- 2884 Okunma
- 1 Yorum
- 0 Beğeni
cebhe gündeliyi
Birinci hissə
1983-cu ilin may ayinda axir ki,gözlədiyim “göndəriş” gəldi.Mən butun proseduralari kecərək Biləcəri toplaniş məntəqəsinə yollandim. Rəhmətlik atami nə qədər dilə tutsam da o qarabaqara arxamca duşərək ora gəldi. Toplaniş məntəqəsi həmişə olduğu kimi basiriq idi.Burada hər növ ordu növlərindən alicilar var idi.Soz cixdi ki MOSKVADAN alicilar gəlib,100 manatdan yiğaraq “stroybata” yğirlar.Atam xəbər tutaraq tez mənə 100 manat verərək tapşirdi ki,onlari tap və yazil. Onlari isə axtarmaq da lazim deyildi.Meydanin ortasinda qul bazari acmişdilar.Bu arada cox gözəl geyimli,başlarinda beret olan bir zabit və üc əsgər gordum.Onlardan kim olduğlarini soruşanda “hava desanti qoşunlarindan “gəldiklərini bildirdilər.Cox hirsli idilər.”Cto za barani ,tolko stroybate slujit xotyat” deməkləri mənə toxundu.100 manati cixarib zabitə uzatdim ki,spyüş söymə,məni də yaz oz dəstənə və “baran”anlayişin yox olsun.O isə təəccublə mənə baxaraq “A mi deneq ne berem, ti mne ponravilsya paren, i vidno ti russkim xoroşo vladeeş, i vid u tebya zdoroviy” dedi. Yanindaki əsgərlərin də üzünə təbəssum qondu. Bir necə nəfər də bizə könullu qoşuldu və qalanlarin da voenkomatdan bizə qatdilar. Getmək vaxti gəldi.Valideynləri icəri buraxmirdilar deyə onlar bizi cixiş qapilarinda gozləyirdilər.Atami gordum ,o hami kimi siranin yaninda gedərək nigaran baxişlarla yaxinlaşmaqa calişirdi.Zabitlə aram yaxşi olduğundan ona dedim: Tovariş starşiy leytenant(o vaxt hərbi rutbələri bilirdim) razreşite nam proşşatsya s roditelyami. O mənə təbəssumlə baxib dedi: nu ti daeş paren,ti im skaji cto u nas na vokzale budet 3 casa vremeni i ya razreşu vsem vstrecu s roditelyami,tolko skaji ctob ne rasxodilis po uqlam.Mən qişqiraraq onun sozlərini hamiya catdirdim.Bir sevincli canlanma əmələ gəldi.Beləcə mən həm tərcuməci həm də vasitəciyə cevrildim.Budur Biləcəri vaqzali. Elə bil müharibəyə gedirdik.Hami bizə nigaran baxişlarla baxirdi,qadinlar baş örtuklərinin ətəyi ilə göz yaşlarin silirdilər,kişilər qəhərlərini udqunmaqla dəf etməyə calişirdilar.Atam sadə bir dəmiryol fəhləsi idi və təbiətcə cox sakit və fağir adam idi.Ona pulu zorla qaytarib secimimin başqa olduğunu dedim.O isə sadəcə sakit baxişlarla məni suzərək başini ciynimə qoydu!( Bu sətirləri yazmaq necə də ağir və hüznlüdur İLAHİ) Cox kədərli bir hal yaşanirdi o üzücu saatlarda,analar oz əsgər balalarini oz əlləri ilə yedirtməyə calişirdi.Bir cox atalar mənə yaxinlaşaraq 25-50 rubl təklif edirdilər ki,zabitə verim və uşaqlarini yaxşi yerə duzəltsin.Mən bunu zabitə deyəndə o güldu: Skaji im cto mne denqi nenujni i vse budut slujit leqendarnix desantnix voyskax SSR. I pust ne bespokoyatsya-dedi.Hec vaxt atami belə gorməmişdim,elə bil sözü qurtarmişdi,ailənin tək umidini 2 il görməmək ağir gəlirdi ona. Elə hey deyirdi darixma,bilirsən ki,pulumuz var,işləyirəm,evlərdə rəngsazliq edirəm,səni ehtiyacda buraxmaram,yanina da gələcəm.Düzü icimdə qarişiq hisslər olsa da özümu artiq böyuk hiss edirdim və ona ürək-dirək verməyə calişirdim.Hər yanimizdan kecən”Səhər salamat gələsə bala” deyərək bizə nə isə verməyə calişirdi,vaqzal alverciləri də əllərinə kecəni torbamiza basirdi. Qatar fiti! Bu Qatar fiti elə indi də qulaqlarimdadir və yəqin bu fit məni oz qayqisiz usaqliq illərimdən ayiran bir sədd idi.O illərdən ki,orada ayaqyalin Sovet kucəsindən aşaqi dramanin yanina qədər qacaraq aciqliqda oynayib kecən maşinlara baxmağimiz,yaşli ”girdovoy” dediyimiz sahə muvəkkili ŞAMXAL əmini cinlətməyimiz, ”şor hamaminin” daminda oturub “Timur və onun komandasi, Tom Soyerin macaralari, Səfillər “ roman və povestlərini oxumağimiz,15 il sibirdə sürgündə olmuş ƏLİQULU kişinin hekayələrinə qulaq asmağimiz,həyətdə yiğişaraq bərkdən mubahisə edərək nərd oynayan HACİƏLİ və ŞAGEN(o BAKİ ermənisi idi) dayini “podderjka” eləməyimiz,qonşu NƏSİBƏ xalanin tut ağacina dirmanmaqimiz,damlarustu qacişimiz qalmişdi. O illərdən ki,məktəbə ilk addimlarimiz,portfeli bir-birimizin təpəsinə cirpmağimiz,o illərdən ki,artiq sinifdə və məhəllədə gözəl qizlara göz qoymapimiz və ən əsasi birinci sevgimiz qalmişdi.Qatar fiti. Bu fit yəqin butun omrum boyu məni izləyəcək bir nostalji musiqidir ki, bu musiqidə bir həsrət,bir istək,bir hüzn,bir məhəbbət var!Qatar fiti, və hamini lərzəyə gətirən ayriliq marşi! Hami ayağa qalxir və axirici dəfə öz uşaqlarini yenidən qucaqlayir,qadinlar aqlayir,biz siraya duzuluruk.BAKİ-ROSTOV qatari platformaya daxil oldu.Elə bu zaman qulaqim şən bir ciğirti eşitdi: məmə, bəsdi gözunun qorasini sixdin daaa,gözun kişidə olsun qacar indi dul qalarsan!Və bunun ardinca coxunu şokdam cixaran şən bir qəh-qəhə.Bu bizim sonradan “SİYƏZƏNLİ” cağirdiğimiz Alimin sozləri idi. Atami görən vaqon bələdcisi onu qucaqlayib dedi:Musa kişi sənin də oğlun gedir? Arxayin ol gözum ustundə olar.Biz plaskart vaqona doluşduq,hami pəncərədən asilib əl eləməyə başladi,Qatar tərpəndi və yenədə analarin goz yaşi axmağa başladi,qatarin yani ilə qacmaqa başladilar.Atam isə əlini qaıdirib mənə yeııədi.Bu qabarli əllərdə nə qədər hikmət vardi İLAHİ,bu əllərin ruzisi danilmaz şirinlik və danilmaz bərəkət rəmzi idi. Bu əllər həyat adlı bir nahamar yolda mənim qolumdan tutaraq büdrəməyə qoymamış, bu yolların yıxılmaz yolcusu etmişdi !ƏLLƏRİNƏ QURBAN ATAM!
Qatar təkərlərinin taqqiltisi bizi doğma yurddan ,doqma torpaqdan,vətəndən,anadan,usqliqdan,qayğisizliqdan ayirararq məchulluğa aparirdi.Bir hüzn vardi bu taqqiltida,bir həyəcan,bir boşluq vardi.Elə bil bir bədəndən cani ayirirdi bu taqqilti.Bu taqqilti hər səsi ilə bizləri AZƏRBAYCAN,BAKİ deyilən doğma məkandan ayiraraq qərib bir diyara RUSİYAYA aparirdi. İlk anlarada ağir bir sükut var idi vaqonda,hətta aşağı oturacaqda oturub uşaq kimi icini cəkən (sonradan AŞOT dediyimiz) SAMVEL POQOSYANİ da sakitləşdirmək hec kimin ağlina belə gəlmirdi.Yenə SİYƏZƏNLİ dadimiza cardi.O AŞOTU öz qardaşi kimi qucaqlayaraq başini sinəsinə sixib: -ə yekə kişisən ağlamaq nədir? Ölümə aparirlar bizi?Papağimizi firladacağiq 2 il kecəcək.(Lənət olsun o papağa və onun firlanmağına-lənət)Mənum dərdimsə böykdür,atam yəqin cixdi aradan məmə dul qaldi,aranizda dul atasi olan yoxdur ki?məməni verib qardaş olardiq-deyə yenə qəh-qəhə cəkdi.Bu qəh-ğəhə elə bil kədər adli iblisin belini qirdi,AŞOT DA gulməyə başladi və yavaş-yavaş aləm bir birinə qarişdi.Obiri tərəflərdən də səsimizi eşidib bizə yaxinlaşdilar və taniş olmağa başladiq! Məlum oldu ki biz 28 nəfərik,onlardan 2 erməni 2 BAKİ uşaği,qalani isə muxtəlif rayonlardan idi.
Qatar gedir, pəncərə arxasinda günəş qüruba yaxinlaşitdi.AZERBAYCANIMIN hər guşəsi mənə əziz olduğu ücün gözümü pəncərədən ayira bilmirdim,şimal rayonlarindan olan uşaqlar oz stansiyalarina catdiqca pəncərədən boylanaraq onlari stansiyada gozləyən qohumlarina əl edib onlarla sağollaşirdilar.Vaqonda isə artiq şənlənmə öz axarinda idi.Yenə SİYƏZƏNLİNİN qişqiriğini eşitdik:-nə var alə oturub hirildaşirsiniz?acindan qarnimizda dumbul calirlar,cixarin neyiniz var.Hami bu sozə bənd imiş kimi torbadakilari stola boşaltmağa başladi,nə istəsən vardi,hami evladina ən əziz saydiğini qoymuşdu,mənim torbamda atami aldiqi( o zamanlar bu tapilmayan şey idi və əl altdan baha qiymətə satilirdi)2 servilat kolbasa,anamin qoyduğu Hooland pendiri və pirojkilər,nənəmin passaj bazarindan alib bişirdiyi toyuq,NƏSİBƏ xalanin bişirdiyi paxlavalar,atamin evini təmir etdiyi bir nardaranlinin gondərdiyi asetrin balığinin hisə verilmişi var idi. Stol dolub daşirdi.Bu zaman mən SİYƏZƏNLİYƏ dedim: ruslar yaddan cixib aaa,bəlkə hec yeməkləri yoxdur?O dedi bu dəqiqə və hamina elan elədi.Qisasi o qədr şey yiğildi ki,bir “veşmeşoka” toplamalı olduq.Getdim obirisi vaqona gordum rus komandirimiz oturub uc əsgərlə,qabaqlarinda corək və “tuşonka”.Dedim: pocemu vi sidite tak otdelno ot nas? Mi je teper odna semya,rebyata vam vot sobtrali,davayte k nam ili vozmite eto.Baş leytenant gulumsəyib dedi: spasibo brat,nam ne razreşayut brat u vas cto to,ato nas nakajut. Mən dedim:Vi oşibaetes,krome vas tut nikoqo iz nacalstv net i mi xotim ctobi vi pitalis toje,u nas vse est.Torbani ona verdim. O gulumsəyib goturmək istəməyən əsgərlərə işarə verdi və onlar torbani aldilar.
Saatlar kecir,Qatar bizi daha da uzaqlara aparir,uşaqlar artiq yuxulamağa başlayirdilar.Mənsə yata bilmirdim.Yuxari qatda uzanib pəncərədən ötən cöllərə,uzaqdakı dağlara,meşələrə baxaraq fikrə dalmişdim.Fikrim evdə idi.İndi yəqin evimizdə işiq yanir,anam cay dəmləyərək atamin qabağina qoyub,o isə məni duşunur,cay soyuyur,anamin gözləri dolur, ona demək istəyirəm:
BİLSİN ANA TORPAQ,EŞİTSİN VƏTƏN
MÜSƏLLƏH ƏSGƏRƏM, MƏN DƏ BU GUNDƏN!
Amma bu sözlərim icimdə qalaraq ona catmir,o yəqin ki,başqa analar kimi ağlayir və atam da ona təskinlik verir.Amma bu adamin ozunə təskinliyi kim verəcəkdi ki?
Yenə otən mənzərələr,otən dağlar,geridə buraxdğim AZƏRBAYCAN-CANDAN ƏZİZ –CAN
DAĞLARİNİN BAŞİ QARDİR,
AĞ ÖRPƏYİN BULUDLARDİR,
MURƏKKƏB KECMİŞİN VARDİR,
BİLİNMƏYİR YAŞİN SƏNİN,
NƏLƏR CƏKMİŞ BAŞİN SƏNİN.
Allah sənə rəhmət eləsin ay SƏMƏD VURĞUN!
Budur DƏMİR QAPİ DƏRBƏND vətən torpağinin axirinci nöqtəsi.Mozdokdan bizə Dağistanlilar və Cecenlər qoşuldular.Cox mərd və düzlük sevən uşaqlar idi.Sonralar onlardan biri Muhammed(cecen) ilə bilməzdim ki,yollarimiz bir olacaq və bu yolda onu faciəli şəkildə itirəcəyəm.Amma bu sonralar olan bir hekayətdir .Biz ROSTOV səhərinə gecə yarisi catdiq.Baş leytenantin mənə dediklərini qişqiraraq hamina catdirirdim.Cunki aramizda rus dilini bilən az idi.Oradan başqa qatara otuqrub məcarasiz ODESSA şəhərinə gəldik,buradan da kicik şəhər olan, MOLDAVİYA sərhəddində,əsası hərbi hssələrdən olan BOLQRAD səhərinə gətirdilət bizi.Burada 52432 sayli hərbi hissənin ərazisinə daxil olduq və bizi hərbi geyimlə geyindirdilər.
(BİRİNCİ HİSSƏNİN SONU)
IKİNCİ HİSSƏ
Hərbi geyimi əynimizə alar-alamaz bizi əməlli başli hamamladilar.Təzə paltarda lap göbələyə oxşayirdiq,hami bir-birinə gülürdu.Doğurdan da paltarlar bizi tamam dəyişmişdi,baş qirxiq,paltar təzə,uzunboğaz cəkmədə. Mutləq burada SİYƏZƏNLİNİN səsi eşidilməli idi və eşidildi də:-alə lap kolxoz pomidoruna oxşayirsiz,mən ölum nə yeriniz konserva zavoduduu. Ozu icə bizdən dala qalmazdi.Erməni balasi yenə tutqun idi.Biraz ana uşağina oxşayirdi,bir şey olan kimi az qalirdi gözunun yaşini töksun ovcuna. İndi də ağlamağa məqam axtarirdi,boynundan asdği xaci cixarmişdilar.Oğurlamamişdilar,amma icazə yox idi,elə bizimkilərin də boynunda olan dualari cixarmişdilar.Ona yaxinlaşaraq :Aşot bəsdi burnunu salladin,dedilər axi olmaz.O isə cavabinda dedi ki,bunu anam bağişlamişdi.Dedim eybi yox evə gedəndə anan sənə daha yaxşisin alar.Kaş dilim quruyaydi, o icə dahada kövrəlib:-atamla anam 1 ildir qaz partlayişindan evdə ölublər – dedi.Ayaqlarim yerə yapişdi.Bircə onu bildim ki bizi gətirən zabitə yaxinlaşib bunu dedim və yalvardim ki,qaytarsinlar.O isə : olmaz dedi,yoxlasalar yenə alacaqlar onsuzda,amma calişaram.O xaci gətirdi.Bir o yadimdadir ki Aşot(Samvel) necə xaci alanda hönkurdu,lap uşaq kimi.Onu sakitləşdirəndə bir mayor( rusca): bu nə uşaq baxcasidir belə deyə bağirdi,mənsə ona Azəriycə:Mazandaranda caqqal azdi,biri də gəmi ilə gəldi,nə eşşək kimi anqirirsan,xaxol kopeyoğlu –dedim.O ise : Curka dilində bilmirəm rusca daniş deyə yenə bağirdi.Mənsə (rusca):curka sənin atandir -deyə ona bağirdim.Onun gozləri az qaldi pirtlayib cixsin və az qaldi məni vursun ki bir podpolkovnik: ostavit!(bəsdirin) deyə qişqirdi və mənə yaxinlaşdi.O:-bilmirsənki zabitlə belə danişmaq olmaz? Axi sən kucədə deyilsən,ordudasan.Hələ ona caqqal da dedin,kopeyoğlu dedin. Gozlərim indi mənim az qaldi pirtlasin təəccubdən,axi mən Azəri dilində söymuşdum.O mənim caşdiğimi görub gulumsədi va Azərbaycanca biraz siniq ləhcədə: bir də belə etsən səni həbs edəcəm- dedi.Ondan nə isə soruşmaq istədim o isə rusca:15 il KİROVABADDA xidmət edib yaşamişam dedi və getdi.Mayor isə hələdə məni qanli nəzərlərlə suzurdu.Hardan biləydim ki,bu sonradan mənim ən cox sevdiyim həqiqi insan,həqiqi komandir,həqiqi hərbci,həqiqi doyuş yoldaşi olacaq mayor ŞAPKADİR? O hələdə mənim ağrili xatirələrimin sakinidir,onun səsi,onun gülüşu,onun komandalari hələdə məni o anlara aparmaqdadir.Onun Əfqanistan sərhəddində mənə dediyi bir soz öluncə yadimdan cixmayacaq: həyati elə yaşa ki,geriyə boylananda kecdiyin yolda ancaq yanmiş korpulər qaldiğini görməyəsən,cunki artiq qayitmağa şansin olmayacaq!Ehhhh,hardan biləydim ki bu sozlər ancaq mənim taleyim ücün yazilib.Nə isə o vaxta hələ cox qalmişdi və biz maşinlara doluşub hərbi hissədən 18 km uzaqda olan təlim mərkəzinə yollandiq.Axşam düşürdü,birdən burnuma taniş qoxu dəydi,bilmirəm bu torpağinmi,otlarinmi,cicəklərinmi ətri idi,amma cox doğma bir ətir idi.Bu ətir mənə Fatmayidaki bağimizi xatirlatdi.O bağda mənim ən sevimli duyğularim qalmişdi,o bağda ağaclar altinda ən pak anlarim yatmişdi.Nənəmin mənim ucun saldği palaz və yastiqda uzanaraq başimin ustundəki ağacin yarpaqlari arasindan gunəş sualarina baxdiğim saatlar bir yuxu kimi kecdi gozlərim onundən,elə bil bu anda hələ burnuma sac ustundə bişən yaymanin da ətri gəldi.Maşin dərəyə duşub bərk silkələndi və mən bu yuxudan oyandim.Birdən hiss etdim ki,gozlərim yaşdir və bu olaydan bərk təşvişə duşdum.SİYƏZƏNLİ görseydi deyəcəkdi: nə oldu sənə?Aşota əriştə kəsən sən deyildinmi?Amma hami sakitcə murguləyirdi. Dilimin ucunda :Yenə o bağ olaydi,yenə yiğişaraq siz o bağa köceydiniz- demişdim ki,yan tərəfdən : Biz də muradimizca fələkdən kam alaydiq,sizə qonşu olaydiq-eşitdim.İnanin ki dəli olmaq həddinə gəldim,bu bütün yol boyu bir kəlmə də danişmayan Sahib idi.O mənim baxdiğimi gorub:Allah Mikayila rəhmət eləsin,mənə belə baxma rayon cuşkasi olsam da muəllim ailəsində böyümüşəm-dedi.Dedim :Sahib niyə elə deyirsən?Sənə cuşka deyənin atasidir cuşka.Gordum Qeybulla mənə tərs-tərs baxdi.Bu təbiətcə cox iyrənc xasiyyətli və yaltaq uşağa oxşayirdi.Zavmaq balasi idi,pulunu voenkomatda alib ,ozunu stroybatla səhv salmişdilar.Kimsə səhvən onun yerinə Moskvaya getmişdi,bu isə bura.Sabuncudan idi.Elə vaqonda da gələndə torbasini bizdən gizləyib tək başina yemək yeyər,papağini qucaqlardi.Sonradan bildik ki,papaqda 120 rubl pulu var.Axmaq adam əsgərliyə getdiyimcün göruşməyə gələn qohumlar cibimə 300 rubl basmişdilar və onun yarisini artiq yolda uşaqlara xərcləmişdim!Nə isə Qeybulanin baxişindan işin nə yerdə olduğunu anlayib tutdum yaxasindan dedim:alə maygulu,bura sənincun atovun qasronomu deyil aa,burada cuşqa zad yoxdu,hamimiz bir ailəyik,elə eləməki səni boşayim dul qalasan! Uşaqlar guluşdu və Siyəzənli o başdan qişqirdi ki :mənim yerimə bir qapaz da sal o caqqalin başina.Amma mən onu buraxdim.Hər nə olsa oz zibilimiz idi(sonradan doğurdan da zibil olduğu aşkara cixdi).
Gecə təlim mərkəzinə catdiq və bizi doyunca qarabaşaq siyiği ilə yedirib yatirtdilar.Coxunun gozunə yuxu getmirdi,qurcalandiqlarindan bilinirdi.Ona gorə yox ki yatacaq pis idi yox,yatacaqlar təzə,ağlar isə təmiz idi.Amma doğma yatağin yerini verirdimi bunlar?
Səhər “podyooom”(qalxin) ciğirtisina oyandiq,hamimiz bir nəfər kimi yari geyinmiş bayira qacdiq,dedik görəsən nə olub? Maqomed dedi muharibə başlayib,hindular ustumuzə nizə ilə gəlirlər,mən tərcumə elədim,hami guluşdu.Starşina qisqirdi”ostavit smex(guluşu saxlayin),siradan kimsə qişqirdi:azzaaaaaaaar.Yenə guluşmə duşdu.Zabitin gorunməsi ilə hami səsini icinə saldi və biz qacasi olduq. Bu demə səhər idmani imiş.Yari qaca bildi,yari yolda qaldi,yari kolluğa girib gizləndi əlqərəz yenə meydana tolaşib idmani başa vurduq.Amma biraz urəklənmişdik,Aşot mənə əluzyuyanda dedi ki,biryerdə olsaq lap yaxşi olar,amma deyirlər ucebkadan sonra bizi ayiracaqlar,mən də dedim ki -daha dayanma indi buna gozunun qorasin six.Amma mənin gözlədiyimin əksinə dişlərin ağartdi.Bizə başqa rotalardan da rus uşaqlar qoşuldu və yeməkxanaya getdik!Birincu dəfə yağ gorəndə gulmək tutdu məni,50 qəpiklikdən biraz boyuk,yumru yağ,qənd 2 ədəd(yarispicka boyda)cay krujkada,dəmir boşqabda siyiq(manni) verdilər.Kimsə qişqirdi ki,soruş bu kərə yağidir? Dedim -yox ,balqabaq yağidir,gicləmə corəyini ye.Yenə guluşmə duşdu. Yenə starşina “ostavit smex”qişqirdi.Bayira cixdiq ,cərgəyə duzulub kazarmalara getdik,burada bizə yataği yiğmaği,poqon,boyun aği tikməyi,kazarmada davranmaği,rutbəlilərə muraciəti oyrətdilər.Hissənin nomrəsini deyib hərəmizə bir vərəq,bir paket,bir qələm verdilər ki,evə məktub yazin.
Bu mənim birinci məktubum idi:Canimdan əziz olan atam və anam,SALAM. Salamdan sonra əhvalimi xəbər almaq istəsəniz,mən sağ və salamatam,sizin də salamat olmağinizi ALLAHDAN arzu edirəm.Mama bilirəm ki,ağlayirsan bu məktubu alanda,amma ağlama,şükür Allaha yeməyə cörəyimiz,geyməyə paltarimiz var.Cox da cətin deyilmiş bu əsgərlik,deyərdim ki,bəlkədə biraz faydalidir.Səhərlər idman edirik,sonra yuyunub yemək yeyirik,sonra dərslər başlayir.Deyim ki,hərbi elmə cox marağim var,deyirlər bu yaxinda avtomatdan atacayiq,və hətta goydən yerə paraşutla tullanacayiq.Biraz cəkinsəm də cox maraqli gəlir mənə.Sən dayimin cani Papani cox fikir eləməyə qoyma,sən qadinsan ağlayib urəyini boşaldarsan ,amma o yaziq hec ağlaya da bilmir.Fikir edib xəstələnər sonra biz neylərik?Bir də fikir edəsi nə var ki,gör nə qədər ailələrdən burada uşaqlar var.Haminin da atasi anasi.Mama artiq uşaq deyiləm mən,o vaxtlar arxada qaldi.İndi istəyirəm ki,məni etdiyim nadincliyə gorə bağişlayasan,papadan da üzr istə yerimə,kişini cox incitmişəm.Yadimdadir qarli boranli bir gundə ağlayib ,kişini məcbur elədim ki,şəhərin butum mağazalarini gəzib mənə”ozuyeriyən tank “alsin.Yəqin indi o oyuncaq durur.Nənəyə də salam de ,deki gəlib aparacam onu yenə hind kinosuna,amma gozunun qorasini sixmasin klubda.Adam utanir. O dəfə Şaka dava eliyəndə kinoda başladi qişqirmağa ki,”milissoner yoxdu bunlari tutub apara”?Camaat başladi gulməyə.HACƏLİ,ŞAGEN(erməni),ƏLİQULU dayiya,NƏSİBƏ,ZARA(erməni),ZEYNƏB XALAYA məndən coxlu salam de.Bu qədər .Sağ və salamat olun,inşəAllah qurtarib gələcəm.
Sanki bu məktub məni biraz da böyütdu,yaşlandirdi,özümü boyuk kişi sandim o gün.Axşama yaxin bizi “poliqona “apardilar.Sialh vermədilər amma bütün silah və texnikadan atəş acib bunlarin nə olduğunu başa saldilar.ALLAH ozümüzkilər az imişkimi ozbəklərdə başladi soruşmağa ki,əkə-bu urus nə deyir.Oldum tərcuməci.Calişirdim uşaqlara rus sozlərini oyrədəm. Mukəmməl dili mən bilirdim bir də Aşot. Ikimiz də rus sektorunda oxumuşduq.Aşot biraz dircəlmişdi,hətta Azərbaycan mahnilarinida oxuyurdu hərdən,gitarani 3-cu rotadan serjantdan alirdiq.Ən cox sevdiyi mahni isə”QARAGİLƏ” idi.Bəlkə də öz taleyinə oxşar notlar tapirdi bu mahnida.Yəqin valideynlərini cox sevirdi,axi kim valideynini sevmir ki? Erməni olsada cox dindar idi,bizim dini də bizim uşaqlardan yaxşı bilirdi,bir kərə Moxamedə(cecen MƏHƏMMƏD) dedi ki, bilirsən adinin mənasi nedir? O dedi bu babamin adidir i vsyo.O ise dedi :MOXAMED ALLAXİN RESULUDUR-YENİ SECİLMİŞİ.A na arabskom tak budet:LA İLAXA İLLALLAX,MOXAMEDİN RASULALLAX. İndi də o anlar yadima duşəndə ozumu qinayiram ki niyə onda soruşmadim ki,o bunlari hardan bilir.Amma bir özbək bu sozleri eşidib ona yaxin gəldi və başladilar dindən diskusiyaya.O vaxtlar bu sahədə anlayişim olmadiği ücün hec nə başa duşmədim.Görəsən boynunda xac gəzdirən erməni balasi bunu hardan bilirdi?mən bilməyə-bilməyə?
Günlər öz axari ilə kecməkdə idi,artiq biz avtomatdan atmaği öyrənmişdik,paraşutla tullanmağa hazirlaşirdiq.Arada ruslarla bərk davasi duşdu uşaqlarin ana soyuşunə görə,hələ bu zir-ziri Aşot birinin başini da remeninin blyaxasi(başliği) ilə partlatdi.Mən olmadim bu səlib muharibəsində( poliqonda naryadda idim).Bizi kluba yiğdilar,mən tərcuməci oldum,istintaqa oxşar bit şey başlandi.Zampolit və Tədris komandiri cox ciddi iddihamlarla bizə başladilar xox gəlməyə,onlara başa salmağa calişdim ki,sizlərdə adi olan ana soyuşu ,bizlərdə ağir təhqirdir və buna gorə hətta oldururlərdə.Uzumə baxib dedilər: vot dikiy narod(Nə vəhşi xalqdir).Dedim xahiş edirəm xalqima qara yaxmayasiniz.Onlarsa biraz da hirsləndilər mənə ki,bu anda podpolkovnik BABİC(KİROVABADDA(GƏNCƏDƏ)xidmət edən)kluba girdi.Zabitlər:vstat,smirno (qalxin,farağat)qişqirdilar. O:volno,sadis(azad,əyləşin )dedi.Demə Aşot köpeyoğlu svyazistə bir packa siqaret verib və svyazist onu polkla,BABİCLƏ calaşdirib.O da əhvalati ona danişib.(Hiyləgərə bax ey). Babic tribunaya qalxib Azırbaycanin mentoliteti və adət ən-ənələri haqda uzun bir leksiya oxudu,axi klubda bizdən cox ruslar,xaxollar,ozbəklər və başqa millətin numayəndələri var idi.Axir sozu bu oldu ki,Azərbaycalilarla valideyndən,qeyrətdən ,namusdan zarafat etmək qəti qadağandir.Bizə də dedi ki,dava eləmək olmaz,cəzalanacaqsiz.Dava eləyənlərin başcilari Aşotu,Siyəzənlini,cuvəllaği Rasimi(cəmbərəkəndli) İsusu (İsani) taliş) və 5 rusu qauptvaxta saldilar 3 gunluyə.Sonra onlar cixandan sonra ruslar uzr istəməyə gəldilər 20 nəfər.Yenə dostlaşdiq.
Hərbi and icdik,bayram oldi,coxlu şirniyyat verdilər bizə,Rozenbaum adli rus muğənnisi gəldi goruşumuzə(həmən məhşur ROZENBAUM),axşam isə klubfa mənim ən cox sevdiyim”zarecye kucəsində bahar”filmi verildi.5 gun sonra isə paraşutlə tullanmaq dərsləri başlandi.....
IKINCİ HİSSƏNİN SONU
UCUNCU HISSƏ(Səmadan duşənlər)
Bir səhər bizi meydana cixarib siraya düzdulər,meydana başabaş ensiz-uzun brezentlər salmişdilar,coxlu paraşütlər gətirmişdilər.Butun paraşütləri acib sokdulər və biz dərsə başladiq,Elə ilk andan teoriyadan başa duşdum ki,əyər axmaqliq etsəm,paraşut acilmayacaq və 1200 metrdən kəlləmayallaq gələcəm yerə.Diqqətlə qulaq asmağa məcburdum,cunki mutləq obirisi uşaqlara da izah etməli olacaqdim. Burada Sahib mənim boyrumdə oturub ağzini elə acmişdi ki,bir də gordum yandan onun ağzina spicka cöpu atdilar,o elə səksəndi ki,az qaldi yixila.Bu mutləq kim olmali idi? Əlbəttə ki, ALLAHİN bəlasi SİYƏZƏNLİ.Uşaqlar guluşdulər,PDP-ci(paraşut desant hazirliği uzrə mutəxəssis) polkovnik “ostavit smex, seycas smeşno, a koqda paraşut ne raskroetsya ne do smexa budet(guluşu saxlayin,indi gulməlidir amma paraşut acilmayanda artiq gulməli olmayacaq) “dedi.Siyəzənliyə təpindim: ada,maygulu,bəsdir dəəə,sakit dayanmaq olmur sənə? O isə: vallah anamin qarnindada belə idim,yadimdadir ya 6 ayliq olardim ya 7 ayliq,futbol oynayanda anamin qarnina elə təpik vurmuşam ki,arvad yaziq yixilib axura.Yenə piqqilti tutdi hamini,ruslardan başqa.Mən də guldum.Amma elə bil starşina ancaq məni gördu,siradan cixarib kazarmanin qabağina gətirdi və: 30 raz otjimatsya( 30 dəfə uzu ustə enib qalx) əmr verdi.Elədim.Dedi : mi na tebya nadeemsya , a ti smotri cto vitvoryaeş( biz sənə guvənirik,sənsə bax nə oyun cixarirsan). Məni doğurdan tər basdi,dedim :izvinite tovariş starşina(bağişlayin yoldaş starşina).O isə mənə cərgəyə qayitmaği əmr etdi.Yerimə qayidib yumruğumu SİYƏZƏNLİYƏ gostərdim.Amma xeyri yoxdu.Dişin ağartdi.
Paraşutləri sökub yiğmağa başladiq,brezentin ustunə sərib iplərini yiqdiq,28 ip var idi ,14-ü sağa,14 sola yiğilirdi,sonra onlari səliqə ilə arxaliğin ustundə olan rezin kecirmələrə cəngələ oxşar alətlə yiğirdiq. 4 cərgə.Sonra paraşutun parcasini balaca torbaya oxşar yerə yiğirdiq,bağlayib avtomat acicini qoşurduq,axirda isə balaca cixarici paraşutu yiğib balaca qarmaq-kilidi olan torbaya yiğirdiq.Biraz cox öyrəndim deyəsən,cunki səhv edən olanda acib tokur,məni cağirirdilar ki göstər və tərcumə elə yiğsinlar.Barmaqlarım ağrıyirdi,hamına paraşut yığmaqdan.
Beləcə 5-6 gün kecdi,təyyarədən tullanmağa hazirlaşirdiq.Bu vaxt bir kişi gəldi QEYBULLANİN yanina,yekəqarin bir kişi idi,göruş verdilər,soruşduq dedi qohumumdur,gəlib yanima,burada alver edir.Axşam yatanda ( mən yuxari carpayida yatirdim) SİYƏZƏNLİ ( o üzbəüz carpayida yatirdi) dedi QEYBULLANİN atasin yandiracam,dedim niyə? Dedi ona coxlu şey gətiriblər,amma gizlədib.Dedim-əşşi işin yoxdu,bu yaxinda mənə posilka gələcək,onda bölərik uşaqlarla,sakit oldu,amma mən onu taniyirdim,bilirdim nə isə eliyəcək.Yuxu gedirdi gözumə,birdən eşitdim elə bil sican var,nəyi isə xirildadir.Bu səs aşağidan gəlirdi,orada QEYBULLA yatirdi.Aşaği baxdim,adyali başina cəkib qurdalanirdi,tez tullanib adyali dartdim.Tfuuuu sənə.Demə bu necə packa vaflini soxub qoltuğuna və adyalin altinda yeyirmiş.Onun yaninda yatan rus NAUMOV bunu gorub mənə:smotri na neqo,daje stida net ,koqda ya polucil posilku to razdelil na vsem,pomniş ABİLİC?(buna bax utanmir hələ,mən posilka alanda hamina boldum,yadindadir?)Qəhər məni boğdu, hec nə demədim.elə bil NAUMOV mənə şillə vurdu.Yerimə qalxdim,cox gec yuxu getdi gozumə.Bu dəfə bağirtidan oyandim,SİYƏZƏNLİ qəzeti bukub QEYBULLANİN ayaq barmağinin arasina soxub yabdirmişdi,o yuxuda olanda.Yenədə hamini qaldirdilar,Starşina gəldi və dedi kim edibsə qabağa cixsin,amma QEYBULLA o saat irəli atilib məni gostərdi(SİYƏZƏNLİDƏN qorxurdu it kimi).Starşina :otboy vsem(hami yatsin) əmri verdi,mənə isə onunla getməyi əmr verdi.Otağa getdik,bu zaman SİYƏZƏNLİ qapini döyub icəri girdi ,və and icdi ki ,bu onun işidir.Amma starşina ona inanmadi və dedi ki:mən sənin dostunu mudafiə etdiyini alqişlayiram,amma inanmiram.bas bayira.Məni isə 3 gunluk yeməkxanaya naryada saldi(ən sevmədiyim iş-kartof soymaq).4 saat gunduz yatmağa icazə vardi,gecə də kartof soyurdum,uşaqlar gizlin gəlib kömək edirdilər,ruslar da,cecenlər də,özbəklər də.SİYƏZƏNLİ 2-ci gecə dedi:gələn QEYBULLANİN dədəsi imiş,onu apardi,pul verib “komissovat “eləyib.Biraz da əhvalim pozuldu.Nə isə cəhənnəm oldu başimizdan.Bilirdim bir zibil olacaq, MOXAMED demişdi vuracaq bicaqnan onu. Vurardı da,cox aqressiv uşaq idi.Canimiz bəladan qurtardi.
Cox gozlədiyimiz gün gəlib catdi.Bu gün paraşutlə tullanacağiq,cox həyəcan vardi icimdə,uşaqlarsa qorxurdu,ozumə ürək-dirək verən lazim idi amma salmişdim sirtiqliğima,gülürdum,amma bilirdim ki güluşüm cox da alinmir.Siyəzənlinin isə hec dünya vecinə deyildi-göydə kim göyərcin tutsa,mənə versin,1 manat verirəm hər göyərcinə-deyib yenə mıtdaşırdı.
Vaxt yetişdi,maşinlarla aerodroma gəldik,paraşutləri geyindik,18 kq idi.AN-2 təyyarələri hazir idi.Yenədə məni və Aşotu tərcuməci kimi siralara aparirdilar,başa salirdiq ki,vaxtindan əvvəl üzüyu dartmaq olmaz,ancaq tullanandan 3 saniyə sonra,tez saymasinlar deyə belə saymali idilər:501,502,503. Təyyarələrə doluşduq,hər təyyarəyə 11 nəfər mindirdilər,bir də buraxici.Bizim buraxici baş leytenant qadin idi.Cavandi.Hec ruslarla danişmayib ancaq mənimlə danişirdi,fikrini bildim,o mənim etiraz edərək tullanmayacağimdan ehtiyatlanib şirin dilə tuturdu məni,mənsə ona:cox nahaq yerə məni uşaq sayirsiniz,birinci məni buraxin,mən birinci tullanacam-dedim.Guldu və :uqadal shaytan(başa duşdu şeytan)-dedi.O-qafqazlilar cox vaxt etiraz edib tullanmirlar ki,onlari başqa qoşuna gondərsinlər-deyəndə mən cinləndim.Dedim: qafqazlilari qorxaq xalq bilməyin,bu təyyarədə mənəm qafqazin nümayəndəsi və deyirəm məni birinci buraxin.O yenə də gulub: iş ti kakoy qordiy(bax haa nə qururlusan)-dedi.Məncə cavab vermədim,urəyim əsirdi ancaq icəridə.İlluminatordan aşaqi baxanda saclarim biz dururdu,vay dədə vaay,aşaqida balaca collər,sapa oxşar yollar,nohura oxşar gollər gorunurdu.Siqnal zıqqıldadı və yaşil işiq yandi,buraxici qapini acdi,icəri kulək vurdu.O bir daha qarmaği yoxlayib məni qapiya gətirdi və : nu kavkazes priqay,otlicno prizemlişsya ,mojet tebe zamuj viydu(hə qafqazli tullan,əla yerə catsan bəlkə sənə ərə gəldim)-deyərək yavaşca uzumu cimdiklədi.Tullandim.
Bir onu hiss elədim ki,kulək məni dağitmaq istəyir,kəlləmayallaq ,daş kimi hara isə yuvarlandım,təyyarə uzaqlaşanda ordan biri də cixdi,sonra uzuyu dartmaq istədim,amma bərk dartinma oldu və paraşut acildi.Avtomat acici işə duşmuşdu.Ay aman necə gozəl mənzərə idi,aşağida cöy cəmənlər,ufuq xətti,yollar. Umumiyyətlə bu hissi yaşamaq nə qədər gözəldi,elə indi də burnumun ucu göynəyir paraşutcun.Bir an elə bildim paraşutum xarab olub və mən goydən asili qalmişam,yaman qorxdum.Amma yox deyəsən enirdi,cunki cöllər boyuməyə başlamişdi,enirdim.Yerə catirdim və bu zaman başa duşdum ki bu goy cəmən yox ,qarğidali zəmisi idi.Uyy daaa ,mən qarğidaliliqda paraşutu necə yiğacam,amma gec idi,guppultu ilə zəmiyə yixildim və uzu ustə yerə yapişdim.Zərbə boyuk deyildi ,amma ozumu itirmişdim.Kimsə tez məni qaldirib: vse normalno?(hər şey normaldir?)-dedi.Bu xususi əsgərlər idi , qoyulmuşdu ki,bizə komək etsinlər.Axi birinci tullanişimiz idi.O mənim ayaqimdan kilidləri acdi,paraşutu cixardi və ikilikdə onu yiğdiq.O ; duy na sever,tam punkt sbora( şimala get,orada yiğilma məntəqəsidir) –deyib,paraşutun cantasini belimə aşirib qacdi obirilərinə koməyə.Mən məntəqəyə catanda orada zabitlər nigaran halda durbinlə goyu seyr edirdilər,məni gorub uzləri guldu : molodes ABİLOV, ti geroy,vidiş kak xoroşo priqat,eşe budeş?,(afərin ƏBİLOV,sən qəhramansan,gordun tullanmaq necə yaxşidir,bir daha tullanacaqsan?), mən lap ozumu doqurdan qəhrəman hesab edib şişirtdim və : konecno budu(əlbəttə tullanacam)-dedim.Əsgərlər paraşutu təhvil alib məni cadirin yanuna gətirdilər,həkim davleniyami ölcub normal olduğunu dedi və yaxindaki cadirin yanina göndərdi.Orada əlimə bir krujka cay,əl boyda şokolad,5 ədəd pecenye,10 ədəd karamel,bir də paraşutcu nişani verib cəmənlikdə dincəlməyə icazə verdilər.
Oturub goyə baxirdim,İlahi necə gəzəl idi göyun uzundə paraşutlar,elə bil göyə göbələklər asmişdin,onlar yerə catdiqca böyüyürdülər.Uşaqlar yiğilirdi və hər kəs öz təzə nişanini yazasina sancırdi,mən də sancdim.B u zaman SİYƏZƏNLİ görundu,üstu və üzü palciq,it sifətində.Qaqqanaq cəkib guluşduk,o isə : Xanəhməd dayinin eşşəyi kimi nə dişinizi ağardirsiniz? Zibil kimi yerə yapişmişam,amma bunlara bax gülürlər.Demə oz sarsaqliğindan ,aerodromda bir semicka qoparib basib köynəyinə,paraşut acilandan sonra arxayin olub və başlayib semicka cirtlamağa,vaxrinda orientiri duzəltməyib və paraşut onu sürüyüb biraz.Dedim -gicliyindən əl cəkmə ,goydə də. Ay axmaq göydə semicka cirtlayarlar? Dedi: neynim,bekarciliq idi.Dedim onada cəşzandir cək!
Kazarmalara qayitdiq,məlum oldu ki, 28 nəfərdən 19 nu itirmişik,belə ki,onlar tullanmaqdan imtina etmişdilər və bunu bilərəkdən etmişdilər!Ağlamaq tutmuşdu məni,ruslar hami tullanmişdi,cecenlər də,ozbəklərin də 90% tullanmamişdi.Onalardan soruşanda isə -biz olməyə gəlməmişik dedilər,evdə ata-anamiz gozləyir-dedilər. Gorəsən bizim ata- anamiz yox idimi?Bizimkilərdən isə danışmalı deyildi. Ağir hisslərlə yatdim.Bir haşiyə: İxtisasli hərbi kadrlarimizin olmamasinin səbəbini başqa yerdə axtarmaq lazim deyil,fakt ozu hər şeyi deyir.
Səhəri gün biz coxu ilə vidalaşmali olduq.Hava desantlari qoşunlari başqa qoşunlardan fərqli olaraq cox ciddi qurum idi,burada hec kimə hec nəyi bağişlamirdilar,uşaqlari maşinlara doldurub aparmağa hazirlaşirdilar.Biz onlarla göruşməyə getdik,məlum oldu ki,onlar bunu coxdan planlaşdiriblar və bir necə”ruslara yaltaqlananlardan “ gizli saxlayiblar,yəni bizdən.Amma mən nədə yaltaqliq etmişdim onu başa duşmədim,bəlkə onlara tərcuməcilik etdiyimdən belə fikrə gəlmişdilər,bilmədim.Onlari apardilar,biz qaldiq:
MƏN,
AŞOT,
SİYƏZƏNLİ,
SAHİB,
QULU,
PƏRVİZ,
KAREN(ikinci erməni)
MEHMAN,
İSLAM.
28 –dən qalan 9.Həmən gün komandanliq gəldi,hamimizi təbrik elədi,həmvətənlərimizin qarasina deyilənlər biraz könlümüzə dəydi,amma sonra bizi 9 Azərbaycanli(iki erməni),2 cecen,3 ozbək,1 qirğız, 7 tacik və 22 qazaxi sira onunə cixarib təriflədilər.Cün o qədər rusun icində biz secilmişdik,Ayrı millətdən olduğumuz ücün.Bayram oldu,biz şənləndik,axşam yenə sevdiyim filmlərdən bitini gostərdilər klubda”SVADBA NA MALİNOVKE(Malinovkada toy).Gecə poctalyon dedi ki,sənə posilka var gəl apar.Demək olar butun rota ilə getdik,demə posilka 1 yox 2 imiş.Biri evdən,biri dayimla nənəmdən.Acdiq burada nələr vardıı.Paxlava,şotr qoğali,şəkərbura,konfet,iki kapron emulsiya qabinda əncir murəbbəsi,quru baliq,”svema” fotoaparati,yun corab( bu nəyə gorə idi payizda? Odessanin havasi lap bizimki kimi idi).Nənəmlə dayim nə qoysalar yaxşidi,parcaya və selofana bukulmuş goyərti qutabi,evdə qozla bişirilmiş qənd,coxlu badam ici,qoz ici,kişmiş,qaysi qurysu,sabun,lezviya,bir də “komandir saati”(dayim soz vermişdi-rəhmətlik).Bütün rota dalimizca,mən və İSLAM əlimizdə posilka rotaya tərəf gələndə zabit yiğincağı ilə rastlaşdiq,onlar təəccublə bizə baxdilar,biri ayrilib yaxinlaşdi və gulumsəyərək ; veşi k osmotru,spirtnoqo i travı net?(şeyləri göstərin,spirtli və narkotik ot yoxdur?)-soruşdu.Posilkaya baxdi və :na zdorovye( nuş olsun)-dedi,bir cöpədə gözünün uci ilə baxmadi,təklif etdik,bir konfet və bir şəkərbura goturdu: kakaya krasivaya lepeşka( nə gozəl kokədir) və :spasibo(saq olun) dedi.Rotada isə bayram idi,hələ bayram payi da vardi ortada,anbardan bizə şokolad kərpicləri,pecenye qutulari,karamel,monpasi,qatilaşdirilmiş sud vermişdilər.Starşina( desant rotalarinda starşinalar praporşiklər olurdu) bizi yeməkxanaya aparib ayrica stollari birləşdirdi və dedi:qulyayte sınki,və zaslujili,no spirtnoqo uviju,posaju(kef edin oğullar,sizin haqqiniz var buna,amma spirtli icki görsəm,həbs edəcəm).Onu buraxmadiq,mehriban adam idi,Əfqanistan veterani idi,bizimlə oturdu,əmr verdi cay hazirladilar,başqa rotalardan da qoşulan vardi,sonra zabitlər də bizə qoşuldu,əncir murəbbəsi tütyə kimi bölündu,bu qeyri adi murəbbənin dadina hami baxmaq istəyirdi.Bir biz Azərilər göturmədik ki,qoy onlara qalsın,hamini onlara verdik.İnanin şəkərpura,paxlava,qoğal,qutab bəlkə 3 yerə bölunurdi hərəsi.Bu zaman starşina saati gördu və biraz kədərlə dedi: Bilirsən oğul,Əfqanda hami bundan gəzdirirdi,mən istərdim ki sən də layiqli hərbci olasan və evə zabit kimi qayidasan!Bir an belə təsəvvur elədim,ciynimdə zabit poqonu,əynimdə hərbi geyim həyətimizə daxil oluram-atam əkdiyi goyərti ləklərini tapdayaraq ayaqyalin ustumə qacir,anam və nənəm ağac altinda doşab bisirdikləri an hər şeyi atib boynumdan sallanirlar,nənəm və anam mutləq aqlayacaqdilar,nənəm o saat oz diaqnozunu verəcəkdi: dedim axi bu kopeyoğlu milissener olacaq! Mənsə onun ariq vucudunu qucaraq:nənə milissener deyiləm hərbciyəm-deyəcəkdim.Amma bunlar xoş xatirə və istək idi,hardan bileydim ki,mən evə yox muharibəyə qayidacağam?.Axşam yerimdə uzanib biraz qəribsədim,işiq sonmuşdu yaxşi ki,gözumdən axan yaş yastiğima hopurdu,hönkürməkdən guclə saxlayirdim ozumu.Yun corablardan ariq ,amma xanim xatin nənəmin iyi gəlirdi,yadima onun eynəyini taxib,corab toxumaği duşurdu,cox əzablar cəkmişdi arvad,özu tacir qizi idi,bolşeviklər var dövlətli atasini güllələmişdilər,sürgündə yaşamışdı,qardaşi Turkiyəyə qacmişdi,nə öldüsü-nə qaldisi məlum idi,gizlətdiyi qizillarini muharibə vaxti satib anamla dayimi saxlamişdi.Mən də ona az zülm eləməmişdim,Arvadin pensiyasini alan kimi yarisini hərbi jurnallara verirdim,Sovetski kucəsinin bu başindan girib o başindan cixirdim,yaziq arvad qalirdi axtara axtara,ülu sicani min dəfə atmişdim ustunə(bərk qorxurdu sicandan).Ehh,nə isə.
Gunlər kecir bizsə puxtələşir və hərbi elmi qavrayirdiq,nə ücünsə bizi tədris mərkəzindən polklara aparmirdilar.Havalarsa soyuyurdu.Artiq BMD(desantin doyuş maşini) surməyi öyrənmişdim,qumbaraatandan atirdim,amma ən cox məndə SVD (DRAQUNOVUN SNAYPER TÜFƏNGİ) cox əla alinirdi.Ştat bolgusu oldu,mən snayper oldum 1-ci rorada,uşaqlari ayirdilar başqa rotalara,mənlə AŞOT və İSLAM,SİYƏZƏNLİ qaldi.Evdən tez tez məktub alirdim.Şukur hami yaxş idi.
Oktyabr ayinin 15 də bizə bütün həyatimizı dəyişəcək bir xəbər verdilər, BİZİM 4 ROTA ƏFQANİSTAN RESPUBLİKASİNA GONDƏRİLƏCƏKDI...
Dördüncü hissə: BURADA TORPAQ DA YANİR-ƏFQANİSTAN
Beləcə gÜnlər Ötur,biz isə sehirli bir dunyaya hazirlaşirdiq,maraqli idi,gÖrmədiyimiz yerlər gÖrəcəkdik(amma nədənsə oradan gələn zabitlər bizə cox qayği gostərir,elə bil edam olunacaq yaziqlar kimi rəftar edirdilər).Amma bizdə ruh yuksəkliyi var idi,demək olar sevinirdik.Tez tez yaxindaki kəndə qacib mağazaya gedir və ürəyimiz istəyəni alirdq,hec kim də mane olmurdu buna,nə zabitlər,nə də starşına,pulumuz da ki vardi.Mənə məktubun arasinda dayim 150 manat göndərmişdi,o məni yola sala bilməmişdi,ezamiyyətdə idi,atam hər məktubun icinə 5,10,15 manat qoyurdu,anam mutləq 10,nənəm 5 manat qoyurdu.Siyəzənliyə də perevod gəlmişdi,onun atasi və qardaşi baliqci idi və pis qazanmirdilar,Aşota da əmisi göndərirdi,başqa uşaqlara az pul gəlirdi və onlarin sovqatini da mağazadan öz hesabımıza biz alirdiq ki,qəribsəməsinlər.Belə goturəndə isə onsuzda aldiqlarimizi hami ilə boluşurduk,sənin-mənim yox idi.Bir səhər, gun naryadinda(dnevalni) olanda zabit otağinin polunu yuyurdum( orduda pol yumadiğini qəhrəmanliq hesab edənlərə-kədərli mesaj) ki, bizim komandir ŞAPKANİN(təzə gələndə soyduyum mayorun) starşina ilə danişiğini eşitdim:İki günə qizimin ad gunudur,amma aldiğim maaş Odessadaki evdə qalib,ora getməyə icazə yox,ozumdə də artiq pul yoxdur,bilmrəm gələn camaatin uzunə necə baxacam,bazarliq etməmişəm.Biraz könlum qisildi,özum kasib ailədən olsam da duzdur atam bizə korluq verməmişdi,amma pulsuzluğun üzünu taniyirdim.Yavaşca onun komandir sumkasina 100 manat qoydum və tez SİYƏZƏNLİYƏ bunu catdirdim.Cavabi bu oldu ki:yaxcı eləmisən ŞAPKA əla oğlandir,100 də mən verim get qoy sumkaya.Amma artiq ora girmək olmazdi,başa duşərdi o saat.Dedim yoox ,catar bu pul( o vaxt 100 manat-rubl boyuk pul idi).Özumuzsə birlikdə kazarmanin polunu yumağa başladiq,yenə başladi gicliyə-pol linolum idi, şvabranin ustundə oturub qoymurdu yumağa ki,mən olum dart məni.Elə təzəcə qizişmişdiq ki,şvabranin kəlləsi cixdi və ikimiz də zibil kimi dəydik yerə.Srarşina baxib biraz kədərli: lap uşaq kimisiniz,eybi yox vaxtindan qabaq qocalacaqsiniz-dedi və başini yellədi.O zaman onun replikasini başa duşmədik.Birazdan məni zabit otağina cağirdilar.İşi başa duşdum.Otağa girdim və ilk gorduyum stolun ustundəki 4 ədəd 25 manatliq idi və stolun dalinda oturmuş kombat.-Həə qafqazli,nədənsə sən fikirləri oxuyursan-sehirbazsan? Bu pulu sən qoymusan sumkaya.Dedim:yox mənim xəbərim yoxdu,məndə pul hardan?O isə cavabinda soruşdu-bəs kim qoyub? Dedim ALLAHIMIZ göndərib.Güldu.Sənin ALLAHİN nə gözəl ALLAHDİR ki,ehtiyaci olani taniyir,amma gəl günah eləmə( ne qreşi)-düzünü de.Dedim- mən qoymuşam,eşitdim danişiğinizi,pulum da var,hələ lazim olsa iki o qədər də taparam.O isə biraz kədərlə gulumsəyib dedi:boyuk qəlbin ücün cox sağ ol sınok, pulu götürürəm,amma qaytaranda almasan salacam səni quptvaxta( az muddətli əsgər təcridxanasi).ALLAHİNA da adimdan təşəkkur et.Cixdim.Amma bir şey yadima duşdu:Babam ABUZƏR(atamin atasi.anamin atasini gorməmişdim,o muharibə vaxti dəmir yolunda taxil yuklərkən cirilmiş kisədən axan buğdadan bir ovuc ac qadina verəndə onu görmüşdülər,şərləyib həbs etmişdilər və cərimə batalyonuna göndərmişdilər həbsxanadan-konullu.Nə öldüsu nə qaldisi məlum idi)namaz qilan vaxt onun yaninda oturub baxirdim,o əyilib qalxar və mənə məlum olmayan sözlər deyərdi.Soruşanda deyərdi-ALLAHA dua edirəm ki o bizə istədiyimiz hər şeyi yaradib.Deyərdim o hər şeyi bacarir? Deyərdi :bacarmadiği şey yoxdur,mən də yapişdim bir gÜn yaxasindan ki,bu dəfə danişanda ona deki mənə velosiped yaratsin. Ustundən 3 gun kecmiş babam əlində təzə qirmizi velosiped(xosbətliyimə baxaydiz onda)evə gəldi.Anam astaca dedi:ay ata bu nəyə lazimdi axi,bu qədər pulu vermisən ,özün də şəhərin o başindan piyada gəlmisən bununla.O isə astaca- işin yoxdu gəlin,qoy uşaq ALLAHAHİNİN mərhəmətli olduğunu və onun ücuün hər şey edə biləcəyini bilsin.Sonra məni cağirib dedi: bala sənin istəyini namaz ustə ALLAHİMA dedim,o da mənə pul yetirdi və dedi ki,get ona velosiped al,qoy şənlənsin ,amma dua etməyi yaddan cixarma.Mənsə velosipedi alan kimi bayira qacdim və dua etmək də yaddan cixdi.
Birdən urəyim sixildi: mən ALLAHİMA dua etməmişdim və babamin(RƏHMƏTLİYİN) sozunu yerə salmişdim.Tez daldaya kecib əlimi goyə qaldirdim,amma nə deyəcəyimi bilmirdim,aqlamaq tutmuşdu məni,ozumu oğru sanirdim,bir onu dedim ki”bağişla”.....
1983-cu ilin noyabr ayinin buludlu gunlərindən biri idi,biz televizorda “ vremya” proqramina baxirdiq ,Siyəzənli əlindəki iynəni catana batırırdı,boğuşma düşürdü,birdən “TREVOQA” (həyəcan) qişqirtisi eşitdik,stollari aşirib silah otağina təpildik,mən oz SVD-mi götürüb tez bayira qacdim.Burada boyuk həyəcan yaşanirdi,3 rotanin hamisi bayirda idi,coxlu zabit,maşin var idi.SİYƏZƏNLİ ozunu mənə catdirib :indi kəndə hücum edib “babuşkalari” (nənələri) əsir goturəcəyik-deyə yenə hirildamağa başladi.Lap cinnəndim: ay danabaş,bəsdi dişini ağartdin daa,qoy gorək nə olub-amma ona söz kar edərdimi?Hec nə aparirlar bizi ƏFQANİSTANA-duşmanlarun başinda balqabaq əkib milləti bəladan qurtaraq-deyə yenə dişin ağartdi.Mənsə: kül o duşmanin başina ki sən onun başinda balqabaq əkəsən(Allah sənə pəhmət eləsin Nəsibə xanim(bizim Cəbiş muəllim filmində).O isə bağırdi: baaah kimin qizindan əskiyəm mən,maşallah sac məndə ,bircək məndə,özum və anam subay.Dedim ozun hec ,anan niyə subay olur ala? Dedi kişi qacib onun əlindən,indi təzəsin axtarir,atan subay deyil? Gəl qardaş olaq dəəəə.Qeyri ixtiyari dodağim qacdi,ruslar da gülümsədilər,bilirdilər ki nə isə yenə sarsaqlayir.
Komanda verildi və biz maşinlara doluşduq,bu ara starşinani gördum,yaziq bu maşindan o maşina qacib əsgərlərlə qucaqlaşirdi. Dəli kimi.Bizə catib boynumuzdan asildi: ne verte avqansam nikomu,oni nikoqda ne pomiryatsya s vami,vi cujezemsi zaxvativşie ixnyuyu zemlyu,ne peyte vodu iz kolodsev,oni otravleni,ne berite na doroqe niceqo-tam mini syurprizi(əfqanlarin hec birinə inanmayin,siz onlarin torpağini zəbt etmiş yadellilərsiz,quyulardan su icməyin,onlar zəhərləniblər,yoldan hec nə götürməyin –hədiyyə mina ola bilər-deyib hönkürdi və dəli kimi kazarmalara tərəf qacdi.Amma biz sevinirdik,ƏFQANİSTANA məcara axtarmağa gedirdik.
Artiq gecə düşürdu.Aerodroma gəldik,burada coxlu İL-76 təyyarəsi nərə cəkirdi,qacaraq təyyarələrə doluşub yerimizi tutduq,birazdan havaya qalxdiq və bir saat kecməmiş yuxu bizi apardi.Oyananda səhər idi və qeyri adi bir sakitlik hökm sürürdü,təyyarə yerdə idi və rampasi(arxada olan boyuk qapilari) aciq idi.Düşduk.Hara isə cox isti bir ölkə idi,yemək yeyərkən buranin TERMEZ hərbi aerodromu olduğunu bildik.Biraz aralida AN-12 təyyarəsindən uzun dəmir qutular düşuürürdülər,bunlar əsgər tabutlari idi.SİYƏZƏNLİ təəccublə: nə qəşəng tabutlardir,par-par parildayir,bəxtə bax ee,ölsək bizi bunlara qoyub evə yollayacaqlar,sonra evdə keyf olacaq,yeyib-icib yollanacaqlar qəbirstana,soxacaqlar bizi qəbrə,hami da güya bizi sevdiyi ucun lapatka ilə torpağ tokəcək ustumuzə,axirdada cuvəllaği ABDULLA bir yasin xətm edəcək cəmalina,sonra yat kef elə. Ilahi bu qədərdə qanmaz sirtiq adam olar? Hec nə bu adam ucun fərqli deyildi,qarni bir də hirildamaği.Deyirdi:-Dahi filosof Əbdülqədim kişi deyib kii: ölumdən qorxmaq lazim deyl,cinki sən olanda o yoxdur,o gələndə isə sən olmayacaqsan! Amma həqiqət vardı bu sözdə.
Təyyarə yenə qalxdi,bu dəfə gündüz olduğundan illuminatora boylanib aşaği baxmaq olurdu,nədənsə yanimizca qirici təyyarə də ucurdu,aşağida isə cilpaq dağlar,sari torpaq cəmənlər,dağ yollari bir də kicik yapalaq evlərdən ibarət kəndlər göruünürdü.Qarişiq hisslər vardi icimdə,məktublarimiz,kitablarimiz qalmişdi kazarmada,yanimda vətəndən bir balaca kasset qalmişdi MƏMMƏDBAĞİR BAĞİRZADƏNİN(Allah rəhmət eləsin).Bir bə uşaqlar,SİYƏZƏNLİNİ gördum yenə,kateloka döyəcləyib sözlərini də düzgün tələffuz edə bilmədiyi”katyuşa” mahnisini yari rus,yari azəri bağirirdi-Deyir ,gül acdı almaynan ,qruşa,cay aşağş plıvat elədi,sora qırağa cıxdı katyuşa,onu da bir keşiş aldı apardı.Hec kim də mane olmurdu.Zabitlər də,rus əsgərlərdə onu artiq cox sevməyə başlamişdilar.Bu adam ücün nə cixilmaz vəziyyət,nə kədər anılayişi vardi.
Kabil aerodromunda enməzdən qabaq qirici təyyarə arxasindan fişənglər buraxmağa başladi,SİYƏZƏNLİ dedi bu bizim gəlişimiz ucun atəşfəşanluqdir,edirlər ki,duşmanlar bilsin ki,baliqci FƏXRƏDDİNİN oğlu gəlir onlarin cani ucin.Kombat isə dedi ki bu istilik raketlərini aldatmaq ucundur ki vurmasinlar.ENDİK!
Kabil bizi tutqun hava və cox fərəhsiz qatşiladi.Hər yerdə bir kədər,həyəcan,yorğunliq,etinasizliq,nifrət kabusu dolanirdi.Keşikci vişqasindaki yazi diqqətimi cəlb etdi”dobro pojalovat v ad”(cəhənnəmə xoş gəlmisiniz).Aşota dedim yaziya bax,o əlindəki bişmiş qarğidalidan birini və bir nazik şuşədə kolaya oxşar ickini mənə verib:Fikir vermə,cənnət də cəhənnəm də bizi yaradana məxsusdu,o hara istəsə biz də ora gedəcəyik,bizdən soruşan olmayacaq-dedi və boynundani xaci opdu.Başina bir qapaz saldim,o zaman dini az bildiyim ücün qanmadim niyə yaradandan danişib sonra qizil xacu öpdü. Bu da sarsaqlamağa başlayib-fikirləşdim.Axşam düşürdü,yemək payladilar,bu bizə tədris mərkəzindəkindən dadli gəldi.Aşot bir ermənini də dartib gətirdi yanimiza,dedi yerlimizdi-HADRUTDANDİR.O isə hərəmizə bir”malboro “siqreti verib başladi gopa basmağa,ay nə bilim bu qədər duşman qirdim,ay nə bilim məni gorəndə qacib kənddən cixirlar.Oturmuşdu SİYƏZƏNLİNİN bronejiletinin ustundə.SİYƏZƏNLİ (adi ALİM idi) daldan bir təpik gupuldatdi ona:diğa kopayoğli dur bas burdan bayira,hamilə dəvə kimi xixlayib təzə bronikimin ustundə,hələ bir gopa da basir.Erməni cixdi aradan,Aşot uğunub getdi gülməkdən.Gecə bizi ayirdilar,kombatin koməkliyi ila ancaq mən,ALİM,AŞOT və MEHMAN qaldiq bir rotada,qalanlari getdi BAQRAMA.Gecə aeroportda başladilar gullə atmağa,kombat dedi ki,bu gözətcilərdir,duxlari qorxudurlar.Ada bax ee”dux”.Bu əfqanlarin yeni adi idi.Səhərə yaxin zirehli transportyorlara doluşduq,qabaqda BMD, “URAL” maşininin ustundə “zu-23” zenit pulemyotu ,arxasinca tank, ortada biz “BTR” də,arxamizca isə yenə belə duzuluş.Uzun uzadi yol getdik,gəlib səhranun ortasinda palatkalardan ibarət olan bir qarnizona catdiq,Buradan bizi “Mİ-24” vertolyotlari ilə CƏLALABAD qarnizonuna apardilar.
Səhər acildi(amma acilmayaydi kaş).Ətrafa baxanda dəhşət məni burudu və məcara axtarişim yoxa cixdi, necə də miskin və necə də kədərli görkəmi vardi buranin.Ətraf elə bil bir səmum kuləyinin nəticəsində viran qalmişdi,yaxin kəndin xarabaliği görünürdü, yanmiş divarlar,dağilmiş evlər və bir də artiq qum basmiş kəndə gedən yol.Axirinci mənim urəyimi daha ağritdi,deməli bir insan məskəni yer uzundən silinmişdi.Bunu kim etmişdi? Bizlərmi,sərhədin o yanindan gələn vəhşi “islamci” qruplarmi ya tayfa qirğinimi,bilmədim.Yanimdan kecən əsgərdən soruşdum,o isə nifrətlə əlini Pakistan tərəfə uzadib”qolovorezi AXMAD ŞAXA”(ƏHMƏD ŞAHIN başkəsənləri) dedi.Alimsə (siyəzənli)-eybi yox,taniyiram o kopeyoğlunu,o əvvəllər bizim bazarda goyərti satirdi,sonra bura qacib Şah olub- deyə məni təbdən cixardi.Yapişdim bronejiletindən-ay Allahsiz sən hec olmasa bir dəfə insan faciəsinə aciyacaqsan?-qişqirdim. O isə- hələ insan faciəsinə acimaq ücün qabaqda cox vaxtimiz var,indidən şaxsey qoparsaq,onda vay bizim halimiza. Duz deyirdi,əllərim boşaldi.
Buranin bir xususiyyəti mənim xoşuma gəldi,hec kim səni”maladoy” sanmirdi,hami “brat(qardaş)” deyə cağirirdi,hətta zabitlərlə də səndeyən rəsmilik yox idi,hami hamina dayaq olmağa calişir və mehribanliq hökm sürürdu.Kazarma palatkaya girəndə köhnələr bizə yer göstərdilər və dedilər yatin dincəlin,yol gəlmisiniz.Dedim-axi bu vaxt yatmağa icazə yoxdur.Onlar isə aci gilumsəyərək: icazə anlayişi dağlarin o üzündə qaldi,burada bir şeyə icazə alinir “SAĞ QALMAQA”. Silahimi yanima uzadib yatağa uzandim,biri sok uzatdi,biri siqaret,biri konfet bir ozbək-əkə cay istəsən yanima gəl,mənim kipitilnikim var,bazardan oğurlamişam-deyə gulumsədi. Danişiqdan belə başa duşdum ki bizim qarnizon Pakistandan Əfqanistana gələn butun gizli yollarin ustundə blok-postlar yaradib silah və narkotik traffikinin qarşisini alir.Birinci dəfə əfi ilanin adini burada eşitdim “USAMA BİN LADEN” Bu başkəsən haqqinda yanimda uzanmiş leytenant danişirdi: onun haqqinda əfsanələr gəzsə də,onun uzunu gorməmişəm,amma deyilənə görə orada(əlini Pakistana tərəf uzatdi) böyük dəstələri var,arxasında Amerika durur,bu dəstələr nəinki bizə,hec Əfqanlara da rəhm etmirlər,baş kəsmək ,adam doğramaq onlarcun adi bir məşquliyyətdir,bir sozlə azmiş iblislər ordusu,onuncundə postda olanda qarşinizda olan və hərəkət edən hər şeyə atəş acin,və yadinizda saxlayin ki,rəhm burada yersizdir,uşaq və paranca altinda olan qadinlar da atəş acir,cən bir saniyə geciksən,ikinci saniyə artiq sənin olmayacaq.Baxdim hami yiğilib bizə buranin qayda-qanunu anlatmağa calişir.
İki gun burada olduğumuz vaxt sandim ki 20 il qocaldim,deməli bu idi Əfqanistan!Allahin qəzəbinə kecmiş bir məkan və bircə ölum kabusunun rəqs etdiyi olkə!O ölkə ki,səhərində bir ağirliq,bir kədər,bir yorğunluq,axşaminda bir xof,bir nifrət vardi.
BURA ƏFQNİSDAN İDİ-VƏ BURADA TORPAQ DA YANİRDİ!
DÖRDUNCU HİSSƏNİN SONU
Beşinci hissə-KABUSLAR VADİSİ.
Mən deyə bilmərəm ki,bu ölkədə kimin maraqlari kimə üstün gəlirdi və qoy bununla tarixcilər məşqul olsunlar,amma bir həqiqət gün kimi aydin idi ki burada müharibə adlanan insan faciəsinin əyani filmi gedirdi.Bu film uzandiqca arxasiyca yanmiş kəndlər ,dağidilmiş səhərlər,öldürülmüş insanlar və yurd-yuvalarini itirmiş və dilənci halina gəlmiş qacqinlar ordusu səpələyirdi və bu hec də vəhşi insanin mağaralarda yaşadiği daş dovrundə yox,əql və zəkanin,elm və tərəqqinin inkişaf etdiyi XX-ci əsrdə baş verirdi.Əfqanistan şərqlə qərbin kəsişməsində olduğundam bu olkə hər zaman maraq dairələrinin mərkəzində olmuşdu.Qərbdə İranla,cəhub-qərbdəPakistanla,şimalda Turkmənustan,Ozbəkistan və Tacikstanla,ölkənin sərq istiqamətində Çinlə həmsərhəddir.1919-cu ilin 19 avqustunda Böyuk Britaniyanin mustəmləkəsindən azad olaraq oz mustəqilliyini qazanmişdi.Sunnu əqidəli islamcilardi,əhali,puştunlardan,taciklərdən,xəzərlərdən,ozbəklərdən,turkmənlərdən,nuristanlardan ,bəlucilərdən ibarətdi. Demək olar regionun narkotik istehsalinda aparici rolunu oynayir,o zaman əsasən Səudiyyə Ərəbistani,Amerika mərkəzi kəşfiyyat idarəsi tərəfindən dəstəklənən və maddi cəhətdən gucləndirilən əfqan mucahidləri hər zaman hər yerdə ölüm,terror,qan və zor mənbəyi idilər. Tarixlə bu qədər...
Bizim qarnizonun kicik hisələri demək olar ki,Pakistan sərhəddi boyunca yaradilmiş blokpostlarda xidmət aparirdi,Birinci dəfə bu blokpostlari görəndə duşundum ki,cox yəqin ki, bunlara yaxin gəlmək belə hec kimin ağlina gəlməz.İri cay və qaya daşlarindan hazirlanmiş,qum kisələri ilə mohkəmləndirilmiş blokpostlarda 12.7MM-lik DŞK pulemyotu,BMD-1 doyuş maşini,yaxşica gizlədilmiş tank,SPQ qumbaraatani,PK- pulemyotu vardi.Əsgərlərin silahlanmasi da qaydasinda ,əsas yaşayis yeri isə daldada qurulmuş cadirda idi.Bu hündürlükdən uzaq Pakistana gedən qara yol görünürdü.Qoyulmuş vəzifə: sərhəddən və sərhəddə tərəf hec bir canli və avtomobil buraxilmamasi idi,xəbərdarliqsiz atəş acilirdi.Havalar isə burada cox anlaşilmaz idi,elə olurdu ki,gun adami yandirib yaxirdi,amma gecə soyuqdan donmaq olardi,ətrafda su mənbəsi yox idi,onu maşinlarda gətirirdilər.Yemək əsasən konsentratlardan hazirlanirdi,cunki səhra şəraitində tez korlanan ərzaği saxlamaq məqsədəuyğun deyildi.İlk gunlər gecə vaxti cox qorxulu gəlirdi mənə.2-3 km ətrafda bir işiq işartisi belə yoxdu,bundan əlavə cöl heyvanlarinin səsələri də vahimə yaradirdi.Alim DŞK-ni elə qucaqlayib dayanirdi ki,elə bil heykəlini qoymuşdular.Amma kohnələr bir o qədədərdə gecəyə əhəmiyyət vermirdilər,cunki səslərin coxunu taniyirdilar və bunlarin icində taniş olmayan olarsa,onda narahat olurdular.Mən aramsiz olaraq snayperimin ustundə olan optik nişangahdan irəlini yoxlayirdim,xeyri nə idi? Nişangahin setkasi işiqlansa da hər şey qaranliq idi,Yaxşi ki gecə gormə cihazi var idi,onun yaşil gostərən gozluyundən sahəni muşahidə etmək olurdi.Gunlər sakit və maraqsiz kecirdi ki,bu anda sərhəddən bizə tərəf toz zolaği qalxmağa başladi,bunu Alim gördu və yeməyi boqazinda qaldiğindan barmağini uzadib nə isə deməyə başladi.Bizi gulmək tutdu ,elə bu an leytenant VASİLCENKONUN uzundəki gülüş, ciddiliklə əvəz olundu.Hami bir anda öz yerinə tullandi,bu basiriqda kimsə belimə tullanib az qala məni əzdi.Yerimizi tutduq.Artiq bu həqiqət idi ki,ustumuzə 1 maşin gəlirdi.Cox yəqin ki bunlar “duxlar” deyildi,cunki onlar belə aciq aydin yolla getməzdilər.Nişangahdan baxarkən bu maşin biraz bizim QAZ-51 maşinina oxçayirdi,amma nə isə başqa şeydi.Bu vaxt DŞK-nin zəhləm getmiş səsi gəldi,dəqiq atmişdilar,maşinin qabaqi qalxdi və o oz rəvan hərəkətini itirdi.Nişangahdan baxdim,kabinada nə isə tərpənirdi,dalbadal iki dəfə əlimi caxmağa sixdim.Qəribədir, demək olar ki zərbəni də hiss etmədim,yəqin həyəcandan idi.Bu dəfə PK-pulemyotu dilləndi,özudə uzun- uzdadi.Maşinin onun güllələrinin zərbindən necə silkələndiyini görürdük,arxa banının taxta cəpərləri xirdalanib tökulurdu. Atəşi saxladilar.Vasilcenko Ukraynali serjant Fedorenkonu cağirib dəstə ilə maşini yoxlamaq əmri verdi.Qeyd etdi ki təzələri də özu ilə götursun.Biz 8 nəfər,icində mən,Aşot,Alim, Mehman olmaq şərti ilə aşaği endik və masina tərəf getməyə başladiq,silahlarimiz hazir vəziyyətdə idi,ani bir hərəkət vəhşi atişmanin nəticəsi ola bilərdi.Amma maşinda hərəkət yox idi.Artiq biz maşinin önündə idik və onun muhərrikindən cixan buxar kabinani görməyimizə mane olurdu,onu nişan aldiq,2 nəfər maşina sinə-sinə lap yaxilaşdi və qapini acaqaq tez yerə uzandi.Birinci görduyum o oldu ki,kabinadan ağir kisə kimi nə isə qara şey suruşub sallandi,və “ vse qotovi(hami hazirdir)” eşitdik.Yaxinlaşdiq.Kabinada iki kişi və bir qara parancada qadin meyiti vardi,elə birinci atəşin onlarin həyatina son qoyduğu məlum idi.Baxilasi deyildi,uşaqlardan qaytaran da oldu və nə ücünsə köhnələr bundan şənlənib güldülər,mənim də halim yaxşi deyildi,urəyim bulanirdi,bu halda hec ölü gorməmişdim.Arxada daha iki meyit vardi,onlari da sürüyüb yerə atdilar,maşini axtardilar.Biz demək olar ki hamimiz stroydan cixmişdiq və o tərəfə baxmamağa calişirdiq,bu zaman Fedorenko it oğlu bagirdi ki:təzələr yanima.Ora getməli olduq.O bizə meyitləri axtarmaği əmr elədi.Əclaf elə bil məzələnirdi.Biz canimizi dişimizə tutub hərəmiz bir meyiti axtardiq-cirkli yayliq,biraz əfqan pulu,kisədə biraz məlumolmayan ot və sənədlərdən başqa bir şey yox idi. Mənə məlum olmadi ki bu yaziqlari bu hala niyə salmişdiq.Soruşanda belə cavab aldm: sərhəddi qanunsuz kecdikləri ucun! Və yenə soruşmaq istəyəndə Fedorenko yumruğunu kurəyimə vurub dedi:bu sizi agila gətirmək ucun məşğələ idi bir tərəfdən,burada hec kəsə acimaq olmaz,deyək ki,sən maşini yoxlamaq istəyirsən və yaxinlaşdiğin zaman alninda dəlik acib səni mələklərin yanina gondərirlər.Belə isə daha yaxşidir,ən yaxşi əfqan-ölu əfqandir!Nə bilim bəlkə də onun dediyinə inandim o zaman. Maşini öz benzinində nəmləndirib oradan uzaqlaşdiq.Və uzaq məsafədən ona atəş acdilar.Alovlandi. Geri qayidirdiq-ALİMİN elə bil belini sindirmişdilar,nə replikalari eşidilirdi,nə də bir hoqqasi görünürdü.Cox tutqun və kədərli idi,avtomati əlində sallanirdi.Aşotun da hali ozundə deyildi hey öyüyürdü.Mənim isə halima ağlayan lazim idi,qarnimda dəhşətli sanci vardi,başim gicəllənir,gozlərim qaralirdi.Obirisilər isə hec nə olmamiş kimi hirildaşib-qapazlaşirdilar.”Sopkaya” gəldik.leytenant görünuşumüzdən hər şeyi anladi-bu novbəti “səhvlərdən” biri idi və mən təzəliyimlə anladim ki,bu”səhvlər” Əfqanistanin realliği idi.Saninsrtuktor Zaysev (ZAYES) hərəmizə bir həb verib dedi :icin və komək edəcək,elədi də.Ustundən 10 dəqiqə kecmiş bu hadisənin olduğunu ancaq uazaqda tustuləyən maşin təsdiqləyirdi,bu da mənə adi gəlirdi.Amma vaxt kecdikcə yenidən sucluluq kabusu oz qanadini ustumə sərirdi.Əmr verildi ki təzələri 3 gün posta yazmasinlar.Axşam leytenant bizi sohbətə tutdu:bilirsiniz? Bu muharibəni mən başlamamişam və onu qurtarmaq da mənim səlahiyyətlərimdə deyil,mən və başqa burada görduklərinizin bir məqsədi var-nə qədər mumkunsə sağ qamaq,əyər ölum yaxinlaşarsa –özunu bacarib baha satmaq! Hec cur bu yolda olan maşinlari yoxlamaq mumukun deyil,belə edənlərin coxusu dəmir tabutla vətənə gondəriliblər,oradan gələn maşinlar bu tərəfdə postlarin atəş acdigini gözəl bilir,bu bədbaxtlari da oradan kecəndə bunu bilə-bilə qoyun kimi bicaq altina gondəriblər.Orada(o əlini PAKİSTAN tərəfə uzadaraq)Əhməd şahin,Usamanin hərbi duşərgələri yerləşir,PAKİSTANLİLAR AMERİKADAN qorxduqlari ücün onlarin neytral ərazidə yerləşdiklərini dəlil gətirib toxunmurlar,bizimsə ora soxulmağa icazəmiz yoxdur!Bax belə cixir ki “duxlarin” fabrikinə hec kim müdaxilə eləmək istəmir.Onuncunada sizə axirinci sözümdür orada kecən hətta sican da məhv olunmalidir-əlbəttə sağ qalmaq arzunuz varsa.Arqumentlər yetərli və olduqca dəhşətli idi.Deməli kimliyindən asili olmayaraq məhv olunmağa məhkum idi yolda olan!
Beləcə bir həftə kecdi,səksəkəli,boz,darixdirici,fərəhsiz,qiymətsiz gunlərlə.Bir necə gecə əzab cəkdim yuxuda,öldürülənlərin simasi getmirdi gözumdən,bir ara özumu özluyumdə təmizə cixarmaq ücün maşinin yanina getməyi xahiş etdim.İstəyirdim baxam ki orada mənim atəşimin izi var idi ya yox.Amma icazə sözsuz ki vermədilər.
Qiş yaxinlaşirdi,artiq olanlar arxada qalmişdi. O hadisədən sonra bir necə belə “yoltəmizləmə” əməliyyatinda da iştirak etdik,amma yaxşi ki bu dəfə mulki vətəndaşlari yox “duxlari” məhv etmişdik.Artiq insani hədəfə almaq o qədər də qorxulu gəlmirdi mənə,deyərdim ki,biraz hələ ürəklənmişdim də.Alim biraz ciddiləşmişdi-cox az hallarda şitlənirdi daha.Amma mən inanmırdəm onun ciddiliyinə-biraz kecəcəkdi və yenə həmən adam olacaqdı.Qanında idi.Muharibə oz qanunlarini artiq onun da belinə sırımışdı,amma mətin uşaq idi,bu müharibə qanunlarına-özün qanunlarını diktə edəcəyi şəksizdi.Bizim apardığımız müharibə qanunlarının icində rəhm adinda anlama yer yox idi.Və bu danilmaz fakt idi ki,sağ qalmaq ucun ölduürməyə məhkum idin.
Tez-tez başqa “sopkalarada” dəyişilirdik,sistem belə qurulmuşdu ki,bur nöqtədə daimi hec bir vzvodu saxlamirdilar(vzvod 30 əsgər və 1 zabitdən ibarət idi).Aşotu bizdən ayirdilar bu dəfə .O başqa “sopkaya” getməli oldu.Onunla sağollaşanda dedi ki,qayidan kimi MOSKVAYA məktub yazacaq və bu dəlixanada qalmaqdan imtina edəcək.Dedim lazim deyil,səni muhakimə edərlər,o isə-özum özumu hər gün muhakimə etməkdənsə ,bi dəfə mühakimə olunmağim yaxşidir,bezmişəm daha.Burada biraz da qalsam yəqin Bakida qalan ömrümü heyvanxanada kletkada kecirəcəm.Vəhşiləşir burda adam.Getdilər,onlari aparan Mİ-24 vertolyotu üfüqdə itənəcən dalinca baxdim.2 gündən sonra biz də yeni posta gəldik.
Bura yuksək bur təpənin başi idi,təpəni oyub mağara düzəltmişdilər.Dəyişdiyimiz vzvodun uşaqlari sol tərəfdə olan kənddən özümüzu qorumaği məsləhət gördüər.Puştun kəndi idi.Orada “duxlarin” olduğu şubhəsiz idi,gecə gündüz snayperlər işləyirdilər.Başini biraz yiyəsiz qoydun o saat beyninin hava almasi ücün bir desik acacaqdilar.Təpənin arxa tərəfi və ustu mürəkkəb şəkildə minalanmişdi.Onuncun da orada az keşikci dururdu,əsas quvvə yolu və kəndu muşahidə edirdi.Durbindən kənddə həyat olduğu görunurdu,uşaqlar qacişir,mulki əhali gozə carpir,bacalardan tustu cixirdi.Biraz diqqətlə baxsan istehkamda dayanan DŞK və PK pulemyotlarini görmək olurdu,başi əmmaməli ,fəsli“duşmanlarin “ciynindəki RPQ-nin ağzindaki mərmi atəşə hazir vəziyyətdə idi.Bu kənd nə isə əvvəldən xoşuma gəlmirdi.Gecələr görmə cihazlari ilə coxlu hərəkət qeydə alinirdi.Postda quvvə də obirilərinkindən artiq idi və sol tərəfdə istehkamda 1 ədəd ZU-23 zenit pulemyotu və S-60 zenit topu dayanmişdi. Hərdən onlar,hərdən də biz o tərəfə gullə yağdirmaqdan cəkinmirdik,bilirdik ki,onlar cox bizimlə oynamayacaqlar,imkan duşən kimi hucuma kecəcəklər! Snayper tufəngindən hər gun 100-qədər gullə yağdirirdim o tərəfə,amma dəyib –dəymədiyimni bilmitdim.Cunki məsafə cox idi.Dəqiq vurmaq olmurdu.Hər gün itkilər vardi bizim qarnizonda,3-cu rota bu gunlərdə 17 nəfərini itirmişdi.Əsasən bunlar ensiz dağ yollarinda baş verirdi,əraziyə əla bələd olan “duxlar” kicik mobil qruplarla pusqu qurur,RPQ-dən birinci maşini və axirinci maşini vururdular,ortada qalan maşimlar nə arxaya,nə də irəli hərəkət edə bilirdilər.Yuksəklikdə movqe tutan “duxlar” isə bu vəziyyətdən istifadə edərək pulemyotla şəxsi heyəti məhv edirdi.Snayper də oz işində,yalniz aviasiya koməyə gəldikdə oaradan yox olurdular,gethagetdə aviasiyaya da bir “STİNGER” ərmağan etməyi unutmurdular.Sonradan onlarin izini də tapmaq olmurdu.Mağaralar arasi yollarla qeyb olurdular,və mağaralari da minasiz qoymurdular! Həqiqi şeytan əməli idilər. Bunun nəticəsində aviasiya yaxinda olan kəndləri bombalayir,artilleriya yerlə yeksan edirdi. Kəndlərdəki evlər əsasən palciqdan hörüldüyündən,bir D-30 mərmisi 10 -15 evin altini ustunə cevirirdi.Sözsüz ki ən cox əziyyət cəkən mulki insanlar olurdu! Əfqanistanin o zamanki rəhbərliyi hec zaman bu əməliyyatlara mudaxilə etmir,hələ desən dəstək də verirdi.”ZACİSTKA “ adi altinda kəndlərə girən xususi təyinatlilar da ağina bozuna baxmadan hamini gulləbaran edirdilər,onlari da qinamiram,cunki kəndlərdə “duxlar” və onlara rəğbət bəsləyənlər kifayət qədər idi.Uşağindan qadina kimi hər zaman atəş aca bilərdilər.
Qis gəlmişdi,qar davamsuz olaraq yağirdi,dağlar qar ortuyə burunmuşdu,bu mənzərədə bir durqunluq və sakitlik vardi.Elə bil hec muharibə yoxdu bu yerlərdə,hami öz qinina cəkilmişdi.Bu nisbi sakitliyin arxasinda hansisa bir iyrənc məqam gizləndiyi hamina məlum idi,Əqrəb yatirdi ancaq oyanacaği və calacaği labud idi.
Yeni ili “sopkada “qarşiladiq,aci xəbərlə,14-cu posta hucum olmuşdu,20 nəfərin ustunə 200 dən cox “dux” hücum etmişdi,ağir və qanli doyuşdə 15 nəfər həlak olmuşdu! Mən və Alim oturub icimizi cəkməyə də ehtiyat edierdik və nigaran baxişlarda bir sual var idi: gorəsən o da ??? 14 cu post AŞOTUN olduğu post idi.Axşama yaxin cavab gəldi,qəribə də olsa sevindik.Aşot o günü kalonna ilə BAQRAMA yola duşmuşdu. Bura KABUSLAR VADİSİ idi və burada sevinmək insanlara yad idi! İki gun kecməmiş BAQRAM qarnizonundan cox dəhşətli bir xəbər aldiq. Bu xəbər elə indidə məni yandirir,baxmayaraq ki,dostumun millətindən cəkdiyim əzablar dunyaya siğmaz.Amma qoy məni qinayanlar bir anliğa hər millətin pisi və yaxşisi prinsipinə öz qəlbi təmizliyində baxsin. Bir də Bakılı idi-həqiqi Bakılı,millətinə varmadan,Bakı mentolitetində və əxlaqında böyümüş insan.
Dostumuz və mənim ən əziz dostum Samvel həlak olmuşdu. Həyat və zaman dayanmiş,arzular sönmuş,xatirələr isə hönkür-hönkür ağlayirdi.Nə məni ovudan vardi nə də sakitləşdirən.Qar basmiş qaya daşinin ustundə silahini qucaraq bir əskər hönkürürdü və bu hicqirtilar icində bu muharbəyə,bu haqsizliğa və bu aci taleyə bir etiraz vardi!Bu göz yaşlari icində bu KABUSLAR VADİSİNƏ BİR NİFRƏT VARDİ !!! ALLAHDAN LƏNƏT VARDI !!!
BEŞİNCİ HİSSƏNİN SONU!
ALTİNCİ HİSSƏ-DAŞ URƏKLİ ƏSGƏRLƏR.
Lənət olsun o müharibə adli anlama ki,onun bətnində ancaq itgi,dəhşət,həqarət,dağinti,səfalət və ən başlicasi bitmədən silinən tale yazilari vardi!
Komandanliqdan xahiş edib dostumuzu vətənə yola salmağa getdik,Bu da KABİL aerdodromu,hər şey əvvəlki kimi idi,postlar da qum təpəcikləri də,təyyarələrin uğultusu da!Bir ağ ortuk bu mənzərəni dəyişirdi bir də üzərimizə qanadini sərmiş ağir hüzn.AN-12 təyyarəsinin”rampasi” ağzini əjdaha kimi acaraq dəmir qutularda yatmiş və hec zaman daha oyanmayacaq arzulari qəbul etməyə hazir idi.Biz isə bu qutulardan birinin qarşisinda dayanaraq onun parildayan səthində gah küsəyən,gah kədərlənən ,gah hec nədən sevinən,gah filosof kimi fikir yurudən,gah da uşaq sadolovhluyu ilə yeritdiyi fikrə gorə SİYƏZƏNLİDƏN və məndən qapaz yeyən,ata-anasini erkən itirmuiş bir yetimin simasini görməyə calişirdiq!Heyhat! Qutu bağli və səthində isə onu göstərəcək hec bir şey yoxdu.Baxmaqi da məsləhət deyildi.Onu snayper BMP-nin ustundə başindan vurmuşdu və deyilənə görə sonra BMP vurulmuşdu,onun beyni dağilmiş və ayaği yoxa cixmişdi.Kecənlər dərdimizi anlayaraq gəlib bir necə saniyə bizimlə dayanaraq papaqlarini cixarir və dərdli bir köks öturərək ayrilirdilar.Mehman biraz zəif uşaqdi iradə cəhətdən,dizi ustə tabuta dirənərək sakitcə icini cəkirdi,Siyəzənli daş heykələ bənzəyirdi və bu heykəlin yanağindan suzulən yaş onun canli olduğunu bildirirdi,mən isə...Mənim icə icimdə tufan vardi,üsyan vardi,nifrət vardi.Hönkürürdüm dəlicəsinə,özümu qayalara cirpirdim,vəhşi canavar kimi hayqirirdim-ancaq daxilimdə..Zahirimdə isə DAŞLAŞMİSDİM! Gözümdən yaş da cixmirdi.Tabutun ayaq tərəfinə bərkidilmiş paketi acib baxdim.İlahi kaş baxmayayadim-orada bir cavan qadinla kişi şəkli vardi və arxasinda yazi; Əziz anam və atam mən sevinirəm ki,biz yenə tezliklə bir yerdə olacağiq,mən bunu hiss edir və buna inaniram!Balaca xac da burda idi və...mənim şəkilim.Arxasin da da yazi:Alik sən bu yazini oxuyanda yəqin ki mən artiq yolda olacam,mən BAKİYA canimdan əziz sevdiyim ata və anamin yanina gedirəm,məni bağişla dostum,amma qinama məni, ailə belə şeydir ki gərək hami bir yerdə olsun.Mən də bu secimi etdim,onlari sevdiyimi anlatmaq ücün bu secimimi başa duşən az olar! AMMA SƏN BAŞA DUŞƏRSƏN. Mehmana göstərdim bu yazini.O dərdli-dərdli dedi ki:bəli bunu mənə demişdi və and icdirmişdi ki sənə deməyim,əyər onun sovetə getmək məsələsinə baxılmasaydı,vuracaqdi ozunu.Amma mən ona demişdim ki gicləməsin,indi isə özunə əziyyət vermədi və bunu onuncün “duxlar” elədi.İlişdirəcəkdim ağzina yumruğu MEHMANİN.Amma fikirləşdim ki yaziya pozu yoxdur və burda MEHMAN günahkar deyil.Kombatimiz və digər uşaqlar da qacişib gəldi və biz əllərimiz ustə onu bu lənətə gəlmiş torpaqdan uzaq arzular,bulvarlar,kicik kücələr şəhərinə yola saldiq.Nədənsə hami mənlə goruşub :ALLAH rəhmət eləsin,(sarstvo emu nebesnoe-pust zemlya budet puxom)ozunu uzmə,urəkli ol-deyirdilər.Mən isə onun ən yaxini kimi :Siz yaşayın və onu unutmayın –deyə yola salirdim.Motorlar uğuldadi və AN-12 apardiği yukun mənəvi ağirliğinda ikiqat olmuş kimi yorğun-yorğun yerdən ayrildi!Arxasindan yenə fişənglər atilmağa başladi və yerə catmamış söndü-bu artiq KABUSLAR OLKƏSİNDƏ həyatina son verənlərin sönən ulduzları,silinən noqtələri idi...
Qayitmişdiq,demək olar həyar öz axarinda idi,uşaqlarin üzündə yenə gülüş var idi,amma mən gülə bilmirdim,özum də hiss edirdim ki gülüşüm əcaib və duzsuz alinir.Hərdən kombatimiz mənimlə həyatdan danişirdi və həqiqət ondaydi ki bu söhbətlər hec də azğin alkaş rus zabitlərinin söhbətlərinə hec bənzəmirdi.O deyirdi: Sinok, sən mənə cən yaxin gəlirsən, öz iradənlə,sənin kimi adamlara hörmətim var,əzab səni ustləyəndə onu icində əzirsən və hec zaman icki ilə onu yüngülləşdirməyə calşmirsan,bu olduqca cətin və ağrili bir secimdir.Biz bu olkəni özümüzün taleyimiz ücün secim etməmişik və bunu bizimcun yuxarilarda ediblər,bi axmaq xalqin ağillisina hec rast gəlməmişəm,amma yəqin ki burada bir başqa məqam da var!Bax o irəlidə görduyun kənd indi”duxlarin” əlindədir,onlar əhalini oradan buraxmir və onlardan canli sipər kimi istifadə edirlər!Razvedka dediyinə körə kişilərin əlinə silah verib özləri isə arxalarinda dayaniblar ki qacmasinlar!Qadinlarini hamisini hər gün zorlayirlar,əmlaklarini qarət ediblər,amma ən əclafi isə onlar yox biz olacağiq səninlə.Cünki mən əminəm ki bu gunlərdə kəndi göturmək ücün əmr gələcək və biz bu kəndi yerlə yerksan edəcəyik,başqa cixiş yolu yoxdur,oraya döyüşsuz girmək olmayacaq , artilleriya və aviasiya ücün dinc sakin anlayişi yoxdur.Yenədə biz cəllada dünəcəyik və yenə də əllərimiz qana bulaşacaq və bir vaxt gələcək ki ağina bozuna baxmadan bunun ücün bizə nifrət edəcəklər,hec kim o yuxarilari muhakimə etməyəcək,hec kim əsgərin əmr qulu olduğunu anlamayacaq və onda bizim bir adimiz olacaq”QATİL”!
Ağir da olsa həqiqət idi,kənd işğalda idi və onu məhv etmək labud idi,bu kənd yol ustundə olduğundan yolla gələn silah və sursata və narkotik qacaqmalciliğina qarşi mubarizəni cətinləşdirirdi,elə bizim ozumuzun də zəhləmizi tokmuşdu.Hər gün snayper vurur,DŞK ulayirdi.Lap boğaza yiğmişdi bizi.
Burada havalar da insanlar kimi dəyişkən və qeyri sabit idi.Bir necə günün icində qar elə əriyib yoxa cıxdı ki-düşündük ki qış qurtardı.
Bu gün vertolyot gəldi,komandir rotamiz PİLİPENKO da vertolyotda idi,qospitaldan cixmişdi ,hec üzunu gürməmişdim.Əlimizi sixdi və dedi ki AZƏRBAYCANLİLAR haqda komandanliqda yüksək fikirlər var,evinizə məktub göndərəcəm,amma xahiş etdik ki ,məktubu təyyarəyə versinlər və o da TACİKİSTANDAN göndərsin,cünki evdə bizim burada olmağimizi bilən yox idi.Məktublari aldiq,evdən,nənəmdən,dayimdan idi.(Hərəsinin icində də 10 -25 manat pul)) neyniyəcəkdim cölun duzundə bunu?Hami şükur ki sağ-salamat idi,bir nənəm yenə başlamişdi öz düdüyünü calmağa: köpeyoğlu urus qizi gətirmə aa gələndə vallahi tumanimi cirmayib ikinizi də it balasi kimi döyərəm,burada qiz qəhədi bəyəmm?Odee Nəsibənin nəvəsi maşallah cinar boyda olub ,özu də toylarda qarmon calir,dənizdə cimmə haa batarsan,birdən nəşə zad verərlər sənə səndə cəkərsən haaa,vallah uüstümə nöyut töküb yandiraram spicka ilə,donuz salasi yemə haaa,gunahdir. Sənin qayğilarin məndə olaydi ay nənə...Dəniz nə gəzirdi bu cəhənnəmdə?
Bir sakit və fağir atam nə isə duymuşdu;niyə polevoy poctadan yazirsan bala? Oradasan? Mənə düzün de,hec kimə demərəm.Yazdim;yoxx papa,bura uzaq poliqondur və biz burada hərbi elmə öyrənirik.Yaxinliqda hərbi hissə yoxdur onuncun da polevoy poctadan yaziram. Pasilka da vardi,icində bir dunyanin mali.Qovrulmuş kudu tumuna qədər.Alimə də məktub vardi(SİYƏZƏNLİYƏ). Yenə gicləyirdi:Arvad yazib ki,mənimcün qiz tapib evlənməyə,iki başi səkkiz qulaği və hətta quyruğu da var!Kefdəyəm,gedən kimi sdavat eləyəcəm hərbi hava quvvələrinə,qulaqlarindan lokator kimi istifadə etsinlər,bilmirsən nə qədər pul verərlər ona?Dedim dur rədd ol burdan,beynimi xarab eləmə,xixlamis dəvə kimi, lökunu basma üstümə və kudu tumunun da qabiqini az tok buralara,komandir gəlib deyinəcək,O eşşəyə isə biz kar edən deyildi,öz bildiyini atasinada verməzdi.Cox bağliydim ona,bəlkə onda öz urəyimin yüngüllüyünü axtarirdim-bilmirəm.Bu isə dinc dayanan kopayoğlu deyildi,gedib təpənin dalinda gəzişən dəvələrə nə göstərmişdisə,bir də gördum qişqira-qişqira bizə tərəf qacir,elə bildik yandan hücumdur.DŞK-ni o tərəfə firlatdim,trevoqa duşdu.Amma hər şeyi başa duşəndə yenə hirsim başima vurdu.Serjanta dedim sən Allah bas bunu mağaraya(ora qauptvaxt və həbsxana rolunu da oynayirdi) canimiz dincəlsin dəə.Amma o dedi ki bu elə bəladir ki ordada bizi sakit qoymayacaq.Ham sevirdi onu və hec kim onun gic zarafatlarindan incimirdi.Aşbazin başina oyun acırdi,odunun altina barit yiğirdi və aşpaz odu üfürəndə barıt üzünü qapqara etmişdi.Kəfgiri təpəsinə o qədər vurdu ki kəfgir sindi.Axi kaskaya neyliyəcəkdi ki.
Günlər otur və hiss olunurdu ki ,artiq kəndin fatihəsi verilib,cunki arxamizda 4 BM-24QRAD və 5 D-30 qaubisasi peyda olmuşdu.Artilleriyanin korretirovşiki hər gün kəndi muşahidə edirdi.Mən də boş qalmirdim,artiq 10 yaxin saqqallinin meydini qoymuşdum öz SVD-mlə.Vurduqca elə bil biraz da həvəslənirdim,artiq bu vəhşi anlayiş narkomanlar kimi mənə ləzzət verməyə başlamişdi,qorxu hissi demək olar ki ,yox idi.Razvedkanin məlumatina görə kənddə Əhməd şahin ən yaxin silahdaşlarindan olan Omər Zərgəri başci idi.Səkli vardi o məlunun bizdə,özləri atmisdu külək olanda,vərəqədə 10 larla başi kəsilmiş əsgər fotolari vardi və haminin ustunə ayağini qoymuş OMƏR.Bir bu məlunu diri tuta bilsəydik ,ona gostarərdim seytanlar harda gecələyir.Biri qacib kənddən yanimiza gəlmişdi,16-18 yaşinda cavan oğlan idi,dəhşətli şeylər danişirdi.Osobist əfqanca yaxşi bilirdi,deyirdi onlar demək olar qadin və qizlari zorladiqdan sonra coxunu gullələyiblər və indi cavan oğlan uşaqlarina təcavuz edirlər!Kənddə qoca qalmayib,onlari elə birinci günlər güllələyiblər ki, əl ayağa dolaşmasinlar,əsasən də Əfqanıstan ordusunda yaxud milisində xidmət edənlərin yaxınları lan kişiləri asmış,qadınları isə öz əsgərlərinə vermişdilər,coxu vəhşicəsinə zorlanıb,başları kəsilmişdi.Bəhram(qacan oşlan) 20 günə yaxin idi ki, dediyinə görə evlərin birinin altinda olan taxil anbarinda gizlənibmiş.Kənddəki quvvə 200 nəfərə yaxin olardi və onlar güclu silahlanmişdilar.Aralarinda əcnəbilər də vardi,onun dediyinə görə ,onlar yoğun siqaret cəkir və tez tez tüpürürdülər,dilləri başqa idi. Ərəblərə bənzətmişdi Bəhram onları.Oğlani osobistlər apardi.
Artiq son hazirliqlar aparilirdi,bu səhər 12 BMP-dən və 2 tankdan ibarət kolonna bizim yanimiza catdi,əsgərlər coxaldi,arasinda bizim prizivdan da vardi.Görüşduk.Onlar JALALABADDAN gəldikləri ücun bizə özlərində olan sovqatdan verdilər,siqaret,alişqan,sok,balaca plasmass elektron saatlar,şirniyyat və s.
Hücum sabah səhər saat 6.00 təyin olundu və ağir,can üzən saatlar bir birini əvəz etməyə başladi...
ALTİNCİ HİSSƏNİN SONU
ALTINCI HISSƏ-II-KƏND
Bir az hucum vaxtina var və və muharibənin indiki xronologiyasina baxaq:Əfqan torpağinda sovetlərin olmasinin 5-ci ili kecdiyinə baxmayaraq hec bir sülhə və əminamanliğa doğru dəyişiklik görünmürdu.1984-cu ilin başlanmasi daha ağir döyüşlərə və insan itkilərinə gətirib cıxartmişdi,təkcə sovet zabit korpusundan 304 zabit həlak olmuşdu ki bu kecən illə muqayisədə 1.5 dəfə cox idi.
Mucahidlər Pakistan tərəfdən daha aktivləşmişdilər,ən cox onlar URQUN tərəflərə maraq gostərirdilər,bu Əfqanistanin başqa bölgələri ilə əlaqənin kəsilməsi ücün böyük bir şans idi.Kabil də də həyəcan hökm sürürdü,mücahidlər dağlardan aşaqida olan paytaxti demək olar hər gun “yer-yer” rakerlərindən atəşə tuturdular ki,bu raketlər də əsasən dinc əhaliyə ziyan vururdu.
Əhməd şah Məsud(özünün elan etdiyinə gorə PƏNCŞƏR cəbhəsinin komandani) və GULBƏDDİN HİKMƏTİYARİN coxmilli mucahid dəstələri XAYRATON-KABİL və SALANQ kecidindən uzağa getmir ,hər vasitələrlə burani oz nəzarətlərində saxlayirdilar.Onlarin dəstələri mobil halda kolonnalarin hərəkət istiqamətində yuksəkliklərdə peyda olur,ağir və dəqiq zərbələr vuraraq yox olurdular.Hər vurulan əfqan hərbcisi ucun 7000,partiya aktivistinə görə 15000,zabit ücün 30.000,tank ücun 100.000 əfqani mukafat verilirdi.”ŞURƏVİLƏR” yəni bizlər ücün isə bu iki dəfə baha idi.PƏNCŞƏR vadisi cox strateji bir vadi idi ki, hər iki tətəf burani üstündə ölüm dirim savaşi aparirdi,hər kəs bilirdi ki bu vadi bütün müharibədə böyuk rol oynayir və onun kimin əlində olmasi müharibənin gedişində ciddi dəyişikliyə gətirib cıxarardi.PƏNCŞƏR vadisi uğrunda döyuşlər yeddinci dəfə olaraq 21 aprel 1984 –cu ildə daha şiddətli başladi,döyüşə 11.000 sovet,2.600 əfqan ordusunun əsgəri,200 təyyarə190 helikopter cəlb olundu amma bu hec də gozlənən effekti vermədi.Boyuk qüvvənin olmasina baxmayaraq ƏHMƏD şah MƏSUDU bütövlüklə məhv etmək mümkun olmadi-onun ordusu ancaq boyuk itkilər verdi.Bundan sonra mucahidlər o qədər quduzlaşdilar ki,31 avqustda KABİL aeroportuna da hücüm cəkməkdən cəkinmədilər.Muharibə isə oz axarinda gedir və ufuqdə hec bir işarti görünmürdü!
Saat 6 ya az qalirdi ki yeni gələn quvvələrin komandiri ancaq artilleriya və atici silahlarin atəşi olacağini bizə catdirdi,hücümun isə vaxti dəyişdirilmişdi. Hava da isinmişdi,quru külək torpağı ağzımıza doldururdu.Biz obirisi dəstənin snayperləri ilə movqedən kəndi muşahidə etməyə başladiq,hərəkət görundu və mən atəş acdim.Elə bil topdan atəş acmişdim,hərəkət olan yerdə böyuk alov və partlayiş dalğasi qalxdi,demə mənim atəşimlə artilleriyanin atəşi uüst-üstə duşmuşdu.İblisin rəqsi başladi,( bu Əfqanistanda artilletiyanin harani isə yerlə-yeksan etməsinə deyilirdi-TANES DYAVOLA)təpənin dalinda yerləşən atilleriyaya verilən dəqiq tuşlama(korektirovka)hər mərmini hədəfə catdirirdi,tanklar düz atəşlə (pryamoy navodka)kəndin hər metrəsini vururdi,zu-23-lər və DŞK ulayirdi.mərmi duşən hər ev özü ilə bir necə evi də vadinin tarixindən silirdi.Bu quduz carpişmada canlinin qaldiğina inanmaq cətin olsa da biz tərəfə SPQ qumbaraatanlarinin mərmiləri də atilirdi,yaxindaki tanki belə mərmilərdən biri tutdu,heyət lyuklardan tullanib yerə yapişdi və onlari dartaraq daldaya cəkdilər.Ölüm olmasa da tuşlayicinin daha dünya işiğini görməyəcəyi labud idi.Gözləri tökülmişdu bədbaxtin,qalanlari da yarim can idilər! Demək olar ki quduzlaşmişdim! Snayperi dalima atib ehtiyatda oman PK pulemyotnunu götürdum və cani dildən kəndi gülləbaran etməyə başladim ki.....
Hucum əmri verildi.
Hec vaxt hücuma kecməmişdim,yüyurə-yüyurə kəndə tərəf qacmağa başladim,bu zaman Alimin gic səsini eşitdim arxadan-Alə nə ildirim vurmuş eşşək kimi tozanaq qopartmisan? Məni də gözlə dəəə.Dedim yüyrək ol,dəstələr bizdən qabaqdadir,sonra elə bilərlər ki,qəsdən dala qalmişiq.Dedi gəlirəm narahat olma,amma pulemyotun güüllə qutusunu şələləyiblər dalima,amma pulemyotcu fitilləyib başqa tərəfə.Dedim eybi yox kəndin ayağinda tapariq.Bu zaman o biri dəstədən olan serjant bizə bağirdi ki –polni rost qacmayin axmaqlar,vurarlar sizi,kicik məsafələrlə qacib uzanin.Kəndin ayağinda o birisi qruplara catdiq,urəyim ağzima gəlirdi,biraz su icdim.Burada quvvə toplanmişdi,qutunu pulemyotcuya verdik,komadirləri ALİMƏ –molodes ki,tullamamisan yolda –dedi. Alim isə- Allah dədənə də molodes eləsin,dayday -dedi.Tərs baxdım ona.
Kəndə 3 istiqamətdən girdik,bizi daha təcrubəli olan serjant SAMOXİNİN öhdəsinə verdilər O- qulaq acin göyərcinlər,indidən deyirəm,hər hərəkət edən potensial duşmandir,onu öldurun və sonra baxin,əvvəl baxmaq istəsəniz o sizi öldurəcək,plen gotürmürük,yaralilari isə əzabdan azad edirik(yəni gulləni caxiriq təpəsinə).Tüstu və yaniq qoxusu verən kəndə şərq tərəfdən girdik.Kucələr dağilmiş,evlər viran qalmişdi,bir tank hec kucəyə baxmadan elə evləri taptayaraq bizi ötdu,tozanaq qalxdi,serjant –ana soyuşu ilə onun dalinca bağirdi. Ara sira atəş səsləri gəlirdi,biz salamat qalmiş evləri və qazmalari yoxlayirdiq,qazmalara girmirdik-sadəcə ora əl qumbarasi tullayirdiq və partlayiş onu cökdürürdü.Bir cox əfqan evlərində zirzəmi olduğu ücün birimiz zirzəminin qapağini qaldirib tez uzanirdiq və qalanlari orani gulləbaran edirdi.Yolda bir necə yarali “duxu” “əzabdan” azad elədik,silahlari üzümüzə tutaraq kicik hərəkətlərlə gizlənə-ğizlənə hərəkət edirdik,meydana cixdiq.Meydanin baş tərəfindən bizi atəşə tutdular,yerə yapişdiq,torpaq ağzima dolurdu nədəs alinca,əclaf gullələri pulemyotdan elə buraxirdi ki elə bil ambar ustundə oturmuşdu.Samoxin Alimə dedi- sağ tərəfə sürün,biz səni pokrivat elərik və pulemyotu qasit elə.Biz pulemyota atəş acmağa başladiq və cox kecmə di ki ALİMİN RPQ-16- sınin kuppultusunu eşitdik.Pulemyot havaya qalxdi və biz tozanaq qopararaq ona tərəf yüyürdük,orada 2 nəfərin meyiti var idi(əyər onlara meyit demək olardisa).Biri isə sürünə sürünə arxasinca qan zolaği buraxaraq evin dalina siğinmaq istəyirdi,Snayperi üzümə sixdim və atəş acdim,o daha sürünmədi.Evlərin birindən qarişiq səslər gəlirdi və yenə ALİM qumbaraatani qaldirmaq istəyirdi ki,serjant dedi-“tixo”(sakit). Oradan uşaq ağlamağinin səsi gəlirdi,mən o tərəfə getmək istəyəndə o məni saxladi-irəli soxulma kazyol,bu tələ ola bilər-dedi.Evi mühasirəyə aldiq,xaxol dedi gəlin qumbara ataq,serjant ona elə cəpəki baxdi ki,o az qala yerə girəcəkdi( axmağin biri idi).Serjant dedi-ALİK snayperlə bizi qoru –və yavaş-yavaş evə yaxinlaşib,birdən hamiliqla ora soxuldular.Həyəcanli dəqiqələlər ötür və nişancahdaki gözumü tər bağlayirdi.Budur xaxol cixdi,dalinca qalanlar.Arxalari ilə 5 nəfər 3 parancada olan qadin,2 yenuyetmə.Qadinlarin birinin qucağinda olan uşaq elə bağirirdi ki elə bil ətini kəsmişdilər. Qorxmuşdu. Onlari evlərin yanina gətirdik,serjant deyəndə ki qadinlarin parancasini qaldir və yoxla,gic gülmək tutdu məni. O isə daha ciddi –indi biri altdan avtomat cixarib qarnini dolduranda dişlərini heyvan kimi ağardarsan-deyə bağirdi. İşə düşmədiik? Astaca qadinlara yaxinlaşdim,qara parancanin ətəyini qaldirdim,2 qadin orta yaşlarinda idi, qorxudan ağlayirdilar və nə isə deyirdilər,biri isə cavan gəlin idi,uşağin anasi.Özümü itirdiyimdən onlarin parancasini tamam cixarib əlimdə saxlamişdim.Bu zaman gördum serjant avtomatin prikladi ilə xaxolun alnina necə vurdusa o mayallaq aşib yerə yapişdi.Demə o, o saat qadinlari zorlamaği Samoxinə təklif edibmiş və buna görə alnina zərbə alibmiş. Alimə də belə fursət lazim idi, bir təpik də o vurdu xaxolun qarnina.Qadinlar isə nə isə deyir və yalvarirdilar ki,bu zaman bizə yenə atəş acdilar.Yerə yixildiq.Serjant ratsiyaya söydu və atəş kəsildi.Demə şimal qrupu imiş bizə atəş acan.Onlar yaxinlaşdilar.Aralarinda əfqan ordusundan əsgərlər vardi,onlar qadinlarla danişdiqdan sonra yeniyetmələri təpikləyib döyməyə başladilar.Biz güclə onlari araladiq və məlum oldu ki bu yeniyetmələr mucahidlərin qulbecəsi imiş,kəndi gəzərək gizlənənləri axtarir və onlari “duxlarin” əlinə verirlərmiş.Hücumdan biraz əvvəl bu qadinlari zirzəmidən taparaq onlarin əlinə veribmişlər.Onlarin əlini kəndirlə bağlayib BTR-ə saldilar,bizim serjantimiz isə xaxola nə olduğunu soruşdu.Dedik,o da öz novbəsində ona bir təpik ilişdirdi və dedi ki –it oğlu səni soxaram ştrafbata!Bu bədbaxtlari onsuz da it gününə saliblar,gedin kəndin mərkəzinə və baxin ki nələr torədiblər sənin kimi alcaq manyaklar.Kəndin mərkəzinə tərəf yollandiq,əfqan mənə yaxinlaşib siniq rus dilində-şurəvi-onlarin parancasini qaytar,onlara aciq gəzmək günahdir-dedi.Elə bil indi ayildim,parancalari niyə dalima atmişdim,xəbərim yox idi. Qaytardim.Osaat başlarina taxdilar.Alimə baxdim,bu qarmaqarişiqliq icində yernə öz ənənəsinə sadiq idi. Uşağu qadindan alib boynuna mindirmişdi və ona qalet(quru pecenyaya oxşar suxari) yedirdirdi və nə isə mahni bağirirdiş.Uşağin da eyni acilmişdi.Yaxinlaşib onun ağir qumbaraatanini aldim,o isə -qumbaraatani verib uşaq aldim,dinqil sazim ,dinqil-deyə oxumağa başladi yenə. Lap hirsim vurdu kəlləmə.daldan təpiyi vurdum ona ki –bəsdi dəəə yenə sirtiqlaşdin. O isə arsiz-arsiz gulərək- eşşək adamsan ALİK,gərək hər zaman güləsən ,öləndə də,evlənəndə də-dedi. Ölməklə evlənməyin nə əlaqəsi vardı?,qanmadım. -Cəhənnəm ol duzsuzun biri-deyə qabağa yuyurdum.
Kəndin mərkəzində aləm bir- birinə qarişmişdi,butun qruplar bura cəmlənirdi,bir yanda hərbcilər bağirir,bir yanda texnika guruldayir,bir yanda əsirlər soyuşur,bir yanda isə sağ qalmiş əhali ağlaşirdi.8-ci qrup coxlu sayda qadin gətirmişdi,onlari taxil anbarinin zirzəmisinə salib ağzini bağlamişdilar,qadinlarin coxusunun ust –başi cirulmişdi,deyilənə gorə onlari “duxlar” cox incitmişdilər və təcavuz etmişdilər.Bunlar ərləri,qardaşlari,qohumlari Əfqan hokumətiniə xidmət edənlərin yaxinlarindan sağ qalanlar idi.Bir polkovnik qişqirdi ki –nə baxirsiniz bu yaziqlara ? Görmürsünüz bədənləri aciqda qalib? Kimdə plaşpalatkada zaddan nə varsa onlara verin.Maşinlardan adyal,əsgərlərdən plaşpalatka( o həmişə bizim RD(desant arxa cantası) olurdu) verdik onlara bürünməyə. Xaxol-belə əla mənzərəni bağladılar-deyəndə, Alim daldan bir təpik zolladı ona ki”oğraş”.İki krokodil də (Mİ-24) aralida yerə oturmuşdu və coxlu maşin var idi.Əhalinin sağ qalanlarini maşinlara oturdub buradan aparirdilar,coxusuna tibbi yardim edirdilər,əsirlər isə 30 nəfərə yaxin olardi,təpikləyib vertolyota basırdılar.Bizimkilərdən demək olar ki ,ölən yox idi 42 nəfər yarali vardi.Kənd aciqda oduğundan və artilleriyaninn korrektirovkasi duz olduğundan( əhsən kəşfiyyatcilara)”duxlarin “ atəş noqtələri tamam məhv edilmişdi.Komanda gəldi ki-sopkadakilar öz yerlərinə qayitsinlar. Biz SAMOXİNLƏ qucaqlaşdiq,o- sizinlə fəxr edirəm goyərcinlər,birinci döyüşdə, özü də belə qorxmadan.Məsləhət gÖrurəm hərbi məktəbə gedin xidmətdən sonra,sizin kimilər lazimdi orduda,xəstələnməyin və calişin sağ qalasiniz,göruşərik-deyə hər birimizi bağrina basdi.O DŞB-dən idi.(desant hücum briqadasi).Ayrildiq.Bu zaman birdən yadima duşdu,Mehman yox idi. Yerə mixlandim,ürəyim ağzima gəldi,o yox idi ,hec yaralilarin arasinda da görmədim.Alimə dedim ,o isə -Bilirəm hardadi,onun qulaqlarini”duxlar “kəsib göndəriblər Tretyakov qalereyasina,dərisinə də saman təpib muqəvva qayirib ,qoyacaqlar dağustu parkda Kirovun yanina. Əh bu qədər də heyvan adam olaar? Cumdum ustunə ki salim təpiyimin altina ,o isə qacmaqa və qişqirmağa başladi ki- Mehmani “duxlar” apariblar təzədən sunnət eləməyə.Tutsaydin başini əzəcəkdim .Bizim serjant qişqirdi ki- ALİK xvatit bezobraznicit ( bəsdi oyun cixardiniz).Dayandim və Mehmani soruşdum,dedi sopkada saxladim onu,ayağina “qribok” cixib.Alim elə hirildayirdi.Ona tərs- tərs baxdim,amma hirsim soyumuşdu,O isə gəlib qumbaraatanini alib dedei-gəl səni bir mac eləyim ki,ölmədin,ölsəydin amma yaman yeyib icmək olardi haaa. Xeyri yoxdu ona baş qoşmağin, biraz da ustunə qoyacaqdi. Xasiyyətdi dəəə.
Sopkaya catdiq,sakitlk idi,hami silahlarini boşaldib,krossovkalarini cixartdi( o zaman hec kim krossovka geyməyi qadağan etmirdi sopkada və biz onlari bazardan alirdiq yaxud tuşonkaya dəyişirdik elə bazarda)Oturdum,yorulmuşdum.Bu zaman palatkanin arxasinda qeylu-qal başladi və Mehman əlində botinka axsaya-axsaya ALİMİ qabağina qatdi.Demə Alim Mehmanin DŞK nin dalinda yuxuladiğini görüb ,bir bacok suyu tökub başina. Tutaşib boğuşdular.Amma hec kim onlara fikir vermirdi,mən də,sadəcə yorqun-yorğun gulumsədim.Bu birinci və amansiz doyuşum idi ki, artiq mən bu iyrənc muharibədə oz yerimi tapmişdim.Bu yer o qədər də ürəkacan olmasa da ,artiq sağ qalmaq ücün təcrubə idi.Nə ucunsə uşaqli qadin düşdu yadima və xoş hisslər məni burudu,gözəl idi,yaxud mənə elə gəldi bu vəhşi və adamsiz vadidə.Qeyri ixtiyari onlari kənddən aparan kolonnanin arxasinca boylandim,yollarda toz dumanindan başqa hec nə görünmürdü.Baxdim gözlərim qaralana qədər,kolonna mənə bu dəhşətli insan faciələrinin icində iynə ucu qədər xoş bir şeyi aparmişdi.Nə isə ürək tərpədən bir duyğunu.Bəlkə kolonnani görəcəyəm deyə yerimdən atilib təpənin başina cixdim,binoklla o tərəfə baxdim,amma onlari andiran ancaq yoldan qalxan toz qalmişdi otrada və bu toz da nə ucunsə biraz doğma gəldi mənə,xoş gəldı.Gözümü uzun muddət o yoldan ayirmadim..........
ALTİNCİ HİSSƏ-II-nin SONU