- 694 Okunma
- 0 Yorum
- 0 Beğeni
FRANSA QOXUSU(38)
Qorxu, quşqu, təhlükə….
Mavi pişik hara üz tutur sayğısızlıqla üzləşir.
Kimə qarındaş deyir, qatırdaş çıxır!
Kimə yarındaş deyir, qırımdaş çıxır!
Kimə sarındaş deyir, satırdaş çıxır !
Böylə acınacaqlı durumdan özünü qurtarsın deyə, Edilli meşəsinə qaçır.
Edilli meşəsi səsli-süslü idi. Hər bir səsdən diksinir. Birgün günəş doğar-doğmaz bir ağacın budağına dırmaşır. Bir aslanın ağaca yaxınlaşdığını görüb qorxu, quşqu, təhlükə duyar. O, gəlib ağaca sürtündüyündə:–
–Mavuu, mavuuu!
mavuldayır Mavi pişik. Aslan ağacın son budağına baxıbda:–
–Orda nəgəzirsən balaca Aslan?
–İlan vıran çatıdan da qorxar demişlər!
–Məndəndə mi qorxursan?
–Mavuuu…!
–Biz ki bir soydanıq!
–Mavuuu…., nə olsun ki soydaşıq!
–Hələ soydaşlıq bir yana qalsın. Sən, bacımın oğlu deyil sən mi?
–Mavuuu…, yox!
–Belə şaka olmaz, bacı oğlu düş yerə!
–Mavuuu…, nə üçün?
–Qonuşalım, paylaşalım, qoxlaşalım!
–Mavuuu…, öncə soruma yanıt ver. Sonrasına da baxarıq!
--Eşidirəm bacı oğlu!
–Mavuuu…, de görüm dostlarına, qarındaşlarına baş çəkirdin mi?
–Bənə, günaşırı dost-tanışlara gedərəm. Qarındaşlarımı yada salıb da, evlərinə baş çəkərəm. Zamanım olmadıqda telfun edərəm ya da facebook da yazışaram!
–Mavuuu…, bacı oğlun olsaydım, onda tanıyardın məni!
–Baxsana!
–Baxıram sana, mavuuuu!
–Bığın bığımın, quyruğun quyruğumun, tüklərin tüklərimin, gözlərin gözlərimin özüdür. Bu qədər oxşarlıq yetərli deyil mi?
–Mavuu…, Aslan dayı!
–Eşidirəm doğma-doğuş bacım oğlu!
–Mavuu… ,kimsəyə boşu-boşuna inanmaq, başı qılınc ağzına vermək deyil mi?
–Səndə düz deyirsən bacı oğlu, doğurdan haa! Nədən böylə balaca qalıbsan?
–Mavuu… ,yaralı yerimə toxundun Aslan dayı. Tanrı heç bir canlını anlamaz əlinə salmasın. Mən meşə pişiyi deyiləm, anlamaz əlindən qaçmışam. Mənim çəkdiyimi, səndə çəksəydin haaa… cücə boyda olardın Aslan dayı!
–Qadan alım bacı oğlu. Dərdli aslana oxşayırsan. Anlamaz necə olur? Göstər mənə, bu saat onun aşını pişirim!
–Mavuu… ,anlamaz dörd ayaqlı deyil, meşədə yaşasın. Onlar, iki ayaqlıdır. Bizdən ayrıq olaraq kəndlərdə, şəhərlərdə yaşayırlar!
–İki ayaqlılar nədən anlamazdırlar?
–Bütünlükdə, onlara anlamaz demək olmaz!
–Onları bir-birindən necə ayırmaq olur?
–Mavuuu…, Aslan dayı!
–Həəə, bacı oğlu!
–Mən ölüm, burax bu sözləri. Get, işinin ardını tut!
–Bacı oğlu qorxu, quşqu, təhlükə içində yaşayırsan. Səndən qarındaş, sarındaş, yarındaş, çıxmaz mənə. De görüm; anlamazla anlayanı necə ayırmaq olar ? Məni başasal çıxım gedim!
–Aslan dayı!
–Hə, qadan alım!
–Mavuuu…, onda eşit. Anlamazlar özlərini anlamdıqdan, özlərini yekə baş sanırlar. Hər yerdə də qurbağa kimi quruldayırlar. Harda aş olursa, orda qaşıq olurlar. Onların birinci işi qandırmaqla tuzağa salmaqdır!
–Bacı oğlu, eləbil azarlamısan haaa. Belədə iş olar mı?
–Dayı, dedim da başına gələn başmaqçı olar. Onagörə də inanmırsan. Bir neçə örnəklə başa salaram səni. Bizim Uzunqulaq, bir kərə bataqlığa düşərsə, ikinci kərə başına hər oyun açsan da bataqlığa düşməz. Elə səni deyim. Qarnın üstünə ağac götürəndə, kimsəni tanımazsan. Qarşına çıxanı parçalarsan. Məndə sən kimi, aç olanda sıçanlara ürəyim acımaz. Çaynağıma keçəni qursağıma göndərirəm. Qursağımız doyan kimi ovçuluqdan əlçəkirik. Ancaq anlamazlar acgözlüdür. Dünyanı da versən yenədə gözləri doymaz onların!
–Bacı oğlu, sən iki ayaqlılar içində yaşadın deyi mi?
–Mavuu… , yaşadım!
–Onda tanrı yardımcın olsun!
–Mavuu… , yox aslan dayı. Mən bir gözəl iki ayaqlıyla yaşayırdım. O, məni başa düşürdü.
–Onda Edilli meşəsində nəgəzirsən?
–Mavuu…, yaramı deşdin dayı. Mən Bayındır adlı iki ayaqlının pişiyi idim. O, məni Fransa Qoxusuyla çimizdirməz idi. Çünkü Fransalılar sudan qorxan köpək kimidirlər. Özləridə qoxuları kimi pis qoxuyur. Mavuuu…, Aslan dayı eşidirsən mi?
–Eşidirəm!
–Bayındır baba, qucağına alıbda tüklərimi darayardı. Özümü ağgünlərin düşbakanı sanırdım. Hayıflar olsun, hamsını itirdim!
Nə üçün?
–Bir gün Bayındır azarlayıb yatağa düşür və dostuna tapışırır məni!
Bu anda qorxu, quşqu, təhlükə zilini çalır. Mavi pişik ucadan mavuu mavuu:–
–Aslan dayı, bir iki ayaqlı meşəyə sarı gəlir!
Aslan oyana-buyana boylanıbda:–
–Görməyirəm bacı oğlu, göstərsana!?
–Ana caddədən meşəyə sarı gəlir!
–Söyləmini sınayacam. Anlaqlı olursa, uğurlar olsun. Anlamaz olursa, parçalaram!
–Mavuu…, bu işdən vaz geç dayı!
–Olmaz bacı oğlu. Baxtına biri anlamaz çıxıb, o demək deyilki bütün iki ayaqlılar yırtıcı olmuşlar!
–Sanki məni başa düşəmədin. Onda özün bilərsən, Aslan dayı. Ancaq unudma ki; qorxu, quşqu, təhlükə zilini çalır!
–Bacı oğlu, olduğun yerdə qal gəlirəm!
Aslan ana cadəyə sarı yürüyür. Yol qırağında oturub yolçunu gözləyir. Bir neçə andan sonra:–
–Ay salam əleykum, iki ayaqlı oğlu iki ayaqlı!
–Əleykum salam, Aslan oğlu Aslan!
–Mən səninlə dostluq etmək istəyirəm!
–Aslan oğlu aslan, məndə məşə bəyiyəm. Sənin kimi bir dostu göydə arayırdım. Aşq olsun ulu tanrımızaki; yerdə əlimə düşürdü!
Məşə bəyi, torunu yerə səribdə:–
–Aslan oğlu Aslan, torpaq yançaqlarını ağrıtmasın deyə, gəl yumuşaq torun üstündə otur. Sonrada qardaşcasına dərdləşək!
Aslan yerindən qalxıbda torun lab ortasında əylənir. Məşə bəyi onun tüklərini Fransa qoxusu çiləyərək tumarlayır. Heybəsindən birazca Fransa çörəyi çıxarıb, aslanın ağzına qoyur. Cibindən darağını çıxarıb, aslanın bığlarını darayır. Kürəyi üstündə yerə uzadıb da, qabırqalarını ovalayırkən:–
–Bu günə qədər böylə sevgi görmüşdün mü iki ayaqlılardan?
–Yox, görmədim.
–Sən Edilli məşəsinin sultanısan. Sayğıyla, qayğı gərəkir. Dırnaqların uzanmış sultanım. Bunları qısadalım mı?
–Həəə, necə istərsən!
Məşə bəyi, dırnaq qıranla onun bütün dırnaqlarını dibindən qırır.
–Aslan oğlu Aslan, nə gözəl dərin vardır!
deyib çəkir torun ağzını bağlayır. Öncə çomağıyla aslanın qol-qabırqasını əzişdiribdə:–
–Mən, məşə bəyi deyiləm. Fransa ovçusuyam. Sənin dərin mənə gərəkdir, dostluğun deyil!
Aslan dayı, mavi pişiyin dədiklərini anılarkən ağrılar içində toru dişləriylə yırtıb qaçır. Özünü Mavi pişiyin yanına yetirirkən:–
–Qorxu, Quşqu, Təhlükə!
–Düz deyirmişsən, SƏN !
Altun öykülar(hekayələr) evi-38
M. Ərğəvan
04/01/20
YORUMLAR
Henüz yorum yapılmamış.