- 717 Okunma
- 0 Yorum
- 0 Beğeni
GƏLƏCƏYİ GÖRMƏK MÜMKÜNMÜ
Hadisə baş verməzdən bir
müddət əvvəl (az və ya çox)
onun baş verəcəyini demək
mümkündürmü?Söh bət
müəyyən qayda və qanunlara
tabe olan təbiət hadisələrindən
getmir,insan həyatı ilə bağlı olan
dəyişikliklərdə n,bu
dəyişikliklərin ,kobud şəkildə
ifadə etsək,məcmusu olan "tale"
və ya "qədər" dediyimiz
anlayışlardan gedir.
Bu suala "yox" cavabı vermək
konkret faktların əsaslandığı ayrı-
ayrı gerçək hadisələrin bizə təlqin
etdiyi bəzi həqiqətlərə xəyanət
etmək demək olardı.
Həmçinin sualın "hə"cavabı isə
əsas dini və elmi hökümləri inkar
etməklə yanaşı, eyni zamanda
konkret hallara istinad edərək bu
sualın cavabının təsdiqini tələb
etmək zərurətini yaradardı."İnsa
n həyatı ilə bağlı gələcək
hadisələri qabaqcadan görmək
mümkünmü?"sualı na "Belə
faktlar var"deməklə bəlkə də,ən
ədalətli cavab vermiş olardıq.
Bir çoxları kimi mənim də şəxsi
həyatımda tərəfimdən
"öncəgörmə"fakt ları
olmuşdur.Dünyan ın,hətta ən
məşhur psixoloqu belə bu
faktların doğruluğuna
inanmaqdan məni yayındıra
bilməz.Orta məktəb illərində bir
ay sonra baş verəcək əhəmiyyətli
hadisəni,evlənm əmişdən beş il
qabaq əsla,tanımadığı m bir
qadınla ailə həyatı qurmaqla bağlı
hadisəni qabaqcadan bilməyim
məni heyrət içərisində
qoymaqdadır.
Bundan əlavə xeyli sayda
öngörmələri qeyd etsək,tale ilə
bağlı bu paradoksların
gerçəkliyinə təəccüb qalmaqdan
başqa ediləsi bir şeyimiz
qalmır.Əlbəttə, bu cür təəccüb
doğuran hadisələr çox adamın
başına gəlir,amma fərqinə
varılmır.Bu hadisələrin izahı
mümkünmü?
İnsan beyni kiçik həcmə malik bir
fəza cismidir,hələli k bizim dünya
üçün alternativi olmayan yeganə
şüurlu varlıq olan insanın
idarəetmə mərkəzi bu cismin
içərisində yerləşir.Biz bu mərkəzin
ancaq vərdiş etdiyimiz həyatı,bu
həyatın şüurla bağlı olan
hadisələrini idarə etmək
funksiyalarında n başqa digər
funksiyalarını bilmirik.Hələ
bilmirik ki,bizim üçün məlum
olmayan başqa şəraitlərdə o
hansı funksiyaları yerinə
yetirmək qabiliyyətinə
malikdir,bu mərkəz təsadüflərin
yaratdığı və təqdim etdiyi həyati
prossesləri tənzimləməklə
məşğuldurmu,yox sa hər hansı
fövqəlbəşəri missiyanı
yerinəyetirmək üçün
proqramlaşdırıl mış bir icra
mexanizminin məcmusudur.Axır
ıncıya dayanaraq bir model
qursaq bu mərkəzin mənzərəsini
konkret alqoritmlərdən yığılmış
müəyyən bir proqramın yazıldığı
gövdəyə bənzədərdik.Bu gövdə
insan iradəsinin xassə və
əlamətlərinə uyğun budaqlara
malikdir.İdeal normal insan
doğulandan ölənə qədər bu
proqramın alqoritmləri əsasında
idarə olunur və sistem təşkil edir.
Öncəgörmə bu alqoritmlərin
yerini dəyişmək,proqra mın
gedişinə müdaxilə etmək
cəhdindən başqa bir şey
deyildir,bu isə,qətiyyən mümkün
görünmür.Əgər bu sistemın
fəaliyyətində funksional
pozğunluqlar baş verərsə?
Bəlkə də,nevropsixolo ji sistemdə
funksional pozğunluqlar olduğu
halda insanda "öncəgörmə" kimi
intuitiv qabiliyyətlər yaranır,bu
iusə özlüyündə insan tərəfindən
idarə oluna bilməyən,sadəcə
təhtəlşüurla bağlı hadisələrin
epizodik təsvirindən başqa bir
şey deyıldir.
Mən bir daha qeyd edirəm
ki,həyatımda belə qeyri-adiliklər
lə rastlaşmışam,am ma bu faktlar
mənim gələcək həyatım haqqında
bilgilərim olduğuna dəlalət
etməz,ancaq nevropsixoloji
sistemimdə baş verən funksional
pozğunluqların nəticəsidir.
Bir an sonra nə baş verəcəyini
ehtımal etməkdən başqa kim
dəqiq deyə bilər ki!
YORUMLAR
Henüz yorum yapılmamış.