KÜLƏKLƏ SÖHBƏT
KÜLƏKLƏ SÖHBƏT
Külək, əsən yellərinlə Çırpma qəmini üzümə. Yağış deyib göz yaşını Çiləmə, gəl, üz – gözümə. Qəmin qəmimə çatarmı? Səndən də çiskinliyəm mən. Əsirəmmi? Coşurammı? Bilsən, nə kədərliyəm mən. Önümdə nə dağ, nə dəniz Bir coşsam, dayana bilməz. Sən qopardığın tufanlar Yanımdan yel olub ötməz. Mənim bu sükutum hara? Bəs sənin coşmağın hara? Kədərimdə boğulsam da, Səs salmıram bu dünyaya. Hansımız daha güclüyük? Sən əsirsən, bitir qəmin. Gülüşümün arxasında Kədər lal kimi gizlənir. 5 may, 2019 |