İlk məhəbbətim! (Qarğışnamə)
Elnur Rəsuloğlu (Əliyev)
Uduzdum sevgidə, bir gün həyatda Sən uduzacaqsan, ilk məhəbbətim! Bilirəm, olanda dövlətim, varım Məni pusacaqsan, ilk məhəbbətim! Qulaq asdın, baxdın əğyar deyənə, Alçaldın, əyildin səni əyənə. Cəh-cəlal içində qızıl ləyənə Al qan qusacaqsan, ilk məhəbbətim! Ölsən, izin qalmaz bu yer üzündə, Sən də diriləssən məhşər günündə. Günahkarsan, durub Tanrı önündə Laltək susacaqsan, ilk məhəbbətim! |