Bakı-Təbriz
Elnur Rəsuloğlu (Əliyev)
Şimal, cənub - vətən birdir. Birləşsə, tən və tən birdir. Uzaq, ayrı yaşayıblar Çox illəri Bakı-Təbriz. Qəlblərində daşıyıblar Nisgilləri Bakı-Təbriz. Kaş Gülüstan dağılaydı. Həmin sənəd cırılaydı. Bölənlərin qırılaydı Nəsilləri, Bakı-Təbriz. Sərhəd olub Araz çayı. Vətən olub qəm sarayı. Sərt görüblər qışı, yayı, Fəsilləri Bakı-Təbriz. Qadağandır dili, yazı. Cinayətdir bu ən azı. Saya bilməz çox narazı Səfilləri Bakı-Təbriz. Qədrin bilin doğruların. Vurun vətən oğruların. Sökün sərhəd qurğuların, Məftilləri, Bakı-Təbriz! |