. Həm də, bu söylədiklərimizdən belə qənaətə gəlmək olar ki, adını çəkdiyimiz millətlərin namərd, satqın, xəyanətkar və insanlıqdan çıxmışları öz etnik tərkibindən ayrı düşməklə bir araya gəlmiş və beləliklə də, yeni bir qarışıq tərkib yaratmışlar ki, onun da adı “erməni”dir. Ona görə də, nankor, xəyanətkar, qanıqarışıq, qanmazlara qarşı bizdə ulu babalarımızdan gələn bir nifrət dolu müraciət nümunəsi var: “ayə, ermənisənmi?” – mən bu cür qəliz və ibarəli danışarkən, oğlum fikirli halda alnını ovuşdururdu, mən son sözləri dedikdə isə, sağ qulağının sırğalığını çəkərək ağzını mırçıldaddı. Sonra da nəyisə yadına salırmış kimi bir az düşünüb yenidən sualla çıxış etdi:
– Bu, o deməkdirmi ki, bizim öz düşüncəmizdə də qüsurlar var, yəni ki, erməniləri torpaqlarımıza niyə buraxmışıq? – oğlumun bu yekəxana danışığına güldüm və eyni zamanda içimdən bir qürur hissi də keçdiyindən sol əlimi belimə dayayıb, sinəmi qabağa verərək yeni fikirlər söyləməyə başladım, necə deyərlər, Haqq yolunda ağzım açılmışdı:
– Həə, o da yox deyil. Bizim evimizi yıxan mənçiliyimiz, xudpəsəndliyimiz olub. XVIII əsrdə Azərbaycan xanlıqları bir-biriylə didişəndə, ruslar vəziyyətdən istifadə edərək Azərbaycanın şimalını işğal ediblər və bununla da Azərbaycan ikiyə bölünüb. Bundan sonra, ruslar Türkiyə, İran, Suriya ərazilərindən erməniləri buraya köçürüblər. Əgər Azərbaycan xanlıqları birliklərini, bütövlüklərini layiqincə qorusaydılar, bu faciələr də baş verməzdi. Birsözlə, idarəçilik sən demişkən, qüsurlu düşünənlərin əlində olanda dövlətçilik də, millətçilik də tənəzzülə uğrayır. Bir misal da çəkə bilərəm. Belə ki, rusların apardığı şovinist siyasətin nəticəsi olaraq, 1937-ci ildə ölkəmizdə bayaq dediyimiz kimi “beyinbaşlar” güllələniblər, qalanlar “peyinbaşlar” olublar ki, onlar da birinci millətimizin adını, sonra da əlifbamızı dəyişiblər. Lakin belə bir rüsvayçılığa nə gürcülər, nə də ermənilər imza atmayıblar. Ona görə də, milli şüur və ictimai düşüncə o səviyyədə olmalıdır ki, insanlar Haqq yolunda cihada çıxmağa, yəni döyüşməyə də, şəhid olmağa da qadir olsunlar, çünki azad olmayanın bir adı var, o da “kölə”, – burada oğlumun məni qiqqətlə dinlədiyini görüb ilhamlandığımdan fəlsəfə qazanım poqqapoq qaynayırdı, ani bir vaxtda beynimdən belə bir fikir keçdi ki, nə yaxşı, yanımda filosofdan-zaddan yoxdur (söhbət filosofdan gedir, ee, gəvəzədən yox!), yoxsa heç səsim çıxmazdı, odur ki, davam etdim, – ümumiyyətlə, insanlar ictimai-siyasi təfəkkürünə görə dörd qismə bölünürlər. Əgər istedad, təhsil və həyat müşahidələrinin vəhdətinə “dərrakə” desək, onda birinci qism insanlar idarəçilik qabiliyyəti olub, dərrakəsi kifayət etməyənlər, ikinci qism, idarəçiliyi kəm, dərrakəsi kifayət edənlər, üçüncü qism, idarəçiliyi və dərrakəsi mükəmməl olanlar, dördüncü qism isə, idarəçiliyi də, dərrakəsi də aşağı səviyyədə olanlardır.
– Bəs, üçüncü qism insanlar tariximizdə nə vaxtsa olubmu?
– Əlbəttə, Türkiyədə Osmanlılar, Azərbaycanda isə Səfəvilər dövrünü həmin qismə aid etmək olar, lakin onların da milli düşüncələrində nöqsanlar yox deyildi, – bu dəfə sualı belə cavablandırmaqla ona qısaca arayış verdim.
– Necə düşünürsən, atacan, belə bir insanlar yenə olacaqmı?
– Mütləq olacaq, həm də milli şüurun müasir və yüksək formasında. Əvvəl-axır Türk dünyasını Turan bayrağı altında birləşdirəcək kişilər meydana çıxacaqlar, – bu sözləri deyərkən, nədənsə oğlumun ipək kimi saçlarını oxşamağa başladım və – bəlkə də o kişilərdən biri elə sən olacaqsan, – dedim. O isə gülümsündü, durub üzümdən öpdü, sonra da, – bəs, ermənilər torpaqlarımızı nə vaxt tərk edəcəklər? – deyərək gözlərini üzümə zillədi.
– Yenə də ermənilər? Ay sənin! – burada bir az ara verdim, sonra isə, – nə vaxt ki, onların ağqulaq qardaşları ölkələrində yaşayan əhalinin yetmiş faizinin türk olduğunu dərk, həm də etiraf edəcəklər və bununla da ölkələri ayrı-ayrı türk dövlətlərinə parçalanacaq.
– Bəs, bu dediklərin nə vaxt olacaq, atacan?
Çox az qalıb, oğlum, çox az. – Bu sözlərimdən ruhlanan oğlum sevincək sağ əlini yumruq edib yuxarıya qaldıraraq qışqırdı:
– Yes!!! – mən isə, – uşaq ki, uşaq, hər şeyə ağılı kəsir, – deyə düşündüm...
Bakı, 02 yanvar 2013-cü il
“Təzadlar” qəzeti, 02 fevral 2013-cü il
YORUMLAR
Henüz yorum yapılmamış.