13
Yorum
13
Beğeni
0,0
Puan
1567
Okunma

AYRILIQ
Yar məni qoymuş hara gedirsən
Demirsən mi bunu yıxar ayrılıq
Gözlərimə baxıb vida edirsən
İçimdə bir həsrət yaxar ayrılıq
Ağlımı yerindən çıxarıb getmə
Göyərən ümidi qoparıb getmə
Sevincimi sənnən aparıb getmə
Üreyimə güllə sıxar ayrılıx.
Qoxunu almadan yata bilmirəm
Bu qəmi sərdən ata bilmirəm
Yetinib əlini tuta bilmirəm
Araya dağları soxar ayrılıq
Gülməyə həsrətdir üzüm asılmış
Çıxmır bu nəfəsim səsim kəsilmiş
Damarımda axan qanım sıxılmış
Ayağıma kilid taxar ayrılıq
Altay’ın könlünün nəşəsisən yar
Həyata ümidi həvəsisən yar
Səsimə bir səs verə bilsən yar
Tikmiş qulağını baxar ayrılıq
Cevdet ALTAY…..23.08.2014
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.