Seir mənim üçün nədir?
Þeir mənim üçün nədir?
Həzrət Məhəmməd (s) buyurub: «Þeir əzbərləyin ki, nitqiniz gözəlləþsin!»
Þeir – Quranýn dililə desək «afaq» (təbiət) ayələrindən olan daðdýr,dərədir,düzdür, yaldýr, yamacdýr,yoldur...
Þeir - Vətəndir! Hər misrasý ox olub düþmən baðrý dələn vətən!..
Þeir - qönçədir,çiçəkdir,yarpaqdýr,yanaðý qýrmýzý almadýr-xoþ rahiyyəsi ilə bizi məst edir.
Þeir - füsunkar təbiətinə bütün varlýðýmla vurulduðum, þəhanə gözəlliyə malik Borçalý təbiətidir-Muþul meþələridir, Babakərdir,Yaðlýcadýr,Yastýqardýr, Armudludur,Þamdüyədir,Dar-daþdýr,Þiþ qayadýr, Xýrman təpədir,Yəhər təpədir, Sürü daþdýr...
Þeir - Aðca qalamýzdýr, Koroðlu qalasýdýr, Qýzlar qalasýdýr, Sənan daðýdýr...
Þeir - pəhləvanýn biləyidir, igid ərənlərimizin gücü-qüvvətidir.
Þeir - bu ellərin aðbirçəyidir,aðsaqqalýdýr-tarixidir.
Þeir – Sýnýq körpüdür, Xram çayýdýr, Təvətöydür...
Þeir - ürəklərin qəmini,kədərini ram edən,Ýlahi qüvvəyə malik ilham Pərisidir,nadir gözəlliyə malik su Sonasýdýr, bulaq baþýndan sallana-sallana gələn Salatýndýr, gözəl əndamýný, ayna üzünü, sədəf diþlərini yara göstərən Sənəmdir!
Þeir - Əslidir, Kərəmdir, Leylidir, Məcnundur.
Þeir - Qəribdir, Þahsənəmdir...
Þeir - sazdýr, pərdələri daim od tutub, alýþýb yanan telli saz.
Þeir - mizrabdýr, saz üstə çaðlayan mizrab...
Þeir - yara qovuþmaq üçün daim can atan Məhəbbətdir,Sevgidir... Bu Sevginin Dili də var, Aðzý da! O,bəzən danýþýr, bəzən də danýþa bilmir.
Þeir - baxýþdýr. Nazlý baxýþ. Bu baxýþlar sevgilisinə nəzər salmaqla öz sözünü deyir, rəssam kimi gözləri ilə sevdiyinin surətini yaradýr...
Þeir - səadətdir,sevincdir. Bu sevinc ömrü boyu səadətdən xoþbəxtlik tapmýþ Sevgini yaþadýr, ömrünü uzadýr. Bax, bu Þerdir!
Þeir - Sənsən, Mənəm, Odur,-a bala, - deyə atam həmiþə mənə belə deyərdi. Biz olmasaq, heç þer də olmazdý, þerin misralarý da!
Þeir - bədahətən adamýn beyninə dolur və söz-söz, misra-misra doðulur,sonra bir yerdə həzin-həzin səslənir. Misralar þeirin qolu-qýlçasýdýr, məna isə onun gözəlliyidir. Bunlarýn hər ikisi bir yerdə olanda þeiri oxuyan adam da bəxtiyar olur. Özümü dünyanýn ən xoþbəxt adamý hiss edirəm yaxþý þer oxuyanda! Þer də övlad kimidir. Ana öz övladýna layla çalýb, əziyyətini çəkib böyüdərək pərvazlandýrdýðý kimi, biz də þeirlərimiz üçün əsir, dərc etdirərək oxucularýn ixtiyarýna veririk.
Þeirin gözəlliyi ondadýr ki, þer axsýn,çaðlasýn,coþub-daþan dað çaylarý kimi kükrəyib özünə yol açsýn, sal qayalarý vurub daðýtsýn,məramýna, məqsədinə,arzusuna çatmaq üçün,dənizlərə qovuþmaq üçün mərdi-meydana vuruþsun!
Þeir - silahdýr, topdur, tüfəngdir. Amma bu söz silahýdýr. Atalar yaxþý deyib:«Qýlýnc yarasý saðalar, söz yarasý saðalmaz». Böyük sərkərdə Þah Ýsmayýl Xətai ona görə də döyüþə yollananda ilk öncə söz adamlarýný, sənətkarlarý qoruyardý. Biz ölsək, məhv olsaq da qoy söz deyənimiz, tarix yazanýmýz olsun,- demiþdir. Þah babamýzýn özü də incə ruhlu þeirlər yazar, poeziyaya, musiqiyə həvəslə qulaq asar, yaxþý þeirə öz qiymətini verərdi.
Þeir - illər, əsrlər boyu adamlara rahatlýq verir, bir içimlik su kimi yanðýný söndürür,isərinlik gətirir, bizi yaþadýr...
Þeir - həyatdýr. Bu sonsuz həyatýn son ucuna çatmaq üçün þeir qoþuruq. Görəsən, həyatýn hərbə-zorbasýna tab gətirəcəkmi bu þeir? Yoxsa, elə birinci çəkiþmədəcə ortadan gýrt-yarý qýrýlacaq. Eh,nə bilim, onu Allah bilir, bir də ki, bəndələr...
Þeir - Quran ayəsi olan « Ýnna lillahi və inna iləyhi raciun»-un (Həqiqətən biz Allah tərəfindən gəlmiþik və ona tərəf də qayýdacaðýq) ayrýlýðýndan doðan dərdin dilə gəlməsidir.
Þeir – ilhamdýr, bizi haqqa-ədalətə səsləyən ilham. Allah kəlamlarý ilə dolu ilham. O böyük Tanrý tərəfindən peyðəmbərlərin qəlbinə vəhy verildiyi kimi, þairlərin də qəlbinə nurlu mələklər vasitəsi ilə ilham bəxþ edilir.
Þeir - mənim üçün,Tanrýya qovuþmaðýn fəraqýnda þam kimi əriyən ariflərin razu-niyazýdýr.
Þeir - Þeyx Nizaminin, Füzulinin, Nəsiminin qəlbindən qopub çaðlayan ilahi eþqin alovu-atəþidir.
Þeir - Allahýn ən əzəmətli ayəsi olan insanýn varlýðýnýn tərənnümüdür.
Þeir - ruzidir, qismətdir, çörəkdir, taxýl zəmisidir. Söz bolluðundan yaranýr þeir. Bir ovuc dəni torpaða səpəndə necə çýxýrsa, bir neçə yaxþý, müdrik, dahiyanə deyilmiþ kəlmədən də yaxþý þeir yarana bilər...
Þeir - oddur-alovdur. Bir acý söz və yaxud bir xoþ üz lazýmdýr ki, þairin sinəsindən þer çaðlaya, coþa... və yaxud þairi yandýrýb yaxa! Söz vaxtýnda deyilirsə-heç vaxt öz qiymətini itirmir. Vaxtýnda deyilmiþ söz þairlərdən oxuculara yadigar qalýr.
***
Þeir - Aþýq Cünunun sazýnýn simlərindən qopan həsrət nəðmələridir. O,vətəni, eli,dili sevən hər kəsin dodaðýndan süzülüb gənclərimizi Yurdu, Torpaðý, Analarý sevməyə və qorumaða çaðýrýr.
Þeir - Allah kəlamlarýdýr. Qətrə-qətrə, damla-damla, zərrə-zərrə insanýn sirlə-sehrlə dolu beyninə hopur və oradan Günəþin zərrin þəfəqləri kimi aləmə yayýlýr. Günəþ aləmi - təbiəti, dünyaný yaþatdýðý kimi, þeir də bizi yaþadýr, müqəddəs kəlamlarla dolu bir aləmlə qovuþdurur. Allahýn hikmətinə sahib olmaq istəyirsinizsə þer oxuyun,çünki o da Allah kəlamlarýdýr. Bu hikməti oxuyanýn ürəyi saflaþar,arzularý aþýb-daþar, ümidləri doðrular...
Þeir - möcüzədir. Onun möcüzəsindən təskinlik tapan insanlar mənən dincəlir,rahatlýq tapýr,hətta yaxþý þeiri oxuyub yatanda da yaxþý yuxular görürlər.
Þeir - paklýqdýr, təmizlikdir, insaný kamilləþdirən bir Allah vergisidir. Peyðəmbərimiz (s)-da þeiri və þairi qiymətləndirməyi ən böyük savab adlandýrmýþdýr. Çünki þailər iman yolunda qərar tutmuþlar və daima xalqý imana, birliyə çaðýran þəxslərdir.
Peyðəmbər (s) demiþdir: «Þeir bir sözdür; gözəl olaný da var, çirkin olaný da. Sən gözəlini götür, çirkinini at!»-deyə öz fikirini bildirmiþdir.
Þeir - bizim görən gözümüz, vuran qolumuz, iti sözümüzdür. O, ildýrým tək çaxa bilir, o,ley kimi düþmən üstünə þýðýyýr. O,baðrý al-qan olan lalə kimi gözəldir, nazlý bir sənəmtək iþvəlidir, nazlýdýr.
Þeir - ömrümüzü artýrýr. Bizə ruh verir, qida verir. Çörəklə doymaq olar, sözlə doymaq olmaz. Sinəmiz dəmirçi kürəsi kimi yanýr, alovlanýr. Eþqi, Sevgini söz söndürür, þeir misralarý onu ram edir, cilovlayýr, sonra isə səkilli səmənd kimi Sevgini hara istəyirsən yönəlt, çevir, çap...
Þeir - köhlən atýn yalmanýna yata-yata, çapa-çapa gedəndə üzünə dəyən, səni hər an sýðallayan küləkdir.
Þeir - Vətəni qorumaða gedən igidin el-oba, torpaq, ailə barəsində düþüncələridir. O, daima əsgəri ruhlandýrýr, ona qarþýda düþmən, arxada Vətən, Ana, Torpaq olduðunu xatýrladýr. Bir də gördün əsgərin dilindən Vətən duyðulu kəlmələr süzülüb gəldi. Həzin-həzin, kövrək-kövrək... Oðul istərəm ki, bu həsrət nəðmələrindən güc almaya...
Þeir - bulaðýn saf gözündən axaraq, al qayalardan süzülərək, gül-çiçəyin ətir dolu qoynuna axan dumduru Sudur. Sərin-sərin torpaða hopan, ovuclarýmýzý qoþa-qoþa doldurub oxqay deyə içdiyimiz Su! Böyük Nizami demiþdir:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoþ olar!..
Qəlbimin dərinliyindən həmiþə bir sual boylanýr, görəsən, þeiri mənimsəyən, duyan, qavrayan insanlar necə olur? Əsl insan - þeir sevəndir. Yadýnýzdadýrmý, «Koroðlu» dastanýnda Koroðlu qul ərəbi özünə dəli götürəndə Dəmirçioðluna deyir ki, sən bir bu qulun qollarýný tut, mən saz çalacaðam, əgər ona mənim çaldýðým saz, oxuduðum söz təsir etdimi, ondan Koroðlu dəlisi çýxacaq. Yoxsa...
Bax, söz də belədir. Koroðlu məclislərində söz söylənilərdi, gözəllər tərif olunardý, onlarý Çənlibelə gətirmək üçün say-seçmə igidlər bəllənərdi, sonra þirin badə içib səfərə yollanar, döyüþə-döyüþə dava edərək Çənlibelə gəlin gətirərdilər. Aþýq Cünun saz çalar, qýrx gün, qýrx gecə toy vurulardý...
Þeir - həmiþə sýzýldadan, kövrəldən və aðladan Þəhid nəðmələridir. Elə nəðmələr ki, ömrümüz boyu bizi için-için aðladýr və odsuz-ocaqsýz yandýrýr... Yanan alovun hər dilimi də þerdir. O, insan əlinə, içinə düþdümü yandýrýr, qarsalayýr...
Þeir - coþqun çaylarýn sahillərini birləþdirən körpüdür. Bu körpü lal sularda olmur. Bu - dəli, þaqraq, saf sularýný yalçýn qayalardan atan þəlalələrdə, özünü sahillərə çýrpa-çýrpa dənizlərə doðru həsrətlə can atan çaylarda olur.
Þeir - çöldə-çəməndə çiçək-çiçək, qönçə-qönçə, ləçək-ləçək uçan arýnýn xortumundaký baldýr, þirədir, məlhəmdir... Arýlar da þairlər kimidir. Zəhmətkeþ, çalýþqan, bolluq yaradan bir məxluq. Arý zəhmət çəkib bal toplayýrsa, þairlər də söz bolluðu yaradaraq əsərlər yazýrlar...
Þeir - bəxtimizə yazýlan aydýr, gündür, dəqiqədir, andýr... Bu anlar, dəqiqələr birləþərək sinəmizdə vəfasýz illərin sinəsinə yazacaðýmýz þerin misralarýný yaradýr... Görürsünüz, bir andan da þeir yarana bilir.
Þeir - güzgüdür. Həyat güzgüsü. Bu güzgüdə hər kəs özünü görə bilər və özünün necə adam olduðunu düþünər...
Þeir - həyatdýr. Onun Havasý da var, Suyu da! Pis þeiri (mən ona heç þeir deməzdim) oxuyanda mən elə bil ki, havasýz bir yerdə otururam. Yaxþý þeiri oxuyanda isə sanki uca Ləlvərin (Borçalýda daðdýr) əsrarəngiz zirvəsindən ucu-bucaðý görsənməyən þahanə Borçalý ellərinə boylanaraq bu gözəl tarixi Vətənimizi sevmək, sevmək ... onun gözəl hüsnünə þirin-þirin qoþmalar, gəraylýlar, bayatýlar... qoþmaq istəyirəm. Bu istək məndə hər an yarana bilər, çünki mən hər an yaxþý þeirin soraðýndayam...
Nizami MƏMMƏDZADƏ, "ZÝYA" qəzetinin baþ redaktoru
Sosyal Medyada Paylaşın:
Nizami Memmedzade Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.