QIZILBAŞ OLDUM (KIZILBAŞ)
.....QIZILBAŞ.....
OLDUM Ağladım ürəkdən döküldüm gözdən Damla,damla axdım gözdə yaş oldum MƏN ŞAH’I MƏRDANA bağlandım özdən ŞAH İSMAİL kimin qızılbaş oldum Nəsimi tək olub soyulmuşam mən Fûzuli xarcında yoğrulmuşam mən Yönüm kərbəlâ’ya doğrulmuşam mən Sanmayınki içib bir ayyaş oldum Dillərə düşmüşəm divanələrdə Özümnən geçmişəm viranələrdə Məscidlərdə dəyil meyxanələrdə Xizmətə sunulan bir fərraş oldum İçmişəm Abbas’ın sunduğu meydən Pir sultanam səsim gəlirsə xoy’dan Ox olub çıxdımsa gərilən yaydan Bilinki rahim’i bir sırdaş oldum rahim’i |