- 1434 Okunma
- 2 Yorum
- 0 Beğeni
MƏKTUBLAR
ÖZÜMƏ MƏKTUB (ağıl)
(Payız gəlib)
Məktubumu oxumağı təxirə salmağı ağlına belə gətirmə. Huşsuzsan.Yoxsa illər sonra təsadüf nəticəsində oxuman ehtimalı var. Davam elə, qorxma, bu nə öyüd-nəsihətdən, nə hansısa bədbəxt hadisədən, nə də ümumi sözlər yığınından ibarət məktub deyil. Qısaca belə deyim: bu bir cəhddir. Amma sən necə istiyirsən elə də xarakter ver. Bunu mənə cavab məktubunda yazmağı unutma. Heç bilmirəm cavab yazacaqsan, ya yox.... Elə bilmə ağ kağız və qələmə qarşı ehtiyatlı davrandığından, bacardıqca uzaq gəzdiyindən xəbərsizəm. Cavab yazmasan incimərəm.
Xeyli vaxtdır səni görmürəm. Zaman da yoxluğunu hesablamaqdan bezib. Haralardasan? Bilmirəm uzaqdasan yoxsa yaxında. Elə bil bəyaz bir dumanın arxasında yox olmusan.... Sən də bəyazsan axı, ona görə səni görməyi bacarmıram. Çox qapalısan. Bəzən mənə elə gəlir ki, o qədər gizlənmisən ki, heç özün də özünü tapa bilmirsən. Əgər özünü itirmək kimi bir fəlakət doğurdan da başına gəlsə, qoxma itirmək tapanların adətidir. Mənsə bu işdə ikinci sən olaram. Əlbətdəki sən istəsən və ən əsası sən gəlsən.
Hər gün qalaya bir də balıqqulağı yatağına gedirəm. Daşdan düzəltdiyin oturacağın üzərini mamırla örtüldüyünü, daxmanın ətrafındakı kolları görəndə bildim ki, səninçün həyat hələ də ağır keçir və səninçün hələ payız gəlməyib. Kimlərinsə ayaqqabısının su keçirdiyinə görə, kimlərinsə qalın geyimi olmadığına görə, kimlərinsə isə küləyin və yağışın əhvalını pozduğuna, onu darıxdırdığına görə payıza qəzəbləndiyi halda sən saatlarla yağışın altında gəzməkdən yorulmursan. Bəlkə də yağış sənə görə gecikir. Axı sən payızda nəfəs alırsan, yaşıyırsan, dəfələrlə doğulursan, bitkin və kamil ömür yaşıyırsan, sonra da ölürsən, yenidən doğulmaqçün.... Bəzən mənə elə gəlir ki, payız sənə görə gəlir, sən xöşbəxt olasan deyə. Mən də bu gəlişi tezləşdirməkçün yayın qalıqlarını təmizlədim. Hər şeyi qaydaya saldım. Sənə aid olan hər şey burda səni gözləyir. Sən istədiyin kimi. Mən də gözləyirəm, hər gün payızla birgə. Tələs. Sənin payızın mənim kimi sədaqətli deyil.
Səndən nigaranam. Çalış fikir eləmə. Həddən artıq fikirləşmək uçuruma yol açır....
02.08.2011
ÖZÜMDƏN MƏKTUB (qəlb) (cavab)
(Qayğı)
Başım ağrılar silsiləsindən yeni verlişini efirə çıxarıb. Dərmanlar da kəsmir. Yaza bilmirəm. Üzürlü say....
Qayğı. Məktubunun xarakterini məqsədinə çevirmə. Lazım deyil....
09.08.2011
YORUMLAR
Salam sevgili türkan hanım gene bir güzel parça Tebrik ederim saygılarımla...