- 668 Okunma
- 0 Yorum
- 0 Beğeni
Azərbaycanda yaranmış ideologiyalar və onlara mənəviyyat dempinqlərinin xəyanəti
Azərbaycanda yaranmış ideologiyalar və onlara mənəviyyat dempinqlərinin xəyanəti
Qədim Azərbaycan ərazisində meydana gəlmiş sosial ideyalar
Bəşər tarixində sıçrayışa bənzəyən böyük tərəqqilərin növbəti mərhələsinə keçid ideologiyası əsasən yeni meydana gəlmiş dinlər vasitəsilə təlqin edilirdi. Bu danılmaz faktdır ki, zamanın tələbi ilə yaranmış bütün milli və bəşəri ideologiyaların əksəriyyəti yeni inkişaf dövrünün başlanğıcına çevrilərək öz fonunda çəkişmə və dartışmalara, müharibələrə səbəb olsa da bəşəriyyətin inkişafına lazımi töhfəsini mütləq verir, sonucda mənəvi qələbəsini təmin etmiş olur. Bu cür ideologiyalardan qədimdə və orta əsrlər boyu yetərincə istifadə olundu. Təbii ki, tarix boyu yaranmış ideologiyaları bütünlüklə sadalamaq və onlar haqqında danışmaq böyük bir elmi əsərin mövzusudur, ona görə də, mən bu ətrafda xırda gəzişmələr etməklə yanaşı, həm də Azərbaycan ərazisində fars xəyanəti ilə üzləşmiş ideologiyalar barədə söhbət açmaq istəyirəm. Onu da qeyd edim ki, Doktor Osman Turanın “Türk cahan hakimiyyəti”, Jean-Paul Rouxun “Türklərin tarixi”, Yusif Yusifovun “Qədim Şərq tarixi” kitablarını, Xəliyəddin Xəlillinin “Azərbaycan Türklərinin etnogenezi və milli inkişaf tarixi” adlı monoqrafiyasını, və digər tarixi mövzuda olan kitabları oxuduqdan sonra bu məqaləni yazmaq qənaətinə gəldim.
Maraq doğuran tarixi hadisələrlə zəngin olduğundan əvvəlcə qədim zamanlarda meydana gəlmiş sosial ideyalara fikir versək yerinə düşər. Beləki, e.ə.VI minilliyin başlanğıcında Azərbaycanda metalın, yəni misin kəşfi və ondan əmək aləti və digər məqsədlərlə istifadə edilməsi o dövrdə inkişafın yeni mərhələsi idi. E.ə. IV minilliyin ikinci yarısında misə sürmə, mərgümüş, nikel, qalay, qatmaqla möhkəm metal olan tunc yaratdılar. İnkişafın bu yeni mərhələsi və ya yeni sosial ideologiyanın meydana gəlməsi nəticəsində e.ə. III minilliyin birinci yarısında Mesopotomiya ilə həmsərhəd ərazilərdə Aratta, ikinci yarısında isə Lullubi və Kuti ilkin dövlət qurumları yaranmışdı. Bu cür iqtisadi gəlişmənin dövlət quruculuğu ilə sonuclanmasını biz tarixin sonrakı mərhələlərində də müşahidə edirik. E.ə. II miniliyin sonu, I minilliyin əvvəlində isə Azərbaycan əhalisi hələ ona çox qədimdən məlum olan dəmirin 1539-2740 dərəcə istilikdə əridərək müxtəlif üsullu istehsalına başladılar. Bu yeniliyin doğurduğu inqilabi irəliləyiş və sosial təbəqələşmə e.ə. I minilliyin ikinci yarısında Manna və Midiya dövlətlərinin yaranmasına, eləcə də Alban xalqı və Alban dövlətinin təşəkkülünə öz müsbət təsirini göstərdi. Dövlət quruculuğu ənənəsini, deyilənlərə paralel olaraq, həm də bu xalqın şüurunda atavistliyin təzahürü kimi də dəyərləndirmək olar. Bunlarla belə dövlət qurumlarının yaranmasında başqa bir amilin də əvəzolunmaz xidməti var idi. Bu, məqalənin girişində qeyd etdiyim kimi dini ideologiyanın insanların şüurunda etdiyi əvəzsiz inqilabdır. Lakin aşağıda oxuyacaqsınız ki, bu cür ideologiyalar bəzən mənəviyyat dempinqlərinin əlləri və əməlləri ilə zədələnə də bilir.
Zərdüştlüyün farslardan aldığı zərbə
E.ə. II minillikdə Azərbaycanda yayılmış Zərdüştlük ideyası təkallahlığı, dövlətçiliyi, əxlaqda xeyir əməli, təbliğ etməklə yanaşı, həm də bütün sosial təbəqələri vahid ideologiya əsasında birləşdirirdi. Bu ideologiya az sonra - e.ə. IX yüzillikdə Urmiya sahillərində mərkəzi İzertu şəhəri olmaqla ilk Azərbaycan dövləti Manna və e.ə. VII yüzilliyin I yarısında (e.ə. 712-675-ci illərdə Deyok Midiyanı vahid dövlət halına gətirmiş və Ekbatana (indiki Həmədan) şəhərini saldıraraq onu ölkənin paytaxtı elan etmişdir) Midiya dövlətinin yaranması ilə nəticələndi. Yeni yaranmış dövlətlər Astiaqın hakimiyyəti illərində Zərdüşt dinini rəsmi dövlət dininə çevirdi. Bu ideoloji əsaslar e.ə VII əsrin 70-ci illərində Midiya ilə Manna dövlətlərinin birləşərək vahid Midiya dövlətini yaratmasına və Albaniya ərazisində ilkin dövlət qurumunun reformasiyasına gətirib çıxartdı.
Manna, Midiya və Sakların birləşərək Assuriya və Urartuya qarşı təşkil etdikləri hərbi-siyasi ittifaq ilk növbədə bu qohum qövmlərin yeni konsolidasiyasına təkan verdi. Münaqişəsiz baş verən bu birləşmə e.ə. 653-cü ildən e.ə. 625-ci ilədək Sakların hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin sonra hakimiyyətə Midiyalılar gəldi. Beləliklə, ölkənin mədəni-iqtisadi mərkəzinə çevrilən Manna və Sak çarlığınin Midiyaya birləşməsi ilə Azərbaycanda mərkəzləşmiş hegemon dövlət yarandı. Birinci farsları hakimiyyəti altına alan Midiya e.ə. 604-cü ildə Babil ordusu ilə birlikdə Assuriya dövlətinin varlığına son qoydu, Urartunu məğlub edib öz hakimiyyəti altına aldı. Hərbi yürüş zamanı onlara axıra qədər müqavimət göstərə bilməyəcəyini başa düşən Lidiya çarı qızını Midiya hökmdarı Kiaksarın oğluna ərə verərək Qızıl İrmaq çayı sərhəd olmaqla sülh müqaviləsi imzaladı. Midiya Şərqin ilk hegemon imperiyası kimi mövcud olsa da, Azərbaycanın kiçik çarlıqları hakimiyyətlərinin bu cür asanlıqla itirilməsi ilə razılaşmadıqlarından mərkəzi hakimiyyəti qoruyub saxlaya bilmədilər. Eyni zamanda uzun illərin fasiləsiz müharibəsi əhalini mərkəzi hakimiyyətdən narazı salmışdı. Yaranmış vəziyyətdən istifadə edən, e.ə. IX-VII əsrlərdə fasilələrlə Azərbaycan hüduduna gəlmiş farslar Midiya hakimiyyətində onlara etimad edilmiş vəzifələrdən istifadə edib, xəyanətlə saray çevrilişi edərək mərkəzi hakimiyyəti ələ keçirdilər. Bununla da totemləri ilə də fərqlənən farslarla midiyalılar arasında milli varlığını və adət-ənənələrini qorumaq üçün qanlı mücadilələr başlandı. Onu da deyim ki, sakların, midiyalıların, mannalıların və albanların ilkin totemi bozqurd sayilirdisa, farsların totemi it sayılırdı. Boz qurddan əxz olunmuş ənənəyə görə Azərbaycanın “amazonka” adlandırılan cəngavər qadınları, fars qadınlarından fərqli olaraq, ancaq öz millətinin igid, cəsur kişilərinə ərə gedirdilər. Eləcə də midiyalılar, mannalılar, saklar və albanlarda düşmənlə döyüşüb qalib gəlmək əxlaqının hökm sürdüyü halda, farslar hiylə və xəyanətlə qalib gəlmək psixologiyası ilə yaşayırdılar. Farslarda birincilərin əksinə olaraq ata ilə qızın, ana ilə oğulun, bacı ilə qardaşın evlənməsi qəbahət hesab olunmurdu. Dediklərimizə misal olaraq II Kiri və onun oğullarını göstərmək kifayət edər. Belə ki, II Kir e.ə. 550-ci ildə dövlət çevrilişi etdkdən sonra öz hakimiyyətini qanuniləşdirmək məqsədiylə Astiaqın qızı, özününsə xalası Amitida ilə evləndi (II Kir Astiaqın böyük qızı Mandananın oğlu idi), onun ərini isə edam etdirdi. Bundan başqa, II Kirin oğulları II Kambiz və Bardi öz bacılarına, Əhəməni nəslinin digər qoluna mənsub olan I Dara (e.ə.522-486-cı illər) II Kirin iki qızı və Bardinin qızına evlənmişdir. Bu idbar ənənəni davam etdirən II Dara öz bacısı Parisatidayla, II Artakserks isə arvadı vəfat etdikdən sonra özünün iki qızı – Atossaya və Amestrida ilə evlənmişdi (Yusif Yusifov “Qədim şərq tarixi” səh.361-362).
Əhəməni sülaləsinin hakimiyyəti altına düşmüş bu xalqlar, onların sadaladığımız adətləri ilə heç cür razılaşmır, özlərini onlardan üstün sayır və onlara nifrət bəsləyirdilər. Bu nifrətin qarşısını almaq məqsədilə Əhəmənilər “Avesta”ya əxlaqsızlıqlarını qanuniləşdirən maddə əlavə edtilər.
X. Xəlilli “Azərbaycan Türklərinin etnogenezi və milli inkişaf tarixi” monoqrafiyasında haqlı olaraq qeyd edir: “Bütün imperiyalar tutduqları ölkələri yalnız iqtisadi-siyasi cəhətdən deyil, həm də ideoloji cəhətdən mənimsəyirlər. Zərdüştlüyün də farsların ilkin milli dini olması bu məqsədlə uydurulmuşdur. Azərbaycanı işğalından sonra Əhəməni hökmdarlarının andiçmə mərasiminə, eləcə də digər bu dini qəbul edən xalqların Azərbaycanın paytaxtı Qazaka şəhərindəki atəşpərəst ibadətgahına gəlməsi Zərdüşt dininin ilkin vətəninin Azərbaycan, peyğəmbəri Zərdüştün isə azərbaycanlı (Azərbaycan türkü - E.C) olmasına heç bir şübhə yeri qalmır”. Məlumat üçün bildirim ki, Yaqut Həməviyə görə Qazaka şəhəri müasir Marağa ilə Zəncan şəhərləri arasında yerləşmişdir.
Türklərin milli qəhrəmanı Alp Ər Tunqaya özlərinin şər ilahisi Əfrasiyabın adını verən farslar Midiyalılardan qəbul etdikləri Zərdüşt dininə İran-Turan mübarizəsi ideyasını daxil edərək, “Avesta”dakı xeyirlə şərin mübarizəsini İran-Turan (fars-türk) düşmənçiliyi ideyasına çevirdilər.
Beləliklə, Strabonun dediyi kimi çara məxsus geyim hazırlamağı, ona xidmət etməyi, at üstündə ox-yayla döyüşməyi, şalvar, qollu köynək geyməyi, keçə papaq qoymağı və.s. midiyalılardan öyrənən farslar əski vətənləri Hindistandan Yunanıstana qədər əraziləri işğal edib böyük imperiya qurdular. Yeri gəlmişkən, qeyd edim ki, müxtəlif mənbələrdən gəldiyim qənaətə görə, farsların əsilləri Cənubi Hindistanda ən aşağı təbəqəyə mənsub hüquqsuz, səfil pariyalar (pariya-pars-pers-fars) olub. Cənubi Hindistanda yaşayan pariyalar heç bir siyasi qüdrət və qabiliyyətləri olmadığından ömür boyu yabançıların idarələri altında qalaraq əsarətdə yaşamış və sonda bir-birindən uzaqlaşaraq müxtəlif bölgələrə dağılmışlar ki, bunların da bir qismi e.ə. IX əsrdən başlayaraq Azərbaycanın hüduduna gəlmiş və sonradan onların adları (pariya) yunan dilində “pers”, ərəb dilində isə “p” səsi olmadığından “fars” kimi tələffüz olunmuşdur. Ərəb xilafətinin hakimiyyəti dövründə isə bu ad bütünlüklə “fars” kimi qəbul olunmuşdur. Eləcə də, XIII əsrin dahi türk şairi, təsəvvüf elminin ən böyük simalarından olan Mövlana Cəlaləddin Ruminin fars dilini nəzərdə tutaraq - Hindcə danışsam da, əslim türkdür – ifadəsi də dediklərimizə bir misal ola bilər. Bu da sadaladıqlarımızın nəticəsi idi ki, bizim eranın VII-IX yüzillərində islam dinini qəbul etməyən fars kökənli yüz minlərlə maqlar (zərdüştçülər) köçüb babalarının əski vətəni olan Hindistana getdilər.
Farsların Hindistandan gəldiyi dövrü bir az da dəqiqləşdirmək məqsədilə Xəliyəddin Xəlilliyə istinadən demək olar ki, e.ə I minilliyin əvəllərində Mərkəzi və Cənub-Şərqi Asiyadan Kiçik Asiya istiqamətində iki miqrasiya başlayır. Bunlardan biri e.ə. IX əsrdə Hindistandan çıxıb Elam ərazisinə qədər gəlib onun ərazisində məskunlaşan fars tayfaları idi. Bu haqda akademik V. V. Bartold yazır ki, onların Şərqdən qərbə hərəkəti Xəzəryanı bölgələrdən cənubda baş vermişdir. Əsas ticarət yolu Xəzəryanı bölgələrdən yox, onlardan cənubdan keçir. Xəzər sahilinin yüksək dağlarına və sıx sahilyanı meşələrinə görə Xəzəryanı bölgə xalqların köçdüyü bu əsas yoldan kənarda qalırdı. Gəlmə farslar Elam ərazisində məskunlaşdılar, e.ə. VI əsrin əvəllərində Azərbaycan-Midiya dövlətinin hakimiyyəti altına düşdülər.
İkinci miqrasiya isə Xəzərin cənub sahillərindən Azərbaycana və Kiçik Asiyaya sak-skiflərin gəlməsidir. Onlar e.ə. I minilliyin ilk əsrlərində Qafqaz dağlarının demək olar ki, hər yerində səyyar atlı tayfalar kimi yayılmışdılar. Cənuba yayılan kimmerlər isə hələ skiflərdən əvvəl Qafqazın bəzi rayonlarında olmuşdular. Onların Azərbaycana, Zaqafqaziyaya və Kiçik Asiyaya kütləvi axını və yerli türklərlə konsolidasiyası e.ə. VIII əsrin sonu – VII əsrdə başlamışdı.
Əhəmənilərin işğalçılıq siyasəti və tənəzzülü
Əhəmənilər midiyalılara etdikləri xəyanət nəticəsində hakimiyyətə gəldikdən sonra, əsarət altına alınmış bütün xalqlar mərkəzi Midiya olmaqla bu imperiyaya qarşı mübarizəyə qalxdılar. Midiyalı Qaumat farsların alçaldıcı hakimiyyətinə qarşı milli birlik ideologiyasını yaratdı və onun üsyanı qalib gəldi. Midiyalılar fars əsarətindən azad olsalar da, Əhəmənilər fars-hiylə üsulu ilə Qaumatı öldürüb, Midiyada hakimiyyəti yenidən ələ aldılar.
Həmin dövrlərdə maraq doğuran hadisələrdən biri də Əhəməni hökmdarı II Kirin Massaget çarlığını işğal etmək təşəbbüsü ilə bağlıdır. Bu zaman Massaget çarlığına padişahın dul arvadı Tomris hökmranlıq edirdi. Çarlığın sərhədlərinə yaxınlaşan II Kir elçilər vasitəsi ilə Tomrisə evlənmək təklif edir. Kirin onun ərazilərini növbəti fars-hiylə yolu ilə almaq niyyətində olduğunu anlayan cəngavər qadın - Tomris, xaincəsinə verilmiş bu təklifi rədd etdi və dərhal ona qarşı müharibəyə qərar verdi. Rəvayətə görə, Tomrisin oğlu Sparqapis (Sparqanişes) öz dəstəsi ilə Əhəmənilərin üzərinə yeriyərkən, yenidən hiyləyə əl atan Kir şərab süfrəsi açılmış yerdən xeyli qabaqda bir dəstə qoyaraq, özü qoşunun qalan hissəsi ilə dağlarda gizləndi. Kiçik dəstəni darmadağın etdikdən sonra qalib gəldiyini düşünən Sparqapis və onun dəstəsi şərab süfrəsini görüb yeyib-içdilər və elə oradaca uzanıb dincəlməyə qərar verdilər. Onların şərabın təsirindən yuxuya getdiklərini görən farslar fürsətdən istifadə edərək bütün dəstəni əsir aldılar. İçkinin təsirindən ayılan Sparqapis özünü qolu bağlı əsirlikdə görüb məyus oldu və Kirdən qollarının açılmasını istədi. O, qolları açılan kimi öz xəncəri ilə özünə qəsd etdi. Olaydan xəbər tutan Tomris Kirə onu qanla doyurmağa söz verərək hücüma keçdi. Qısa bir vaxtda düşməni məğlubiyyətə uğradan cəngavər qadın Kirin kəsilmiş başını qan tuluğuna salaraq vədinə əməl etdi.
E.ə IV əsrdə Əhəməni imperiyasının daxilində fars hakimiyyətinə qarşı olan milli azadlıq və müstəqillik şüuru yüksək səviyyəyə çatmışdı. Bu da xalqın milli azadlıq hərəkatının demək olar ki, kuliminasiya nöqtəsinə yüksəlməsi demək idi. Xalqda yaranmış yüksək milli azadlıq ruhu e.ə. 331-ci ildə Qavqamel döyüşündə Makedoniyalı İsgəndərin qoşunlarının hücumu nəticəsində Əhəmənilərin məğlub olmasına təsir edən ən böyük səbəblərdən biri olmuşdur. Həmin ərəfədə kaduslar, albanlar, sakasenlər və digər türk tayfaları da öz köməyini madaylara əsgirgəməmişlər.
Xəliyəddin Xəlilliyə görə (“Azərbaycan Türklərinin etnogenezi və milli inkişaf tarixi” səh.105) Azərbaycanın Əhəməni və İsgəndər imperiyasına qarşı mübarizəsi Xəzərin cənub və cənub-şərq sakları (Türkmənistan, Özbəkistan, Qərbi Qazaxstan) ilə etnik, mədəni, dil və siyasi birliyi şəraitində keçmişdir. Seleviklər üzərində qələbə çalmaqla Parfiya dövlətini quran saklar (parfiyalılar) özlərini Şərq xalqlarının Makedoniya-yunan əsarətindən azad edəcək xilaskarlar adlandırırdılar. Bu işdə Parfiya Arşakilər sülaləsinə onlara qohum olan Atropat sülaləsi müttəfiqlik göstərirdi. Bununla da Atropatın diplomatik səyləri nəticəsində farslar yenidən əsarətə düşdü, Midiyalılar isə müstəqillik qazandılar. E.ə. VII əsrdən e.ə. 331-ci ilə qədər farslarla türk etnosları - Midiya, Manna, Sak və Albanlar arasında olan qızğın qarşıdurma göstərir ki, farslarla bu etnoslar arasında heç bir konsolidasiya prosesi ola bilməzdi.
Farsların Parfiyda çevriliş etməsi
Parfiya dövlətinin tabeçiliyində olan Sasanilər sülaləsinin çevriliş etməsilə farslar tarixdə ikinci dəfə hakimiyyəti ələ keçirdilər. Bu dövlətin özülünü Ərdəşir Papakan qoymuşdur. Onun babası Sasan Parfiyanın tabeçiliyində olan Parsanın hakimi olmuşdur. Buna görə də sülalənin hakimiyyətə gəlməsini onunla bağlayaraq, dövlət “Sasanilər dövləti” adlandırılmışdır.
Eramızın II yüzilinin sonlarından Parfiya ölkə daxili çəkişmələr nəticəsində tənəzzülə uğramağa başladı. Ölkənin bu uğursuzluğunu gözdən qaçırmayan romalılar Parfiyanın batı torpaqlarını işğal etdilər. Onlar ikiçayarasının (Mesopotamiya) böyük hissəsini də qoparıb öz ərazilərinə qatdılar. Belə bir durumda Parsanın canişini Ərdəşir öz hökmdarının yıxıldığını görüb ona qarşı çıxdı. Bununla da dövlətin mərkəzi Ktesifon (sonralar Mədain) süquta uğradı. Ərdəşir Arşaklıların son nümayəndəsi V Artabanı hakimiyyətdən devirib taxt-tacı ələ keçirdi. Ktesifon-Selevkiya paytaxt olaraq qaldı. Beləliklə də, 227-ci ildə Ərdəşir Ktesifonda hökmdar elan edildi (227-239).
Saray çevrilişi nəticəsində Parfiyada hakimiyyəti ələ keçirən fars Sasani sülaləsi Parfiya və ona tabe olan ölkələrə məktub göndərib hakimiyyətlərini tanımalarını tələb etdi. Albaniya 262-ci ildə bu sülalənin hakimiyətini tanısa da öz ölkəsini yerli sülalə və hakimlər idarə edirdi. Atropatenanın paytaxtı Qazaka zərdüştlüyün dini ideologiya mərkəzi idi. Albaniya Xəzərilər və digər türk tayfaları ilə ittifaqa girərək ardıcıl Sasani əsarətinə qarşı mübarizə aparırdı. 387-ci ildə Armeniya Sasanilərlə Roma imperiyası arasında bölündükdən və 428-ci ildə dövlət qurumları ləğv edilib sasanilərin canişinliyinə çevrildikdən sonra sasanilər Albaniyanı birmənalı tabe etmək istiqamətində addımlar atdılar. Bütün Albaniyanı Sasani işğalına qarşı üsyan bürüdü. 450-ci ildə Xalxal şəhəri yaxınlığında Sasani qoşunları üsyançılar tərəfindən darmadağın edildi, Çolada yerləşən qoşunları isə tərksilah edilib ölkədən qovuldu. Şimal hunları bu mübarizədə albanların müttəfiqi idilər.
Bütün bunlara baxmayaraq bizim eranın V-VI əsrlərində Sasanilər imperiyasının sərhədləri şimalda Mərkəzi Asiyanın ortalarına, Qafqaz dağlarının ətəklərinə, qərbdə Aralıq dənizinin sahillərinə, cənubda Səudiyyə Ərəbistanının ərazisi də daxil olmaqla Asiyanın cənubuna, şərqdə Çinə qədər uzanırdı. Məhəmməd peyğəmbərin doğulduğu 570-ci ildə Sasani qoşunları Həbəşləri Yəsrib və Məkkədən qovdular və imperiya buranı da öz hakimiyyəti altına aldı.
Lakin Sasanilər imperiyasının qüdrəti uzun sürmədi. Peyğəmbərdən sonrakı dörd qanuni xəlifənin və Əməvilərin dövründə (632-750) Afrikanın şimalından Avropanın cənubuna qədər nəhəng ərazilər işğal edildi. 630-651-ci illər arasında aparılan hərbi əməliyyatlar nəticəsində Sasanilər dövləti süqut etdi və onun ərazisi vahid Ərəb dövlətinin tərkibinə qatıldı. Sasanilərin paytaxtı Ktesifon şəhəri tutuldu. Qeyd etmək lazımdır ki, bu döyüşlərdə Ərəblər 900 milyon dirhəm dəyərində hərbi gəlir əldə etdilər.
Farslar üçüncü dəfə hakimiyyətdə
Farsların üçüncü dəfə hakimiyyətə gəlməsi yenə də çevriliş yolu ilə oldu. Bu hadisə 1926-cı ildə Güney Azərbaycanda Qacarların sonuncu hökmdarı Əhməd şahın hərbi yolla devrilməsi və milliyətcə fars olan şah Rza Pəhləvinin taxt-taca sahib çıxması ilə baş verdi.
Burada bir haşiyə çıxmaq yerinə düşər. Bəzən müəlliflər səhv olaraq belə yazırlar: “1828 - ci ildə İran və Rusiya arasında bağlanan Türkmənçay müqaviləsi əsasında Azərbaycan iki yerə bölündü - Güney Azərbaycana və Şimalı Azərbaycana. Azərbaycanın şimal hissəsi Rusiyanın, güney hissəsi isə İranın nəzarəti altına düşdü”. Bu ifadə kökündən yalandır, çünki, 1828-ci ilə qədər gedən müharibə Rusiya ilə İran arasında deyil, Rusiya ilə Azərbaycan-Səfəvilər dövlətinin davamçısı olan Azərbaycan-Qacarlar dövləti arasında idi. Məlum “Türkmənçay” müqaviləsinə əsasən Azərbaycan-Qacarlar dövlətinin şimal hissəsi Rusiyanın əsarəti altına düşdü. Güney Azərbaycanda, yəni Qacarlar ölkəsində isə Avropa ölkələrinin dəstəyi ilə çevriliş edən farslar yalnız 1926-ci ildə tarixdə üçüncü dəfə hakimiyyəti ələ aldılar. “İran dövləti” ifadəsi də elə bu zamandan işlədilməyə başladı. Farsların son şahı Məhəmmədrza Pəhləvi öz şahlığı dövründə ölkədə işlədilən miladi (xristian) və hicri (müsəlman) təqvimlərindən əlavə yeni təqvim yaradılması və bu təqvimin Əhəmənilərin birinci hökmdarı II Kirin taxta çıxdığı ildən başlaması barədə göstəriş verdi. Həmin təqvim “İran təqvimi” adıyla yaradıldı.
Artıq bütöv Azərbaycanın şimal-şərq hissəsi (ermənilərin soydaşlarımızı bütünlüklə deportasiya etdikləri ərazilərimiz və Dərbənd istisna olmaqla) müstəqildir, bununla hər bir vətənpərvər azərbaycanlı kimi mən də qürur duyuram. İndi isə Güney Azərbaycan torpaqlarında fars hakimiyyətinin sona çatmaq üzrə olduğunu zənn etmək olar. Təbii ki, gün gələcək haqq-ədalət bütöv Azərbaycanda bir daha öz əksini tapacaq və ümid edirəm ki, bərpa olunacaq ucsuz-bucaqsız ölkəmizdə “mənəviyyat dempinqləri”nin dördüncü dəfə hakimiyyətə gəlməsinə imkan verməyəcəyik və doğma torpaqlarımızı bədnam qonşuların hiyləsindən qorumağı bacaracağıq.
Elbəyi Cəlaloğlu
YORUMLAR
Henüz yorum yapılmamış.