4
Yorum
16
Beğeni
5,0
Puan
452
Okunma
Öz dövrünə
bir cızıq çəkdin.
Heç bir zaman
cızığından çıxmadın.
Kimsenin şüşəsini
sənin daşın sındırmadı.
Düz getdin,
düz gəldin.
Kim görəcək
sənin əllərindəki
qanadı qırılmış
göyərçinin yaralarını bağladığını?
Hər selamə
ürəyinin bir parçasını bağışladın.
Kim biləcək
sənin duza inandığını?
Rəsmlərində
demir qapıları açıq,
qəfəsləri sınıq çəkdin.
Ağacların budaqlarında quşlara yuva,
atom bombasının yerinə gül əkdin.
Ürəyinin son parçasını
kimin bıçağı doğrayacaqdır?
Söylə,
dünyanın hansı bucağındadır
sənin zindanın?
5.0
100% (11)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.