- 512 Okunma
- 1 Yorum
- 0 Beğeni
Islam və Qadın
Bugün dünyada cərəyan edən əsas problemlərdən biri də cəmiyyət arasında qadının ikinci planda qalması, haqqı olan dəyəri görməməsi, əzilməsi, şiddətə və təhqirə məruz qalmasıdır.
Qədim zamanlarda sübut olumuşdurki, qadına baxış heçdə yaxşı olmamışdır. Məsələn, yunanlılar qadını şeytan kimi təsəvvür edirdilər. Bəzi ölkələrdə isə qadını bazarlarda bir mal kimi satırdılar. İranda qadınları bəzi müddətlərdə otağa bağlıyıb onlara yaxın durmurdular. Hindistanda əri ölmüş qadının ondan sonra yaşaması razı olunmaz idi. Qədim Misirdə isə Nil çayının səviyyəsi aşağı endiyi zaman bir qız uşağı qurban niyyətinə çaya atılırdı. Çin və bu kimi bir çox ölkələridə bu siyahıya daxil etmək olar.
Yalnız ölkələrə məxsus olan bir vəziyyət deyil, eləcə də qədim dinlərdə qadına verilən dəyər bir o qədər ürək açan olmamışdır. Məsələn, Atəşpərəstlik dinində olduğu kimi. Atəşpərəstlər qadına əşya kimi baxırdılar. Qadın onlar üçün o qədər dəyərsiz idi ki, hətta danışmaqdan, fikirləşməkdən belə məhrum edilmişdi. Onların düşüncələrinə görə qadın heç bir ixtiyar sahibi ola bilməzdi.
Lakin yaşadığımız dövrdə bir çoxlarının müasirlikdən kənar adlandırdığı İslam dininin dünyanı şərəfləndirməsi ilə qadına olan baxış bir qədər də olsa dəyişikliyə məruz qalmışdır. İslam dini dünyaya zühur edəndən bəri insanların əsasəndə qadınların haqq və hüquqlarını qorumaqla nəzərə çarpır. Müsəlmanların müqəddəs dini olan islam dininin qadınlara olan münasibəti heç də kişilərə olan münasibətindən fərqlənmir. Surələrin birində deyilir: «Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puç çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir)....»
İslam Peyğəmbəridə (s.ə.v) kişiləri qadınların haqq və hüquqlarını qorumağa çağırır və bu barədə olan fikrini bu sözlərlə ifadə etmişdi: “ Qadınların haklarını yerinə yetirməyə və haksızlıq etməkdən çəkinməyə dəvət etmişdir. Yoxsa Allahdan qorxun! Çünki siz onları Allahın əmanəti olaraq aldınız.”
Sevgili Peyğəmbərimiz (s.ə.v) təkcə söylədiyi sözlərlə deyil, eyni zamanda ətrafında olan qadınlara göstərdiyi hörmət ilə də qadının nə qədər dəyərli olduğunu sübut etmişdir. Peyğəmbərimiz (s.ə.v) sevimli qızı Fatiməyə xüsusi ehtiramla yanaşaraq, onu cahiliyyət dövründə, hər kəsin xurafi adət - ənənələrə inandığı bir zamanda xüsusi qayğı ilə böyütmüş və insanların qəlblərində qız uşaqlarına olan məhəbbəti daha da artırmışdır. Peyğəmbərimiz (s.ə.v) buuyurur: «Öz qızlarınızı yaramaz (xoşa gəlməz) saymayın! Həqiqətən, qızlar insanın ən gözəl və qiymətli ünsiyyət simvoludur.»
Hədislərin birində belə buyurulur:«Övladlarınıza hədiyyə verərkən ədalətə riayət edin! Oğlanlara və ya qızlara hədiyyə verməkdə tərəddüd edərsinizsə, bu zaman qızlarınızı seçin.»
Qadını əşya, qul, dəyərsiz bir varlıq kimi göstərənlərin əksinə olaraq , Allahın Rəsulu belə buyurub: «Sizlərdən ən xeyirliniz , ən üstününüz həyat yoldaşına və qızına mehriban olanınızdır.»
Bugün islamın qəlbi sayılan ərəb ölkələrində bir zamanlar, yəni islamiyyətdən əvvəl qız uşaqlarını diri - diri basdırırdılar. Kəbənin ətrafında belə qadınlar çılpaq dolaşırdılar. Bu pis adət - ənənələr islam dini gəldikdən sonra dəyişmişdir.
İslam dini oğlanla qız arasında heç bir fərq qoymadığını dəfələrlə qeyd edir, hətta qız övladının dünyaya gəlişini Allahın mükafatı, hədiyyəsi olaraq qiymətləndirir. Hətta müqəddəs Qurani – Kərimdə qızın doğuluşu Allahın ailəni qiymətləndirməsi, ehsanı kimi dəyərləndirilir. Bu məqamda gözəl bir kəlamı sizlərlə bölüşmək istərdim: «Qız övladlarını böyüdüb, onlarla yaxşı rəftar edənlər üçün qızları Cəhənnəm atəşinin müqabilində sədd olacaq və valideynlərini qoruyacaqdırlar.»
Surələrin birində belə deyilir:«Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradar, istədiyinə ancaq qız, istədiyinə isə ancaq oğlan verər.»
Allahın qadınlara bəxş etdiyi gözəl dəyərlərdən biri də qadının ana olması hüququdur. Sevgili Peyğəmbərimiz (s.ə.v) Həzrəti Məhəmmədin buyurduğu kimi: «Cənnət anaların ayaqlarının altındadır.» Görün Allahu Təala qadını necə gözəl yaradıbdır ki, ona belə bir fəzilətin sahibi olmağını nəsib edib. Uca yaradan qadınlara bir insanı dünyaya gətirmə (təbii ki, allahın izni ilə), onu böyüdüb boya başa çatdırmaq, onu tərbiyələndirmək kimi ağır və məsuliyyətli bir işi həvalə edib. Əgər bugün biz cəmiyyətin gedişatından narazıyıqsa, bilinki bu bizlərində günahıdır. Elə bəlkədə cəzasıdır. Allahın bu qədər dəyər verdiyi varlığa biz qulların lazımı dəyəri verə bilməməsi və ya həmin qadının özünü dəyərsiz hala salması bugün cəmiyyətin məhvinə səbəb ola biləcək qədər çox mühim amillərdən biridir. Bugün biz qadınların qarşısında gözəl bir neçə nümunəvi qadın, ana örnəkləri var. Məsələn, Həzrəti Fatimə xanım. Ona tərbiyəvi nümunə olan anası Həzrəti Xədicə xanım və bir çox islam qadınlarını misal çəkmək olar.
Belədir ki, dinimizi bilməyən bir kimsənin İslam dininin qadına və insanlığa verdiyi dəyəri bilməsi və ya dərk etməsi ,sanki kor bir insanın bir şeyi görmədən onu izah etməsi kimidir. Yəni korun biri gecəyi gündüz gündüzü isə gecə sanar.Yəni onun üçün gecə gündüz qavramı yoxdur. Digəri isə hiss etməyə çalışar.Onun üçünsə könül gözü işiq tutar gecəylə gündüzünə. Başqası isə görür Allahu Təala ona göz verib amma o birinci kor qədər şuursuzdur, ikinci kor qədər isə mənəviyyat sahibi deyildir. Önəmli olan necə baxdığın deyil baxanda gördüyünün fərqinə varmaqdır. Sözümün məqsədi odur ki, görənlə görməyən bir olmadığı kimi bilənlə bilməyən, düşünüb doğruyu gördüyü halda yenədə yanlışa yönələn də bir deyil. İnsan var maddi kordur insan var mənəvi Allah bizi mənəvi korluqdan qorusun.
Son söz olaraq da bunu bir daha xatırlatmaq istərdim ki, hər qadın bir kişinin ya qızıdır, ya bacısıdır, yaxud da anası və ya xanımıdır. Məhz bunun üçündə qadınlara pis heç nəyi rəva bilməməli, onlara layiq olduqları dəyəri,sevgini, qiyməti verməyi bacarmalıyıq.